36
Ключевые слова: селекция, гибрид, линия, сорт, генотип, интродукция, корреляция,
клейковина, белок, седиментация, стандарт, признак, свойство
A.M. Abdullayev
BRIEF RESULTS OF BREAD WHEAT BREEDING IN IRRIGATION CONDITION
Azerbaijan Research Institute of Crop Husbandry
In article are reflected the information on dynamics of wheat production increase in the
World, its role in maintenance of population food security and accepted laws in our country for
increase in wheat production.
The important matter, existing problems and selection directions of
wheat breeding are analyzed and brief results of wheat selection in irrigation conditions is cited.
As result of carried out investigation have defined that spike productivity is the key part of yield
formation of wheat. Also some issues of correlation of quantitative and qualitative features have
covered.
Key words: selection, hybrid, line, variety, genotype,
introduction, correlation, gluten,
protein,
sedimentation, check, sign, property
UOT 635.657
MÜXTƏLİF MƏNŞƏLİ NOXUD (CİCER ARİETİNUM L.) GENEFONDUNUN
ABŞERONDA TƏDQİQİ
K.B.ŞIXƏLİYEVA b ü.f.d., L.A.ƏMİROV k.t.ü.f.d.
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan, Azadlıq pr. 155,
e-mail:
kamila53@mail.ru
Respublikanın müxtəlif regionlarından toplanmış və İKARDA təşkilatından introduksiya
edilmiş noxud sortnümunələri Abşeron təcrubə bazasında səpilərək biomorfoloji və təsərrüfat
əhəmiyyətli əlamətlərinə görə qiymətləndirilmişdir. Müxtəlif seleksiya proqramlarında istifadə
məqsədləri üçün yüksək perspektivli noxud formaları seçilmişdir.
Açar sözlər: genofond, noxud, seçmə, məhsuldarlıq, sort, forma,
müxtəliflik
Azərbaycan Respublikasi Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir.
Onun torpag-iglim şəraiti müxtəlif bitkilərin geniş şəkildə becərilməsinə, yayılmasına imkan
verir. Respublikanın müxtəlif bölgələrində paxlalı bitkilərin yabanı və mədəni növləri geniş
yayılmışdır. Azərbaycanda
Fabaceae fəsiləsinin 60 cinsə aid 449 növü yayılmışdır ki, bunlardan
da 241 növ yem, 208 növ isə ərzaq və digər məqsədlər ücün istifadə olunan bitkilərdir. Bu təbii
ehtiyatların qorunması və onlardan istifadə günün ən mühüm problemlərindən biri hesab olunur.
Hazırda respublikamızda genetik ehtiyatların yeni təbii gen mənbələri ilə zənginləşdirilməsi və
onlardan əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında səmərəli istifadə istiqamətlərinin
həlli yolları vacib olan məsələlərdəndir.