Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə130/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   126   127   128   129   130   131   132   133   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

 
 
 
143 
3.1.4.
 
Microsoft Word 2007 Mətn Redaktorunda Mətnin Formatlaşdırılması 
('' Şrift Paneli'') 
Windows  sistemi  altında  işləyən  bütün  proqramlarda  hər  hansı  bir  obyekt  üzərində 
müxtəlif əməliyyatları yerinə yetirməzdən əvvəl həmin obyektləri seçmək lazımdır. Word-də 
silmə, köçürmə, daşıma, formatlaşdırma kimi əməliyyatları yerinə yetirməzdən əvvəl mətnin 
lazım olan hissəsini seçmək lazımdır. Bunun üçün müəyyən üsullardan istifadə olunur.  
Hər hansı bir sözü seçmək üçün mişkanın oxunu sözün üzərinə gətirib sol düyməni iki 
dəfə sıxırıq. Seçilmiş söz qara rəngə boyanır. Seçməni ləğv etmək üçün mətn sahəsinin hər 
hansı bir yerində mişqanın sol düyməsini sıxırıq.  
Sətri seçmək üçün mişqanın oxunu sətrin sol tərəfindəki boş sahəyə gətiririk. Ox sağa 
doğru istiqamətini dəyişir. Bu vəziyyətdə mişqanın sol düyməsini sıxırıq. 
Abzası seçmək üçün mişqanın oxunu sətrin sol kənarındakı boş sahəyə gətiririk. Ox 
sağa doğru istiqamətini dəyişir. Bu vəziyyətdə mişqanın sol düyməsini ikiqat sıxırıq. 
Hər  hansı  bir  mətn  sahəsini  seçmək  üçün  bu  sahənin  başlanğıcında  mişqanın  sol 
düyməsini sıxıb saxlayaraq sahənin sonuna doğru sürəkləyib düyməni buraxırıq.  
Bütün mətni seçmək üçün sətrlərin sol tərəfində boş sahədə mişqanın sol düyməsini 
üçqat sıxırıq və yaxud da Главная menyusundan Выделить - Выделить все əmrini seçirik. 
Klaviatura düymələrindən də istifadə edərək seçmə əməliyyatlarını aparmaq olar.  
Hər  hansı  bir  sözü  seçmək  üçün  kursoru  sözün  başlanğıcında  və  ya  sonunda 
yerləşdirib  Shift  düyməsini  və  oxlardan  birini  seçirik.  Seçməni  ləğv  etmək  üçün  ox 
düymələrindən birini sıxırıq.  
Sətri  seçmək  üçün  kursoru  sətrin  başlanğıcında  və  ya  sonunda  yerləşdirib  uyğun 
olaraq Shift+End və ya Shift+Home düymələrini biryerdə sıxırıq.   
Bir ekran səhifəsi qədər yuxarıya doğru sahəni seçmək üçün kursoru sahənin sonunda 
yerləşdirib Shift+Page Up düymələrini sıxırıq.  
Bir  ekran  səhifəsi  qədər  aşağıya  doğru  sahəni  seçmək  üçün  kursoru  sətrin  
başlanğıcında yerləşdirib Shift+Page Down düymələrini sıxırıq.  
Bütün  mətni  seçmək  üçün  Ctrl+A  düymələrini  sıxırıq.  Bundan  başqa  Ctrl  düyməsi 
sıxılmış vəziyyətdə mişqanın oxunu sətrlərin sol tərəfindəki boş sahəyə gətirib sol düyməni 
sıxırıq. 
Simvolları  formatlaşdırmaq  üçün  Главная  menyusundan  Шрифт  əmrini  seçirik.  Bu 
zaman ekrana Шрифт dialoq pəncərəsi açılır.  


 
 
 
144 
 
Отступы и интервалы səhifəsində aşağıdaki parametrləri təyin edə bilərik. 
Шрифт sahəsinin sürüşdürmə çubuğundaki ox düymələrini sıxaraq yazı tipi siyahısını 
gözdən keçiririk. Bunlardan birini seçib sol düyməni sıxırıq. Bu zaman Образец səhəsindən 
seçdiyimiz yazı tipinə uyğun nümunə görsənəcəkdir.  

 
Начертание – siyahısındakı yazı stilləri dəyişir 

 
Обычный – düz yazı stili 

 
Курсив – kursiv yazı stili 

 
Полужирный – qalın yazı stili 

 
Полужирный курсив – qalın kursiv yazı stili 

 
Размер – siyahısında şriftlərin ölçüsünü seçirik 

 
Подчеркивание – siyahısından verilmiş müxtəlif alt cizgi formaıarından birini 
seçə bilərik 

 
Цвет текста – qutusundan yazıların rəngini seçirik 

 
Видоизменение  –  seçdiyimiz  mətn  sahəsinə  müxtəlif  effektlər  vermək  üçün 
aşağıdakı parametrlərdən istifadə edirik 

 
Зачеркнутый – sözlər üzərindən xətt çəkir 

 
Двойное зачеркивание - sözlər üzərindən iki qat xətt çəkir 

 
Надстрочный – üst indeksə yazır 

 
Подстрочный – alt indeksə yazır 

 
С тенью – hərfə kölgə verir 

 
Контур – hərflərin kontur xətlərini verir 

 
Приподнятый – hərfləri qabardır. 

 
Утопленный – hərfləri sıxlaşdırır. 


 
 
 
145 

 
Малые прописные – bütün hərfləri kiçildilmiş böyük hərflərə çevirir 

 
Все прописные – bütün hərfləri böyük hərflərə çevirir. 

 
Скрытый – seçilmiş mətni göstərir 
Simvollar  arası  məsafəni  təyin  etmək  üçün  açılan  pəncərənin  Положение  на 
странице səhifəsinə keçirik. 
 
Масштаб  –  qutusuna  daxil  edilən  rəqəmlər  simvolların  genişliyini  faizlə  artırıb 
azltmaq  üçündür.  100%  normal  genişlikdir.  Simvollar  arası  məsafəni  təyin  etmək  üçün 
aşağıdaki parametrlərdən birini seçirik. 

 
Разреженный – genişləndirilmiş  

 
Обычный - adi 

 
Уплотненный – sıxlaşdırılmış 
 

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə