Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə131/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   127   128   129   130   131   132   133   134   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

3.1.5.
 
Microsoft Word 2007 Mətn Redaktorunda Abzaslar və Onların 
Formatlaşdırılması (('' Abzas Paneli'') Abzas Sətirləri Arasında Məsafə, 
Abzasdan Əvvəl və Sonra Qoyulan Boşluqlar)) 
Word-də  mətnləri  daxil  edərkən  bir  sətrə  sığışmayan  söz  avtomatik  olaraq  növbəti 
sətrə  keçir.  Buna  görədə  sətrə  sığışmayan  sözləri  hecalara  bölməyə  ehtiyac  yoxdur.  Yeni 
abzasların  təşkil  edilməsi  üçün  Enter  düyməsi  sıxılır.  İki  Enter  düyməsinin  sıxıldığı  yer 
arasında  qalan  sahəyə  paraqraf  deyilir.  Paraqrafları  formatlaşdırmaq  üçün  Абзац  dialoq 
pəncərəsindəki  parametrlərdən  və  formatlaşdırma  alətlər  paneli  üzərindəki  uyğun 
düymələrdən və şaquli xətkeş üzərindəki xüsusi düymələrdən istifadə edə bilərik. 


 
 
 
146 
Bunun üçün Главная  menyusundan Абзац əmrini seçirik. Bu zaman ekrana Абзац 
dialoq pəncərəsi açılır. 
 
Pəncərə üç səhifədən ibarətdir. 
1.
 
Отступы и интервалы 
2.
 
Положение на странице 
3.
 
Азиатское  оформление                                                                                                                                                                     
   Sətrlər  arası  məsafəni  təyin  etmək  üçün  dialoq  pəncərənin  Отступы  и  интервалы 
səhifəsini  açırıq.  Интервал  sahəsindəki  Междустрочный  qutusunun  aşağı  ox  düyməsini 
sıxaraq siyahını açırıq.  
 
 
 
 
 
 


 
 
 
147 
Buradan lazım olan boşluğu seçirik.  

 
Одинарный – sətrlər arsında bir boşluq buraxmaq üçündür 

 
Полуторный – sətrlər arsında 1,5 boşluq buraxmaq üçündür 

 
Двойной - sətrlər arsında ikiqat boşluq buraxmaq üçündür 

 
Минимум - ən kiçik sətr boşluğunu seçirik 

 
Точно – bu parametr bütün sətr boşluqlarının eyni ölçüdə olmasını təmin edir 

 
Множитель – sətrlər arası boşluğu faizlə artırıb azaltmaq üçündür. 
Hər  bir  paraqrafdan  əvvəl  yerləşdiriləcək  boşluqları  təyin  etmək  üçün  Интервал 
sahəsindəki  Перед sətrinə boşluq məsafəsini daxil edirik.  
Paraqrafdan sonra yerləşdiriləcək boşluqları təyin etmək üçün Интервал sahəsindəki 
После sətrinə boşluq məsafəsini daxil edirik.  
Nəzərə almaq lazımdır ki,  iki paraqraf arasındaki  boşluq Перед və После sətrlərinə 
daxil edilmiş məsafələrin cəminə bərabərdir. Ona görə də iki paraqraf arsındaki boşluğu təyin 
etmək üçün bu sətrlərdən birinə qiymət daxil etmək lazımdır. Bir paraqrafı səhifənin soluna, 
sağına,  mərkəzinə  və  ya  hər  iki  tərəfinə  görə  bərabərləşdirmək  üçün  onu  seçməyə  ehtiyac 
yoxdur. Əgər iki və ya daha artıq paraqrafın sətrlərini bərabərləşdirmək lazım gələrsə onları 
seçmək lazımdır. 
Bundan  sonra  açılan  pəncərənin  Выравнивание  qutusunun  aşağı  ox  düyməsini 
sıxaraq siyahını açırıq.  
 
Bu siyahıdan  uyğun bir bərabərləşdirmə formasını seçirik.   

 
По левому краю – sətrləri səhifənin sol kənarına sıxışdırmaqla bərabərləşdirir 

 
По центру – sətrləri mərkəzləşdirir 

 
По  правому  краю  -  sətrləri  səhifənin  sağ  kənarına  sıxışdırmaqla 
bərabərləşdirir 

 
По ширине – sətrləri səhifənin sol və sağ kənarlarına görə bərabərləşdirir. 
Müxtəlif  formalı  mətnlərdə  bəzi  paraqrafların  sətrlərinin  səhifənin  içərisindən 
başlaması və ya sətrlərin sağ tərəfindən içəriyə doğru sıxışdırılması lazım gəlir.  
Paraqraf  sətrlərinin  sol  və  sağ  sərhədlərini  və  paraqrafların  abzas  məsafələrini  təyin 
etmək üçün əvvəlcə lazım olan paraqrafı seçirik. Sonra Отступ sahəsindəki Слева və Справа 
qutularına uyğun rəqəmləri daxil edərək seçilmiş paraqrafların sol və sağ boşluqlarını təyin 
edirik.  


 
 
 
148 
Paraqrafın  Абзац  məsafəsini  təyin  etmək  üçün  Первая  строка  qutusunun  aşağı  ox 
düyməsini sıxaraq siyahını açırıq. 
 
Buradan lazım olan parametrlərdən birini seçib sağdakı qutuya rəqəmi daxil edirik.  

 
Нет – seçsək paraqrafda Абзац sətri olmayacaqdır. 

 
Отступ – parametrini seçsək paraqrafın birinci sətri Абзац sətri, qarşısındaki 
qutuya daxil etdiyimiz rəqəm isə Абзац  məsafəsi kimi qəbul edilir. 

 
Выступ – parametrini seçsək paraqrafın birinci  sətrindən başqa digər sətrləri 
içəriyə doğru girəcəkdir.  
Paraqrafın  Абзац  məsafəsini  sol  və  sağ  sətr  boşluqlarını  təyin  etmək  üçün  şaquli 
xətkeş üzərindəki paraqraf düymələrindən istifadə edə bilərik.  
Bəzən  mətnləri  hazırlayarkən  müxtəlif  başlıq  sətrləri  səhifənin  başında  və  sonunda 
qalaraq digər mətnlərdən ayrı düşür. Başqa bir halda isə sonunda  yer olduğu halda belə bir 
neçə sətrdən ibarət olan paraqraf növbəti səhifəyə keçir. Bu hallara avtomatik nəzarət etmək 
lazım gəlir. Bunun üçün Абзац dialoq pəncərəsinin Положение на странице – səhifəsindəki 
uyğun parametləri və avtomatik nəzarət olunacaq qonşu paraqrafları seçmək lazımdır.  
 


 
 
 
149 
Sonra  paraqrafların  sətrlərinin  təklənməsinin  qarşısını  almaq  üçün  Разбивка  на 
страницы – sahəsindəki Запрет висячих строк – parametrini işarələyirik.  
Bir səhifədən digərinə keçərkən paraqrafın bütün sətrlərini növbəti səhifəyə keçməsini 
istəyiriksə Не разрывать абзац – parametrini işarələyirik. 
Не  отрывать  от  следующего  –  parametri  seçilərsə  növbəti  paraqraf  səhifə  sonuna 
yerləmədiyi zama seçilmiş paraqrafıda özü ilə birlikdə növbəti səhifəyə keçirəcəkdir. 
С новой страницы – paraqrafın həmişə səhifənin başlanğıcında olmasını təmin edir. 
Запретить автоматический перенос слов – sözlərin hecalanmamısını təmin edir. 
Qəzet,  jurnal  və  digər  səhifələri  hazırlayarkən  müxtəlif  paraqrafların  ilk  sətrlərinin 
birinci  hərflərini  nəzərə  çarpacaq  dərəcədə  iri  hərflərlə  göstərmək  üçün  aşağıdaki 
əməliyyatları  yerinə  yetirmək  lazımdır.  Kursoru  lazım  olan  paraqrafda  yerləşdiririk.  Sonra 
Вставка menyusunun Текст bölməsindən Буквица əmrini seçirik. 
 
Ekrana  açılan  siyahıdan  Параметры  буквицы  əmrini  seçirik.  Açılan  pəncərənin 
Положение sahəsindəki formalardan birini seçirik. 
 


 
 
 
150 

 
В тексте – Seçilmiş hərf üç sətrin əvvəlində yerləşəcək. 

 
На поле – hərf paraqraf sətrlərinin sol kənarındakı boş bir sahədə yerləşəcək. 
Böyüdülmüş hərfin parametrlərini Параметры sahəsindən təyin edə bilərik.  

 
Шрифт  –  hərfin  yazı  tipini  seçmək  üçün  istifadə  olunur.  Hərfin  neçə  sətr 
hündürlüyündə  olduğunu  Высота  в  строках  qutusuna  daxil  edirik.  Hərflərlə 
sətrlər arasındaki məsafəni Расстояние от текста qutusuna daxil edirik.  
Worddə hazırlanmış mətni kağız formatından asılı olaraq hər birinin ölçüsü minumum 
1.27sm  olan  sütunlara  bölmək  olar.  Sütunların  maksimum  sayı  kağız  formatından  və  səhifə 
genişliyindən  asılıdır.  Mətni  yazmazdan  əvvəl  və  ya  yazılmış  mətni  seçdikdən  sonra  lazım 
olan sayda sütunlara ayırmaq üçün Разметка страницы menyusunun Параметры страницы 
bölməsindən  Колонки  əmrini  seçirik.  Bu  zaman  ekrana  açılan  siyahıdan  Другие  колонки 
əmrini seçirik.Ekrana Колонки dialoq pəncərəsi açılır. 
 
Pəncərədə Tip sahəsində göstərilmiş formalardan birini seçirik. 

 
Одна – bir sütunlu mətnlər hazırlamaq üçündür. 

 
Две – iki sütunlu mətnlər hazırlamaq üçündür. 

 
Три – üç sütunlu mətnlər hazırlamaq üçündür. 

 
Слева – ensiz və enli iki sütunlu mətnlər hazırlamaq üçündür. 

 
Справа – enli və ensiz iki sütunlu mətnlər hazırlamaq üçündür. 
 


 
 
 
151 
Sütunların sayını Число колонок qutusuna daxil etməklə təyin edə bilərik. 
Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə