Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
37 
Dövlət  və  ilkin  iqtisadi  subyektlər  arasında  informasiya 
“assimetrik”  paylanır.  Ona  görə  də  dövlət  əvvəlcədən  müəyyən-
ləşdirə bilmir ki, xalq təsərrüfatında bazar sövdələşmələrində işti-
rakçıların  qaydalardan  yayılmaları-hansı  səviyyədə  olacaqdır.
*
 
Başqa  sözlə,  iqtisadi  siyasəti  quranların  informasiyaların 
azlığı  və  bazar  sövdələşmələrində  iştirakçıların  müstəqil    davra-
nışı elə şərait və ya nəticələr  yaradır ki, bu nəticələri əvvəlcədən 
görmək mümkün olmur. 
Ona  görə  də,    iqtisadi  qərar  qəbul  edən  siyasətçi  nəzərə 
almalıdır  ki,  həyata  keçirilən  hər  bir  tədbirin  elə  nəticəsi  yarana 
bilər ki, onu əvvəlcədən görmək mümkün olmamışdır və ya müm-
kün deyildir. Bir çox hallarda isə nəticələr gecikən zamanlarla baş 
verir.  Həm  də  2-ci,  3-cü,  4-cü  və  s.  raundlarda  nəticələr    gözlə-
nilən ilkin effektdən tam fərqlənə bilər. Bu onunla bağlıdır ki, iq-
tisadi qarşılıqlı asılılıq münasibətləri olduqca mürəkkəb xarakterə 
malikdir.  Ona  görə  də  “ümumi  iqtisadi  tarazlıq  konsepsiyası” 
yaranmışdır.  Bu  konsepsiyanın  əsas  ideyası  “hər  şey  hər  şeydən 
asılıdır”,  əsas  yanaşma  üsulu  isə  “iqtisadiyyata  bütöv  sistemi 
baxılmalıdır”  kimi  müəyyənləşir.  qtisadiyyat  elə  bir  mürəkkəb 
sistemdir ki, hər bir dəyişiklik orada çoxlu müxtəlif effekt yaradır. 
Bu effektlər - nəticələrin “xərcləri” hesab olunmalıdır. Məsələ on-
dadır  ki,  gözləmələrin  dəyişməsi  ilə  yanaşı,  əhatə  edən  həqiqət-
lərin  paradiqması  da  dəyişir.  Məhz  bu  zaman  insanlar  hər  şeyi 
yenidən  dəyərləndirməyə  cəhd  edirlər.  Anlaşılmazlıqlar,  yeni 
mülahizələrlə izah olunur, köhnə sistemin qalıqları üzərində yeni 
qarşılıqlı münasibətlər yaranır.  
   Beləliklə, belə nəticəyə gəlmək olar ki, ictimai strukturları 
şə
rh edən iqtisadi modellərdə, mütləq kəmiyyət dəyişikliklərinin, 
keyfiyyət  dəyişikliklərinə  keçməsini  mümkün  edən  “kandar 
qiymətləri”  müəyyənləşdirilməlidir.  Çünki  iqtisadi  sistemlərdə 
qarşılıqlı  asılılıqlar  determinləşdirilmiş  deyildir,  onlar  qeyri-
müəyyənliyə malikdirlər və tam dəyişənə qədər addım-addım sto-
xastik dəyişə bilərlər. Belə şəraitdə isə sistemi tarazlıqdan çıxaran 
amillər, tarazlığı təmin edən amillərdən az əhəmiyyətli deyildir. 
Расим Щясянов 
 
38 
 
Aydındır  ki,  böyük  dəyişikliklər  dövrü,  siyasətçilər  üçün 
çox risklidir, çünki artıq keçmiş  -   gələcək üçün nümunə ola bil-
mir.  Dəyişikliklər  çox  asanlıqla  hakimiyyətə  qarşı  çevrilə  bilər. 
Lakin siyasətçi vəziyyəti öz mənafeyinə doğru dəyişə bilər. 
Otto fon Bismark bunu belə izah edir: “Dünya tarixi özünün 
böyük  məqamlarına  -  dayanacaqlarına  stabil  sürətli  qatar  kimi 
yaxınlaşmır. O, irəliyə doğru qeyri-müəyyən gücə malik sıçrayış-
larla hərəkət edir. Baxmaq lazımdır ki, tarixin yürüşü arxasından 
Allah görünürmü, və onda yürüş qatarına tullanaraq kənardan tut-
maq lazımdır ki, o səni nə qədər lazımsa o qədər aparsın”.  
Yuxarıda şərh olunan mülahizələr, fərdlərin qaydalara müm-
kün reaksiyasına və onunla bağlı olaraq qaydaların necə hazırlan-
masına  həsr  olunmuşdur.  Burada  ən  vacib  məqamlardan  biri, 
qanunvericinin (prinsipialın) legitimliyi və onun hansı səviyyədə, 
həqiqətən,  fərdlərin  marağını  qoruması  hesab  olunur.  Dünyanın 
ə
ksər  ölkələrinin  təcrübəsi  göstərir  ki,  əslində  prinsipial  –  agent 
modeli  həmişə  düz  işləmir.  Çünki  prinsipial  əslində  siyasətçilər 
yox,  onların  hesabat  verdikləri  vətəndaşlardır.  Vətəndaşların  kö-
nüllü  razılığı  əsasında,  qərar  qəbulu  ictimai  institutlara  verilə 
bilər.  Lakin  bu,  uzunmüddətli  evolyusiyalı  inkişaf  tələb  edir. 
Bazar sövdələşmələrində, qeyri müəyyənliyin aradan qaldırılması 
və  iştirakçıların  faydalılıq  səviyyəsi  və  alternativ  xərcləri  müəy-
yənləşdirilməsi  üçün,  əsas  institusional  qaydalar,  mülkiyyət  və 
istifadə hüquqlarıdır.  
Konstitutsiya məhz belə funksiyanı həyata keçirir. Konstitu-
siya – hər bir vətəndaşa dair qərar verə biləcək mərkəzi hakimiy-
yəti formalaşdırır. Belə hakimiyyətə isə həmişə nəzarət lazımdır.  
1995-ci  ildə  Nobel  mükafatı  almış,  amerikan  iqtisadçısı 
R.Luksın “Rasional gözləmələr nəzəriyyəsinin”, əsas istinad nöq-
təsi ondadır ki, – fərdlər qarşılaşdığı hər bir şeyi diqqətlə qiymət-
ləndirir.  Bu  nəzəriyyəyə  görə,  bazar  əqdlərinin  iştirakçıları, 
bazardakı proseslər haqda təsəvvürlərə malikdirlər və proseslərin 
doğuracağı nəticələri, əvvəlcədən hesablaya bilirlər. Ona görə də, 
siyasətçilər  nəzərə  almalıdırlar  ki,  bazar  iştirakçıları  onların    hər 
bir  çağırışına,  “rasional  gözləmələr  tərəzisi”  ilə  gələcəkdir.  Yəni 


Игтисади сийасят: методолоэийа вя практика 
 
39 
siyasətçilərin fəaliyyət dairəsi məhduddur. Avraam Linkolnun de-
diyi  kimi  “Ayrı-ayrı  adamları  həmişə  aldatmaq  olar,  hamını  da  bir 
müddət aldatmaq olar, ancaq hamını, həmişə, aldatmaq olmaz”.  
Beləliklə  iqtisadi  siyasətin  əsas  problemi  doğru  və  səhv 
stimullar arasında düzgün seçim etməkdir. 
•  Məhşur Avstriya  filosofu Frois Qrilpalseçin (1791-1872) 
təbirincə hər bir xəta (azma) üç mərhələdən keçir: birinci mərhə-
lədə  o  heçdən  doğurur,  ikinci  də  onu  qəbul  etmək  istəmirlər,  
üçüncü də isə  artıq onunla heç nə etmək olmaz.  
•  qtisadi  siyasət  diskresion  xarakter  almışdır.  Hökumət 
spontan  fəaliyyət  göstərək  böhran  –  menecerinə,  və  ya  yanğın-
söndürənə çevrilir.  ndi siyasətçilər C.Keynisin məşhur ifadəsində 
olduğu  kimi  düşünürlər  -  “Uzunmüddətli  dövrdə  biz  hamımız 
öləcəyik”.  Yəni  siyasətçilər  qısamüddətli  dövrdə  nəticələr  almaq 
məqsədi  ilə  fəaliyyət  göstərirlər,  ona  görə  də  uzunmüddətli 
effektləri boğmağa çalışırlar. 
• “ kinci ən  yaxşı” nəzəriyyəsinə  görə optimumun (“birinci 
ə
n  yaxşı”)  əldə  etmək  üçün  zəruri  olan  şərtlərdən  biri  yoxdursa, 
onda “ikinci ən yaxşını” əldə etmək üçün optimumun qalan şərt-
lərinin  hamısının  ödənilməsi  vacib  deyildir.  Məsələ  ondadır  ki, 
bəzi  tədbirlər  ancaq  müəyyən  şərtlər  daxilində  müsbət  nəticə 
verir, başqa hallarda isə həmin tədbir əks məhsuldar ola bilir. 
Nobel  mükafatı laureatı (1988) Moris Alle isə,  iqtisadiyyatın sə-
mərəliliyinin təmin olunması şərtlərini   daha vacib hesab  edərək, 
iqtisadi siyasətin əsas vəzifəsinin cəmiyyətin öz qarşısına qoydu-
ğ
u  inkişaf  məqsədlərini  müəyyənləşdirmək  yox,  həmin  məqsəd-
lərin  qarşılıqlı  uzlaşmasını  və  istifadə  olunan  vasitələrin  həmin 
məqsədlərə nail olunması üçün ən əlverimlisi olmasını göstərmək  
kimi  təsbit edir
*
.  
 
Onun təbirincə, istənilən siyasi sistemin əsas məqsədini,  in-
sanlara adətən uyuşmaz olan məqsədlərini həyata keçirmək  üçün 
zəruri  olan  norma  və  qaydaların  formalaşdırılması  təşkil    edir. 
                                           
*
 
М
.Алле.   Условия  эффективности в экономике,  М., 1998. 
 
Расим Щясянов 
 
40 
 
Mahiyyət  etibarilə  isə,  belə  norma  və  qaydaların  öyrənilməsi  və 
yaradılmasında  aparıcı  rolu  siyasətçilərə  yox,  məhz  iqtisadçılara 
məxsusdur. 
 
1.5.   qtisadi  siyasətin  formalaşdırılması   
və  realizasiyasının təşkilində  icraçıların  seçimi  
və koopdinasiyanın zəruriliyi 
 
qtisadi  siyasətin  həyata  keçirilməsinin  ən  mühüm  məqam-
larından biri siyasətin ayrı-ayrı istiqamət və sahələrinin, müxtəlif   
idarəetmə orqanları və ya  təşkilatları arasında bölüşdürülməsidir. 
Bu  adətən  stasionar,  daimi  xarakter  daşıyan  məsələləri  əhatə  et-
məklə,  əslində  özündə,  iqtisadiyyatın  dövlət  idarəetməsi  siste-
minin  yaradılmasını  ehtiva  edir.  Dövlət  iqtisadi  idarəetmə  stuk-
turu,  ümumdövlət  idarəetmə  sisteminin  tərkib  hissəsi  olmaqla, 
qanunvericilik  bazası  üzərində  formalaşdırılmış,  nisbi  fəaliyyət 
avtonomluğuna  malik, sistem xarakterli, institusional müstəvidir. 
qtisadi    idarəetmə  sisteminin  stasionar  xarakterinə  rəğmən,  mü-
vəqqəti xarakter daşıyan, xüsusi problemlər yarandıqda, bu  sistemin 
funksional çərçivəsi  daxilində, ayrıca strukturlar yaradıla bilər.   
Siyasəti  reallaşdıran  təşkilatlar  sistemi  yarandıqdan  və 
onların  səlahiyyət  dairəsi  müəyyənləşdikdən  sonra,  iqtisadi  siya-
sətin  konkret  vəzifələrinin,  onlar  arasında  bölüşdürülməsi  baş 
verir. Bu zaman ən vacib və çətin problem, səlahiyyətlərin müəy-
yənləşdirilməsində subsidarlıq prinsipini qorumaqla mərkəzləşmə 
dərəcəsini müəyyənləşdirməkdir. 
Subsidarliq prinsipi – problemin həlli səlahiyyətlərinin ən 
aşağı  səviyyədə  olan  təşkilata  verilməsidir.  Bu  prinsipə  əməl 
olunması  bir  sıra  problemlərin  həllində,  məsələn  kommunal  və 
regional  səviyyəli  təşkilatların  nisbətən  üstünlüyünü  təmin  edir. 
Ə
slində bu onunla izah olunur ki, “öz müqəddəratını müəyyənləş-
dirmə”  və  məsuliyyət  prinsipləri,  siyasi  sferada,  maksimum  şəf-
faflığın olmasını zəruri edir. Lazımsız dövlət müdaxiləsi və səmə-
rəsiz siyasi qərarlardan qaçmağın ən  yaxşı  yollarından birini, məhz 
zəruri qərarların daha aşağı səviyyədə qəbul edilməsi  təşkil edir.   


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə