Çoxmərkəzli rabitələr
klassik nəzəriyyələr kimyəvi rabitələri iki atom arasında baş verən qarşılıqlı təsir kimi izah edir. Amma çoxlu sayda qeyri-adi molekullar kəşf edilib ki, onlarda kimyəvi rabitə eyni vaxtda bir neçə atom arasında baş verir. Belə rabitələr çoxmərkəzli rabitələr adlanır. Üçmərkəzli rabitəyə ən sadə misal - metonium CH+5 ionudur. Bu ionda 5 hidrogen atomundan üçü mərkəzi karbon atomu ilə adi kovalent rabitə ilə birləşir. Digər iki hidrogen atomu karbon atomundan çox uzaqlaşmışdır. Bu atomlar arsındakı üçmərkəzli rabitə yalnız iki elektronla yaranır: elektronlardan birini C, digərini H atomu verir. Üçmərkəzli rabitəni bəzən təpə nöqtələrində birləşən atomlar olan üçbucaq şəklində göstərirlər. Metallarda elektron buludları bütün atomları birləşdirirlər.Bu elə çoxmərkəzli rabitəyə misaldır.
Mövzu V
Kimyəvi qarşılıqlı təsir
Kimyəvi proses haqqında təlim iki hissədən ibarətdir: kimyəvi termodinamikadan və kimyəvi kinetikadan. Kimyəvi termodinamika sistemlərin tarazlıq halını və verilən şəraitdə sistemin bir haldan başqa hala keçməsini tədqiq etdiyi halda, kimyəvi kinetika prinsipcə mümkün olan prosesin hansı sürətlə və hansı mexanizmlə getməsini öyrənir.
Kimyəvi kinetika - kimyəvi reaksiyalar, onların mexanizmi və təkamül qanunauyğunluqları haqqında olan təlimdir. Kinetika iki bölmədə- formal kinetikada (reaksiya sürətinin maddələrin qatılığından asılılıq qanunauyğunluqları) və molekulyar kinetikadan (kimyəvi qarşılıqlı təsirin mexanizmi) ibarətdir.
Kimyəvi kinetikanın əsas anlayışı olan reaksiyanın sürəti vahid zamanda və vahid həcmdə reaksiyada iştirak edən maddənin miqdarının dəyişməsi kimi təyin edilir. Ümumi halda reaksiyanın sürəti zaman keçdikcə dəyişdiyindən onu maddələrin qatılığının zamana görə törəməsi kimi tapırlar:
Əgər A B reaksiyasını nəzərdən keçirsək, (1) tənliyini konkret maddə üçün aşağıdakı şəkildə yazmaq olar:
v = (2)
Kəsrin qabağında duran mənfi və müsbət işarəsi verilən komponentin qatılığının zamanca azalmasından və ya artmasından aslıdır.
Qarşılıqlı təsirdə olan maddələrin qatılığının reaksiya sürətinə təsiri kinetikanın əsas postulatı ilə müəyyən edilir: reaksiyanın sürəti reaksiyaya daxil olan maddələrin qatlığının hasili ilə düz mütənasibdir. Məsələn, J- ionlarının katalizator rolunu oynadığı hidrogen peroksidin parçalanma reaksiyası üçün (2H2O2 2H2O+O2) yazmaq olar ki,
olanda reaksiya sürətinə bərabərdir.
Fərz edək ki,hər hansı bir dönən reaksiya gedir:
Düz və əks istiqamətdə gedən reaksiyaların kinetikanın əsas postulatına görə
tənlikləri ilə ifadə olunur.Tarazlıq halında olduğundan yazmaq olar ki,
Kütlələrin təsir qanuna görə (6) tənliyini aşağıdakı şəkildə yazmaq olar:
tənlik göstərir ki,dönən reaksiyalarda düz və əks istiqamətdə gedən reaksiyaların sürət sabitlərinin nisbəti tarazlıq sabitinə (Kp) bərabərdir.
Mexanizminə görə reaksiyaları
Dostları ilə paylaş: |