6. Бабаев М.П. Орошаемые почвы Кура-Араксинской низменности и их
производительная способность. Баку: “Элм”, 1984, 172 с.
7. Бабаев М.П., Джафарова Ч.М., Гасанов В.Г. Современная классификация почв
Азербайджана //Почвоведение, 2006, № 11, с. 1307-1314.
8. Салаев М.Э. Диагностика и классификация почв Азербайджана. Баку: “Элм”, 1991,
240 с.
9. Babayev M.P., Dzhafarova Ch.M., Hasanov V.H. Modern Azerbaijan soil classification
system //Eurasian Soil Science, 2006, № 11, Vol. 39, pp. 1176-1182.
В.Г.Гасанов, Р.Г.Асланова, Б.Н.Исмаилов
ВЛИЯНИЕ ВИНОГРАДНЫХ ПЛАНТАЦИЙ НА МОРФОГЕНЕТИЧЕСКИЕ
ДИАГНОСТИКИ ОРОШАЕМЫХ СЕРО-КОРИЧНЕВЫХ (КАШТАНОВЫХ) ПОЧВ
ГЯНДЖА-ГАЗАХСКОГО МАССИВА
Институт Почвоведения и Агрохимии, НАНА
Выявлено, что в результате долголетних использований под виноградные плантации в
генетическом профиле в давноорошаемых серо-коричневых (каштановых) почвах
сформировались мощные тёмные аккумулятивно-гумусовые горизонты (AUa'+ AU"a = 45-50
cм) с хорошо агрогированной зернисто-мелко-комковатой структурой, заметное уплотнение
среднего горизонта (Btca=25-30 cм) с глинисто-гумусовыми затеками, максимальное
содержание CaCO
3
(15,8-22,3 %) имеется в 100-150 см слое почв.
Ключевые
слова:
почвенный
профиль,
морфологичесие
показатели,
антропогенный, морфогенетическая диагностика, окультуренный пахотный слой
V.H. Hasanov, R.G. Aslanova, B.N. Ismailov
INFLUENCE OF GRAPE PLANTATIONS ON MORPHOGENETICAL
DIAGNOSICS OF GREY-BROWN IRRIGATED ( KASTANOZEMS) SOIL
OF THE GANJA-QAZAKH REGION
Institute of Soil sciences and Aqrochemistry
In the profile of grey-brown irrigated soil long-term cultivating under grape plantation
agroirrigative
cultivated
thick
dark-grey
colored
accumulative
horizon
formation
(AU'aiz+AU"aiz=45-50cm), finesubangular blocky-granular soil structure, optimum biological
drained, growing heavier of granulometrical composition and becoming strong of the illuvial
horizon (Btca=25-30cm), stripe-shaped organic mottles etc. morphogenetical indexes were
determined.
Key words: profile of soil, morphological characteristics, anthropogenic, morphogenetic
diagnostics, cultivated arable layer
UOT. 531.47
GÖY-GÖL MİLLİ PARKI TORPAQ ÖRTÜYÜ STRUKTURLARININ EKOLOJİ
QİYMƏTLƏNDİRİLMƏSİ
E.R. NURİYEV
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş.,
Məmməd Arif küç., 5
Göy-Göl Milli Parkının relyef şəraiti, geomorfoloji quruluşu, torpaqların təbii-coğrafi
yayılma prinsipləri, torpaqəmələgəlmə prosesinin xarakteri, diaqnostik göstəriciləri, təbii-ekoloji
landşaftın elementləri, iri miqyasda ( 1:25000 ) hazırlanmış relyefin plastikası və torpaq xəritələri
əsasında torpaq örtüyü strukturunun təsnifatı və ekoloji qiymətləndiriliəsi aparılmışdır.
Açar
sözlər: relyefin plastikası, torpaqların bonitirovkası, torpağın ekoloji
qiymətləndirilməsi, torpaq xəritələri, torpaq örtüyünün strukturası
Ekosistemdə ətraf mühitlə qarşılıqlı təsir və təmas nəticəsində torpaq-əmələgəlmə prosesi baş
verir. Yeni spesifik xassələrə və morfogenetik göstəricilərə malik formalaşan torpaqlar həm cansız
dağ süxurlarından, onların aşınma məhsul-larından, həm də canlı bitki və heyvanlardan kəskin
fərqlənir.
V.R. Volobuyevə [9] görə “torpaqların ekologiyası” torpaqla onun formalaşdığı mühit
arasındakı qanunauyğun münasibətləri, onların qarşılıqlı təsiri və inkişafı şərai-tində öyrənilməlidir.
Torpaq örtüyünün ekoloji təsnifatı ərazilərin təbii-ekoloji şəraitindən fərqli ola-raq nisbətən
zəif öyrənilmişdir və ona görə də bu məsələnin həlli çox dəqiq yanaşma tələb edir. Q.Ş.
Məmmədov, S.Z. Məmmədova [3;4;5;6] və b. son illərdə torpaq ekolo-giyası problemlərini tədqiq
edərkən torpaqların bonitirovkasının ekoloji baxımdan da-ha geniş və kompleks əsaslandırılmasının
vacibliyini göstərirlər.
Bu məqsədlə mürəkkəb geomorfoloji quruluşa və təbii-ekoloji xüsusiyyətlərə malik Göy-Göl
Milli Parkı torpaq örtüyü strukturlarının [TÖS] müəyyən edilməsi və ekoloji cəhətdən
qiymətləndirilməsi müasir elmi-nəzəri və təcrübi əhəmiyyət kəsb edir .
Göy-Göl Milli Parkı Kiçik Qafqazın şimal-şərq yamacında Murov dağ silsiləsinin yüksək və
orta dağlıq (1000-3500m) zonala-rında yerləşməklə, inzibati cəhətdən Göygöl, Goranboy və
Daşkəsən rayonlarının əra-zisində 12755 ha sahəni əhatə edir. Torpaqəmələgəlmə prosesi vulkanik
mənşəli dağ süxurlarının ( konqlomerat, porfirit, tuf, əhəngdaşı və s.) elüvial-çınqıllı və delüvial
aşınma məhsulları, alp-subalp dağ-çəmən və dağ-meşə bitki örtüyü altında, sərt soyuq və mülayim
bioiqlim şəraitində şaquli zonallığa uyğun formalaşır.
Çöl-torpaq tədqiqatının aparılmasında, torpaq xəritələrinin tərtibində, torpaqların
bonitirovkası və ekoloji qiymətləndirilməsi işlərində V.R. Volobuyevin [8] təklif etdi-yi “relyefin
plastikası” metodundan və sonralar V.M. Fridland [13], İ.N. Stepanov [12], Q.Ş. Məmmədov [3;4],
S.Z. Məmmədova [6], V.H. Həsənov, A.Ə. Xəlilova, F.Ə. Manafova [1;7;10] və b. tərəfindən
hazırlanmış metodiki tövsiyyələrdən və təkliflərdən istifadə edilmişdir.
TÖS-in elementar torpaq areallarını detal xəritələşdirmək və torpaqların morfo-genetik
əlamətlərini və diaqnostik göstəricilərini dəqiq müəyyənləşdirmək məqsədilə tədqiqat sahəsi
(klyuçevaya ploşadka) metodundan istifadə olunmuşdur. Milli Parkda ərazinin geomorfoloji
quruluşunu, relyef və torpaq örtüyünün xüsusiyyətlərini tam əks etdirən 2 xarakterik tədqiqat
sahəsi: 1. dağ-çəmən, 2. dağ-meşə seçilmişdir. Tədqiqat sahələrində çöl-torpaq tədqiqatı 1:25000
miqyasında aparılmış və relyefin plastikası əsasında xəritələşdirilmişdir. Torpaq kəsimlərinin (1,0-
1,5 m dərinlikdə) genetik qatlarından götürülmüş torpaq nümunələrində fiziki-kumyəvi analizlər
(humus, ümumi azot, udulmuş əsaslar, karbonatlıq, pH, qranulometrik tərkib və s.) olunmuşdur.
Kiçik Qafqazın şimal-şərq yamacının təbii-ekoloji şəraiti-nə uyğın olaraq Göy-Göl Milli Parkı
ərazisində dağ-çəmən, dağ-meşə-çəmən, dağ-meşə qonur və dağ-meşə qəhvəyi torpaq tipləri
yayılmışdır [2;11].
V.M. Fridland [13], İ.N. Stepanov [12], Q.Ş. Məmmədovun [4;5] qeyd etdiyi kimi və son
illərdə V.H. Həsənov, A.Ə. Xəlilova, F.Ə. Manafova [2;6;7] tərəfindən aparılan tədqiqat nəticələri
göstərir ki, hər hansı ərazinin ekoloji təsnifatı və TÖS-nin formalaşması prinsipləri, həmin ərazinin
təbii-ekoloji xüsusiyyətlərinə tam uyğun gəlir. Bununla əlaqədar olaraq Milli Parkın torpaq
örtüyünün ekoloji təsnifatında aşağıdakı əsas prinsipləri göstərmək olar:
1) Qarşılıqlı əlaqəlilik prinsipi və yaxud sistemlilik prinsipi. Bu prinsipə əsasən torpağın hər
bir taksonomik vahidinə onu formalaşdıran öz ekoloji mühiti uyğun gəlir. Bu prinsip fizikadakı
simmetriya prinsipinə uyğundur.
2) Bir torpaq ranqından digərinə keçidin dövrü təkrarlığı prinsipi. Bu prinsipə görə torpaq-
ekoloji şəraitlərin qanunauyğun növbələşməsi prosesi torpaq örtüyü strukturunun bir–birini
qanunauyğun surətdə əvəz etməsinə gətirib çıxarır.
3)Torpaq örtüyünün tamlığı, bütövlüyü prinsipi. Ayrı-ayrı torpaq elementlərinin ekoloji
şəraitə uyğunluğu prinsipi ona əsaslanır ki, həmin torpaq obyekti özünün nisbi parçalanmasına
baxmayaraq, mövcud təşkil səviyyəsində tam bütöv sistem kimi qəbul edilir.
Göy-Göl Milli Parkı TÖS ekoloji təsnifatında, təbii-ekoloji rayonlaşma üzrə bütün
taksonomik bölgülərin bir-biri ilə əlaqəlilik və uyğunluq təşkil etmələri əsas götürülmüşdür.
Əldə edilmiş tədqiqat materiallarına, kartoqrafik əsaslara və aerofotoşəkillərə, həmçinin
yuxarıda qeyd olunan prinsiplərə əsasən Milli Parkda TÖS-nin təsnifatı aparılmışdır:
1. Ekoloji sistem: Göy-Göl Milli Parkı Kiçik Qafqaz sisteminə daxil olub onun şimal-şərq
dağlıq hissəsini təşkil edir.
2. Ekoloji yarımsistem: Göy-Göl Milli Parkını 2 yarımsistemə ayırmaq olar.
a) Kiçik Qafqazın şimal-şərq yamacının yüksək dağ-çəmən zonası (2000-3700 m)
yarımsistemi; kəskin dərəcədə parçalanmış torpaq areallarına və TÖS malikdir;
b) Kiçik Qafqazın şimal-şərq yamacının orta dağlıq dağ-meşə zonası ( 1000-2000 m )
yarımsistemi dərin çay dərələri və dağ silsilələrinin yamacları ilə müxtəlif dərəcədə parçalanması və
kontrastlı TÖS malik olması ilə səciyyələnir.
3. TÖS-nin tipləri: Göy-Göl Milli Parkı ərazinin geomorfoloji quruluşu, relyef xüsusiyyətləri,
torpaqəmələgəlmə prosesinin xarakteri, təbii-ekoloji landşaftın elementləri və s. nəzərə alınmaqla 4
tip torpaq örtüyü strukturu: dalğavari-zolaqlı; yelpikvari-zolaqlı; simmetriyalı-ağacşəkilli və
bordyur tipi ayrılmışdır.
Dalğavari-zolaqlı TÖS tipi çox da geniş olmayan alp qurşağında (2800-3700m) suayırıcı
yamaclarda və çılpaq qayalıqlı sahələrdə formalaşır. Ərazinin relyefi yüksək dağ silsilələrinin
suayırıcı yamacları, yalçın qayalıqlı zirvələri, dağ çaylarının xırda qolları ilə kəskin parçalanmışdır.
Burada ibtidai dağ-çəmən torpaqları yayılmışdır.
Yelpikvari-zolaqlı TÖS yüksək dağlığın subalp zonasını (2200-2800m) əhatə edir. Ərazi xırda
çay axarlarının dayaz çökəklikləri, yüksək dağ silsilələrinin müxtəlif baxarlı yamaclaırın təsirindən
müxtəlif dərəcədə parçalanmışdır. Burada əsasən çimli dağ-çəmən və torflu-çimli dağ-çəmən
torpaqları formalaşır.
Simmetriyalı-ağacşəkilli TÖS orta dağlıq zonanın yuxarı qurşağını (1500-2200 m) əhatə edir.
Ərazi çay dərələrinin və dağ sisilələrinin yaratdığı müxtəlif baxarlı yamacların təsirindən müxtəlif
dərəcədə parçalanması ilə fərqlənir. TÖS-nin formalaşmasına mezofil fısdıq-palıd meşələri də xeyli
təsir göstərir. Burada əsasən dağ-meşə qonur və dağ-meşə-çəmən torpaqları yayılmışdır.
Bordyur tipli TÖS orta dağlıq zonanın aşağı hissəsini (1000-1500 m) əhatə edir. Ərazi alçaq
dağ yamacları və tala formalı zəif meylli hamar sahələrdən ibarət olub, nisbətən zəif dərəcədə
parçalanmışdır. Bitki örtüyünü seyrək və alçaq boylu kserofit vələs-palıd meşələri və kolu-ot
bitkiləri kompleksi təşkil edir. Burada genetik profili tam inkişaf etmiş dağ-meşə qəhvəyi torpaqlar
formalaşır.
TÖS tiplərinin hər birinin qiymətləndirilməsində biz torpaq vahidlərini yarımtip səviyyəsində
səjiyyələndirmişik. Çünki qeyd olunan strukturlar daxilində torpaqların növbələşməsi bir və ya bir
neçə tip və yarımtip daxilində baş verir. Bu mərhələdə əsas faktorların təyini və təshih əmsallarının
müəyyən edilməsi hesab olunur. Bununla əlaqədar olaraq Milli Parkda torpaq-ekoloji vəziyyətin
daha obyektiv qiymətləndirilməsi üçün TÖS tipləri daxilində əsas differensasiyaedici faktorlar
seçil-mişdir. Torpaqların diaqnostik göstəricilərinə müsbət və ya mənfi təsir edən təshih əmsalları
(torpaq layının qalınlığı, qranulometrik tərkib, torpaq areallarının par-çalanma və skeletlik dərəcəsi)
istifadə edilmişdir.
Ərazinin torpaq örtüyünün differensasiya dərəcəsinin müqayisəsindən görünür ki, parçalanma
dərəcəsi torpaqların morfogenetik diaqnostikasına köklü təsir göstərir. Belə ki, relyefin və torpaq
areallarının parçalanmasının və skeletlik dərəcə-sinin yüksəlməsi ilə əlaqədar torpaqda
akkumlyativ-çürüntü qatın və narın torpaq layının qalınlığı, humusun, ümumi azotun miqdarı və
UƏC kəskin azalır.
Torpaqların daxili diaqnostik əlamətləri olan humus, azot və udulmuş əsasların cəminin
(UƏC) riyazi-statistik təhlilindən sonra, bu göstəricilərin 0-20, 0-50 və 0-100 sm torpaq qatındakı
ehtiyatı hesablanmış və onların müqayisəli qiymətləndirilməsi əsasında torpaqların bonitet balları
tapılmışdır. Bu zaman etalon torpaq kimi yüksək dağlıq zona üçün çimli dağ-çəmən və orta dağlıq
zona üçün isə tipik dağ-meşə qonur torpaqların (100 bal) göstəriciləri götürülmüşdür. Torpaq
göstəricilərinin bonitet balları əsasında onlar etalon torpağın uyğun göstəriciləri ilə müqayisə
edilərək, nəticədə Göy-Göl Milli Parkı torpaqlarının bonitet balları tapılaraq əsas bonitet şkalası
tərtib edilmişdir (Cədvəl 1).
GÖY-GÖL MİLLİ PARKI TORPAQLARININ ƏSAS BONİTET ŞKALASI
Torpaqların adı
Humus, t/ha
Azot, t/ha
UƏC, mq.ekv/
100 q
Orta bal
Yekun
Balı
0-20
0-50
0-100
0-20
0-50
0-20
0-50
0-20
0-50
0-100
Çimli dağ-çəmən( etalon )
100
298,23
100
516,54
100
681,48
100
14,16
100
27,02
100
45,16
100
41,89
100
100
100
100
Çimli-torflu dağ-çəmən
82
248,49
85
438,15
90
609,24
90
12,73
88
23,7
82
37,08
92
38,53
85
88
90
87
İbtidai dağ-çəmən
26
96,35
33
201,3
-
-
43
6,8
48
14,6
49
26,83
52
23,83
39
44
-
42
Dağ-meşə-çəmən
86
258,68
83
431,39
81
553,31
92
12,97
86
23,40
76
34,56
74
30,59
85
81
81
82
Tipik dağ-meşə qonur
(etalon)
100
158,5
100
231,2
100
273,9
100
8,03
100
12,5
100
32,53
100
29,55
100
100
100
100
Qalıq-karbonatlı dağ-meşə qonur
94
148,99
95
219,64
99
271,16
94
7,55
90
11,25
90
29,27
95
28,07
92
93
99
95
Yuyulmuş dağ-meşə qəhvəyi
86
137,2
88
203,95
93
254,0
89
7,12
105
13,5
95
30,9
83
24,52
90
92
93
92
Tipik dağ-meşə qəhvəyi
83
131,55
85
196,52
88
241,03
91
7,31
95
11,87
88
28,63
93
27,48
87
91
88
89
Ən yüksək bal (100) çimli dağ-çəmən torpaqlara aiddir. Etalon torpağın göstə-riciləri ilə
müqayisədə, torflu-çimli dağ-çəmən torpaqlar-87, dağ-meşə-çəmən-82, ibtidai dağ-çəmən-42 bal
almışdır. Orta dağlıq zona üzrə isə ən yüksək bal ( 100) tipik dağ-meşə qonur torpaqlar müəyyən
edilmişdir. Cədvəldən göründüyü kimi etalon torpaqlarla müqayisədə karbonat qalıqlı dağ-meşə
qonur-95, yuyulmuş dağ-meşə qəhvəyi-92 və tipik dağ-meşə qəhvəyi torpaqlar isə 89 balla
qiymət-ləndirilmişdir.
TÖS-nin qiymətləndirilməsinin həlledici mərhələsi TÖS tipləri üzrə ortaçəkili bonitet
ballarının hesablanmasından ibarətdir:
1 1
2 2
...
n n
or
a b
a b
a b
B
n
Burada, B
or
–verilən struktur tipinin ortaçəkili bonitet balı; a
1
, a
2
… a
n
–ayrı ayrı
torpaqların sahəsi; b
1
, b
2
… b
n
–ayrı-ayrı torpaqların bonitet balları; n – torpaq vahidlərinin
sayıdır.
Beləliklə, Göy-Göl Milli Parkı şəraitində müstəqil torpaq tiplərinin birliyinə görə TÖS-nin
4 tipi ayırd edilir (Cədvəl 2) . Torpaq örtüyünün vəziyyətinin təyini
Cədvəl 2.
Göy-Göl Milli Parkı TÖS tiplərinin bonitet balları
Torpaq örtüyünün struktur tipləri
Bonitet
balları
Dalavari-zolaqlı tipi ( alp qurşağının yalçın qayalıqlı suayırıcı hissələri )
38
Yelpikvari-zolaqlı tipi ( subalp qurşağın dayaz dərəli yamacları )
85
Simmetriyalı-ağacşəkilli tip (orta dağlıq qurşağın çay dərələri, su-ayırıcıları
və müxtəlif baxarlı yamacları)
92
Bordyur tip (orta dağlıq qurşağın hamar və az meylli yamacları)
79
bizə ayrı-ayrılıqda hər tipin fərqli cəhətlərini tapmağa imkan verir. Alınan nəticə-lər göstərir ki,
ən çox əlverişli tip simmetiyalı-ağacşəkilli (92 bal) və yelpikvari-zolaqlı tip (85 bal) struktur
hesab olunur. Relyefin plastikası üsulu ilə tərtib olunmuş müxtəlif xəritələrdə bu aydın görünür.
Həmçinin təbii-ekoloji landşaft xüsusiy-yətlərinə və optimal diaqnostik göstəricili elementar
torpaq areallarına malik yelpikvari-zolaqlı tip ( 85 bal ) və bordyur tip ( 79 bal ) TÖS-nin kifayət
qədər yüksək bal almışdır. Yalçın qayalıqlı dağ silsilələri və suayırıcıları vasitəsilə kəskin
parçalanmış relyefə, kəskin soyuq bioiqlim şəraiti və aşağı keyfiyyətli torpaq örtüyü ilə seçilən
alp qurşağının dalğavari-zolaqlı strukturu ən az (38) balla qiymətləndirilmişdir.
Alınan ballar göstərir ki, hər bir təşkil səviyyəsi üçün əsaslı fərqlər mövcuddur,
baxmayaraq ki, onlar bir vahid tama bağlıdırlar.
İŞ
AZƏRBAYCAN PREZİDENTİ YANINDA EİF DƏSTƏYİ İLƏ YERİNƏ
YETİRİLMİŞDİR: QRANT № EİF/GAM-1-2011-2(4)-26/ 08/2-M-19
ƏDƏBİYYAT
1. Həsənov V.H., Aslanova R.H., Xəlilova A.Ə. Relyefin plastikası metodu əsa-sında
Qanıx vadisinin alternativ torpaq xəritəsinin hazırlanması və torpaq örtüyü strukturlarının
səciyyəsi.//AMEA-nın Xəb-i,“biol.elm.ser.”, 2007, № 1-2, s. 71-81
2. Vəsənov V.H., Nuriyev E.R. Göy-Göl Milli Parkının dağ-meşə qəhvəyi tor-paqlarının
diaqnostikası və torpaq-ekoloji səciyyəsi // ATC-nin əsər., XI cild, I hissə, Bakı: “Elm”, 2010, s.
318-329
3. Məmmədov Q.Ş., Hacıyev H.M., Cəfərov A.B. Relyef nəzərə alınmaqla tor-paq
xəritələrinin tərtibi ( metodik tövsiyyə ). Bakı, 1993, 24 s.
4. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: “Elm”,
1998, 281 s.
5. Məmmədov Q.Ş., Məmmədova S.Z., Xəlilov M.Y. Azərbaycan Respublika-sının ekoloji
atlası. Bakı, 2010
6. Məmmədova S.Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarının ekoloji qiy-
mətləndirilməsi //Biol. elm. dokt. diss. avtoref., Bakı, 2005, 38 s.
7. Xəlilova A.Ə. Alazan vadisi torpaq örtüyünün strukturları və onların ekoloji
qiymətləndirilməsi //k. t. e. n. avtoref. Bakı, 2004, 19 s.
8. Волобуев В.Р. Устройство поверхности Мильской степи.// Докл. АН Азерб. ССР,
Т.4, 1948, №3, с. 33-37
9. Волобуев В.Р. Экология почв. Баку: “Элм”, 1963, 260 с.
10. Манафова Ф.А. Экологическая оценка структур почвенного покрова Апшерона //
Автореф. канд. биол. наук, Баку, 2006, 19 с.
11. Салаев М.Э. Почвы Малого Кавказа. Баку: “Элм”, 1966, 329 с.
12. Степанов И.Н. Выявление по топокартам и аэпофотоснимкам форм естественных
почвенно-геоморфологических тел. // Клеточная структура зем-ной поверхности. Пущино:
ОНТИ НЦБИ АН СССР, 1983, 75 с.
13. Фридланд В.М. Структура почвенного покрова. М.: Мысль, 1972, 423 с.
Э. Р. Нуриев
ЭКОЛОГИЧЕСКАЯ ОЦЕНКА СТРУКТУРЫ ПОЧВЕННОГО ПОКРОВА
НАЦИОНАЛЬНОГО ПАРКА ГЕК-ГОЛЬ
Институт Почвоведения и Агрохимии НАНА
На основании геоморфологического строения, характера почвообразо-вательных
процессов, диагностических показателей почв, почвенных карт и карт пластики рельефа
проведены экологическая классификация и оценка структур почвенного покрова
Национального Парка Гек-Голь. Разработана бонитировка почв объекта исследований.
Ключевые слова: пластика рельефа, бонитировка почв, экологическая оценка почв,
почвенная карта, структура почвенного покрова
E.E.Nuriyev
ECOLOGICAL ESTIMATING OF SOIL COVER STRUCTURE OF THE GHOY-GHOL
NATIONAL PARK
Institute of Soil Science and Agrochemstry ANAS
Soil cover structure classification has been prepared in the basis of newly prepared soil
and relief plastically maps, the character of the soil forming process, soil diagnostics,
geomorphological structure, landscape elements of the Ghoy-Ghol National Parks. In the
National Park 4 types of soil cover structure were determined and evaluated: wave-like-stripy
(38 points), fan-like-stripy (85 points), tree-shaped-symmetrical (92 points), border (79 points).
Key words: Plastically relief, bonitet soil, soil ecological estimating, soil maps, soil cover
structure
Dostları ilə paylaş: |