Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   143   144   145   146   147   148   149   150   ...   163

 
 
 

 
Makroaqreqat daxilində mikroaqreqatları birləşdirən üzvi maddənin torpağın 
becərilməsi zamanı itirilməsi fərziyyəsi (Elliott, 1986

 
Məsamə iyerarxiyasının oxşar aqreqat iyerarxiyasını formalaşdırması fərziyyəsi 
(Elliott, Coleman, 1988

 
Yağış soxulcanları və onların ifrazatının aktivliyinin mikroaqreqatların 
formalaşmasına şərait yaratması fərziyyəsi (Shipitalo, Protz, 1989

 
Məsaməliyin kənar edilməsi prinsipi birləşdirici amillərin effektivlik miqyasını 
müəyyən etməsi fərziyyəsi (Dexter, 1988; Kay, 1990

 
Aqreqat iyerarxiyasınin yalnız üzvi maddənin əsas əlaqələndirici amil olduğu 
torpaqlarda mövcudluğu (Oades, Waters, 1991) 

 
Mikroaqreqatların formalaşması, stabilləşməsi və deqradasiyası mexanizmlərinin 
mürəkkəb qarşılıqlı əlaqəsi (Golchin et al., 1994) 

 
Makroaqreqat daxilində mikroaqreqatın formalaşması fərziyyəsinin təsdiq edilməsi 
(Angers et al., 1997) 

 
Dağılma prosesinin arasıkəsilməz makroaqreqat dövranını artırması və makroaqreqat 
daxilində yeni formalaşan mikroaqreqatda karbonun stabilləşməsini azaltması (Six et 
al., 1998; 2000)  

 
Üzvi-amfifil fərziyyə (Шеин, Милановский, 2003; Шеин, 2005
 
 
Səkil 4. Aqreqatəmələgəlmə nəzəriyyələri və fərziyyələrin xronoloji ardıcıllıq. 
 
istiqamətlənmiş   gil   domenlərindən    və   kvars    hissəciklərindən    ibarət    olması  
fərziyyəsini  irəli  sürmüşdür.  Bu  modelə  əsasən  SOM  istiqamətlənmiş  gil  domenlərini  və  kvars 
hissəciklərini birləşdirərək aqreqatın stabilləşməsini yüksəldir. Nəmlənmə şəraitində  kristallik  gil 
domenlərinin  şişməsi  nəticəsində kvars hissəciyi-gil domeni 
 
 
 
   
A 
 
            Gil 
                                A 
                                                                     C

 
 
 
                                
 
                                                                                    C

 
                                                                          
 
 
 
 
                                                                           D                 C
1
 
 
 
Şəkil  5.  Aqreqatın  strukturu,  birləşmə  tipləri,  kvars  (çöl  şpatı),  gil  domenləri  və  üzvi  maddənin 
quruluş  sxemi.  A:  kvars-üzvi  maddə-kvars;  B:  kvars-üzvi  maddə-domen;  C:  domen-üzvi  maddə-
domen (C
1
-domen səthləri arasında, C
2
-domen tili ilə səthi arasında, C
3
-domen tilləri arasında); D: 
domen (til)-domen (səth) [76]. 
 
 
 
Qum/lil 


Qum/lil 
 


 
 
 
birləşməsinin  şişməsi  baş  verir.  Emerson  bu  modelə  əsaslanaraq  qorunan  SOM-un    miqdarının  
domenlərin  səthinin  sahəsi  ilə  mütənasib  olduğunu müəyyən etmişdir [77]. SOM monotəbəqəsi 
Al, Fe, Ca birləşmələri və H-rabitəsi vasitəsilə gil domenləri arasında stabilləşir. 
      Növbəti  nəzəri  cəhətdən  əsaslanmış  aqreqasiya  modeli  1967-ci ildə Edvard və  
Bremner tərəfindən təklif olunmuşdur [71]. Onlar mikroaqreqatın formalaşması nəzəriyyəsini irəli 
sürmüşlər.  Bu  nəzəriyyədə  mikroaqreqatın  formalaşmasına  torpağın  bərk  fazasının,  üzvi 
maddəsinin,  polivalent  metalların  və  elektroneytral  gil  minerallarının  qarşılıqlı  əlaqəsinin  nəticəsi 
kimi baxılır. Bu modelə görə gil hissəciyi-polivalent metal (Fe
3+
, Al
3+
, Ca
2+
)-üzvi maddə (CP-PM-
OM)  kompleksindən  ibarət  <  0.25  mm  ölçülü  mikroaqreqatlar  və  narın  qum  aqreqatları  daha 
stabildirlər.  Mikroaqreqatlar  CP-PM-OMC  kompleksinin  qarşılıqlı  təsiri  nəticəsində  formalaşır: 
burada OMC – üzvi-mineral kompleks olub OM-in lil hissəcikləri ilə birləşməsindən əmələ gəlir və 
ümumi  halda  [(CP-PM-OMC)
x
]
y
  kimi  göstərilir.  Göründüyü  kimi  CP-PM-OMC  kompleksi 
Emerson  modelindəki  gil  domeninə  ekvivalentdir.  Bu  modeldə  CP-PM-CP  və  OMC-PM-OMC 
kompleksləri  də  nəzərdən  keçirilir.  Habelə  fərz  olunur  ki,  mikroaqreqatlar  daxilində  olan  üzvi 
maddə fiziki olaraq qorunur və mikroorqanizmlər üçün əlçatmazdır.  
      Aqreqasiya  məsələlərinin  dərk  edilməsində  və  inkişafında  ən  mühüm  mərhələ  aqreqatın 
iyerarxiya konsepsiyasının Tisdal və Ouds tərəfindən 1982-ci ildə təklif olunması ilə başlanır [156]. 
Bu konsepsiyada aqreqasiyanın müxtəlif iyerarxiya mərhələlərində birləşdirici maddələrin təsirinin 
fərqli olması fərziyyəsi irəli sürülür. Sərbəst ilkin hissəciklər və lil aqreqatları (< 0.02 mm) humus 
maddəsi,  polivalent  metal  kationları  kompleksi,  oksidlər  və  alüminosilikatlar  vasitəsilə  birləşərək 
mikroaqreqatlar  (0.02-0.25  mm)  əmələ  gətirir.  Bu  stabil  mikroaqreqatlar  nisbətən  dayanıqlı 
birləşdirici  amillər  olan  göbələk  hifləri  və  bitki  kökləri,  dayanıqsız  bitki  və  mikrob  mənşəli 
polisaxaridlər  vasitəsilə  birləşərək  makroaqreqatlar  (>  0.25  mm)  əmələ  gətirirlər.  Polisaxaridlərin 
birləşdirmə  qabiliyyəti  ən  çox  makroaqreqatlar  daxilində  <  0.25  mm  miqyasda  müşahidə  olunur. 
Odur  ki,  aqreqatların  iyerarxiya  səviyyəsindən  və  onları  birləşdirən  maddələrin  təsir  dairəsindən 
asılı olaraq makroaqreqatlarla müqaisədə mikroaqreqatların dayanıqlığı yüksək və onların əkinçilik 
praktikasının  antropogen  amillərindən  asılılığı  az  olur.  Şəkil  6-də  təsir  müddətindən  asılı  olaraq 
üzvi və qeyri-üzvi birləşdirici maddələrin tipləri göstərilmişdir.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6. Birləşdirici maddələrin tipləri [85]. 
Birləşdirici maddələr 
Üzvi 
 
Qeyri-üzvi 
Müvəqqəti 
Qısamüddətli 
Dayanıqlı 

Karbohidratlar 

Polivalent 
oksidlər 

Alüminosili-
katlar 

Dehidratasiya 
olunmuş 
silikatlar 

Bitki kökləri 

Göbələk 
hifləri 

Mikrob 
məhsulları 

Polisaxaridlər 

Mikrob 
məhsulları 

Humus 
maddələri 

Üzvi-mineral 
birləşmələr 

Dehidratasiya 
olunmuş humus 
maddələri 

Humus-
polivalent oksid 
kompleksləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə