Игтисади сийасят: методолоэийа вя практика
145
məhsulunun qiymətinin aşağı düşməsi, onun istehsalının səmərə-
liyi ilə bağlıdırsa, onda, ixracçı ölkə və ya firma, dünya bazarında
həmin məhsula olan kifayət qədər yüksək elastiklik sayəsində öz
ixracının fiziki həcmini artıraraq daha çox qazanc əldə edə bilər.
Baxmayaraq ki, faktiki olaraq ölkənin ticarət şəraiti pisləşmişdir.
Eyni zamanda “müflisləşdirici inkişaf” adlanan xüsusi halı
da nəzərə almaq vacibdir. Bu hal ixracın genişləndirilməsinin
ticarət şəraitin pisləşdirilməsi, yəni rifahın aşağı salınması ilə xa-
rakterizə olunur. Bu problem 1958-ci ildə amerikalı iqtisadçı
U.Bxaqavati tərəfindən müəyyən edilmişdir və əsas inkişaf amili
xammal hasilatı və onun ixracı olan bir çox ölkələr, hətta inkişaf
etmiş ölkələr üçün aktualdır. Çünki, xammala olan tələb, əsasən
elastikliyə malik olur, onun ixracının surətli artımı isə dünya
bazarında xammalın qiymətini o dərəcədə salır ki, bu iqtisadi artı-
mın yaratdığı effekti mənfi təsirə çevirir. Belə olduqda ixracı
genişləndirən inkişaf əlverişsiz olur. Bütövlükdə, xarici ticarətin
istehsal və iqtisadi inkişafa təsiri çox istiqamətli olmaqla bəra-
bər, müxtəlif mahiyyətli nəticələrə səbəb ola bilir.
Yuxarıda şərh olunanlar göstərir ki, beynəlxalq ticarətin
inkişafı, bazarda tələb və təklifin həcminin, qiymətlərin, dəyişil-
məsini doğurur və ixtisaslaşmanı dəyişir, yəni ixrac sahələrində
istehsalın artırılmasına və əksinə idxalla rəqabət aparan sahələrdə
istehsalın azalmasına təkan verir. Nəticədə beynəlxalq ticarət
cəmiyyətdə ikitirəlik yaradır: - həmin ticarətdən qazananlar və
itirənlər. ndiyə qədər bu məsələnin şərhini biz istehsalçı və isteh-
lakçıların mənafeyi prizmasından təhlil etmişik. Məşhur Xekşer-
Olin teoremi xarici ticarətin ayrı-ayrı istehsal faktorları sahib-
lərinə necə təsir etdiyini qiymətləndirməyə imkan verir. Belə ki,
məhsulların qiymətlərinin nisbi dəyişməsi, bəzi faktorların qa-
zanclarının digərləri hesabına artmasına səbəb olur. Xekşer-Olin
teoreminə görə ölkə, istehsalında nisbi bolluğa malik olduğu fak-
torların daha çox istifadə olunduğu məhsulları, istehsalında azta-
pılan faktorların daha çox istifadə olunduğu məhsullara nisbətən
daha böyük həcmdə ixrac edir.
Расим Щясянов
146
Ona görə də beynəlxalq ticarət ölkədə istehsalın strukturu
dəyişə bilir. Daha sürətlə inkişaf edən sahələrdə əlavə istehsal
faktorlarına ehtiyac artır və onların cəlbi iqtisadi cəhətdən stimul-
laşdırılır. Digər sahələrdə isə faktorların bir qismi sərbəstləşir.
Beləliklə qısa müddətli dövrdə, xarici ticarət, istehsal faktorla-
rının hansı sahədə istifadə olunmasından asılı olaraq, gəlirlərin
yenidən bölüşdürülməsini yaradır: ixrac yönlü sahələrdə faktor-
ların gəlirliliyi artır, idxalla rəqabət aparan sahələrdə isə azalır.
stehsal faktorlarının gəlirliyinin dəyişməsi və onların sahə-
lərarası axınları, uzunmüddətli dövrdə daha ciddi nəticələr verir.
Faktor sahibləri, tələbin strukturu dəyməyən şəraitində, daha
sürətli inkişaf edən sahələrdə, özlərinə mövqe tutmağa cəhd edir-
lər. Uzun müddətli dövrdə faktorların sahələrarası axınları, tələb
və təklif arasında, pozulmuş nisbi tarazlığın, yenidən bərpa olun-
masına gətirir. Lakin bu o demək deyil ki, uzunmüddətli dövrdə
faktorların gəlirliliyində əvvəlki “status - kvo” bərpa olunur.
Çünki ayrı-ayrı məhsulların istehsalında, faktorlar əvvəlcədən
müxtəlif nisbətlərdə cəlb olunduğundan, istehsalın həcminin də-
yişməsi, faktorlara tələbin strukturunun, qeyri-bərabər də-
yişməsinə səbəb olur.
Beləliklə xarici ticarətin uzunmüddətli inkişafı şəraitində
ixrac yönlü sahələrdə daha aktiv istifadə olunan faktor sahibləri-
nin gəlirləri daha çox artır və əksinə idxalla rəqabət aparan sahə-
lərdə müvafiq gəlirlər daha sürətlə azalır. Bu mülahizəni, 1941-ci
ildə amerikan alimləri V.Stolper və P.Samuelson sübut etmişdir.
Ona görə də bu nəticə Stolper-Samuelson teoremi kimi iqtisadi
fikir tarixində yer almışdır. Doğrudur, Stolper-Samuelson teoremi,
müəyyən ilkin fərziyyələr şəraitində doğrudur. Belə fərziyyələrə
müəlliflər, təkmil rəqabətin mövcudluğu, istehsal faktorlarının
sahələrarası axınlarının sərbəstliyi, istehsal faktorlarını ümumi
təklifinin dəyişməzliyi və s. aid etmişlər. Bütövlükdə isə Stolper-
Samuelson teoremi, neoklassik iqtisadiyyatın əsas nəzəriyyə-
lərindən sayılan Xekşer-Olin nəzəriyyəsinin uğurlu davamı, onun
dərinləşməsi hesab olunur. Xekşer-Olin nəzəriyyəsi və Stolper-
Samuelson teoreminə görə belə nəticə çıxarmaq olar ki, ixrac
Игтисади сийасят: методолоэийа вя практика
147
məhsulunun istehsalında, daha çox ixtisaslaşan istehsal faktoru,
xarici ticarətin inkişafından daha çox faydalanır. Əksinə, idxal
ə
vəzedici sahədə ixtisaslaşan faktor xarici ticarətin inkişafından
daha çox uduzur.
Təcrübədə, istehsal faktorlarının ixrac və ya idxal üzrə ixti-
saslaşması dərəcəsini ölçmək üçün adətən həmin faktorların
gəlirlərinin ixrac və ya idxal istehsalının yaratdığı əlavə dəyərdəki
və ya bütövlükdə milli gəlirdəki payı göstəricilərindən istifadə
olunur:
iy
im
ix
m
x
Si
Θ
Θ
−
Θ
=
/
,
burada
S
i, x/m
– i faktorunun ixrac / idxal üzrə ixtisaslaşması dərəcəsi
göstəricisi;
Θ
ix
- i faktorunun gəlirinin ixracın dəyərindəki payı;
Θ
im
- i faktorunun gəlirinin idxalla rəqabət aparan və idxal
həcmində olan məhsulun dəyərindəki payı;
Θ
iy
– i faktorunun milli gəlirdəki payıdır.
Xarici ticarətin, istehsal faktorlarının gəlirliliyinə təsirini
qiymətləndirərkən, istehsal faktorlarının təklifinin sabitliyi, müla-
hizəsini qəbul etmişik. Çünki bu halda idarəedici təsir vasitəsi
kimi, biz məhz xarici ticarəti qəbul edirik. Lakin aydındır ki,
istehsal faktorlarının təklifi həmişə stabil qala bilməz. Xüsusi ilə
uzun müddətli dövrdə, faktorların təklifi, daha çox dəyişə bilər:
kapital ehtiyatı toplanaraq artır; əhali artımı əmək ehtiyatlarının
təklifini artırır, yeni faydalı qazıntı yataqları kəsf olunur və təsər-
rüfat dövriyyəsinə yeni torpaqlar cəlb olunur. Aydındır ki, ayrı-
ayrı istehsal faktorlarının təklifləri, fərqli dərəcədə artırlar, ona
görə də müxtəlif sahələrdə istehsalın dinamikası qeyri-bərabərdir.
Məsələn, tutaq ki, ölkə əmək tutumlu məhsulu ixrac edir və ka-
pital tutumlu məhsulu idxal edir. Əgər əmək təklifi üstün sürətlə
artırsa, onda ölkədə istehsal artacaq və təbii olaraq ixrac sahə-
lərində gəlir çoxalacaq. Ancaq bu zaman mümkündür ki, eyni
Расим Щясянов
148
zamanda idxalla rəqabət aparan, kapital tutumlu sahədə, istehsalın
və gəlirlərin azalması baş versin. Çünki genişlənən ixrac həmin
sahədəki kapitalın bir hissəsini də öz tərəfinə cəlb edəcək. 1955-ci
ildə ingilis iqtisadçısı T.Rıbçinski “faktor təklifinin artımı və
istehsalın artımının nisbətləri” haqqında teorem irəli sürdü.
Sonralar iqtisad elmində yeni bir “qiymətləndirmə metodikasına”
çevrilmiş bu teoremə görə: hər hansı bir istehsal faktorunun artan
təklifi bu faktorun daha çox istifadə olunduğu sahədə istehsal və
gəlirlinin azalmasına səbəb olur.
Rıbçinski teoreminin konkret təzahür formalarından biri
məşhur “holland xəstəliyidir”. XIX əsrin 70-ci illərində Hollandi-
yada, Şimal dənizində təbii qaz ehtiyatlarının intensiv istismarı,
ölkənin iqtisadi resurslarının bu sahəyə axması ilə nəticələndi və
emal sənayesində istehsal həcmi və məhsul ixracı azaldı. Nəticə
etibarilə bu iqtisadiyyatın formalaşmış strukturunun, qısa müddət
ə
rzində dəyişməsi ilə, onun müxtəlif xarakterli nisbətlərinin po-
zulmasına gətirdi. Aydındır ki, belə nəticələr iqtisadi inkişafa
ciddi maneələr yaratmaqla bərabər intensiv istifadə olunan ehti-
yatın yaratdığı faydanı da yoxa çıxardı. Sonralar belə təhlükəli
meyillər bütövlükdə, təbii ehtiyatların istehsalı intensiv olan öl-
kələrdə, çox müxtəlif formalarda tez-tez təkrar olundu (Böyük
Britaniya, Norveç, Nigeriya, Venesuela və s.).
4.4. Xarici ticarət və iqtisadi inkişafın qarşılıqlı təsir
xüsusiyyətləri
Xarici ticarətin tələbin xarakterini dəyişilməsi xüsusiyyəti.
Dünya təsərrüfatının inkişafı beynəlxalq ticarətin qanunauyğun-
luqlarını da dəyişir. Ona görə də müasir dövrdə xarici ticarətin
ilkin modelinin tələb və təklifin dəyişməsinin xarakterini və bu
dəyişmənin ticarətin inkişafına və onun iştirakçılarının maraq-
larına təsiri nəzərə alınmaqla öyrənilməsini mühüm zərurətə çev-
rilmişdir. Ona görə də xarici ticarətin və müvafiq siyasətin qiy-
mətləndirilməsi üçün iqtisadi dinamika nəzəriyyələrinin bəzi
məqamlarını nəzərdən keçirmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |