Игтисади сийасят: методолоэийа вя практика
169
məsi mexanizmi istifadə olunur. Bu mexanizmin iqtisadi-təş-
kilati mahiyyəti ondan ibarətdir ki, bu büdcə, dövlətin investisiya
proqramlarının maliyyələşdirilməsi məqsədi ilə daxili və xarici
resursların cəlb etdiyi dövlət maliyyə sistemidir. Bu mexanizm
kredit resurslarının sistematik bərpasına, yenilənməsinə əsaslanan
və daimi fəaliyyətdə olan iqtisadi sistemdir. nkişaf büdcəsi
ölkənin faktiki imkanlarını üstələyən borc öhdəliklərini artırma-
dan dövlət büdcəsinin formalaşmasını və xərclənməsini təmin
edən investisiya həcmlərini və istiqamətlərini əhatə edir.
Sosial maliyyə siyasəti – ölkə vətəndaşlarının Konstitusiya
ilə müəyyənləşdirilmiş hüquqlarının maliyyə təminatının həllinə
xidmət edən tədbirlər kompleksidir. Sosial maliyyə siyasəti bir
sıra ölkələrdə fərqli xüsusiyyətlərə və funksiyalara malik ola bilir.
Azərbaycanda sosial maliyyə siyasəti pensiya siyasəti, miqrasiya
siyasəti, demoqrafiya siyasəti, sosial təminat siyasəti, qaçqın və
məcburi köçkünlərə yardım siyasəti və s. kimi tərkib hissələ-
rindən ibarətdir.
Məlum olduğu kimi, sosial siyasətin əsas məqsədi əhalinin
ə
sas həyati tələbatının ödənilməsini təmin etmək üçün, cəmiy-
yətdə əlverişli sosial mühit və sosial dayanıqlığın yaradılmasıdır.
Dövlətin sosial siyasəti, bu baxımdan, özünəməxsusluğa malik
olmaqla çox istiqamətli və çox subyektlidir. Sosial siyasətin mü-
hüm xüsusiyyəti ölkənin sosial fəzasının bir və ya bir neçə səviy-
yəyə ayrıla bilməsidir. Bir sıra ölkələrdə, xüsusilə federal struk-
turlu ölkələrdə sosial siyasət ərazi meyarı üzrə fərqli icra me-
xanizmlərinə malik ola bilir. Lakin dünya təcrübəsində, ərazi
baxımından Azərbaycanda olduğu kimi, ölkənin vahid sosial
fəzaya malik olması daha çox yayılıbdır. Digər tərəfdən sosial
siyasətdə normativ və real sosial fəzalar fərqləndirilir. Normativ
sosial fəza qanunvericilik səviyyəsində, real sosial fəza isə döv-
lətin öz üzərinə götürdüyü öhdəliklərin realizasiyası imkanlarının
müəyyənləşdirdiyi səviyyəni göstərir. Məsələn, Azərbaycan kimi
ölkələrdə bu iki səviyyə eynidir, başqa sözlə, ölkəmizdə tam
mənada vahid sosial fəza mövcuddur.
Расим Щясянов
170
Sosial siyasətin maliyyələşdirilməsi, mahiyyət etibarilə, iqti-
sadi səmərəliliyin artırılmasına xidmət etməlidir. Sosial siyasətin
iqtisadi səmərəliliyini üç aspektdə qiymətləndirmək mümkündür.
Sosial siyasətin makroiqtisadi səmərəliliyi dedikdə, nəzərdə
tutulur ki, cəmiyyət sosial siyasətin maliyyələşdirilməsinə müm-
kün qədər, lakin iqtisadi fəaliyyətin digər sahələrinə zərər vurma-
yacaq qədər vəsait ayırır. Əsas məsələ insan inkişafı ilə iqtisa-
diyyatın digər sahələrinin inkişafı arasında optimal balansın
tapılmasındadır.
Mikroiqtisadi səmərə dedikdə, mövcud maliyyə resurslarının
ayrı-ayrı sosial proqramların – pul yardımları, tibbi xidmət, təhsil,
kadr hazırlığı və yenidən hazırlıq, məşğulluğun təmin olunması
və s. arasında bölüşdürülməsi məsələləri nəzərdə tutur.
Sosial siyasətin səmərəliliyinin üçüncü aspekti – sosial proq-
ramların stimullar sisteminə təsiri nəzərdə tutulur. Digər tərəfdən
isə sosial ödənişlər və güzəştlər sistemi elə maliyyələşdirilməlidir
ki, əmək fəallığına mənfi təsir etməsin.
Gömrük siyasəti
−
qiymət və vergi siyasətinin simbiozu
olaraq ölkə bazarına xarici məhsulların daxil olmasını artırmaq və
ya azaltmaq, yaxud ölkədən ixracı artırmaq və ya azaltmaq məq-
sədləri güdür. Beləliklə, gömrük siyasəti, nəinki təsərrüfat sub-
yektləri ilə dövlət arasında, həm də təsərrüfat subyektləri ilə sahə-
lər və regionlar arasında bölgü münasibətlərini müəyyənləşdirən
maliyyə alətidir.
Fəaliyyət müddəti, xarakteri və vəzifələri baxımından, ma-
liyyə siyasəti maliyyə strategiyası və maliyyə taktikası kimi iki
formaya malik ola bilir. Maliyyə strategiyası və taktikası qarşılıq-
lı əlaqəli olmaqla bərabər maliyyə siyasətinin üstqurum kimi,
iqtisadi bazislə münasibətlərini konkretləşdirir. Bir tərəfdən ma-
liyyə siyasəti iqtisadi münasibətlərlə yaranır: iqtisadiyyatdan kə-
nar maliyyə siyasətini formalaşdırmaq və həyata keçirmək müm-
kün deyildir. Digər tərəfdən, qeyd olunduğu kimi, maliyyə siya-
səti nisbi müstəqilliyə malikdir, onun inkişaf qanunauyğunluqları
və məntiqi fərqlidir. Ona görə də, maliyyə siyasəti iqtisadi siste-
mə və maliyyənin vəziyyətinə əks təsir göstərə bilir. Maliyyə
Игтисади сийасят: методолоэийа вя практика
171
siyasətinin mühüm məqsədlərindən biri maliyyə resurslarının artı-
rılması və onun istifadəsinin səmərəliliyinin yüksəldilməsi olması
da, bu baxımdan, ciddi əhəmiyyətə malikdir. Maliyyə siyasətinin
realizasiyası üçün hər bir ölkədə müəyyən maliyyə mexanizmi
formalaşdırılır. Maliyyə mexanizmi – maliyyə sisteminin sub-
yektlərinin onun obyektlərinə təsiretmə vasitəsidir, maliyyənin
funksiyalarının təcrübədə reallaşdırılması formasıdır. Maliyyə
mexanizminin əsas elementlərinə, maliyyə resurslarının formaları,
onların yaranma üsulları, dövlət gəlirləri və xərclərinin müəyyən-
ləşdirilməsinin norma və normativləri, büdcə sisteminin, müəssisə
maliyyəsinin və qiymətli kağızlar bazarının təşkili xüsusiyyətləri
aiddir.
5.2. Büdcə mexanizminin hüquqi əsasları
Büdcə siyasəti ölkənin cari iqtisadi siyasətinin «sıxılmış»
inikası olaraq hökumətin öz iqtisadi funksiyalarını yerinə ye-
tirmək istəyi və imkanlarını əks etdirir.
Büdcə siyasəti təkcə büdcənin tərtib olunması mexanizmi və
onun ayrı-ayrı hissələrinin məsuliyyət münasibətlərinin bölgüsü
ilə xarakterizə olunmur. Fikrimizcə, hər bir ölkənin büdcə siya-
sətini qiymətləndirmək üçün bir neçə cəhətdən yanaşma vacibdir.
Büdcə siyasətinin ümumi istiqamətliliyini müəyyənləşdirən
amil, onun institusional çərçivəsini formalaşdıran vahid büdcə
təsnifatı sistemidir. Əksər ölkələrdə büdcə təsnifatı dayanıqlı və
obyektiv forma daşıması üçün qanun statusuna malik olur. Əs-
lində bununla büdcə təsnifatının və bütövlükdə büdcə siyasətinin
şə
ffaflığı və onun ictimai nəzarət obyektində olması təmin edilir.
Dövlətin iqtisadi funksiyalarının həyata keçirilməsinin
maddi təminatı rolunu oynayan dövlət büdcəsi, eyni zamanda, ya-
ranan milli gəlirin və deməli, ümumi daxili məhsulun yenidən
bölgüsü mexanizmini təşkil edir.
Ayrı-ayrı ölkələrdə dövlət büdcəsinin tərkibi və onun for-
ması müxtəlif ola bilir. Lakin onların ən ümumi cəhəti dövlət
büdcəsinin ali qanunverici orqan tərəfindən təsdiq olunaraq qanun
Расим Щясянов
172
statusu alması və büdcənin düzgün icrasına parlament tərəfindən
nəzarət mexanizminin mövcudluğudur.
Azərbaycan respublikası büdcə qanunvericiliyi «Büdcə
sistemi haqqında» qanundan, Vahid büdcə təsnifatı aktlarından
və hər maliyyə ilinin dövlət büdcələri qanunlarından ibarətdir.
Bilavasitə dövlət büdcəsinə xidmət edən digər qanunvericilik akt-
ları «Vergi məcəlləsi», «Gömrük məcəlləsi» və bir sıra ayrı-ayrı
dövlət idarəetmə orqanlarının təlimatları, o cümlədən, Ehtiyat
Fondu haqda əsasnamə və s. Dövlət büdcəsinin tərkibi və icra
olunmasının əsas vasitələri hesab edilir.
Qanunla müəyyən olunmuşdur ki, Azərbaycanda büdcə ili
təqvim ili ilə üst-üstə düşür. Dövlət büdcəsi büdcə məlumatlarının
bütün səviyyələrdə müqayisəliliyini təmin edilməsi üçün vahid
büdcə təsnifatı əsasında formalaşdırılır.
Büdcə təsnifatı dedikdə – büdcənin gəlirlərinin və xərclə-
rinin funksional, iqtisadi və digər prinsiplər əsasında qruplaşdırıl-
ması başa düşülür. Büdcə təsnifatına dövlət büdcəsinin gəlirlə-
rinin təsnifatı, büdcə xərclərinin funksional təsnifatı, büdcə
xərclərinin iqtisadi təsnifatı, dövlət büdcəsi kəsirinin daxili və
xarici maliyyələşdirmə mənbələrinin təsnifatı, dövlətin daxili və
xarici borcunun növlər üzrə təsnifatı, dövlət büdcəsi xərclərinin
təşkilatlar üzrə təsnifatı daxildir.
Dövlıt büdcısinin gılirlıri qanunvericiliklı müıyyın
olunmuı
vergilır,
rüsumlar,
digır
ödıniılır
vı
daxilolmalarından ibarıtdir. Büdcıyı tıdiyyılır vasitısilı
daxilolmaların digır büdcılır vı regionlar arasında bölgüsü
hır il büdcı qıbul olunarkın formalaıır vı tısdiq olunur.
Dövlıt büdcısinin xırclıri isı müvafiq tısnifata uyıun olaraq
cari
xırclırin,
investisiya
xırclırinin
vı
s.
maliyyılııdirilmısinı yönıldilir.
Dövlət büdcəsi tərkibində məqsədli büdcə fondlarının yara-
dılması mümkündür. Bu fondlara daxil olan vəsaitlər dövlət büd-
cəsinin mədaxilində ayrıca göstərilir və yalnız fondun təyinatı
üzrə xərclənir. Həmin fondların müstəqil mədaxil mənbəyi olma-
dıqda o dövlət büdcəsinin ümumi gəlirlərindən ayırmalar hesa-
Dostları ilə paylaş: |