Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə134/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   130   131   132   133   134   135   136   137   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

3.1.7.
 
Microsoft Word 2007 Mətn Redaktorunda Mətn Hissəsinin Axtarışı və Əvəz 
Edilməsi. Mətndə Orfoqrafiyanın və Qramatikanın Yoxlanılması 
1.
 
Mətni redaktə etmək  
Mətni  redaktə  etməmişdən  əvvəl  onu  seçmək  lazımdır.  Hər  hansı  mətn  hissəsini 
silmək üçün onu seçib Delete düyməsini sıxırıq. Əgər səhv etmişiksə onda Ctrl+Z düyməsini  
birlikdə sıxaraq onu yenidən bərpa edə bilərik.  
Əməliyytların  nəticəsini  ləğv  etmək  üçün  Настройка  панели  быстрого  доступа 
panelində  Отменить,  əməliyyatların  yenidən  icra  olunması  üçün  Вернуть  əmrini  seçmək 
lazımdır.  Eyni  əməliyyatları  uyğun  olaraq  klaviaturadan  Ctrl+Z  və  Ctrl+Y  düyməsini 
sıxmaqlada  yerinə  yetirə bilərik. Word-də mətnin təkrarlanan hissələrini  yazmağın  müxtəlif 
yolları  vardır.  Bunlardan  biri  Главная  menyusundan  Копировать  və  Вставить,  digər  yolu 
isə klaviaturadan Ctrl+C və Ctrl+V. Düymələrindən istifadə etməkdir.  
Əvvəlcə mətn hissə seçilir. Sonra Главная menyusundan Копировать əmri seçilir. Bu 
zaman  mətn  hissəsi  bufer  yaddaşına  köçürülür.  Kursoru  istədiyimiz  yerə  qoyub  Главная 
menyusundan  Вставить əmrini seçirik. Bundan başqa Ctrl düyməsindən də istifadə edərək 


 
 
 
156 
mətin  hissəsini  istədiyimiz  yerə  köçürə  bilərik.  Bu  zaman  mişqanın  oxunun  aşağısında  “+” 
işarəsi  görsənəcək.  Bu  işarə  məlumatların  köçürüləcəyini  bildirir.  Daşıma  (yerdəyişmə) 
əməliyyatını Главная menyusundan Вырезать və Вставить əmirləri ilə ya da klaviaturadan 
Ctrl+X və Ctrl+V düymələrini sıxmaqla da yerinə yetirə bilərik. Bunun üçün lazım olan mətn 
hissəsi seçilir. Главная menyusundan Вырезать  seçilir. Sonra kursoru mətni daşıyacağımız 
yerə qoyub Главная menyusundan Вставить əmrini seçirik. 

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə