Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə129/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   125   126   127   128   129   130   131   132   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

4.
 
Səhifələrin formatlaşdırılması 
Word  fayllarını  çap  etməzdən  əvvəl  səhifə  parametrlərini  təyin  etmək  lazımdır 
Разметка страницы menyusundan Параметры страницы əmrini seçirik. Ekrana Параметры 
страницы pəncərəsi açılır.  
Поля səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik: 
Səhifənin kənarlarını təyin etmək üçün  

 
Верхнее – üst 

 
Левое – sol 

 
Нижнее – aşağı 

 
Правое – sağ sətrlərinə uyğun olaraq lazım olan rəqəmləri daxil edirik. 

 
Переплет  –  səhifədən  tikiş  sahəsinin  məsafəsini  təyin  etmək  üçün  istifadə 
olunur. 
 
Ориентация  sahəsindən  Альбомная  və  Книжная  variantlarından  birini  seçirik. 
Buradan çap üçün istifadə edəcəyimiz kağızın formatını seçirik.  


 
 
 
141 
Əgər  qeyri  standart  ölçülü  kağızlardan  istifadə  edəcəyiksə  onda  Размер  бумаги 
sahəsindəki Ширина və Высота sətrlərində uyğun rəqəmləri daxil edirik. 
 
Макет– səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik.  
 
Bəzən  səhifədəki  mətnlər  səhifəni  tam  doldurmaya  bilər.  Bu  zaman  mətnləri  bütün 
səhifəyə  görə  bərabərləşdirmək  üçün  Вертикалное  выравнивание  sahəsinin  aşağı  ox 
düyməsini sıxaraq açılan siyahıdan uyğun parametrlərin birini seçirik.По верхнему краю  – 
mətn səhifənin üst tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir. 


 
 
 
142 

 
По  нижнему  краю  -  mətn  səhifənin  aşağı  tərəfinə  doğru  sıxlaşdırılaraq 
bərabərləşdirilir. 

 
По центру – mətn səhifənin ortasında bərabərləşəcək. 

 
По высоте – mətn bütün sahəyə görə bərabərləşəcək. 
Bəzi müqavilələr və ya hüquqi sənədlərdə sətrlərin nömrələnməsi lazım olur. Bunun 
üçün  Параметры  страница  pəncərəsinin  Макет  səhifəsindən  Нумерация  строк  düyməsini 
sıxırıq. Bu zaman ekrana eyni adlı pəncərə çıxır.  
 
Sətrlərin  nömrələnməsi  üçün  Добавить  нумерация  строк  variantını  seçirik.  Bu 
zaman aşağıdaki parametrlər aktivləşəcəkdir. 
 

 
Начать с – nömrələr neçədən başlayacaqsa həmin sətrə onu daxil edirik. 

 
От текста – sətr nömrələrinin sətrdən nə qədər uzaq olacağını göstərir. 

 
Шаг – nömrələr arasındaki artımı göstərir. 

 
На  каждой  странице  –  Hər  səhifədə  sətrlərin  nömrələndirilməsinin  yenidən 
başlanmasını təmin edir. 

 
В  каждом  разделе  -  Hər  bölmədə  sətrlərin  nömrələndirilməsinin  yenidən 
başlanmasını təmin edir. 

 
Непрерывно – Bütün mətndəki sətrlərin ardıcıl nömrələnməsini təmin edir. 
 



Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə