Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya və biologiya fakültəsi Kimya və onun tədrisi metodikası kafedrasi kimya fənnindən



Yüklə 132,71 Kb.
səhifə6/7
tarix30.12.2023
ölçüsü132,71 Kb.
#166538
1   2   3   4   5   6   7
Vəlizadə cəmalə

Çoxmərkəzli rabitələr
klassik nəzəriyyələr kimyəvi rabitələri iki atom arasında baş verən qarşılıqlı təsir kimi izah edir. Amma çoxlu sayda qeyri-adi molekullar kəşf edilib ki, onlarda kimyəvi rabitə eyni vaxtda bir neçə atom arasında baş verir. Belə rabitələr çoxmərkəzli rabitələr adlanır. Üçmərkəzli rabitəyə ən sadə misal - metonium CH+5 ionudur. Bu ionda 5 hidrogen atomundan üçü mərkəzi karbon atomu ilə adi kovalent rabitə ilə birləşir. Digər iki hidrogen atomu karbon atomundan çox uzaqlaşmışdır. Bu atomlar arsındakı üçmərkəzli rabitə yalnız iki elektronla yaranır: elektronlardan birini C, digərini H atomu verir. Üçmərkəzli rabitəni bəzən təpə nöqtələrində birləşən atomlar olan üçbucaq şəklində göstərirlər. Metallarda elektron buludları bütün atomları birləşdirirlər.Bu elə çoxmərkəzli rabitəyə misaldır.

Mövzu V
Kimyəvi qarşılıqlı təsir
Kimyəvi proses haqqında təlim iki hissədən ibarətdir: kimyəvi termodinamikadan və kimyəvi kinetikadan. Kimyəvi ter­mo­di­na­mi­­ka sistemlərin tarazlıq halını və verilən şəraitdə sistemin bir hal­dan başqa hala keçməsini tədqiq etdiyi halda, kimyəvi kinetika prinsipcə mümkün olan prosesin hansı sürətlə və hansı mexanizmlə getməsini öyrənir.
Kimyəvi kinetika - kimyəvi reaksiyalar, onların mexanizmi və təkamül qanunauyğunluqları haqqında olan təlimdir. Kinetika iki bölmədə- formal kinetikada (reaksiya sürətinin maddələrin qa­t­ılığından asılılıq qanunauyğunluqları) və molekulyar ki­ne­ti­ka­­dan (kimyəvi qarşılıqlı təsirin mexanizmi) ibarətdir.
Kimyəvi kinetikanın əsas anlayışı olan reaksiyanın sürəti vahid za­manda və vahid həcmdə reaksiyada iştirak edən maddənin miqdarının dəyişməsi kimi təyin edilir. Ümumi halda reaksiyanın sürəti zaman keçdikcə dəyişdiyindən onu mad­də­lə­rin qatılığının zamana görə törəməsi kimi tapırlar:

Əgər A B reaksiyasını nəzərdən keçirsək, (1) tənliyini konkret maddə üçün aşağıdakı şəkildə yazmaq olar:
v = (2)
Kəsrin qabağında duran mənfi və müsbət işarəsi verilən komponentin qatılığının zamanca azalmasından və ya artmasından aslıdır.
Qarşılıqlı təsirdə olan maddələrin qatılığının reaksiya sürətinə təsiri kinetikanın əsas postulatı ilə müəyyən edilir: reaksiyanın sürəti reaksiyaya daxil olan maddələrin qatlığının hasili ilə düz mütənasibdir. Məsələn, J- ionlarının katalizator rolunu oynadığı hidrogen peroksidin parçalanma reaksiyası üçün (2H2O2 2H2O+O2) yazmaq olar ki,

olanda reaksiya sürətinə bərabərdir.
Fərz edək ki,hər hansı bir dönən reaksiya gedir:

Düz və əks istiqamətdə gedən reaksiyaların kinetikanın əsas postulatına görə

tənlikləri ilə ifadə olunur.Tarazlıq halında olduğundan yazmaq olar ki,




Kütlələrin təsir qanuna görə (6) tənliyini aşağıdakı şəkildə yazmaq olar:


tənlik göstərir ki,dönən reaksiyalarda düz və əks istiqamətdə gedən reaksiyaların sürət sabitlərinin nisbəti tarazlıq sabitinə (Kp) bərabərdir.
Mexanizminə görə reaksiyaları
Yüklə 132,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə