Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   145   146   147   148   149   150   151   152   ...   163

 
 
 
 
 
                                        
 
                       Mikroaqreqat                                                     Makroaqreqat 
                                                                                              
 
 
 
 
 
 
                                                           Mikrob 
                                                       koloniyaları 
                                                        və onların 
                                                        məhsulları 
 
     
                  Gil paketi 
 
                                                   Mikroaqreqat klasteri 
 
 
 
 
 
 
 
 
Şəkil 7. POM-nüvə aqreqasiya modelinin sxemi [103]. 
 
 
 
 
Şəkil 8. Torpaqda amfifil üzvi maddənin iştirakı ilə aqreqatın formalaşması [40; 41].  
 
      Canlı  orqanizmlərdəki  sintezdən  fərqli  olaraq  humus  maddəsinin  əmələgəlməsi  genetik  yolla 
deyil,  təbii  sintez  əsasında  gedir  və  bioloji  təsirə  ən  dayanıqlı  strukturlar  qalır.  Təbii  kimyəvi 
proseslərdə fəal iştirak edən SOM komponentlərindən ən mütəhərrik və reaksiya qabiliyyətli humus 
hesab edilir. Karboksil, hidroksil, karbonil qruplarından və aromatik fraqmentlərdən təşkil olunmuş 
humus maddəsi ion, donor-akseptor, hidrofob qarşılıqlı təsirə girə bilir, müxtəlif üzvi maddələrlə və 
metallarla kompleks birləşmələr əmələ gətirir.  
 
 
POM 
POM 
 
 
POM 
 
POM   
 
POM 
 
POM 
 


 
 
 
      Torpaqlarda strukturəmələgəlməyə üzvi maddələrin təsirini öyrənmək üçün ilk təcrübə 1874-cü 
ildə  T.  Şlezinq  [130]  tərəfindən  aparılmışdır.  O,  gil-qum  və  gil-üzvi  maddə  komplekslərinin 
aqreqasiyada böyük rol oynadığını qeyd  etmişdir. Aktiv kolloid maddələrin strukturəmələgəlməyə 
şərait yaratması, üzvi maddələrin isə torpaq hissəciklərini birləşdirməsi fərziyyəsi E. Volni [163] və 
J.  Damont  [70]  tərəfindən  irəli  sürülmüşdür.  Üzvi  maddələrin  müxtəlif  komponentlərinin 
aqreqasiyada  aparıcı  rolu  çoxsaylı  tədqiqatlarla  təsdiq  edilmişdir  [5;  18;  27;  60;  100;  153]. 
Aqreqasiyada  üzvi  maddələrin  iştirakı  və  onların  təsir  mexanizmləri  ədəbiyyatda  geniş  şərh 
olunduğundan  [17;  43;  50;  52;  57;  79;  85;  96;  99;  113;  155;  156]  bu  məsələ  üzərində 
dayanmayacağıq.  
      Bioloji amil olaraq mikroorqanizmlər və bitki köklərinin aqreqasiyada rolu danılmazdır [15; 17; 
20;  21;  33;  44;  84;  110;  118;  125;  154].  Strukturəmələgəlmədə  ən  əhəmiyyətli  mikroorqanizmlər 
bakteriyalar  və  göbələklərdir.  Aqreqasiya  prosesində  saprofit  və  mikoriz  göbələklər  iştirak  edir. 
Göbələklərin  mikoriz  əmələ  gətirməsi ali  bitkilərlə  simbioz  nəticəsində  yaranır.  Adətən  bitkilərdə 
bir qayda olaraq mikoriz əmələ gəlir, daha doğrusu bitkilərin kökləri demək olar ki, həmişə göbələk 
hifləri ilə örtülür. Göbələk hifləri ilə örtülmüş bitki kökləri ilə yanaşı hiflərdə bütün istiqamətlərdə 
hərəkət edərək torpaq aqreqatlarına fiziki-mexaniki, kimyəvi və bioloji təsir göstərir. Nəticədə, qısa 
müddət  ərzində  kök,  göbələk  və  bakteriya  qalıqları  torpağın  digər  komponentləri  ilə  qarşılıqlı 
təsirdə olaraq aqreqasiya prosesində iştirak edirlər. 
      Torpaq  faunası  (yağış  soxulcanları,  qarışqalar  və  nematodlar) aqreqasiya  prosesinin  ən  önəmli 
bioloji amillərindən biridir. Bu amilin aqreqasiyada rolu çox qədimdən öyrənilməsinə baxmayaraq 
hal-hazirda da intensiv tədqiq olunmaqdadır [54; 63; 94; 106; 107; 112; 123; 132; 133; 136; 137; 
158;  165].  Hələ  1881-ci  ildə  Ç.  Darvin  [64]  öz  məşhur  kitabında  Aristotelin  yağış  soxulcanlarını 
torpaq  aktivləşdiriciləri  adlandırdığını  qeyd  edir.  Aqreqasiya  prosesi  ilə  yanaşı  torpaq  faunası 
bioməsamələrin  əmələ  gəlməsində  də  iştirak  edir.  Bu  isə  öz  növbəsində  torpağın  infiltrasiyası, 
aerasiyası, susaxlama və sukeçirmə qabiliyyətləri ilə əlaqədardır.  
      Yağış  soxulcanları  və  qarışqalar  aqreqasiya  prosesinə  və  ümumiyyətlə  torpağın  münbitliyinə 
təsir etməklə onun fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır. Aqreqasiya prosesində yağış 
soxulcanlarının başlıca funksiyaları torpağı üfüqi  və şaquli istiqamətlərdə qarışdırmaqdan, ifrazatı 
ilə torpağın kimyəvi tərkibini, bioloji aktivliyini, strukturunu və bioməsaməliyini tənzimləməkdən 
ibarətdir. 
      Reqression  struktur-pedotransfer  əlaqələr.  Müasir  torpaqşünaslıqda    pedotransfer  əlaqələr 
(funksiyalar)  dedikdə  torpağın  fiziki  funksiyalarını  əks  etdirən  məlum,  ənənəvi  və  ya  asan  təyin 
edilən  fundamental  xassələri  arasındakı  asılılıq  başa  düşülür.  Pedotransfer  funksiyaların  dəqiqliyi 
istifadə  olunan  rəqəmlərin  çoxluğundan,  torpaq  tiplərinin  oxşarlığından,  torpağın  mineraloji, 
kimyəvi və qranulometrik tərkibinin yaxınlığından asılıdır. Son onilliklərdə torpaq hidrofizikasında 
pedotransfer funksiyalardan istifadə olunması geniş  vüsət almışdır [66; 98; 117]. Bu torpaq-bitki-
atmosfer  sistemində  bir  çox  proseslərin  modelləşdirilməsi  zamanı  torpağın  əsas  hidrofiziki 
xarakteristikası  (ƏHX)  ilə  əlaqədar  pedotransfer  funksiyalardan  istifadə  olunması  ilə  şərtlənir. 
Məlum  olduğu  kimi  torpağın  fundamental  göstəricilərindən  olan  ƏHX  onun  bir  çox  xassələri  ilə 
pedotransfer əlaqədədir [16; 40; 66]. 
 
                                                                                                                       
Suyadavamlı və mexaniki dayanıqlı aqreqatlar üçün bəzi pedotransfer əlaqələr 
Cədvəl 2 
 
Pedotransfer əlaqə 
 
Torpaq 
Ədəbiyyat 



Y =16.9X
om
 – 13 (r = 0.87) 
Lilli-gillicəli 
[147] 
Y(> 0.1 mm) = 2.6X
%oc
 + 326X
mb
 + 0.57X
cl
  
+11.8X
%io
 + 0.1X
as
 + 6.1 
Tozlu-gillicəli 
[62] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə