Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə136/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   132   133   134   135   136   137   138   139   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

3.1.8.
 
Microsoft Word 2007 Mətn Redaktorunda Mətn Sahəsinə Şəkillərin, Fiqurların, 
Dekorativ Mətnlərin Əlavə Edilməsi 
1.
 
Word-də şəkillərlə işləmək 
Word-də  hazırlanmış  sənədlər  yalnız  mətnlərdən  ibarət  deyidir.  Word-də  mətnə 
şəkillər  əlavə  etməyin  müxtəlif  növləri  vardır.  Bunun  üçün  Вставка  menyusunu  açırıq  və 
oradan  Иллюстрации  sahəsinə  keçib    Клип  düyməsini  sıxırıq.  Bu  zaman  ekranın  sağ 
tərəfində  Клип  dialoq  pəncərəsi  açılacaqdır.  Buradan  Упорядочить  клипы  əmrini  seçirik. 
Ekrana Избранное – Организатор клипов (Microsoft) dialoq pəncərəsi açılır. Biz Список 
коллекцийsahəsindən Коллекции Microsoft Office əmrini seçirik və açılan siyahıdan lazım 
olan şəkili seçib Копировать əmrini seçirik. Bu zaman ekrana dialoq pəncərə açılır. Həmin 
pəncərədə Da düyməsini sıxıb, kursoru lazım olan  yerə qoyub Вставить əmrini seçirik. Bu 
zaman həmin şəkil səhifədə kursorun olduğu yerdə yerləşəcək.  
Şəkli mətndə istədiyimiz yerə qoymaq üçün onun kontekst menyusundan Обтекание 
текстом əmrini seçirik. Bu zaman alt menyudan ibarət siyahı açılır. Lazım olan variantlardan 
(В тексте, Вокруг рамки, По контуру, За текстом, Перед текстом, Сверху и снизу) birini 
seçib OK düyməsini sıxırıq.  
Şəkli dəyişmək istəsək kontekst menyudan Изменить рисунок əmrini seçirik. Ekrana 
Вставка  рисунка  pəncərəsi  açılır.  Açılan  pəncərədən  lazım  olan  şəkli  seçıb  Открыть  və 
Вставить düymələrini sıxırıq. 
Şəklə ad vermək istəsək onda kontekst menyudan Вставить название əmrini seçirik. 
Ekrana  Название  dialoq  pəncərəsi  açılır.  Oradan  Создать  əmrini  seçirik.  Yenidən  ekrana 
Новое название pəncərəsi açılır. Açılan pəncərədə şəklə ad verib OK düyməsini sıxırıq. 
Şəklin ölçülərini böyütmək və kiçiltmək  üçün şəklin kontekst menyusundan Размер 
əmrini  seçirik.  Ekrana  Размер  dialoq  pəncərəsi  açılır.  Pəncərənin  Размер  səhifəsinə  keçib 
lazım  olan  parametrləri  təyin  edib  Закрыть  düyməsini  sıxırıq.  (Bu  əməliyyatı  şəklin 


 
 
 
160 
kənarlarında  yaranmış  dairələr  vasitəsi  ilə  də  yerinə  yetirə  bilərik).  Kursor  xaç  işarəsinə 
çevrildikdə şəkli istədiyimiz istiqamətdə apara bilərik.    
Skaner  vasitəsilə  kompüterə  şəkil  köçürmək  üçün  şəkli  skanerə  yerləşdiririk.  Sonra 
Мой компьютер – Сканер əmrlərini seçirik. Açılan kontekst menyudan Получить снимки с 
помощью  мастера  работы  со  сканером  əmrini  seçib  Далее  –  Просмотр  –  Настроить  – 
OK- Далее – Готово əmrlərini seçirik.  
Mətndə kompüterin yaddaşında olan rəsm fayllarından da istifadə edə bilərik. Bunun 
üçün  Вставка  menyusunun  Иллюстрации  sahəsinə  keçib  Рисунок  əmrini  seçirik.  Ekrana 
Вставка рисунка pəncərəsi açılır. Pəncərədən lazım olan şəkili seçib Открыть və Вставить 
düymələrini sıxırıq. 
Word-ün imkanlarında istifadə edərək şəkillərin formasını, rəngini, effektini dəyişmək 
mümkündür.  Bunun  üçün  kontekst  menyudan  Формат  рисунка    əmrini  seçirik.  Ekrana 
Формат  рисунка  pəncərəsi  açılır.  Pəncərə  Заливка,  Цвет  линии,  Тип  линии,  Тень, 
Обьемной фигуры, Рисунок səhifələrindən ibarətdir.  
Заливка - səhifəsinin parametrlərindən istifadə edərək şəklin arxa hissəsinə fon verə 
bilərik. 
Şəkilin  ətrafına  çərçivə  yerləşdirmək  və  çərçivə  xətlərinin  stilini  təyin  etmək  üçün 
Тип линии səhifəsinin parametrlərindən istifadə edirik.  
 Цвет линии səhifəsinin parametrlərindən istifadə edərək xəttin iç rəngini seçirik.  
Тень səhifəsinin parametrlərindən istifadə edərək şəklə kölgələr veririk. 
Обьемной  фигуры  səhifəsinin  parametrlərindən  istifadə  edərək  şəklin  çərçivəsini 
istədiyimiz formaya sala bilərik. 
Рисунок səhifəsinin parametrlərindən istifadə edərək şəklin öz rəngini dəyişə bilərik. 
Şəkilin  üzünü  köçürmək  üçün  Ctrl  düyməsi  ilə  birlikdə  mişqanın  sol  düyməsini 
sıxırıq.  Bu  zaman  kursorun  yanında  +  işarəsi  yaranır.  Şəkilin  üzünü  istədiyimiz  yerə  qoya 
bilərik.    
Şəkillərin  içərisinə  mətn  yazmaq  üçün  Вставка  menyusunun  Tekst  sahəsinin 
Надпись  düyməsindən  istifadə  edirik.  Bu  zaman  ekrana  siyahı  açılır.  Və  həmin  siyahıdan 
Нарисовать надпис əmrini seçirik.  
Bu zaman kursor + işarəsinə çevriləcək. Biz onu şəklin üzərində yerləşdirib mişqanın 
sol  düyməsini  sıxıb  saxlayaraq  sağa  və  ya  sola  doğru  istiqamətdə  sürükləyirik.  Bu  zaman 
düzbucaqlı  sahə  açılır  və  kursor  yanıb  –  sönür.  Mətni  daxil  etdikdən  sonra  sahə  kənarında 
mişqanın sol düyməsini sıxırıq.  
Hazır  mətn  qutusu  üzərində  mişqanın  sol  düyməsini  iki  qat  sıxırıq  və  yaxud  da, 
mişqanın  sol  düyməsini  bir  dəfə  sıxıb  seçdikdən  sonra  kontekst  menyudan  Формат  надпис 
əmrini  seçirik.  Bu  zaman  ekrana  Формат  надписи  pəncərəsi  açılır.  Pəncərə  aşağıdakı 
səhifələrdən ibarətdir.  



Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə