Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   14   15   16   17   18   19   20   21   ...   163

 
 
37 
 
 Dünyada  baş  verən  iqlim  dəyişkənlikləri  stres  amillərin  artmasına  və  bir  çox  qiymətli 
bitki  növlərinin  məhvinə  olmasına  səbəb  olmuşdur.  Odur  ki,  biomüxtəlifliyin  qorunması, 
toplanması,  bərpası,  öyrənilməsi  və  yaranmış  stres  amillərə  qarşı  davamlı  genotiplərin 
aşkarlanması günün aktual, vacib məsələlərindəndir.            
 Respublikamızda paxlalı bitkilərin çoxlu növ və növmüxtəlifliklərinə rast gəlinir. Dənli-
paxlalı  bitkilərin  kolleksiyalarının  artırılması  məqsədi  ilə  ölkədaxili  və  beynəlxalq 
ekspedisiyalarla  bərabər,  dünya  genbankları  ilə  əməkdaşlıq  gücləndirilir  və  qarşılıqlı  toxum 
mübadiləsi  yolu  ilə  genofond  zənginləşdirilir.  Hal-hazırda  AMEA  Genetik  Ehtiyatlar 
İnistitutunda  da  bitki  biomüxtəlifliyinin,  o  cümlədən,  paxlalı  bitkilərin  toplanması,  bərpası, 
çoxaldılması, genetik fondun mühafizəsi istiqamətində böyük işlər görülür. 
    Müxtəlif  kolleksiya  nümunələri  arasında  ən  perspektivli  ərzaq  bitkisi  kimi  noxudun 
yüksək  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə  malik,  xəstəlik  və  zərərvericilərə  qarşı  davamlı, 
intensiv tipli sortlarının yaradılması ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Sortun 
məhsuldarlığı  onun  irsi  potensalı  ilə  məhsulun  əmələ  gəldiyi  mühit  arasında  qarşılıqlı  təsirin 
nəticəsidir.  Ona  görə  də  seleksiya  tədqiqatları  yüksək  potensiallı  genotiplərin  yaradılmasına, 
bitkilərin becərilmə şəraiti isə həmin potensialın  reallaşmasına yönəldilməlidir.  
Taxıl  bitkilərindən  fərqli  olaraq,  paxlalı  bitkilərdə  zülalın  miqdarı  daha  yüksəkdir. 
Onların toxumlarında, yaşıl və quru kütləsində çoxlu miqdarda zülal mövcuddur. Bundan əlavə 
atmosfer azotunu fiksə etdiklərinə görə onlar növbəli əkində sələf bitki kimi də istifadə edilirlər. 
Noxud  bitkisi  ən  çox  Hindistan,  İspaniya,  Turkiyə,  Mərakeş,  İran,  Çin,  İraq,  Fransa  və 
İtaliyada  çox  əkilir.  Azərbaycanda  isə  noxud  ən  çox  Cəlilabad,  Masallı,  Lənkəran,  Bərdə, 
Biləsuvar, Quba, Qusar, Qobustan, Şamaxı, Qazax və Zəngilan rayonlarında əkilərək becərilir.                                                    
Tədqiqat  materialı  kimi  yerli  noxud  sortformaları  və  həmçinin  AzET  Əkinçilik 
institutundan  alınmış  İСARDA  mənşəli  kolleksiya  nümunələrindən    seçilmiş  formalar 
götürülmüşdür.  Tədqiqat  işi  Abşeron  təcrübə  təsərrüfat  sahəsində  payız  əkini  altında 
aparılmişdır. 
 Metodikaya  uyğun  olaraq  toxumlar  5x5m  ləklərdə  cərgəarası  30  sm,  bitkiarası  10  sm 
olmaqla 5-7 sm dərinlikdə əkilmişlər. Əkin materialı olaraq yaxşı təmizlənmiş iri, tam həyatilik 
qabiliyyətinə  malik,  cücərmə  faizi  95%-dən  aşağı  olmamayan  sağlam  toxumlar  seçilərək 
götürülmüşdür. 
 Aparılan  tədqiqatın  məqsədi  milli  genofondun  zənginləşdirməsi  üçün  yerli  və 
introduksiya olunmuş formaların toplanması, öyrənilməsi, seleksiya məqsədləri ilə  yeni xətt və 
formaların  alınması  üçün  nümunələrin  seçilərək  artırılmasıdır.  Beləliklə,  nümunələrin 
aqronomik-morfoioji  xüsusiyyətləri  öyrənilir,  onlar  biokimyəvi  və  texnoloji  keyfiyyət 
göstəricilərinə  görə  qiymətləndirilir,  immunoloji  davamlıqları,  sitogenetik  və  fizioloji 
göstəriciləri  araşdırılaraq  sənədləşdirilir,  hər  bir  formanın  pasportu  tərtib  olunaraq  internet 
şəbəkəsinə daxil edilir. 
 Respublikamızda ən geniş yayılan perspektiv ərzaq paxlalı bitki noxuddur. Noxud (Cicer 
arietinum L.) birillik bitki olub, gövdəsi tünd yaşıl rəngdə  dik şaxələnəndir. Yarpaqları 6-8 cüt 
tək lələkvari bığcıqsız, kənarları dilimlidir. Paxlası sıx tükcüklü, yumurtaya və ya romba bənzər 
şişkin qısa formalıdır. Çiçəklərinin rəngi ağ, çəhrayı və qırmızıdır. Meyvəsi paxlameyvə olub, 1-
2 nadir halda isə 3-4  toxumlu olur. Toxumlar üçkünc yumru və s. formada ucu iti dimdikvarıdir. 
Sort və formalardan asılı olaraq rəngləri müxtəlif olur. 
 Götürülmüş  nümunələr  qəbul  olunmuş  deskriptorlara  uyğun  olaraq  25-30  əlamətə  görə 
qiymətləndirilmişlər.  Tədqiqatın  gedişində  morfoloji  müşahidələrə  əsasən  bitkinin 
piqmentasiyası,  tüklülüyü,  gövdənin  forması,  yarpağın  tipi,  cavan  yarpağın  ölçüləri,  çiçəyin 
rəngi və sayı təyin edilmişdir. 
 Fenoloji  müşahidələr  nəticəsində  çıxış  günləri,  sahədə  toxumların  cücərmə  faizi, 
çiçəkləmə  və  barvermə,  yetişmə  fazasına  qədər  olan  günlər  qeyd  olunmuşdur.  Nümunələrdə 
çiçəkləmə  fazası  11.05-21.05,  paxla  əmələgəlmə  fazası  21.05-25.05  tarixinə  təsadüf  etmişdir. 
Məhsul yığımından sonra hər nümunədən beş bitki götürülüb sturuktur analizi aparılaraq bitkinin 


 
 
38 
 
hündürlüyü,  məhsuldar  budaqların  sayı,  bir  bitkidə  olan  paxlaların  sayı,  paxlanın  ölçüləri,  hər 
paxlada  toxumun  sayı,  100  toxumun  kütləsi,  bir  bitkinin  məhsuldarlığı  və  bioloji məhsuldarlıq 
təyin edilmişdir. 
 Əkin nümunələri standart Nərmin sortu ilə yanaşı əkilərək müqayisəli şəkildə öyrənilmiş 
və nəticələr cədvəllər şəklində verilmişdir.  
 
Yerli seçilmiş noxud (Cicer arietinum L.) bitki nümunələrinin əsas 
təsərrüfat əhəmiyyətli göstəriciləri 
Cədvəl 1.  
 
Ə
ki
n N
-si
 
 
K
ol
le
ks
iya
 N
-si
 
 
N
üm
unə
ni
n a

 
 
M
ənş
əyi
 
Bi
tki
ni

hündürl
üyü, s
m
 
I və
 II də


li 
buda
ql
arı
n s
ay
ı, 
ədə


pa
xl
anı

hündürl
üyü, s
m
 
1 bi
tki

 p
axl

sa

, ə


Pa
xl
anı
n öl
çül
ər
i, 
eni
 uz
unu, s
m
 
100 t
oxum
un 
küt

si
, qr.
 
Bi
r bi
tki

ki
 
m
əhs
ul
da
rl
ıq, qr.
 
Bi
ol
oj

m
əhs
ul
da
rl
ıq, qr.
 
St 
57 
Nərmi

Əkinçilik 
İnstitutu 
51 
2-2 
23 
43 
1.2-
2.5 
40.2 
19.8 
425 
7


CİAR  Cəlilaba

48 
3-1 
22 
60 
1.2-
2.4 
49.3 
19.9 
619 
7

266 
CİAR  Masallı- 
Biləsuva

53 
2-2 
24 
43 
1.4-
2.3 
31.7 
16.6 
390 
7

58 
CİAR  Biləsuva

55 
2-2 
23 
90 
1.3-
2.6 
34.6 
27.3 
916 
7

35 
CİAR 
Ağstafa 
48 
3-1 
22 
60 
1.2-
2.4 
35.9 
19.9 
619 
8

39 
CİAR  Ordubad 
48 
2-1 
19 
79 
1.3-
2.6 
31.3 
25.8 
579 
8

37 
CİAR 
Qusar 
(Urva) 
47 
3-2 
18 
44 
1.3-
2.4 
33.5 
14.1 
361 
8

44 
CİAR 
Qusar 
53 
1-1 
21 
64 
1.4-
2.7 
33.4 
21.9 
487 
8

7-0,4 
CİAR  Əkinçilik 
İnstitutu 
54 
2-1 
27 
55 
1.3-
2.4 
38.1 
20.7 
414 
8

23-0,4  CİAR  Əkinçilik 
İnstitutu 
55 
2-2 
25 
78 
1.3-
2.5 
35.6 
25.0 
485 
8

356 
CİAR 
Gəncə 
48 
2-2 
21 
27 
1.3-
2.5 
33.4 
10.6 
373 
Min-max 
47-
55 
1-3 
18-27 
43-
90 
1,0-
1,4 
1,4-
2,7 
31,3
-
49,3 
10,6
-
27,3 
361-
916 
  
Cədvəl 1-dən göründüyü kimi yerli nümunələrdə bitkilərin hündürlüyü 47-55 sm arasında 
olmuş,  I-II  dərəcəli  məhsuldar  budaqlar  1-3  ədəd  təşkil  etmişdir.  Öyrənilən  nümunələrdə  bir 
bitkidə olan paxlanın sayı 43-90 ədəd, 1-ci paxlanın yerləşmə hündürlüyü 18-27 sm, paxlanın eni 
1,0-1,4  sm,  uzunluğu  1,4-2,7  sm,  100  toxumun  kütləsi  31,3-49,3  qr  arasında  dəyişmişdir.  Bir 
bitkinin məhsuldarlığı 10,6-27,3 qr, bioloji məhsuldarlıq isə 361-916 qr arasında dəyişmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə