Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
45 
FƏS L 2.    QT SAD  S YASƏT N  
NƏZƏR -KONSEPTUAL ƏSASLARI 
 
   qtisadi  siyasətin başlıca  vəzifəsinin  nəticə etibarilə  inki-
ş
afın sürətlənməsi və onun keyfiyyətinin yüksəldilməsi, sərf  olu-
nan resursların nəticəliliyinin artırılması olması, mülahizəsini əsas  
götürdükdə,  siyasətin  inkişaf  modelinə  adekvatlığının  təmin  
olunması  baxımından  qiymətləndirilməsi,  daha  düzgün  hesab  
olunmalıdır. Dünya təcrübəsi, ayrı-ayrı  ölkələrin iqtisadi  inkişaf  
yolunun  nəticələri  göstərir ki, inkişaf  modeli və  bu  modellərin   
ə
saslandığı  nəzəri  konsepsiyalar,  əslində,  dövrün  inkişaf  səviy-
yəsi, elmi-texniki tərəqqinin xüsusiyyətləri və ölkənin milli - tarix 
dəyərləri  ilə səciyyələnir. Bununla belə, yuxarıda qeyd  olunduğu 
kimi, iqtisadi  siyasət, bir sıra ilkin mülahizələri, o cümlədən in-
kişaf  modeli  və  müvafiq  nəzəriyyənin,  tələb  və  xüsusiyyətlərini 
nəzərə alaraq formalaşdırılırsa, inkişafın keyfiyyətinə ciddi  təsir  
etmək  imkanına  malik  olur.  qtisadi  inkişaf  nəzəriyyələri,    geniş   
diapozona və fərqli analtik tədqiqat aparatına malikdir. Həmin nə-
zəriyyələri,  müxtəlif  meyarlarla  qruplaşdırmaq  və  qiymətlən-
dirmək  mümkündür. 
 
2.1.    qtisadi inkişaf nəzəriyyələri: şərtləndirən   
amillər və aparıcı meyilləri 
 
qtisadi sistemin inkişafını izah edən iqtisadi dinamika nəzə-
riyyələrinin  iki  əsas  istiqaməti  vardır:  iqtisadi  inkişafın  artım  
nəzəriyyələri və dövrülük nəzəriyyələri. 
  qtisadi inkişafın artım nəzəriyyələri. Müasir iqtisadi nəzə-
riyyə,  artımı,  istehsalın  öz  təbii  səviyyəsinə  görə  qısa  müddətli 
artıb-azalması kimi yox, məhsuldar qüvvələrin inkişafı nəticəsin-
də,  real  istehsal  həcminin,  uzun  müddətli  dəyişməsi  kimi  izah 
edir.  Bu  halda,  bir  tarazlıq  vəziyyətdən  digərinə  doğru,  inkişaf 
edən istehsalın potensial həcmi, tədqiqat obyektinə çevrilir.  Real 
iqtisadi  artımın  mahiyyəti,  iqtisadiyyatın  potensial  ehtiyatlarının 
məhdudluğu  və  ictimai  tələbin  sonsuzluğu  kimi,  əsas  ziddiyyəti-
Расим Щясянов 
 
46 
 
nin,  yeni  səviyyədə  həll  olunmasındadır.  qtisadiyyatın  bu  əbədi 
probleminin iki həll yolu var: - istehsal gücünün artırılması və ya 
mövcud  güclərdən  daha  səmərəli  istifadə  olunması.  Aydındır  ki, 
iqtisadi subyektlər, həmişə yeni artıma çalışırlar. Lakin real inki-
ş
af, heç də həmişə, potensial imkanlara müvafiq olmur. 
qtisadi  artımın  əsas  və  inteqral  məqsədləri,  əhalinin  rifah 
halının yaxşılaşdırılması və milli təhlükəsizliyin təminatıdır. Əha-
linin rifah-halının yaxşılaşdırılması məqsədi isə,  bütövlükdə  aşa-
ğ
ıdakı göstəricilər – meyarlarda konkretləşir: 
-
 
Ə
halinin  adambaşına  gəlirlərinin  artımı
.  Bu  adambaşına 
düşən milli gəlirin artım sürətində əks olunur; 
-
 
Sərbəst vaxtın artması
.   Bu ümumi milli məhsul və ya milli 
gəlirdə  əks  olunur.  Onu  qiymətləndirmək  üçün  iş  günü,  həf-
təsi,  əməkçilərin  təqaüdə  qədərki  ümumi  iş  stajı  və  s.  dəyiş-
məsi əsas götürülür. 
     -  Milli gəlirin bölgüsü.  Bu milli gəlirin, əhalinin ayrı-ayrı təbəqə-
ləri  arasında  paylanmasının  yaxşılaşmasını  ehtiva  edir.  Yəni, 
milli  gəlirin  artımı  onun  paylanmasının  yaxşılaşması  ilə  mü-
ş
ayiət olunmursa belə artımı adekvat hesab etmək olmaz. 
 -      stehsal  olunan  məhsul  və  xidmətlərin  müxtəlifliyinin  çoxal-
ması  və  keyfiyyətin  yaxşılaşması. 
Bu  göstərici  milli  gəlirin 
tərkibinə  birbaşa  yox,  dolayı,  yəni  tələbin  artması  vasitəsilə 
təsir edir. 
Təcrübə  göstərir  ki,  bütövlükdə  iqtisadi  inkişafın  sürəti  və 
keyfiyyəti arasında müəyyən ziddiyyət  və ya uyuşmazlıq  vardır. 
Ona görə də bir çox iqtisadçılar, dayanıqlı xarakterə malik 2-3%-lik 
artım sürətini, daha məqsədəuyğun hesab edirlər.  
qtisadi  artım  faktorlarını,  təsir  formasına  görə,  birbaşa  və 
dolayı faktorlara ayırırlar.  Birbaşa faktorlar,  məcmu istehsal və tək-
lifin dinamikasını müəyyənləşdirən aşağıdakı beş qrupdan ibarətdir: 
-   əmək ehtiyatlarının sayının və keyfiyyətinin yaxşılaşdırıl-
ması; 
-   əsas kapitalın həcminin və tərkibinin keyfiyyətinin yaxşı-
laşdırılması; 
  -   istehsalın texnologiyası və təşkilinin yaxşılaşdırılması; 


Игтисади сийасят: методолоэийа вя практика 
 
47 
  -  təsərrüfat  dövriyyəsinə  cəlb  olunan  təbii  ehtiyatların  kə-
miyyət və keyfiyyətinin   yaxşılaşdırılması; 
  -   cəmiyyətdə sahibkarlıq qabiliyyətinin yüksəldilməsi. 
qtisadi  artıma  təsir  edən  dolayı  faktorlara  -  bazarın  inhi-
sarlaşma səviyyəsinin aşağı salınması; istehsal ehtiyatlarının qiy-
mətinin azalması; gəlir vergisinin azaldılması, kredit alınması im-
kanlarının genişləndirilməsi və s. aiddir. Dolayı faktorlar sırasın-
da,  tələbin  strukturu  və  bölgünün  xarakteri  də  çox  mühüm  əhə-
miyyətə  malikdir.  Tələbin  tərkibində  isə  istehlak,  investisiya  və 
dövlət  xərclərinin  həcmi,  ölkənin  ixrac  etdiyi  məhsulların  dünya 
bazarında  rəqabət  qabiliyyətliliyi  vacibdir.  Tələbin  artımı,  isteh-
salın  real  inkişaf  sürətindən  geri  qaldıqda,  artım  sürətinin  aşağı 
düşməsi baş verir və bu inkişafın ləngiməsi  effektini  doğurur.  
     Bölgünün xarakterinin iqtisadi artıma təsiri isə, aşağıdakılarla 
müəyyənləşir: 
-
  istehsal  ehtiyatlarının,  sahələr  və  müəssisələrdə  faktiki 
allokasiyası; 
        -       təsərrüfat  subyektləri  arasında  gəlirlərin  bölüşdürülməsi 
qaydası. 
Bölgünün, artımın keyfiyyətinə ən yaxşı təsiri, ölkədə mak-
simum  faydalı,  məhsul  istehsalının  təmin  olunması  və  istehsal 
faktorları sahiblərinin gəlirlərinin, artım sürətinin, məhsuldarlığın 
artım sürətinə müvafiqliyi şəraitində baş verir. 
Məhsulun  artım  sürəti  ilə,  istehsal  faktorlarının  həcminin 
dəyişməsinin  nisbəti,  iqtisadi  artımın  tipindən  asılıdır.  Nəzəri 
cəhətdən, iqtisadi artım və onun birbaşa faktorları, iki növ – inten-
siv  və  ya  ekstensiv  ola  bilər.  Doğrudur,  təcrübədə  artım  tipləri, 
«təmiz» şəkildə mövcud olmur. Çünki, artım faktorlarının təkmil-
ləşdirilməsi, ETT tətbiqi əsasında baş verir. Bu isə istehsal vasitə-
lərinə  və  ya  işçi  qüvvəsinə  investisiya  qoymaq  deməkdir.  Yəni, 
nəticə  etibarilə,  keyfiyyətin  mütləq  yaxşılaşması  baş  verir.  Ona 
görə  də,  real  iqtisadi  prosesləri  tədqiq  edərkən,  əsasən  intensiv  
və ya  əsasən ekstensiv  artım tipləri  təsnifləşdirilir. 
Dünya təcrübəsində, artımın tipi müəyyənləşdirilərkən, real 
ÜMM-in  artım  sürətində,  intensiv  faktorların  xüsusi  çəkisi,  əsas 
Расим Щясянов 
 
48 
 
götürülür. Həmin faktorların xüsusi çəkisi, 50%-dən çox olduqda, 
iqtisadi  artım  intensiv  tipli,  əks  halda  isə,  ekstensiv  tipli  hesab 
olunur.  Məsələn,  70-80-ci  illərdə  SSR -də  intensiv  faktorların 
milli gəlirin artımında payı 20-30%, inkişaf etmiş kapitalist ölkə-
lərində isə 50%-dən çox olmuşdur. 
stehsal  prosesində  istifadə  olunan,  əmək  və  kapitalın  nis-
bətlərini  müəyyənləşdirən,  makroiqtisadi  göstəricilərin  dəyişmə-
sinə təsirin xarakterinə görə ETT-in bir neçə növü fərqləndirilir: 
        -  Əməyin  kapital  tutumunun,  hər  bir  müəyyən  qiymətinə 
(K/L -const) istehsal faktorlarının limit  məhsuldarlıqlarının eyni 
nisbətləri uyğun gəlirsə, başqa sözlə  ∆Υ

/∆L

= ∆Υ

/ ∆Κ

→ hər 
bir t dövrü  üçün stabil olduqda , Xiksə görə   neytral ETT var.  
Ə
məyin kapital tutumunun sabitliyi şəraitində, əməyin limit məh-
suldarlığı  (∆Υ

/∆L
t
),  kapitalın  limit  məhsuldarlığına  (∆Υ

/  ∆Κ
t

nisbətən daha sürətlə artarsa, əməyə qənaətli, əks halda isə kapi-
tala qənaətli, texniki tərəqqi olması qəbul edilir. 
-  Elmi texniki tərəqqi inkişaf etdikcə, əmək məhsuldarlığı-
nın müəyyən orta qiymətinə, əmək məhsuldarlığının limit qiyməti 
uyğun gəlirsə, yəni   Υ

////L

– const ; ∆Υ

////∆L
t
 – const olursa,   belə 
növ tərəqqi    Solouya görə    neytral ETT adlanır. 
-  Kapitalın limit məhsuldarlığının sabitliyi şəraitində (∆Υ


∆Κ

- const), onun orta məhsuldarlığı sabit qalırsa (Υ

/ Κ
t
 - const) 
onda elmi texniki tərəqqi Harroda görə  neytral  adlanır.  
qtisadi  nəzəriyyədə  artım  problemi,  «uzunmüddətli»  və 
«hədsiz  uzunmüddətli»  dövrlər  üçün  öyrənilir.  kinci  halda,  ən 
çox  tətbiq  edilən  nəzəriyyə,  «iqtisadi  artım  mərhələləri»  konsep-
siyası  adlanır.  Onun  mahiyyətini,  cəmiyyətin  inkişafındakı  key-
fiyyət evalyusiyasının qiymətləndirilməsi təşkil edir və əsas məq-
səd,  hər  mərhələdə,  cəmiyyətin  inkişaf  xüsusiyyətlərinin  müəy-
yənləşdirilməsindən  ibarətdir.  Cəmiyyətin  inkişaf  mərhələlərinin   
təsnifatında iki məşhur konsepsiya vardır: 
        K.Marksın  «formasiya  nəzəriyyəsi». Bu nəzəriyyənin ma-
hiyyətini,  hər  bir  inkişaf  səviyyəsində  mövcud  olan,  «istehsal 
qüvvələrinin»,  «istehsal münasibətlərinə» müvafiqliyi təşkil edir. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə