Игтисади сийасят: методолоэийа вя практика
157
FƏS L 5. MAL YYƏ S YASƏT VƏ ONUN
Ə
SAS ST QAMƏTLƏR
5.1. qtisadi siyasətdə maliyyə mexanizmi
və valyuta siyasəti
Termin və iqtisadi kateqoriya kimi maliyyənin yaranması ta-
rixi iqtisadi ədəbiyyatda müxtəlif şərhlərə malikdir. Bəziləri hesab
edir ki, bu termin XIII-XV əsrlərdə taliyanın ticarət şəhərlərində
dövlət və əhali arasında pul-əmtəə münasibətlərinin ifadəsi kimi
yaranmış və latınca “finiş”
−
son başaçatma mənalarında istifadə
edilmişdir. Bəziləri isə hesab edir ki, bu termin ilk dəfə J.Bodenin
1755-ci ildə nəşr etdirdiyi “Respublika haqqında 6 kitab” əsərində
danışılmışdır.
Pul və maliyyə iqtisadi kateqoriyaları bir-birinə oxşar olsalar
da, onlar müxtəlif təbiətə, ictimai və iqtisadi funksiyalara malik
anlayışlardır. Maliyyə münasibətləri, ancaq dövlət tərəfindən
məcmu ictimai məhsulun və milli sərvətin bir hissəsinin dəyərinin
bölgüsü və yenidən bölgüsü şəraitində yaranan pul münasibət-
ləridir. qtisadi mahiyyətinə görə maliyyə, geniş təkrar istehsalın
təmin edilməsi, sosial və digər ehtiyacların ödənilməsi və işlə-
yənlərin stimullaşdırılmasını imperativ formada təmin edən pul
münasibətləri sistemidir.
Maliyyənin funksiyalarının müəyyənləşdirilməsi məsələsinə
də baxışlar birmənalı deyil. Ən çox yayılmış mülahizələrə görə
maliyyəyə iki funksiya - bölgü və nəzarət funksiyaları xasdır.
Lakin belə təyinat eyni zamanda bir sıra digər iqtisadi, o cümlə-
dən dəyər kateqoriyalarına xas olduğundan, bəziləri hesab edir ki,
maliyyənin funksiyaları, mahiyyətcə bölgü və nəzarəti özündə
ehtiva edən və daha dəqiq xarakterə malik, dövlətin maliyyə fond-
larının formalaşdırılması və istifadə edilməsindən ibarətdir. Hesab
edirik ki, sonuncu yanaşma maliyyənin həm elmi, həm də təcrübi
baxımdan mahiyyətini daha dolğun ifadə edir. Çünki bu iki funk-
siya maliyyə münasibətlərinin yaradıcısı olan dövlətin iqtisadi
fəaliyyətdə ən vacib funksiyası hesab edilən – tənzimləyici funk-
Расим Щясянов
158
siyasının dominantlarıdır. Başqa sözlə, maliyyə, ənənəvi bölgü
və nəzarət vasitəsi olmaqla, iqtisadi siyasətin tərkib hissəsi kimi,
dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsində iştirak
edir.
Məlum olduğu kimi iqtisadi siyasətin həyata keçirilməsi
dövlətin iqtisadiyyata təsirinin kompleks mexanizmi vasitəsilə
mümkündür. Təsir mexanizminin alətləri üç qrupa ayrılır: - inzi-
bati (əsasən, hüquqi infrastrukturun yaranması), iqtisadi (bazar
proseslərini tənzimləyən vasitələr, tələb-təklif, kapitalın cəmlən-
məsi, sosial struktur, maliyyə, pul, kredit və s.) və institusional
(bu nisbət yeni istiqamətdir və buraya ayrı-ayrı sosial qruplar
üçün daimi və üstünlüyə malik dərketmə, qavrama və ya fəaliyyət
hərəkətləri vasitələri aiddir. Məsələn, «hüquq institutu», «mül-
kiyyət institutu». Sonuncunun ifadə forması (hökumətin məqsəd-
lərinin reallaşdırılması üçün)
−
dövlət hakimiyyətinin icra struk-
turunun yaradılması; iqtisadi proqramlar və proqnozların yara-
dılması, sahibkarların informasiya sisteminin yaranması, beynəl-
xalq iqtisadi inteqrasiya və s. kimi müəyyənləşdirilir).
Maliyyə siyasəti dedikdə, adətən dövlətin iqtisadi funksi-
yalarını yerinə yetirmək üçün, dövlət orqanlarının maliyyə müna-
sibətlərindən müəyyən qaydada istifadə etməsi başa düşülür. La-
kin belə yanaşma dolğun hesab edilə bilməz. Çünki əvvəla, döv-
lətin iqtisadi funksiyaları və vəzifələri ictimai siyasi şəraitdən asılı
olaraq dəyişə bilir, ikincisi, maliyyə siyasətini dövlətin iqtisadi
funksiyalarının yerinə yetirilməsi vasitəsi kimi istifadə edilməsi,
mütləq qaydada maliyyə sisteminin müxtəlif həlqələri arasında
maraqların konfliktini yaradır. Ona görə də dövlətin maliyyə
siyasəti, ölkənin maliyyə sisteminin bütün həlqələrində maliyyə
resurslarının tarazlı artmasını təmin edə biləcək dövlət sosial-iq-
tisadi siyasətinin tərkib hissəsi olmalıdır. Beləliklə, maliyyə siya-
sətində ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətləri konkret-
ləşdirilir, maliyyə resurslarının ümumi həcmi, mənbələri və isti-
fadə istiqamətləri müəyyənləşdirilir, sosial-iqtisadi proseslərin
maliyyə metodları vasitəsilə tənzimlənməsi və stimullaşdırılması
mexanizmi formalaşdırılır. Eyni zamanda nəzərə almaq vacibdir
Игтисади сийасят: методолоэийа вя практика
159
ki, maliyyə siyasəti ictimai fəaliyyətin istənilən sahəsində dövlət
siyasətinin reallaşdırılmasının mühüm aləti olduğu üçün, dövlətin
nisbi müstəqilliyə malik olan fəaliyyət sferasıdır.
Maliyyə dedikdə pul ehtiyatlarının bölgüsü və istifadəsi ilə
bağlı dəyər axınları başa düşülür. Əsasən bu, dövlət – idarə və
müəssisələr – əhali arasında baş verir. qtisadi təcrübədə bütöv-
lükdə, maliyyə – maliyyə təsərrüfatı və maliyyə sistemi kimi iki
oxşar terminlə ifadə olunur.
Maliyyə təsərrüfatı – ictimai hüquqi xarakterli subyektlər
arasında dəyər axınlarını əhatə edir. Qeyd etməyi məqsədə mü-
vafiq hesab edirik ki, milli iqtisadi ədəbiyyatda bu termin geniş
istifadə edilmir. Lakin hesab edirik ki, maliyyə təsərrüfatı mü-
hüm makroiqtisadi mahiyyətə malikdir. Bu terminin iqtisadi
mahiyyəti və ya onun əsas strategiyasını A.Vaqnerin «Dövlət
fəaliyyətinin genişlənməsi qanunu» və ya «Dövlət tələbinin
artması qanunu» təşkil edir.
Maliyyə təsərrüfatının əsas əlamətləri: a) pul vəsaitinin məc-
buri alınması vasitəsilə gəlir yaradılması; b) onun istehsala yox,
istehlaka xidmət etməsidir. Bu baxımdan, maliyyə təsərrüfatının
üç əsas funksiyası müəyyənləşdirilir: allokasiya, yenidən bölgü və
stabilləşdirmə. Allokasiya – iqtisadi-maliyyə resurslarının yerləş-
dirilməsi hesabına, dövlət tərəfindən özəl bölmənin göstərə
bilmədiyi ictimai xidmətlərin təşkili. Yenidən bölgü – iqtisadiy-
yatda alınan gəlirlərin cəmiyyət səviyyəsində daha yüksək nəticə-
liliyinə nail olmaq məqsədilə yenidən bölüşdürülməsidir. Yeni-
dən bölgünün əsas prinsipi – sosial bərabərliyin təmin edilmə-
sinin vacibliyi (ilkin vəziyyəti, təsadüfiliyi və s.) və yüksək gəlirli
sosial qrupların verdikləri payın çox olması nəzərə alınmaqla re-
sursların müəyyən qaydalar əsasında yenidən bölüşdürülməsidır.
Stabilləşdirmə
– iqtisadi siyasətin məqsədlərinə nail olunması
(inflyasiya, işsizlik, iqtisadi artım və s.) tədbirlərini əhatə edir.
Başqa sözlə, stabilləşdirmə bir tərəfdən iqtisadi siyasətin fiskal,
büdcə-vergi məqsədlərinin təmin olunması tədbirləri toplusunu,
digər tərəfdən isə iqtisadi siyasətin bütövlükdə təmin olunmasının
maliyyə tədbirləri toplusunu nəzərdə tutur.
Расим Щясянов
160
Maliyyə sistemi isə maliyyənin struktur elementləri toplusu
kimi başa düşülür. Maliyyə sisteminin fəaliyyəti iki mərhələni
ə
hatə edir: gəlirlərin alınması və xərclənməsi planlarının təşkili;
maliyyə axınlarının özünün hərəkətinin təşkili.
Dövlətin maliyyə siyasətinin aşağıdakı əsas istiqamətləri
fərqləndirilir: büdcə, vergi, pul-kredit, valyuta, investisiya, sosial
və gömrük siyasəti.
Büdcə siyasəti – müxtəlif səviyyəli büdcələrin qarşılıqlı
ə
laqəsini təmin edən tədbirlər toplusudur. Büdcə siyasəti, əsasən,
büdcə xərclərinin strukturunda, xərclərin müxtəlif səviyyəli büd-
cələrin arasında bölgüsündə, büdcə kəsirinin örtülməsi mən-
bələri və üsullarında, dövlət borclarının idarə edilməsinin forma
və üsullarında ifadə olunur. Məhz belə xüsusiyyətlər və tədbirlər
büdcənin sosial iqtisadi yönümünü və xarakterini müəyyən-
ləşdirir.
Dövlət büdcəsi dövlətin öz funksiyalarını həyata keçirməsi
məqsədi ilə, milli gəlirin yenidən bölgüsü vasitəsilə yaradılıb
mərkəzləşdirilmiş pul fondudur. Dövlət büdcəsində bütün for-
maca müstəqil hesab olunan əsas maliyyə əməliyyatları
−
xərc-
lər, gəlirlər və dövlət borclanmaları üzvü şəkildə birləşir və vahid
dövlət siyasəti formasını alır. Dövlət büdcəsi ayrı - ayrı ölkələrdə
seçilmiş iqtisadi inkişaf modellərindən, iqtisadi inkişafın səviy-
yəsi ilə müəyyənləşən cari inkişaf məqsədlərindən asılı olaraq
fərqli strukturlara malik ola bilər. Müasir dövrdə inkişaf etmiş
ölkələrin təcrübəsi əsasında beynəlxalq iqtisadi təşkilatlar büdcə
mexanizmi və büdcə siyasətinin ölkənin iqtisadi inkişafında tə-
sirini və nəticəliliyini yüksəltmək üçün zəruri hesab edilən aşa-
ğ
ıdakı ümumiləşdirilmiş büdcə prinsiplərini formalaşdırmışdır:
-
vahidlik prinsipi
−
dövlətin bütün xərcləri və gəlirlə-
rinin büdcədə toplanması. Dövlətin vahid büdcə sis-
temi yaradılmalı, maliyyə sənədlərinin və büdcə təsni-
fatının eyni struktur-metodoloji formalılığı təmin edil-
məlidir;
Dostları ilə paylaş: |