Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   155   156   157   158   159   160   161   162   163

 
 
 
Key words: soil, fertilizer, plant, productivity, protein  
 
UOT 631:631.8 
 
NƏMLİKLƏ TƏMİN OLUNMAMIŞ AÇIQ-ŞABALIDI TORPAQLARDA GÜBRƏLƏRİN 
PAYIZLIQ BUĞDANIN İNKİŞAF FAZASINDAN ASILI  
OLARAQ AZOTU MƏNİMSƏMƏSİNƏ TƏSİRİ 
 
 
S.R. VƏLİYEVA 
Dissertant 
 
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Pirşağı qəs., Sovxoz 2, Bakı, Azərbaycan, Tel. 551-61-30 
 
       Qobustan BTS-nin nəmliklə təmin olunmamış açıq-şabalıdı torpaqlarında “Qobustan” payızlıq  
yumşaq buğda sortunun yerüstü quru biokütlə məhsulunun toplanması və azotun mənimsənilməsi 
inkişaf fazasından və qida rejimindən asılıdır. Məhsuldarlıq, dəndə zülalın miqdarı və hektardan 
zülal yığımı boruyaçıxmanın sonu sünbülləmə fazasında toplanan yerüstü quru biokütlə məhsulu və 
onun tərkibində olan azotdan asılıdır. 
Açar sözlər: torpaq, gübrə, bitki, azot 
 
Aqrar  islahat  nəticəsində  yaranan  fermer  təsərrüfatlarında  torpağa  olan  münasibət,  onun 
becərilməsi, tamamilə yeniləşmişdir. Tədqiqatçıların məlumatına əsasən [2;3] yüksək və keyfiyyətli 
məhsul formalaşmasını təmin etmək üçün torpağın səmərəli münbitliyi yüksəldilməli, verilən üzvi 
və  mineral  gübrələrin  illik  normaları  balans  hesablanmasına  əsasən  müəyyən  edilməlidir.  Gübrə 
normaları  müəyyənləşdirilərkən  torpaq-iqlim  şəraiti,  nəmliklə  təmin  olunma,  asas  qida 
maddələrinin  torpaqdan  və  gübrədən  mənimsənilmə  əmsalı,  bitkinin  potensial  məhsuldarlığı,  hər 
sentner dən məhsulunun əmələgəlməsinə qida sərfi və əsas limit amilləri nəzərə alınmalıdır. 
Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının nəmliklə təmin 
olunmamış  açıq-şabalıdı  torpaqlarında  karbonatlığı,  pH-ı,  ümumi  humusun,  azotun  və  asan 
mənimsənilən fosforun və kaliumun miqdarını müəyyənləşdirmək, bitkinin inkişaf fazasından asılı 
olaraq azotun mənimsənilməsini təyin etmək. 
Payızlıq buğda bitkisinin inkişaf fazasından asılı olaraq yerüstü quru biokütlənin toplanmasını 
və azotun mənimsənilməsini təyin etmək.  
Üzvi gübrələrin norma və nisbətlərindən asılı olaraq hektardan zülal yığımını hesablamaq. 
Elmi  Tədqiqat  əkinçilik  İnstitutunun  Qobustan  Bölgə  Təcrübə  Stansiyasının  nəmliklə  təmin 
olunmamış  açıq-şabalıdı  torpaqlarında  üzvi  və  mineral  gübrələrin  norma  və  nisbətlərinin 
“Qobustan”  payızlıq  yumşaq  buğda  sortunun  ümumi  yerüstü  quru  biokütlə  məhsulunun 
toplanmasına, azotu mənimsəməsinə, zülal yığımına təsirini müəyyənləşdirmək üçün 8 variantda 4 
təkrarda tarla təcrübələri aparılmışdır. 
1.
 
Nəzarət (gübrəsiz);  2. N
60
;  3. N
60
P
60
K
60
;  4. Biohumus (ECO) 1 ton\ha;  
5. Biohumus (ECO) 1 ton/ha+N
30
; 6.N
90
P
60
K
60
; 7. Biohumus (ECO) 1 ton/ha+ N
30
P
30
K
30
;; 
8. N
120
P
60
K
60
;.  
 
Fosfor,  kalium  və  üzvi  gübrələr  səpinqabağı  mala  altına,  azotun  25%-i  səpinqabağı,  qalan 
hissəsi isə erkən yazda verilmişdir.  
Səpin  bölgə  üçün  tövsiyə  olunan  vaxtda,  oktyabr  ayının  2-ci  ongünlüyündə  və  səpin 
normasında aparılmışdır. 
Təcrübə sahəsinin aqrokimyəvi göstəricilərini müəyyənləşdirmək üçün səpiqabağı sahənin 5 
yerindən [4] metodikaya müvafiq olaraq torpaq nümunələri götürülərək analiz aparılmışdır. Analiz 
nəticələri göstərmişdir ki, təcrübə sahəsinin pH-ı şum və şumaltı qatlarda 8,5-8,6, karbonatlıq 6,78-
8,2%, ümumi humus 2,21-1,39% ümumi azot 0,16-0,09%, arasında dəyişir. Dənli bitkilərdən yaxşı 
keyfiyyətli,  iqtisadi  cəhətdən  səmərəli  yüksək  məhsul  alınması,  gübrə  normalarının 


 
 
 
müəyyənləşdirilməsi  üçün  torpaqda  əsas  qida  maddələrinin  asan  mənimsənilən  formalarının 
miqdarını  və  ehtiyyatını  müəyyənləşdirmək  çox  vacibdir.  Analiz  nəticələrindən  məlum  oldu  ki, 
təcrübə  sahəsi  mütəhərrik  fosfor  və  dəyişən  kaliumla  zəif  təmin  olunmuşdur.  Şum  qatında  1  kq 
torpaqda  mütəhərrik  fosfor  21,5  mq,  dəyişən  kalium  235,7  mq,  şumaltı  qatda  isə  göstəricilər 
müvafiq olaraq 10,6 və 165,5 mq olunmuşdur. 
Qobustan  BTS-nın  nəmliklə  təmin  olunmamış  açıq-şabalıdı  torpqlarında  üzvi  və  mineral 
gübrələrin  norma  və  nisbətlərinin  “Qobustan”  payızlıq  buğda  sortunun  inkişaf  fazasından  asılı 
olaraq  yerüstü  quru  biokütlə  məhsulunun  toplanmasına  təsirini  müəyyənləşdirmək  üçün  bitkinin 
müxtəlif inkişaf fazalarında hər variantın 2 təkrarının bir neçə yerindən, metodikaya müvafiq olaraq 
[5]  iki  cərgədən  66,7  sm  uzunluğunda  yerüstü  quru  biokütlə  məhsulu  biçilib  götürülmüş  ,  həmin 
nümunənin  yaş  və  quru  çəkisi  müəyyənləşdirilmişdir.  Həmin  nümunələrdə  həm  də  ümumi  azot 
təyin olunmuşdur.  
Tədqiqat  nəticələri  göstərdi  ki,  kollanma  fazasının  sonuna  kimi  hər  hektarda  toplanan  quru 
biokütlə  məhsulu  qida  rejimindən  asılı  olaraq  9,5-15,5  sentner  arasında  dəyişir.  Göründüyü  kimi 
artıq  kollanma  fazasının  sonunda  qida çatışmamazlığı  özünü  göstərir.  Belə  ki,  kollanma  fazasının 
sonunda gübrəsiz variantda yerüstü quru biokütlə hər hektarda 9,5 sentner, tək biohumus (ECO) 1 
ton/ha  verilmiş  variantda  13,05  sentner  olduğu  halda,  N
90
P
60
K
60
  və  N
120
P
60
K
60
  variantlarında  bu 
göstəricilər müvafiq olaraq 15,60 və 15,50 sentner təşkil etmişdir.  
 
 
              
Boruyaçıxmanın sonundan  
mum yetişməyə kimi 
                  Mum yetişmədən 
 
                  tam yetşməyə kimi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə