Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   12   13   14   15   16   17   18   19   ...   163

 
 
33 
 
13 
TT  09706/2-4  lütessens     
67,8 
.+5,6 
9,0 
14 
AB  01588/2-2-1 lütessens    
65,6 
.+3,4 
5,5 
15 
TT  09224/3-2-1 lütessens 
68,3 
.+6,1 
9,8 
16 
TT  09704/2-4-1  lütessens 
65,6 
.+3,4 
5,5 
31 
TT   09704/2-4-1-2  lütessens   
67,2 
.+5,0 
8,0 
34 
 TT   09704/5-2 eritrospermum 
63,3 
.+1,1 
1,8 
40 
Z  Eritrospermum    38 
67,8 
.+5,6 
9,0 
39 
Aran   (st.) 
62,2 


 
Müasir  dövrdə  buğdanın  keyfiyyət  göstəricilərinə  qarşı  yüksək  tələblər  irəli  sürülür.MDB 
məkanında keyfiyyət göstıricilərinə və texnoloji xüsusiyyətlərinə görə buğdalar 3 qrupa bölünür: 
qüvvəli  buğdalar,  qiymətli  buğdalar  və  yemlik  buğdalar[14].  Qüvvəli  buğdalar  14,0%-dən  az 
olmayaraq maksimal zülal çıxımına və yuksək keyfiyyətli kleykovinaya (kleykovinanın miqdarı-
28,0%-dən  az  olmayaraq;  KDƏ-45-75)  malik  olur,  yüksək  həcmdə  çörək  çıxımını  və  qatqılıq 
keyfiyyətini  təmin  edən,intensiv  yuğurmaya  və  qıcqırmaya  davamlı  xəmir  əmələ  gətirir. 
Qiymətli  buğdalar  öz-özlüyündə  yüksək  keyfiyyətli  çörəkbişirməni  təmin  edir,  ancaq 
yaxşılaşdırıcılıq xüsusiyyətinə malik deyildirlər. 
Bu  3  qrupa:  quvvəli,  qiymətli  və  yemlik  buğdalara  2013-cü  ildən  xüsusi  fiziki-texnoloji 
xüsusiyyətlərə malik daha bir qrup-yksək qüvvəli buğdalar əlavə olunmuşdur ki, bunların da ilk 
nümayəndəsi  qışa  yüsək  davamlı  Odom  sortu  ilə  Odesskaya  krasnokolosya  sortunun 
hibridləşməsindən alınmış Panna sortu olmuşdur [6]. 
Buğda  genotiplərini  bərkdənlilik 
(hardnes)  və  yumşaqdənliliyə  (soft)  görə  fərqləndirirlər. 
Bərkdənli buğdalara əsasən qüvvəli buğdalar aiddir,yumşaqdənli buğdalar isə (filerlər) orta gücə 
malik  buğdalar  hesab  olunur.  Dənin  bərkliyi  əlamətinin  üzə  çıxmasının  endospermal  xarakter 
daşıması aşağı hibrid nəsillərdə onun qiymətləndirilməsinə nəzəri imkanlar açır [14]. 
Yüksək  keyfiyyətli  dən  məhsulu  istehsalını  məhdudlaşdıran  amillər  içərisində  başlıca  yeri 
zülal  və  kleykovinanın  miqdarı  təşkil  edir  [12],  bu  da  öz  növbəsində  sortun  genetik 
xüsusiyyətləri  ilə  yanaşı,  eyni  zamanda  torpaq-iqlim  şəraitindən,  becərmə  zamanı  minerallarla 
təmin olma səviyyəsindən,temperatur rejimindən və s.bilavasitə asılıdır. 
Seleksiyada  kifayət  qədər  mürəkkəb  məsələlərdən  biri  də  yüsək  məhsuldarlıqla  yüksək 
keyfiyyətin uzlaşdırılmasıdır. Bu məsələyə bir çox tədqiqatçılar diqqət yetirmiş və yekdilliklə bu 
fikrə gəlmişlər ki, bunlar arasında əks korrelyasiya (-r=-0,569...-0,910) mövcuddur [13]. Ancaq 
bəzi  tədqiqatçıların  [11]  fikrincə  nəzarətdə  saxlanılan  şəraitdə  məhsuldarlığı  aşağa  salmadan 
dəndə zülalın miqdarını 16%-ə çatdırmaq mümkündür. 
Bir  çox  tədqiqatlarda  keyfiyyət  göstəriciləri  arasında  sıx  korrelyativ  əlaqənin  olduğu 
müəyyən edilmişdir [2;5;9;10;11;13]. 
A.P.Orlyuk,B.B.Bazaliy
[9]  buğdanın  keyfiyyət  göstəriciləri  arasında  əlaqəni  kifayət  qədər 
ətraflı  tədqiq  edərək  aşağıdakı  qanunauyğunluğu  müəyyənləşdirmişlər:  dəndə  zülalın  miqdarı 
kleykovinanın  miqdarı  ilə  güclü  (r=0.68…0,88),  sedimentasiyanın  göstəriciləri  ilə 
qiymətləndirilən kleykovinanın keyfiyyəti ilə zəif (r=0.28...0,33), genotiplərdən asılı olaraq unun 
gücü ilə zəif və orta, çörəyin həcmi ilə zəif korrelyativ əlaqə təşkil edir. Kleykovinanın miqdarı 
sedimentasiya göstəricisi, unun gücü və çörəyin həcmi ilə müsbət korrelyativ əlaqə aşkarlayır. 
Apardığmız tədqiqatlarda müsabiqəli sort sınağında tədqiq olunan perspektiv sortların 68,8 
%  -i  kleykovinanın  miqdarına  görə  yüksək  -28-39  %  göstəricilərə  malik  olmuşlar  (Şəkil  3). 
Bunula belə əksər sortlar kleykovinanın aşağı keyfiyyəti ilə fərqlənmişlər. Yalnız 13,7 % sortda 
kleykovinanın  keyfiyyəti  yaxşı  və  qənaətbəxş  olmuşdur.  Sedimentasiyaya  görə  nisbətən  üstün 
göstərici  25,5%  sortda  müşahidə  edilmişdir.  Dəndə  zülalın  miqdarı  əksər  sortlarda  10-13,5% 
arasında  tərəddüd  etmişdir.Dəndə  zülalın  yüsək  miqdarı  (14,0-16,6%)  27,5%  sortda  qeydə 
alınmışdır.  
 


 
 
34 
 
 
 
Şəkil 3. Müsabiqəli sort sınağında tədqiq edilən sortların keyfiyyət göstəriciləri 
 
Yuxarıda  qeyd  olunlardanaydın  görünür  ki,  tədqiq  olunan  sortlar  keyfiyyət  göstəricilərinə 
görə  geniş  amplitudada  variasiya  aşkarlayırlar.  Belə  ki,  kleykovinanın  miqdarı  ilə  kefiyyətinə 
görə  üstün  göstəricilərə  malik  olan  sortlar  arasındakı  fərq  47,5%,  sedimentasiya  göstəricilərinə 
görə-35,5 %, zülalın miqdarına görə-33,3 % təşkil etmişdir.Alınmış nəticələrin təhlili göstərir ki, 
dəndə kleykovinanın artması digər keyfiyyət göstəriciləri ilə heç də həmişə mütənasiblik təşkil 
etmir. Belə ki, yüksək kleykovina göstəricisinə malik sortlara, onun keyfiyyətinə görə sortların 
cəmi 13,7%-i, sedimentasiya göstəricilərinə görə 25,5%-i, zülala görə 27,5%-i uyğun gəlir. 
Aparılmış  tədqiqatlar  nəticəsində  kompleks  əlamətlərə  görə  seçilmiş  TT  09704/2-4-1 
lütessens sortu “Şəfəq 2”(2009 cu il); TT 09706/2-4 lütessens “Pərvin” (2012-ci il) adı altında 
Seleksiya Nəaliyyətlərinin Snağı və Mühafizəsi üzrə Dövlət komissiyasına təqdim edilmişdir. 
Şəfəq  2  sortu  RBİ-nin  K-58369  nümunəsi,  yerli  Şəfəq  və  Səba  yumşaq  buğda  sortlarının 
pilləli  hibridindən  təkrar  fərdi  seçmə  yolu  ilə  yaradılmışdır.  Sort  Lütessens  növmüxtəlifliyinə 
aiddir. Boyu 99-116 sm olub, yatmaya qarşı davamlıdır. Vegetasiya müddəti 178-190 gün olub, 
standart sortla eyni vaxtda yetişir. Qonur pasa nisbətən həssas, sarı pasa və sürmə xəstəliklərinə 
qarşı  davamlıdır.  Müsabiqəli  sort  sınağının  3-illik  nəticələrinə  görə  sortun  orta  məhsuldarlığı 
suvarmada 6,6 t/ha olub, standart Aran sortundan 0,7 ton artıq dən məhsulu vermişdir. Potensial 
məhsuldarlığı hektarda 7,5-8,0 t/ha-dır. 
Pərvin  sortu  RBİ-nin  K-58369  nümunəsi  və  yerli  Azəri  sortunun  bekkross  hibrid 
kombinasiyasından  (TT09603-  (K-58369  x  Azəri)  x  K-58369)  təkrar  fərdi  seçmə  yolu  ilə 
yaradılmışdır.  Sort  lütessens  növmüxtəlifliyinə  aid  olub  orta  boyludur  (106-111sm),  yatmaya 
davamlıdır. Vegetasiya müddəti suvarmada 199-212 gün olub, orta yetişkəndir. Sarı pas və unlu 
şehə  qarşı  davamlıdır,  qonur  pasa  qarşı  orta  həssaslıq  reaksiyası  göstərmişdir.  Potensial 
məhsuldarlığı 7,5-8,0 t/ha-dır. 
 
Ə D Ə B İ Y Y A T 
 
1.  Аистова  Ю.  Т.  Урожайность  озимой  пшеницы  в  зависимости  от  генотипа  сорта  и 
некоторых  их  компонентов.  -  Проблемы  повышения  плодородия  почв  и 
продуктивности полевых культур//тр./ КГАУ. - Вып. 344 Кр. Кр, 1995 
Ряд1; miqdarı; 35 
Ряд1; %; 68,80% 
Ряд1; miqdarı; 7 
Ряд1; %; 13,70% 
Ряд1; miqdarı; 13 
Ряд1; %; 25,50% 
Ряд1; miqdarı; 14 
Ряд1; %; 27,50% 
Kleykovinanın miqdarı > 28-39
miqdarı
%
KDƏ  <   70-95 
miqdarı
%
Sedimentasiya göstəricisi   >30-40 
miqdarı
%
Zülal     >14-16,6
miqdarı
%


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə