Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Kafedra : Humanitar fənnlər Fənn: Azərbaycan tarixi Fakültə: Energetika və Avtomatika


Qarabağ uğrunda Vətən müharibəsi (2 ci Qarabağ mühabribəsi)



Yüklə 344,34 Kb.
səhifə5/5
tarix17.12.2023
ölçüsü344,34 Kb.
#149881
1   2   3   4   5
Nəbiyev Məhəmmədəli 222a1 Azərbaycan Tarix

Qarabağ uğrunda Vətən müharibəsi (2 ci Qarabağ mühabribəsi)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovulub, qətlə yetirilib, yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.
Ermənistan ərazisində azərbaycanlılar 1988-ci ilə qədər kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində 1828-ci ildən sonra məskunlaşdırılmış ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə başladılar. 1988-ci ilin əvvəlində DQMV-nin mərkəzi Xankəndi (ovaxtkı Stepanakert) şəhərində ermənilərin mitinq və nümayişləri keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir”. İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə 6 başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi.
Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Prezident Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Birlik komandiri general-leytenant Hikmət Mirzəyevi şəxsən təbrik edib.
Vətən 10 müharibəsində hərbi əməliyyatlara rəhbərlik edən Ali baş komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi diqqətdə saxlayırdı. O, Suqovuşanın işğaldan azad olunması münasibətilə general-mayor Hikmət Həsənovu, düşməndən təmizlənmiş ilk şəhər mərkəzi – Cəbrayılın azad olunması münasibətilə general-mayor Mayis Bərxudarovu və general-leytenant Hikmət Mirzəyevi, Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə general-polkovnik Elçin Quliyevi, Qubadlı şəhərinin işğalçılardan azad olunmasında fərqləndiklərinə görə Yaşar Həsənovu və Zaur Quliyevi ayrıca təbrik etmiş, təbrik və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırmışdır. Ali baş komandan Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə də danışaraq başsağlığı vermişdir.
Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u Dövlət Bayrağı günündə Azərbaycan ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla, hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın və ətraf yüksəkliklərin alınması Ermənistanın bütün manevr imkanlarını puça çıxardı. Azərbaycan Ordusu müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (dronlardan) yüksək effektlə faydalanmaqla dünya hərb tarixinə öz şanlı adını yazdı. Azərbaycanın yalançı hədəf kimi istifadəsiz köhnə təyyarələrdən istifadə edərək Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonunu üzə çıxarması, ardınca o sistemləri məhv etməsi fəndi hərb tarixində yenilik kimi qəbul edilir. Türkiyə Respublikası və İsraildən alınmış “Bayraktar” və “Harop”, habelə Azərbaycan istehsalı olan “Zərbə” dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını, habelə çoxlu miqdarda canlı qüvvəsini məhv etmişdir. Ümumilikdə müharibənin gedişində ölkəmizin hərbi sənaye kompleksinin istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə edilmişdir. Alınmaz hesab edilən Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq silahdan mahir istifadə etməklə Azərbaycan ordusunun şücaətini nümayiş etdirmişdir. Eyni zamanda, həm müasir, həm də ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir. Prezident İlham Əliyev müharibə ərzində demişdir: “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”. Şuşanın azad edilməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat qəbul etdilər. Bəyanatda nəzərdə tutulurdu:
1. 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalırlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının odlu silahlı hərbi qulluqçuları, hərbi zirehli texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini (Vətən müharibəsini) qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında: 13 - Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. - Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.
2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra imzalanmış Bəyanatda nəzərdə tutulurdu: - Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. - İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirməli, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılmalı, prioritet qismində dəmir yolu və avtomobil yolları müəyyən edilməlidir. Artıq 2021-ci ilin yanvar ayının axırından etibarən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyev Moskva görüşündən sonra qeyd etmişdir: “...Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
İzlədiyiniz üçün təşəkkürlər
Yüklə 344,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə