Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   155   156   157   158   159   160   161   162   163

 
 
 
 
 
Ancaq inkişaf fazasından asılı olaraq yerüstü quru biokütlə məhsulunun ümumiyə nisbətən %-
lə miqdarına baxsaq görərik nəzarət variantında toplanan quru biokütlə ümuminin 15,22%-ni təşkil 
etdiyi  halda  yüksək  qida  rejimində  bu  ümuminin  14,39%-ni  təşkil  etmişdir  (qrafik  1).  Sonrakı 
inkişaf  fazalarında  da  qida  rejimindən  asılı  olaraq  payızlıq  buğdanın  yerüstü  quru  biokütlə 
məhsulunun  toplanmasında  maraqlı  nəticələr  alınmışdır.  Belə  ki,  kollanmadan  boruyaçıxmanın 
sonuna  kimi  2  qida  rejimi  istisna  olmaqla  (N
90
P
60
K
60
  və  N
120
P
60
K
60
  bu  variantlarda  quru  biokütlə 
məhsulu ümumiyə nisbətən 27,35 və 29,70 sen/ha olmuşdur) bütün variantlarda 17,05-21,45 sentner 
arasında dəyişmişdir. Gübrəsiz (nəzarət) variantda hər hektarda quru biokütlə məhsulu 20,1 sentner 
olmuşdur.  Göründüyü  kimi  nəzarət  variantında    hər  hektarda  toplanan  quru  biokütlə  məhsulu 
N
90
P
60
K
60
  və  N
120
P
60
K
60
  variantına  nisbətən  müvafiq  olaraq  7,25  və  9,6  sentner  və  ya  30,07  və 
47,76%  az  olmuşdur.  Nəzarət  variantında  kollanmadan  boruyaçıxmanın  sonuna  kimi  toplanan 
yerüstü  quru  biokütlə  məhsulu  ümuminin  32,21%  olduğu  halda  yuxarıda  qeyd  etdiyimiz  gübrəli 
variantlarda  bu  göstərici təxminən  2  dəfə  az  (14,94-14,39%)  olmuşdur  (qrafik  1). Səbəbi  bitkinin 
sonrakı  inkişaf  fazasında  nəzarət  variantında  torpaqda  qida  maddələrinin  çatışmaması  ilə 
əlaqədardır.  Belə  ki,  boruyaçıxmadan  mum  yetişməyə  kimi  N
1,5
P
1
K
1
  və  N
2
P
1
K
1
  verilmiş 
variantlarda  hər  hektarda  58-60  sentner  quru  biokütlə  toplandığı  halda  nəzarət  variantında  bu 
göstərici 30 sentner olmuşdur. 
Qobustanın  BTS-nın  nəmliklə  təmin  olunmamış  açıq-şabalıdı  torpaqlarında  qida  rejimindən 
asılı olaraq “Qobustan” yumşaq buğda sortunun müxtəlif inkişaf fazalarında yerüstü quru biokütlə 
məhsulunun qida normalarından asılı olaraq bir-birilərinə nisbətləri 2 saylı qrafikdə göstərilmişdir 
(burada variantların cəmi 100% qəbul edilərək hər bir variantı neçə % olduğu göstərilir). 
Tədqiqat nəticələrindən göründüyü kimi kollanma, boruyaçıxma, mum yetişmə və tamyetişmə 
fazalarında toplanan yerüstü quru maddənin miqdarı qida rejimindən asılı olaraq müxtəlif olmuşdur. 
Kollanma fazasının sonunda variantlar üzrə toplanan quru maddənin cəmini 100 qəbul etdikdə onun 
7,94%-i nəzarət, 11,34%-i biohumus (ECO) variantlarının payına düşdüyü halda 15,28 və 15,44%-i 
isə  N
90
P
60
K
60
  və  N
120
P
60
K
60
  variantlarının  payına  düşür  (bax  qrafik  2  kollanmanın  sonu).  Bu 
qanunauyğunluq boruyaçıxma, mumyetişmə və tamyetişmə fazalarında da müşahidə olunur (qrafik 
2). 
Məhsuldarlıq  və  məhsulun  keyfiyyəti  bitkinin  boruyaçıxmanın  sonu  sünbülləmə  fazasında 
ümumi  yerüstü  quru  biokütlə  məhsulundan,  məhsulun  tərkibində  olan  azotun  miqdarından  və 


 
 
 
torpaqda asan mənimsənilən qida maddələrinin miqdarından asılıdır. Tədqiqat nəticələri göstərdi ki, 
boruyaçıxmanın  sonunda  “Qobustan”  yumşaq  buğda  sortunun  yerüstü  quru  biokütlə  məhsulu, 
biokütlədə  azotun  miqdarı  və  torpaqda asan  mənimsənilən  fosfor  və  kaliumun  miqdarı  gübrələrin 
norma və nisbətlərindən asılı olaraq çox müxtəlifdir.  
 
 
                   Kollanmadan mum yetişməyə 
                 Mum yetişmədən tam yetişməyə  
                                          Kimi 
  kimi  


 
 
 
 
 
Belə  ki,  boruyaçıxmanın  sonunda  qida  rejimindən  asılı  olaraq  yerüstü  quru  biokütlə  məhsulu  hər 
hektarda 48,8-57,7 sentner, yerüstü quru biokütlədə olan azotun miqdarı 37,5-81,7 kq, şum qatında 
(0-25 sm) asan mənimsənilən (mütəhərrik) P
2
O
5
 1 kq torpaqda  26,9-43,5 mq, asan mənimsənilən 
(dəyişən)  K
2
O  isə  321-341  mq  olmuşdur.  Bir  çox  müəlliflərin  fikrincə  [1;6;8]  dən  məhsulunun 
əmələgəlməsi  və  dəndə  zülalın  miqdarının  70%-i  sünbülləmə  fazasındakı  ümumi  biokütlə 
məhsulundan, məhsulun tərkibində olan azotunun hesabına, 30%-i isə torpaqda asan mənimsənilən 
qida maddəsinin hesabına formalaşır. 
Bəzi müəlliflərin fikirincə [1;8] məhsuldarlıq və bir sentner məhsulunun əmələgəlməsinə qida sərfi 
torpaq tipindən mineral gübrələri norma və nisbətlərindən asılıdır. 
Kənd  təsərrüfatında  xüsusən  dənli  bitkilərlə  aparılan  tədqiqat  işlərində  əsas  məqsəd 
məhsuldarlığın  yüksəldilməsi,    iqtisadi  səmərəliliyin  artırılması  fermer  təsərrüfatlarının  bu  sahəyə 
marağının yüksək olmasına nail olmaqdır. Bunun üçün düzgün aqrotexnikanın tətbiqi çox vacibdir. 
Bütün bunları nəzərə alaraq üzvi və mineral gübrələrin norma və nisbətlərinin məhsuldarlığa təsirini 
öyrəndik.  Tədqiqat  nəticələri  göstərdi  ki,  hər  hektardan  yığılan  dən  məhsulu  gübrələrin  norma  və 
nisbətlərindən  asılı  olaraq  30,55-52,50  sentner  arasında  dəyişir.  Qida  rejiminin  payızlıq  buğdanın 
inkişaf  fazalarından  asılı  olaraq  quru  biokütlə  məhsulunun  toplanmasında  və  azotun 
mənimsənilməsində  olan  fərq  məhsuldarlıqda    da  özünü  göstərmişdir.  Ümumiyyətlə  gübrəsiz 
variantda hər hektardan 30,55 sentner, tək azot gübrəsi (N
60
) verdikdə 39,21 sentner, tək biohumus 
(ECO)  1  ton/ha  verdikdə  37,25  sentner  dən  məhsulu  alındığı  halda  tam  gübrə  normalarında 
(N
90
P
60
K
60
 ; N
120
P
60
K
60
) bu göstərici müvafiq olaraq 51,75; 52,50 sentner olmuşdur. 
Gübrələrin  norma  və  nisbətlərindən  asılı  olaraq  dəndə  zülalın  miqdarı  və  hektardan  zülal 
yığımıda müxtəlif olmuşdur. Ən yaxşı nəticə tam gübrə normasının tətbiqində alınmışdır. Belə ki, 
N
90
P
60
K
60
  və  N
120
P
60
K
60
  qida  rejimində  dəndə  zülalın  miqdarı  13,51-13,62%,  hektardan  zülal 
yığımı isə 699,14-715,05 kq olmuşdur. 
 
ƏDƏBİYYAT  
1.
 
Гаджимамедов  И.М.  Влияние  концентрированных  удобрений  на  азотных  обмен  и 
урожайность озимой пщеницы Агрохимия. Издательство Москва, №1, 1975 г. ст. 12-
15.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə