29
məhsuldarlıq elementləri arasında sünbülün məhsuldarlığı aparıcı rola malikdir. Eyni zamanda
kəmiyyət və keyfiyyət əlamətləri arasında qarşılıqlı əlaqə qismən də olsa araşdırılmışdır.
Açar sözlər: seleksiya
, hibrid, xətt, sort, genotip,
introduksiya,
korrelyasiya, kleykovina, zülal,
sedimentasiya,
standart, əlamət, xüsusiyyət
Buğda bitkisi, dünyanın əksər ölkələrində insanların əsas qidasını təşkil edən mühüm
ərzaq bitkilərdən olub, hər bir ölkənin ən azı öz təlabatına uyğun olaraq buğda dəni istehsal
etməsi onun iqtisadiyyatının sabitliyini təmin edən vacib amillərindən biridir.
Son 30 ildə dünyada buğda dəninin istehsalı 2 dəfə artaraq 600 mln.ton səviyyəsini
ötmüşdür. FAO-nun rəsmi məlumatlarına görə 2009-cu ildə buğda dəninin ümumi istehsalı
dünya üzrə 685614.4 min ton, orta məhsuldarlıq isə 3,4 ton təşkil etmişdir. Bununla belə yer
kürəsində əhalinin ilbəil artımı nəticəsində buğda dəninə müvafiq olaraq artan təlabat hələ də
tam ödəniləcək səviyyədə deyildir və bir çox ölkələr bu bitkiyə olan təlabatını qismən də olsa
idxal hesabına ödəyir.
Azərbaycanda da buğda bitkisi, prioritet bitki olmaq etibarı ilə strateji məhsul hesab olunsa
da,onun istehsalı əhalinin təlabatına uyğun səviyyədə deyildir və hər il ölkəyə təqribən bir
milyon ton buğda dəni idxal olunur.
Son illərdə bu sahədə olan problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən ardıcıl
olaraq bir sıra əsaslı tədbirlər həyata keçirilmiş, mühüm qərarlar qəbul edilmişdir. Bunların
sırasında
Seleksiya
nailiyyətləri
haqqında
Azərbaycan
Respublikasının
qanunu
(1996),Toxumçuluq haqqında Azərbaycan Respublikasının qanunu (1999), Taxılçılıq haqqında
Azərbaycan Respublikasının qanunu (2000), Fitosanitariya haqqında qanun (2006) və s. bu
qəbildən olan tədbirlərdəndir.
2008-ci ildə qəbul edilmiş ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”-da hədəf kimi 2015-ci il üçün ölkədə
dənli bitkilərin əkin sahələrinin 900 min hektara, məhsuldarlığın 32,0 s/ha-ya və ümumi
istehsalın 2,8 mln.tona çatdırılmasını nəzərdə tutan strategiya da məhz bu məqsədə yönəlmişdir.
Bu vəzifələrin həyata keçirilməsində, kənd təsərrüfatı bitkilərinin, o cümlədən buğdanın
məhsuldarlığının artırılmasında, istehsalatın yüksək texnoloji xüsusiyyətlərə malik sortlarla
təmin olunmasında mühüm rol seleksiyanın üzərinə düşür. Bu fikrin bir daha təsdiqi üçün qeyd
etmək yerinə düşər ki, , böyük zaman kəsiyində buğdanın məhsuldarlığının artım dinamikasının
tədqiqi göstərmişdir ki, onun məsuldarlığının artmasıda seleksiyanın payı 50%-dən artıq
olmuşdur [2].
Seleksiya prosesində ən mürəkkəb məsələlərdən biri yüksək məhsuldarlıq potensialı, yüksək
texnoloji xüsusiyyətləri müxtəlif abiotik və biotik stres amillərinə davamlılıq əlamətlərini bir
genotipdə birləşdirməkdən ibarətdir.
Seleksiyada müxtəlif təsərrüfat qiymətli əlamət və göstəricilərin genetik daşıyıcıları olan və
geniş diapazonda formaəmələgətirmə xüsusiyyətlərinə malik ilkin materialının olmasının
mühüm əhəmiyyəti vardır. İlkin materialın əhəmiyyətini qeyd edərkən görkəmli alim, genetik
N.İ.Vavilov (1935) onu seleksiyanın bünövrə daşı adlandırmış [3] və ilkin materialın hərtərəfli
öyrənilməsinə böyük önəm vermişdir.
Buğdanın seleksiyasında təkcə dənin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsinə görə 20-
dən çox analitik metodlar işlənib hazırlanmışdır [12]. Ancaq sayı minlərlə ölçülən seleksiya
materialının kütləvi qiymətləndirilməsi üçün yüksək keyfiyyət göstəricilərinə malik genotiplərin
seçilməsinə imkan verən ekspres metodların tətbiq edilməsi vacib məsələlərdən biridir. Bununla
yanaşı, seleksiya prosesində tədqiqata cəlb edilmiş genotiplərin bioloji xüsusiyyətləri, iqlim
şəraitinin dəyişkənliyi, bunlar arasında qarşılıqlı əlaqə, kəmiyyət və keyfiyyət göstəricilərinin
müxtəlif parametrləri arasında korrelyativ əlaqələr daim nəzərə alınmalıdır.
30
Azəbaycanda son illərdə əsasən çörəkbişirmə sənayesində istifadə olunan yumşaq buğdanın
seleksiyasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə respublikanın müxtəlif torpaq iqlim şəraitini
əhatə edən 5 bölgəsində tədqiqat işləri hyata keçirilir.
Suvarma şəraiti üçün yümşaq buğdanın seleksiyası üzrə Azərbaycan Elmi Tədqiqat
Əkinçilik Institutu, Tərtəp Bölgə Təcrübə Stansiyasında yerinə yetirilən tədqiqat işlərinin əsas
istiqaməti yüsək məhsüldarlığa və keyfiyyət göstəricilərinə malik, yatmaya və xəstəliklərə
davamlı sortların yaradılmasıdır.
Tədqiqatlarda yerli və introduksiya olunmuş yumşaq buğda sortnümunələrinin iştirakı ilə
alınmış növdaxili hibrid materiallarından istifadə olunmuşdur.
Tədqiqat illərində (2011-2012) müsabiqəli sort sınağında 51 perspektiv sort tədqiq
olunmuşdur. Təcrübələr hər birinin sahəsi 50 kv.m olmaqla 4 təkrarda aparılmışdır.
Vegetasiya müddətində müvafiq fenoloji müşahidələr aparılmış sortlar vizual
qiymətləndirilmiş, xəstəliklər qeydə alınmışdır. Pas xəstəlikləri ilə sirayətlənmə səviyyəsinin
hesabatları CİMMYT və İCARDA-nın beynəlxalq təlimatlarında tövsiyyə olunan Kobbun
modifikasiya olunmuş şkalaları üzrə aparılmışdır [15].
Dənin keyfiyyət analizləri Az.ETƏİ-nun “Dənin keyfiyyəti” laboratoriyasında ümumi
qəbul olunmuş “Dənin keyfiyyətinin qiymətləndirilməsi üzrə metodiki göstərişlər (1977)
əsasında aparilmışdır [8]. Sedimentasiya göstəricisinin təyini Pumpyanski, ümumi azotun təyini
isə Keldal üsulu ilə aparılmışdır.
Məhsuldarlıq elementləri mum yetişkənliyinin sonunda götürülmüş nümunə dərzləri
əsasında müəyyənləşdirilmişdir.
Yeni sortların yaradılması zamanı seleksiya işlərində məhsuldarlığı müəyyənləşdirən
əlamətlərin ontogenezdə öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bitkilərin müxtəlif inkişaf
fazalarında bir çox əlamətlərdə müxtəlif səviyyədə keyfiyyət və kəmiyyət dəyişkənliyi baş verir.
Onların ən vaciblərinin bir-biri ilə qarşılıqlı əlaqədə olmalarına və bir-birinə qarşılıqlı təsir
etmələrinə görə seleksiya işlərinin kompleks əlamətlərə görə aparılması mühüm şərtlərdən
biridir
[1].
Məhsuldarlıq bir çox komponentlərdən (1 kv.m-də məhsuldar gövdələrin sayından, bir
bitkinin məhsuldarlığından, bu da öz növdəsində bir sünbüldə olan sünbülcüklərin və dənlərin
sayından, bir sünbüldə olan dənin kütləsindən təşkil olunmuşdur) asılıdır [4].
P.P.Lukyanenko hesab edirdi ki, məhsuldarlığın əsas elementi bir sünbüldə olan dənin
kütləsidir. Onun modelinə görə sort möhkəm gövdəyə, qısa (70-80 sm) boya, kütləvi səpinlərdə
(normal olaraq 1 kv.m-də 500-600 məhsuldar gövdə) yüksək məhsuldar sünbülə (bir sünbüldə
dənin kütləsi 2,0 q-dan az olmayaraq) malik olmalıdır [
7].
Onun apardığı tədqiqatlarda məhsuldarlıqla sünbülün orta məhsuldarlığı arasında yüksək
müsbət korrelyativ (r=0,70) əlaqənin olduğu müəyyənləşdirilmişdir. Ancaq bu əlaqə daimi
deyildir. Əksər hallarda bir sünbüldə dənlərin sayı ilə kütləsi arasında müsbət əlaqə müşahidə
edilir.
Apardığımız tədqiqatlardabu əlaqə öz təsdiqini tapır. Belə ki, perspektiv sortların əsas
məhsuldarlıq elementləri və məhsuldarlığının standartla müqayisəli təhlili göstərdi ki, bir
sünbüldə dənələrin sayı ilə kütləsi arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Qeyd olunan
əlamətlərə görə standartın eyni göstəricilərindən üstün olan sortların sayı müvafiq olaraq
54;...50% təşkil etməklə təqribən eyni səviyyədə olmşdur. Standartla müqayisədə 1000 dənin
kütləsinə görə cəmi 12 sort (24 % ), məhsuldarlığa görə 17 sort (34 % ) ondan üstün göstəriciyə
malik olmuşdur (Şəkil 1).