Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
41 
Nəzərə  almaq  vacibdir  ki, siyasi qərarların qəbulu, ictimai 
rifahın  qiymətləndirilməsi  ilə  oxşardır.  Yəni,  optimal  qərarın 
qəbulu üçün çox adamların fikrini öyrənmək vacibdir. Təbiidir ki, 
burada da “ictimai rifah” teoremində rast gələn “biletsizlik prob-
lemi” (free rider), yəni üstünlük vermənin səhv olması halına rast 
gəlmək olar. 
Qərarların, xüsusi ilə iqtisadi qərarların, effektliyi üçün, qə-
rar qəbulu  və zəruri tədbirlərin görülməsi ilə bağlı xərclərin, bü-
tövlükdə həcmi, nisbətən az və əksinə, problemin həlli haqda qə-
rarın  gözlənilən  yekun  faydalılığı,  böyük  olmalıdır.  Bu  şərtin 
ödənilməsi, müvafiq təcrübənin toplanması sisteminin təşkilini və 
xüsusi biliklərin olmasını tələb edir.  (Məsələn, arxivləşdirmənin 
köməyi ilə müxtəlif ssenarilərin təhlili, modellərin yaradılması və 
qiymətləndirilməsi  kimi  ola  bilər).  Lakin  eyni    zamanda,  nəzərə 
almaq  vacibdir  ki,  qərarların  yüksək  səmərəliliyi  haqda  ancaq  o 
vaxt  danışmaq  olar  ki,  iqtisadi  siyasət  tədbirlərinə  cəlb  olunan 
şə
xslərin  hamısının  istəkləri  (üstünlükləri)  və  bütün  xalq  təsər-
rüfatı xərcləri, o cümlədən aparılan tədbirlərlə bağlı xərclər nəzə-
rə  alınıbdır.  Əksər  hallarda  bunun  üçün  xərclərin  və  nəticələrin 
mürəkkəb və ətraflı hesabatını tərtib etmək lazımdır.  
Qərar  qəbulu  ilə  bağlı  xərclər,  onun  üçün  tələblərin  (məsə-
lən,  səsvermədə  həlledici  çoxluğun  tələb  olunması)  və  səsvermə 
hüququna  malik  olanlar  arasında  fərqlərin  artması  ilə  çoxalır. 
Ancaq  qərar  qəbulunun  möhkəm  qaydası,  cəmiyyətdə  psixoloji 
mühiti  yaxşılaşdırır.  Çünki  belə  qayda,  hər  bir  təklifin  ,bütün  fi-
kirləri  nəzərə  almadan  qəbul  edilməsi  (birsəslə  qəbul  qaydası  bu 
ehtimalı sıfır edir) ehtimalını azaldır və qərarların qəbulunun kim-
lərinsə maraqlarından asılı olmaması üçün əlverişli şərait yaradır.  
Müasir  iqtisadi  siyasət  modelinin  yaradıcılarından  hesab 
olunan  Byukenen  və  Tallok  təsdiq  edir  ki,  qərarın  limit xərcləri, 
limit faydalılığına bərabər olduqda onu optimal qərar kimi qəbul 
etmək olar
*
.
 
                                           
*
  Р.М.Нуреев.   Теория общественного  выбора,  М., 2005. 
 
