33
13
TT 09706/2-4 lütessens
67,8
.+5,6
9,0
14
AB 01588/2-2-1 lütessens
65,6
.+3,4
5,5
15
TT 09224/3-2-1 lütessens
68,3
.+6,1
9,8
16
TT 09704/2-4-1 lütessens
65,6
.+3,4
5,5
31
TT 09704/2-4-1-2 lütessens
67,2
.+5,0
8,0
34
TT 09704/5-2 eritrospermum
63,3
.+1,1
1,8
40
Z Eritrospermum 38
67,8
.+5,6
9,0
39
Aran (st.)
62,2
-
-
Müasir dövrdə buğdanın keyfiyyət göstəricilərinə qarşı yüksək tələblər irəli sürülür.MDB
məkanında keyfiyyət göstıricilərinə və texnoloji xüsusiyyətlərinə görə buğdalar 3 qrupa bölünür:
qüvvəli buğdalar, qiymətli buğdalar və yemlik buğdalar[14]. Qüvvəli buğdalar 14,0%-dən az
olmayaraq maksimal zülal çıxımına və yuksək keyfiyyətli kleykovinaya (kleykovinanın miqdarı-
28,0%-dən az olmayaraq; KDƏ-45-75) malik olur, yüksək həcmdə çörək çıxımını və qatqılıq
keyfiyyətini təmin edən,intensiv yuğurmaya və qıcqırmaya davamlı xəmir əmələ gətirir.
Qiymətli buğdalar öz-özlüyündə yüksək keyfiyyətli çörəkbişirməni təmin edir, ancaq
yaxşılaşdırıcılıq xüsusiyyətinə malik deyildirlər.
Bu 3 qrupa: quvvəli, qiymətli və yemlik buğdalara 2013-cü ildən xüsusi fiziki-texnoloji
xüsusiyyətlərə malik daha bir qrup-yksək qüvvəli buğdalar əlavə olunmuşdur ki, bunların da ilk
nümayəndəsi qışa yüsək davamlı Odom sortu ilə Odesskaya krasnokolosya sortunun
hibridləşməsindən alınmış Panna sortu olmuşdur [6].
Buğda genotiplərini bərkdənlilik
(hardnes) və yumşaqdənliliyə (soft) görə fərqləndirirlər.
Bərkdənli buğdalara əsasən qüvvəli buğdalar aiddir,yumşaqdənli buğdalar isə (filerlər) orta gücə
malik buğdalar hesab olunur. Dənin bərkliyi əlamətinin üzə çıxmasının endospermal xarakter
daşıması aşağı hibrid nəsillərdə onun qiymətləndirilməsinə nəzəri imkanlar açır [14].
Yüksək keyfiyyətli dən məhsulu istehsalını məhdudlaşdıran amillər içərisində başlıca yeri
zülal və kleykovinanın miqdarı təşkil edir [12], bu da öz növbəsində sortun genetik
xüsusiyyətləri ilə yanaşı, eyni zamanda torpaq-iqlim şəraitindən, becərmə zamanı minerallarla
təmin
olma səviyyəsindən,temperatur rejimindən və s.bilavasitə asılıdır.
Seleksiyada kifayət qədər mürəkkəb məsələlərdən biri də yüsək məhsuldarlıqla yüksək
keyfiyyətin uzlaşdırılmasıdır. Bu məsələyə bir çox tədqiqatçılar diqqət yetirmiş və yekdilliklə bu
fikrə gəlmişlər ki, bunlar arasında əks korrelyasiya (-r=-0,569...-0,910) mövcuddur [13]. Ancaq
bəzi tədqiqatçıların [11] fikrincə nəzarətdə saxlanılan şəraitdə məhsuldarlığı aşağa salmadan
dəndə zülalın miqdarını 16%-ə çatdırmaq mümkündür.
Bir çox tədqiqatlarda keyfiyyət göstəriciləri arasında sıx korrelyativ əlaqənin olduğu
müəyyən edilmişdir [2;5;9;10;11;13].
A.P.Orlyuk,B.B.Bazaliy
[9] buğdanın keyfiyyət göstəriciləri arasında əlaqəni kifayət qədər
ətraflı tədqiq edərək aşağıdakı qanunauyğunluğu müəyyənləşdirmişlər: dəndə zülalın miqdarı
kleykovinanın miqdarı ilə güclü (r=0.68…0,88), sedimentasiyanın göstəriciləri ilə
qiymətləndirilən kleykovinanın keyfiyyəti ilə zəif (r=0.28...0,33), genotiplərdən asılı olaraq unun
gücü ilə zəif və orta, çörəyin həcmi ilə zəif korrelyativ əlaqə təşkil edir. Kleykovinanın miqdarı
sedimentasiya göstəricisi, unun gücü və çörəyin həcmi ilə müsbət korrelyativ əlaqə aşkarlayır.
Apardığmız tədqiqatlarda müsabiqəli sort sınağında tədqiq olunan perspektiv sortların 68,8
% -i kleykovinanın miqdarına görə yüksək -28-39 % göstəricilərə malik olmuşlar (Şəkil 3).
Bunula belə əksər sortlar kleykovinanın aşağı keyfiyyəti ilə fərqlənmişlər. Yalnız 13,7 % sortda
kleykovinanın keyfiyyəti yaxşı və qənaətbəxş olmuşdur. Sedimentasiyaya görə nisbətən üstün
göstərici 25,5% sortda müşahidə edilmişdir. Dəndə zülalın miqdarı əksər sortlarda 10-13,5%
arasında tərəddüd etmişdir.Dəndə zülalın yüsək miqdarı (14,0-16,6%) 27,5% sortda qeydə
alınmışdır.
34
Şəkil 3. Müsabiqəli sort sınağında tədqiq edilən sortların keyfiyyət göstəriciləri
Yuxarıda qeyd olunlardanaydın görünür ki, tədqiq olunan sortlar keyfiyyət göstəricilərinə
görə geniş amplitudada variasiya aşkarlayırlar. Belə ki, kleykovinanın miqdarı ilə kefiyyətinə
görə üstün göstəricilərə malik olan sortlar arasındakı fərq 47,5%, sedimentasiya göstəricilərinə
görə-35,5 %, zülalın miqdarına görə-33,3 % təşkil etmişdir.Alınmış nəticələrin təhlili göstərir ki,
dəndə kleykovinanın artması digər keyfiyyət göstəriciləri ilə heç də həmişə mütənasiblik təşkil
etmir. Belə ki, yüksək kleykovina göstəricisinə malik sortlara, onun keyfiyyətinə görə sortların
cəmi 13,7%-i, sedimentasiya göstəricilərinə görə 25,5%-i, zülala görə 27,5%-i uyğun gəlir.
Aparılmış tədqiqatlar nəticəsində kompleks əlamətlərə görə seçilmiş TT 09704/2-4-1
lütessens sortu “Şəfəq 2”(2009 cu il); TT 09706/2-4 lütessens “Pərvin” (2012-ci il) adı altında
Seleksiya Nəaliyyətlərinin Snağı və Mühafizəsi üzrə Dövlət komissiyasına təqdim edilmişdir.
Şəfəq 2 sortu RBİ-nin K-58369 nümunəsi, yerli Şəfəq və Səba yumşaq buğda sortlarının
pilləli hibridindən təkrar fərdi seçmə yolu ilə yaradılmışdır. Sort Lütessens növmüxtəlifliyinə
aiddir. Boyu 99-116 sm olub, yatmaya qarşı davamlıdır. Vegetasiya müddəti 178-190 gün olub,
standart sortla eyni vaxtda yetişir. Qonur pasa nisbətən həssas, sarı pasa və sürmə xəstəliklərinə
qarşı davamlıdır. Müsabiqəli sort sınağının 3-illik nəticələrinə görə sortun orta məhsuldarlığı
suvarmada 6,6 t/ha olub, standart Aran sortundan 0,7 ton artıq dən məhsulu vermişdir. Potensial
məhsuldarlığı hektarda 7,5-8,0 t/ha-dır.
Pərvin sortu RBİ-nin K-58369 nümunəsi və yerli Azəri sortunun bekkross hibrid
kombinasiyasından (TT09603- (K-58369 x Azəri) x K-58369) təkrar fərdi seçmə yolu ilə
yaradılmışdır. Sort lütessens növmüxtəlifliyinə aid olub orta boyludur (106-111sm), yatmaya
davamlıdır. Vegetasiya müddəti suvarmada 199-212 gün olub, orta yetişkəndir. Sarı pas və unlu
şehə qarşı davamlıdır, qonur pasa qarşı orta həssaslıq reaksiyası göstərmişdir. Potensial
məhsuldarlığı 7,5-8,0 t/ha-dır.
Ə D Ə B İ Y Y A T
1. Аистова Ю. Т. Урожайность озимой пшеницы в зависимости от генотипа сорта и
некоторых их компонентов. - Проблемы повышения плодородия почв и
продуктивности полевых культур//тр./ КГАУ. - Вып. 344 Кр. Кр, 1995
Ряд1; miqdarı; 35
Ряд1; %; 68,80%
Ряд1; miqdarı; 7
Ряд1; %; 13,70%
Ряд1; miqdarı; 13
Ряд1; %; 25,50%
Ряд1; miqdarı; 14
Ряд1; %; 27,50%
Kleykovinanın miqdarı > 28-39
miqdarı
%
KDƏ < 70-95
miqdarı
%
Sedimentasiya göstəricisi >30-40
miqdarı
%
Zülal >14-16,6
miqdarı
%