Игтисади сийасят: методолоэийа вя практика
161
-
dolğunluq (tamlıq) prinsipi – büdcənin hər bir maddəsi
üzrə bütün xərclər və gəlirlər nəzərə alınmalıdır;
-
Reallılıq prinsipi – dövlətin xərcləri və gəlirləri faktiki
maliyyə axınları və müvafiq potensiala nisbətdə düzgün
ə
ks etdirməlidir;
-
Şəffaflıq prinsipi
−
əhali büdcənin əsas gəlirlərinin
mənbələri, xərcləri haqqında vaxtında və dolğun məlu-
matlandırılmalıdır.
Büdcənin dövlətin iqtisadi inkişafa təsiri vasitəsi kimi isti-
fadə olunması müxtəlif nəzəri konsepsiyalara əsaslanır. Uzun
müddət ərzində inkişaf etmiş kapitalist ölkələrində “neytral büd-
cə” konsepsiyası hakim mövqeyə malik olmuşdur. Neytral büdcə
konsepsiyası, dövlətin büdcə siyasətinin balanslaşdırılmış büd-
cənin formalaşdırılması və təkrar istehsal prosesinə neytrallığın
təmin etməsinə istiqamətləndirilməsi ideyasına söykənir. Konsep-
siyanın iqtisadi mahiyyətini, maliyyə sisteminin normal fəaliyyət
göstərməsinin iqtisadiyyatın səmərəli fəaliyyətini “avtomatik”
təmin etməsi ideyası təşkil edir. Başqa sözlə, büdcə bu halda
yalnız pul vəsaitlərinin yığımı və bölgüsü kimi təmiz maliyyə
məsələlərini həll etmək vəzifəsi daşıyırdı. Lakin büdcə xərcləri ilə
gəlirlərin sərt əlaqələndirilməsi büdcənin çevikliyini aşağı sal-
maqla, dövlətin iqtisadi fəaliyyətə təsirini əhəmiyyətli dərəcədə
məhdudlaşdırırdı və bu xüsusilə böhran şəraitində arzuolunmaz
nəticələrə səbəb ola bilirdi. qtisadi fikirdə Keyns ideyalarının
yaranması ilə bir çox sahələrdə olduğu kimi, büdcə konsepsiya-
sında da yeni baxışların meydana gəlməsinə səbəb oldu. Keyns
nəzəriyyəsinin əsas məntiqinə müvafiq olaraq, dövlət büdcəsinin
maliyyə alətindən başqa, həm də mühüm iqtisadi stabilləşdirici
olmasının mümkünlüyü və hətta vacibliyi ideyası yarandı. Yeni
büdcə konsepsiyası “funksional maliyyə” ideyasına əsaslanır. Bu
ideyaya görə, büdcə siyasəti ilk növbədə iqtisadiyyatın stabil-
ləşdirilməsi məsələsini həll etməlidir, yəni dövlət iqtisadi idarəet-
məsində iqtisadi siyasətin xarakterinin müəyyənləşdirilməsi mə-
sələsinin əsas həlli maliyyə yox, iqtisadi müstəvidə olmalıdır.
Nəzərdə tutulur ki, makroiqtisadi stabilliyin təmin edilməsi
Расим Щясянов
162
büdcənin müsbət saldosu halında olduğu kimi, həm də büdcə
kəsiri şəraitində mümkündür. Hətta özlüyündə mənfi qiymətlən-
dirilən büdcə kəsirini həll etməyə çalışarkən, xüsusilə böhran və
tənəzzül mərhələlərində, iqtisadi inkişafa zərər vura biləcək ma-
liyyə sağlamlaşdırılmasını aparmaq məqsədəuyğun hesab edilmir.
“Funksional maliyyə” konsepsiyasına görə uzunmüddətli
perspektivdə büdcə kəsirini iqtisadi stabilliyi təmin etmədən həll
etmək mümkün deyildir. Büdcə siyasətinə iqtisadi yanaşma mən-
tiqi məhz bu ideyaya əsaslanır. Dünya təcrübəsinin son illərdəki
dərsləri göstərir ki, Keyns nəzəriyyəsinin müxtəlif modifika-
siyaları və ya müxtəlif prizmalı nəticələri, o cümlədən keçən əsrin
80-90-cı illərində yayılan iqtisadi təklif nəzəriyyəsi inkişaf etmiş
ölkələrdə “funksional maliyyə” konsepsiyasını iqtisadiyyatın
dövlət tənzimlənməsinin əsas modelinə çevirmişdir.
Büdcə siyasətinin səmərəliliyi onun həll etməli olduğu mə-
sələlər kontekstində müəyyənləşdirilməlidir. Məsələn, əgər büdcə
maliyyə məsələlərini həll edirsə, onda səmərəlilik göstəriciləri,
dövlət maliyyəsinin vəziyyətini əks etdirən, büdcənin kəsiri və
dövlət borcu göstəriciləri hesab edilir. Əksinə, əgər büdcə siyasəti
iqtisadi problemlərin həllinə yönəldilirsə, onda əsas səmərəlilik
göstəriciləri ÜDM-in artımı və məcmu investisiyaların həcmi,
investisiyaların və işsizliyin səviyyəsi göstəriciləri olacaqdır. Bu
halda maliyyə göstəriciləri iqtisadi səmərəlilik göstəricilərinin
tamamlayıcısına çevrilir.
Vergi siyasəti – dövlət və yerli idarəetmə orqanlarının mü-
vafiq büdcələrin gəlirlərini təmin etmək məqsədilə, əhali və
iqtisadi fəaliyyət subyektlərinin qazandıqları gəlirin müəyyən his-
səsinin məcburi qaydada yığmasının nəzərdə tutan fəaliyyətidir.
Vergi siyasəti bu və ya başqa vergi sisteminin qurulmasını tələb
edir. Vergilər iki əsas funksiya daşıyır:
−
fiskal və iqtisadi. Fiskal
funksiya, dövlətin fəaliyyətinin bütövlükdə təmin edilməsi üçün
zəruri olan pul fondlarının yaradılmasını, iqtisadi funksiya isə
həmin fondların milli gəlirin yenidən bölüşdürülməsi üçün isti-
fadə olunmasını nəzərdə tutur. Fiskal funksiya vergi ödəyicilə-
Игтисади сийасят: методолоэийа вя практика
163
rinin dövlət qarşısında, iqtisadi funksiya isə dövlətin vergi
ödəyiciləri qarşısında öhdəliklərini ifadə edir.
Vergi qoymanın idarə olunmasının hüquqi-təşkilatı norma
və qaydaları toplusu ölkənin milli vergi mexanizmini təşkil edir.
Vergi mexanizminin fəaliyyəti vergi qanunvericiliyi əsasında tə-
min edilir. Vergi siyasətinin aşağıda ifadə olunan əsas prinsipləri
hələ iqtisad elminin klassiklərindən olan A.Smitin “Xalqların
varlı olmasının səbəbləri və təbiətinin təhlili” (1776-cı il) əsərində
verilmişdir:
- Dövlətin vətəndaşları dövlətin himayəsi və müdafiəsi al-
tında qazandıqları gəlirlərə müvafiq olaraq dövləti maddi cəhət-
dən təmin etməlidirlər (yəni vergi ödəməlidirlər);
- Ödənilən vergilər ixtiyari olmamalı, onun müddəti ,həcmi
və ödənilməsi qaydası dəqiq müəyyənləşdirilməlidir;
- Hər bir verginin ödəyiciyə ən münasib vaxtda və formada
ödənilməsi təmin edilməlidir;
- Vergi siyasətinin formalaşdırılması dövlətin xərclərinin
(büdcə xərcləri), sonra isə həmin xərcləri ödəyə biləcək gəlirlərin
(büdcə gəlirləri) müəyyənləşdirilməsindən başlamalıdır. Büdcə
xərcləri cəmiyyətin maraqlarını əks etdirməlidir, bu dövlətin
“ucuzlaşmasına” səbəb olar və vergilərin “quldarlıq” yox, azadlıq
ə
laməti olmasını təmin edər.
Vergi sisteminin iqtisadiyyata təsirinin əsas aləti vergi
güzəştləridir, belə güzəştlər ayrı-ayrı ölkələrdə 100-dən artıqdır.
kinci, ən mühüm təsir vasitəsi vergi dərəcələri ilə manipulyasiya
hesab edilir. Veri güzəştləri və vergi dərəcələrinin dəyişdirilməsi
bir tərəfdən iqtisadiyyatda elmi-texniki tərəqqinin inkişafına,
struktur dəyişiklərinə və iqtisadi artıma təsir edirsə, digər tərəf-
dən dövlət büdcəsinə ciddi mənfi təsir göstərir. Müxtəlif iqtisadi
inkişaf səviyyələrində olan ölkələrdə vergi alətlərinin istifadə
olunmasının səmərəliliyini şərtləndirən amillər müxtəlif ola bilir.
Müasir dövrdə dünyada qəbul edilən ən ümumi qiymətləndir-
mələrə görə vergi sisteminə olan əsas tələbləri
−
onun dayanıq-
lığı, bazar mexanizminə nəzərən neytrallığı və bazar təsərrüfatının
Расим Щясянов
164
bütün subyektlərinə münasibətdə bərabər şəraitin təmin olunması
kimi ifadə etmək olar.
Pul-kredit siyasəti – dövlətin iqtisadiyyata dolayı təsir vasi-
tələrindən biri olmaqla pulun iqtisadiyyatda rolu və makroiqtisadi
parametrlərə: iqtisadi artım, məşğulluq, qiymətlər və tədiyyə
balansına təsiri haqqındakı nəzəri konsepsiyalara əsaslanır. Pul-
kredit siyasətinin əsas mahiyyəti –Mərkəzi Bankın müəyyən
siyasət aparmaqla ölkədəki pul təklifini dəyişdirə bilməsindədir.
Mərkəzi Bankın iqtisadiyyatdakı pul bazasına təsiri ölkənin bank-
kredit sisteminin fəaliyyəti, o cümlədən kommersiya banklarının
kredit emissiyası vasitəsilə pul kütləsini artırıb-azalda bilmə
qabiliyyəti ilə müəyyənləşir. Müasir dövrdə inkişaf etmiş iqtisa-
diyyata malik olan ölkələrdə Mərkəzi Bankda pul-kredit sferasını
tənzimləməsinin üç əsas aləti istifadə edilir: açıq bazar əməliyyatları,
uçot dərəcəsi və ehtiyat normaları. Birinci, iki alət vasitəsilə Mərkəzi
Bank bilavasitə pul bazasına təsir edir, ehtiyat normaları vasitəsilə isə
kommersiya bankları sonuncu pul vahidinədək kreditləşdirmə
aparmaqla multiplikativ effekt yarada bilir.
Pul-kredit siyasətinin son məqsədinin makroiqtisadi para-
metrləri tənzimləməkdən ibarət olması onun qlobal məqsədlər
sırasını müəyyənləşdirir. Belə məqsədlərə qiymətlərin stabilli-
yinin təmin olunması, tam məşğulluq, istehsalın real həcminin
artımı və tədiyyə balansının dayanıqlığının təmin edilməsi aid
edilir. Cari pul-kredit siyasəti isə daha konkret məqsədlərə hədəf-
lənməklə siyasətin xarakterini müəyyənləşdirir. Bu məqsədlə pul
kredit siyasətinin aralıq hədəfləri
−
pul sisteminin əsas parametr-
lərinin
−
pul kütləsi, faiz dərəcəsi və mübadilə kursunun uzun-
müddətli (adətən, bir il və daha çox) tənzimlənməsi göstəriciləri
müəyyənləşdirilir. Mərkəzi Bankın cari fəaliyyəti isə pul-kredit
siyasətinin taktiki məqsədlərinə istiqamətlənən tədbirləri əhatə
edir. Pul kredit siyasətinin xarakteri məhz sonuncularda əks
olunur. Məsələn, sərt monetar pul-kredit siyasəti pul kütləsinin
müəyyən səviyyədə saxlanılmasını nəzərdə tutduğu halda, çevik
Dostları ilə paylaş: |