Расим Щясянов 
 
42 
 
Qərarın  iqtisadi  faydalılığı,  onun  daha  məqsədəuyğun  ol-
ması  və  daha  az  mənfi  törəmə  effektlər  yaratmasından  asılıdır. 
Düzgün  həll,  optimal  informasiyaya  malik  olmaqdan  asılıdır. 
Optimal  informasiyanı  isə,  yaxşı  qarşılıqlı  əlaqə  mexanizminə 
malik, paylanmış sistemdən əldə etmək olar. Siyasi qərarın qəbulu 
sistemi  nə  qədər  çox  mərkəzləşmişdirsə,  informasiya  əlaqəsinin 
keyfiyyəti, o qədər pis olur (mərkəzləşmiş idarəetməyə malik iqti-
sadi  sistemlərdə  ən  mühüm  problem).  Mərkəzləşmənin  güclən-
məsi  ilə,  regionlar  və  inzibati  strukturlar  arasında  rəqabət  zəif-
ləyir, nəticədə əhali üçün faydalı ola biləcək, rəqabət aparan ideya 
və planların sayı azalır. Qərarların təsirinə məruz qalacaq şəxslər, 
onun qəbulunda iştirak edirsə, onda seçki vasitəsilə bu və ya baş-
qa  tədbirin  aparılmasına,  razılıq  və  narazılılığı  ifadə  etmək  olar. 
Ona  görə  də,  siyasi  qərarın  qəbulunda,  bu  qərarın  təsir  edəcəyi 
şə
xslərin, maraqlarını qorumaq zərurəti yaranır. 
Yüksək  dərəcədə,  kollektiv  istifadəyə  malik  olan  rifahın 
(yəni bu rifahdan eyni vaxtda daha çox seçici istifadə edir) idarə 
olunmasını,  daha  yuxarı  səviyyənin  səlahiyyətlərinə,  aid  etmək, 
məqsədə uyğundur. Məsələn, xarici təhlükəsizlik, valyuta qanun-
vericiliyi,  rəqabət  mübarizəsini  tənzimləyən  hüquqi  normalar  və  s. 
kimi,  ölkənin  bütün  əhalisinin  həyatına  təsir  edən  sferaları,  milli 
səviyyəli  səlahiyyətlərə,  aid  etmək  məqsədəuyğundur.  Lokal 
səviyyəli  məsələlərə,  əhaliyə  bilavasitə  təsir  edən  sahələri,  mə-
sələn, ictimai nəqliyyat, kommunal problemlər və s. aid olunması 
daha effektli hesab olunur.  qtisadi siyasətin realizasiyası zamanı, 
lokal  və  beynəlxalq  səviyyədə  «kənar  effektlər»  yarana  bilər. 
Lokal səviyyədə, ölkədaxili inzibati vahidlər arasında problemlər, 
danışıqlarla tənzimlənə bilir. Beynəlxalq səviyyədə yaranan prob-
lemlərlə  bağlı  isə,  başqa  ölkələrin  əhalisi,  səsvermə  vasitəsilə  öz 
münasibətlərini bildirmək hüququna malik deyil. Çünki, səsvermə 
hüququ milli sərhədlərlə məhdudlaşır.                
Ə
halinin  geniş  kütləsinin  maraqlarını,  daha  yaxşı  təmin  et-
mək üçün, daha az mərkəzləşdirilmiş siyasi strukturların yaradıl-
ması  və  siyasi  proseslərin  dəqiq  təşkilinə  çalışmaq  lazımdır. 
Bunun üçün dəqiq prosessual qaydaların yaranması və siyasi bal-


Игтисади сийасят: методолоэийа вя практика 
 
43 
lastın  (əsas  məqsədə  birbaşa  xidmət  etməyən  yük)  aradan  qaldı-
rılması  (o  cümlədən  dövlət  müəssisələrinin  özəlləşdirilməsi) 
vacibdir.  Burada  «subsidarlıq»  prinsipini  tətbiq  etmək  məqsə-
dəuyğundur. 
qtisadi  siyasətin  bir  çox  sahələri,  ilk  baxışdan  təcrid  olun-
muş  xarakterli,  müxtəlif  idarələrin  qərarları  isə,  razılaşdırmaya 
ehtiyacı olmayan kimi görünə bilir. Lakin müasir iqtisadi həyatın 
mürəkkəb  qarşılıqlı  əlaqələri,  iqtisadi  siyasətdə,  müxtəlif  idarə-
lərin  fəaliyyətinin  diaqonal  koordinasiyasını  (həm  horizontal,  
həm də şaquli koordinasiyanı) zərurətə çevirir. Əks halda razılaş-
dırılmış  iqtisadi  siyasətin  aparılması  mümkün  deyildir.  Real 
təcrübədə,  belə  koordinasiyanı  aparmaq  üçün,  ilk  növbədə  ida-
rələrarası işçi qruplar yaradılır, daha sonra,  birgə fəaliyyətin ma-
liyyələşdirilməsi zərurəti yaranırsa, maliyyə idarəsi, həmin idarə-
lərin  dolayı  koordinasiyasını  təşkil  edir.  Bu  onunla  izah  olunur  ki, 
dövlət bücəsinin vəsaitləri məhduddur. Məsələn, ətraf mühitin qo-
runmsına  yönələn  bəzi  tədbirlər,  həmin  regionda,  iqtisadi  fəaliy-
yətin  cəlbediciliyinin  aşağı  düşməsinə  və  vergi  daxilolmalarının 
azalmasına səbəb ola bilər. Bunun əksi də ola bilər. Məsələn, inves-
tisiya mühitinin yaxşılaşdırılması ekoloji situasiyanı pisləşdirə bilər.  
Müxtəlif idarələrin fəaliyyətinin koordinasiyası, digər başqa 
sahələrdə də zəruri ola bilər. Məsələn, rəqabətin və xarici iqtisadi 
siyasətin  stimullaşdırılması  tədbirlərinin  razılaşdırılması  həmişə 
vacibdir.  Koordinasiyanın,  yalnız  vertikal  xarakterli,  yəni  müx-
təlif  qərar  qəbulu  səviyyələrində  (mərkəzi  və  yerli),  fəaliyyətin 
uzlaşdırılması kimi qəbul edilməsi kifayət deyil. Horizontal koor-
dinasiya  (regionlar  arası)  və  dioqanal  koordinasiya  da  vacibdir. 
Hər  bir  səviyyədə  idarəetmə  institutları  elə  formalaşdırılmalıdır 
ki, hər üç tələb asanlıqla reallaşa bilsin.  
Səmərəli  iqtisadi  siyasətin  mühüm  atributlarından  biri,  mə-
sələlərin rasional bölgüsüdür. Belə bölgünün ən mühüm meyarla-
rına,  xərclərin  həcmi  ilə  yanaşı,  siyasi  qərarın  açıqlığı  dərəcəsi, 
vətəndaşlara  yaxınlığı və yeniliklərin intensivliyi aiddir. Yenilik-
lərin intensivliyi dedikdə, ideya və konsepsiyaların rəqabəti başa 
düşülür.  Belə  rəqabət,  investisiya  mühitinin  milli  və  beynəlxalq 
Расим Щясянов 
 
44 
 
rəqabətliliyi  şraitində,  mobil  istehsal  faktorlarının  cəlbi  üçün, 
ə
lverişli imkanlar yaraldılmasında mühüm rol oynayır. 
qtisadi siyasətdə qərar  qəbulunun  mühüm bir əlamətini də,  
məsələlərinin şaquli bölgüsünün xüsusiyyətləri təşkil edir. Dünya  
təcrübəsində, bazar iqtisadi münasibətləri şəraitində, ümumdövlət 
miqyaslı    məsələlərin  hansı  səviyyədə  həll  edilməsi,  siyasi  yolla 
müəyyənləşir.  Məsələn,  Avropa  ttifaqı  çəçivəsində,  Maastrixt 
müqaviləsində təsbit olunmuş subsiarlıq prinsipi, hər bir  müvafiq 
məsələnin  həlli  modelini  müəyyənləşdirir.  Avropa  ttifaqı  bila-
vasitə, ancaq elə məsələləri həll edə bilr ki, onları milli səviyyədə, 
adekvat  həll  etmək  mümkn  deyildir.  Bütövlükdə  qeyd  olunduğu  
kimi,  subsidarlıq  prinsipi  tələb  edir  ki,  qeyri  müəyyənlik  olduğu 
təqdirdə,  məsələlərin  həlli  səlahiyyətini,  mümkün  olan  ən  aşağı 
səviyyəyə həvalə etmək lazımdır. Lakin bu, heç də o demək deyil-
dir  ki,  məsələlərin  həllində,  səlahiyyətlərin  bölgüsü  dəyişməz 
olmalıdır. Çünki, zaman ötdükcə, ayrı-ayrı səviyyələrdə, qərar qə-
bulunun nisbi səmərəliliyi, dəyişə bilir. Ona görə də, bölgünün ra-
sionallığını  saxlamaq  üçün,  müstəqil  ekspertlərdən  ibarət  komis-
siya, bölgünün səmərəliliyini sistematik olaraq yoxlamalıdır. 
Subsidarlıq prinsipi, əhaliyə ən yaxın səviyyədə, qərar qəbu-
lunu  məqsədəuyğun  hesab  etməklə  idarəedicilərin  fərdi  məsu-
liyyətini təmin edir.  
Dar mənada subsidarlığı – qərar qəbulunda sərbəstliyi döv-
lətə yox, təşkil olunmuş ayrı-ayrı qruplara vermək üstünlüyü kimi 
də şərh etmək olar.  
 
 
 
 
 
 
 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə