Игтисади сийасят: методолоэийа вя практика
149
qtisadi nəzəriyyədən məlumdur ki, adambaşına düşən
gəlirlərin artımı, iqtisadi proses kimi əhalinin şəxsi istehlakının
strukturunu dəyişir. stehlakın strukturunun xarakterinin dəyişil-
məsinin iki mühüm meyilini ayırmaq olar. Birinci belə meyil,
fərdi gəlirin artımının əhalinin tələbinin strukturunda qeyri-bəra-
bər əks olunmasıdır, yəni müxtəlif mal və xidmətlərə tələbin
artımı mütənasib olmur. stehlakçıların belə davranışını “tələbin
gəlirə görə elastikliyi” ilə izah etmək olar. Qiymət və digər fak-
torlar sabit qaldığı halda hər bir i məhsulu üçün “tələbin gəlirə
görə elastikliyi”
i məhsuluna olan tələbin artımı, %
µ
i
= ---------------------------------------------------------
tələbin artımının təmin etmiş gəlirin artımı, %
kimi hesablanır. Yəni, gəlirin 1 vahid artımının tələbi nə qədər
artırdığı – tələbin gəlirə görə elastikliyi hesab olunur. Əgər istə-
nilən gəlir səviyyəsində əhali bütün mal və xidmətləri eyni nisbət-
lərdə istehlak edirsə, onda deməli gəlirə görə təbəbin elastikliyi
vahidə bərabərdir. Təcrübədə bu mümkün deyildir. Gəlir artdıqca
tələbin ümumi həcmində bəzi məhsulların payı azalır (belə
məhsullar üçün µ <0, və ya daha doğrusu µ
i
< 1). Belə məhsulları
“zəruri tələbat məhsulları” adlandırırlar (staples). Gəlir artdıqca
istehlakda payı artan məhsulları “dəbdəbə məhsulları” (luxuries)
adlandırırlar. Belə məhsullar üçün µ
i
> 1 olur.
qtisadçılar çox uzun müddət ərzində istehlakda hansı məh-
sulların “zəruri tələb” və “dəbdəbə” məhsulu olduğunu müəyyən-
ləşdirməyə çalışmışlar. Ailə büdcələrini öyrənməklə məşğul ol-
muş alman alimi Ernest Enqel ilk dəfə olaraq XIX əsrdə müvafiq
qanunauyğunluqları təklif etmişdir. Məcmu tələbin strukturunda
ayrı-ayrı məhsulların xüsusi çəkisinin mütləq dəyişməsi (µ
i
- 1)
kimi müəyyənləşdirilir və bu Engel effekti adlanır. Bir çox
uzunmüddətli istifadə malları üçün Engel effekti, müsbət qiymət
alır (µ
i
> 0). Belə malları “dəbdəbə” malları adlandırırlar, gəlir
artdıqca onlara tələb artır. Zəruri tələb mallarının ən yaxşı nümu-
Расим Щясянов
150
nəsi, ərzaq məhsullarıdır: Gəlir artdıqca onların tələbdə xüsusi
çəkisi azalır (µ
ə
rzaq
< 1). Engel qanununa görə: stabil qiymətlər
və dayanıqlı demoqrafik şəraitdə (ailənin ölçüləri və tərkibinin
stabilliyi) gəlirin artımı istehlakda ərzağın payını azaldır. Bu o
deməkdir ki, iqtisadi inkişafın təzahürü kimi adambaşına düşən
gəlirin artımı, gəlirə görə aşağı elastiklikli tələbə malik olan bir
sıra ərzaq məhsullarına olan tələbi dəyişəcək, daha dəqiqi, azal-
dacaqdır. Lakin nəzərə almaq vacibdir ki, Engel qanunu “dəyərlər
üzrə üstünlüklər ( prioritetlər ) sisteminin dəyişmədiyi şəraiti izah
edir. Yəni bu o demək deyil ki, gəlir artdıqca bu seqmentdə
“dəyərlər dəyişir”.
Engel qanunu və onun effekti “zəruri tələb” və ya “dəbdəbə”
məhsulların istehsalçıları üçün, qiymət dinamikasını proqnozlaş-
dırmaq imkanını yaradır. Gəlirin artımı tələbi “dəbdəbə” məhsul-
larına istiqamətləndirilir. Təklifin istənilən artımında (istehsal
faktorlarının və məhsuldarlığın təklifinin artımı) gəlirin artımı,
“dəbdəbə” məhsullarının nisbi qiymət artımını doğurur. Bu həmin
məhsullar istehsalı üzrə ixtisaslaşan ölkələrin qazancını artırır.
Ə
rzaq məhsulu istehsal edən torpaq mülkiyyətçiləri isə Engel qa-
nununa görə itirirlər. Çünki əgər iqtisadiyyatın bütün sektorla-
rında məhsuldarlıq eyni templə artırsa, bunun nəticəsi olaraq
gəlirlərin artımı, ərzağa tələbin mənfi istiqamətdə dəyişməsinə
səbəb olacaqdır, yəni dünya bazarında ərzağın qiyməti aşağı
düşəcəkdir.
stehlakın strukturunun xarakterinin dəyişməsinin ikinci
meyili “üstün tələb” fərziyyəsi təşkil edir. sveç alimi S.B. Lin-
derin “üstün tələb” (reprisentative demand) fərziyyəsinə görə, gə-
lirin dəyişməsi, tələb və xarici ticarətdə, “gəlir – üstünlük – texno-
logiya – xarici ticarət” kimi zəncirvarı “səbəb-nəticə” dəyişikləri
yaradır. Adambaşına gəlirin artması tələbin strukturunda “dəb-
dəbə” məhsuluna tələbi artırır (Engel qanunu). Yeni tələb isə tex-
nologiyanın təkmilləşdirilməsinə zərurəti doğurur. Yeni texnolo-
giya məhsuldarlığı artırır, məhsulun qiyməti düşür və onun ixracı
artır. Başqa sözlə gözləmək olar ki, ölkə öz istehlakında xüsusi
çəkisi böyük olan məhsulları ixrac edəcək. Doğrudur, Linderin bu
Игтисади сийасят: методолоэийа вя практика
151
mülahizələri hər hansı təkzibolunmaz arqumentlərə əsaslanmır.
Onun arqumentləri o vaxt mübahisəsiz ola bilər ki, “dəbdəbə”
istehsalında ya istehsalın miqyasının genişlənməsi və ya təcrübə
hesabına “qənaət effekti” yaransın. Linderin mülahizələri yalnız
bəzi sənaye məhsulları, məsələn avtomobillər üçün doğrudur. Bü-
tövlükdə bu mülahizələr onu göstərir ki, gəlirin artması ilə onlara
tələbin artmasına baxmayaraq dəbdəbəli sənaye məhsullarının
qiyməti azala bilər.
Xarici ticarət və istehsal faktorlarının artımının qarşılıqlı
təsir xüsusiyyətləri. Zaman etibarilə bütün istehsal faktorlarının
təklifi artır. Kapital, ixtisaslaşma səviyyəsi, əmək resurslarının
həcmi, hətta, əkinçiliyə yararlı torpaq fondu və faydalı qazıntı
yataqlarının həcmi artmağa meyllidir. Bu artımlar sonsuz olmasa
da, istehsal imkanları əyrilərinin başlanğıc şərtlərini dəyişir. Yəni,
beynəlxalq ticarət üçün yeni şərait və struktura yaranır. Bu
baxımdan istehsalın arıtmının müxtəlif səbəbləri və formalarını,
fərqləndirmək mümükündür və məqsədəuyğundur.
1. Tam neytral artım. Ayrı-ayrı faktorların artım sürətinin
müxtəlifliyinin təsir gücünü dəyərləndirmək üçün, faktiki müm-
kün olmayan spesifik şəraitdə, yəni, bütün istehsal faktorlarının,
bütün ölkələrdə eyni sürətlə artığı şəraitdə, xarici ticarətin dəyiş-
məsi xüsusiyyətlərini qiymətləndirək. Belə olduqda, bütün isteh-
sal və təklif əyriləri, öz formalarını dəyişməyəcək, sadəcə geniş-
lənəcəkdir. Bu zaman, adambaşına düşən gəlir, dəyişmədiyinə
görə Engel effekti müşahidə olunmur. Başqa sözlə, belə halda
beynəlxalq ticarət axınlarının da strukturu, nisbətləri və dünya
qiymətləri dəyişməyəcəkdir. Dəyişən ancaq həcmlər ola bilər.
Beləliklə, belə nəticə çıxarmaq olar ki, iqtisadi artım prosesində
xarici ticarətə və onun iştirakçılarının maraqlarına təsir edən ən
mühüm amil, faktorların öz aralarında və ölkələr arasında artım
sürətinin müxtəlifliyidir.
2. Hər hansı ölkədə faktorların tarazlaşdırılmamış artımı,
yəni, qeyri-bərabər artımının xarici ticarətə təsiri, həm tələb, həm
də təklif baxımından ola bilər. Faktorların təklifinin artımının
xarici ticarətə təsiri, ilk növbədə hansı istiqamətdə - idxalla
Расим Щясянов
152
rəqabət aparan və ya ixracyönlü sahələrdə olan faktorların artma-
sından asılıdır. Məsələn, idxalla rəqabət aparan sahələrdə faktor
təklifi artırsa bu, idxal mallarına olan tələbi və ola bilər ki, onların
qiymətini azaldır və nəticədə dünya ticarətinin həcmini azaldar.
Belə halı “idxal əvəzedici artım” halı adlandırmaq mümkündür.
Əks şəraitdə “ixrac genişləndirilən artım” halı müşahidə
olunur. stehsal faktorlarının artımı təklifi, həm də ixrac təklifini
artırır. Bu dünya ticarətini həcmini artırır və eyni zamanda
müvafiq dünya qiymətlərini aşağı sala bilər.
qtisadi siyasət üçün nəticələr: idxal əvəz edən və ixrac-
yönlü inkişaf artım tipləri arasındakı ziddiyyət, hökumətin
iqtisadiyyatın hansı sektorlarını və ya hansı istehsal faktorlarını,
stimullaşdırılması siyasətini seçməsini, şərtləndirə biləcək mühüm
məqamlardır. Aydındır ki, hökumət belə siyasəti, vergi yüklərinin
yenidən bölüşdürülməsi və ya kapital qoyuluşunu artırmaq vasi-
təsilə edə bilər. Yəni bu vasitələr, xərcləri və qiymətlər dinami-
kasını dəyişdirə biləcək ehtimal kimi dəyərləndirilir. Doğrudur,
burada “kiçik dövlət” fərziyyəsi də var, yəni ölkənin kiçik olması
onun dünya bazarına hər hansı formada təsirini heçə çıxara bilər.
Ona görə də fərz edək ki, istehsal faktorlarının artımı, böyük ölkə-
lərdə olduğu kimi, dünya qiymətləri nisbətlərinə təsir edə bilər.
Onda idxal əvəzedici artım, ölkənin “ticarət şəraitinin” yax-
ş
ılaşmasını (idxal etdiyi malların qiymətlərinin aşağı düşməsi he-
sabına), ixrac genişləndirən artım isə ticarət şəraitinin pisləş-
məsini (ixracın nisbi qiymətlərinin olmağı düşməsi hesabına)
doğura bilər. Belə olduqda isə hökumət “idxal əvəzedici artım”
siyasəti üçün, sanki əlavə stimul qazanır: onun müvafiq inves-
tisiya siyasəti beynəlxalq ticarət şəraitini yaxşılaşdırır. Beləliklə
ə
slində dünya qiymətlərinə təsir edə biləcək qüvvəyə malik olan
və digər ölkələrin mənafelərini nəzərə almayan ölkə üçün, xarici
ticarətin inkişafına xidmət etməyən “iqtisadi inkişaf tipini”
müdafiə edən yeni arqumentləri formalaşdırdıq.
Lakin nəzərə almaq lazımdır ki, istehsal faktorlarının qeyri
rəvan artımının, iqtisadi inkişafa təsiri, yuxarıda izah edilənlərlə
bitmir. Hər hansı faktorun üstün artımı, onun aktiv istifadə olun-
Dostları ilə paylaş: |