Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   17   18   19   20   21   22   23   24   ...   163

 
 
43 
 
              Bitkilərin inkişaf fazaları ardıcıl olaraq müşahidə edilmişdir. Çiçək, paxla əmələgəlmə, 
yetişmə fazaları qeyd edilmişdir. Tez və gec yetişən olmaqla da nümunələr qiymətləndirilmişlər. 
              Yığımdan  sonra  kəmiyyət  əlamətlərindən  bitkilərinn  hündürlüyü,  paxlanın  ölçüsü,  bir 
paxlada  toxumun  sayı,  1-ci  paxlaya  qədər  gövdənin  hündürlüyü,  100  dənin  kütləsi  və  bioloji 
məhsuldarlıq  analiz  olunaraq  öyrənilmişdir.  Beləliklə,  bitkilərin  hündürlüyü  22,0-59,0sm,  1-ci 
paxlaya qədərki hündürlük 4,8-42,8sm, 100 dənin kütləsi 2,8-8,9qr, bioloji məhsuldarlıq isə 117-
450  qr  arasında  dəyişmişdir.  Bu  nümunələr  yalnız  kəmiyyət  əlamətlərinə  görə  deyil,  həm  də 
keyfiyyət əlamətlərinə görə də öyrənilmişlər. Nəzərdə tutulduğu kimi kəmiyyət  və keyfiyyətcə 
yüksək formalar gələcək seleksiya işlərində istifadə olunması üçün seçilərək   artırılacaq. Eyni 
zamanda da seçilmiş bu  nümunələr fizioloji baxımdan ətraf mühitin stres faktorlarına davamlı 
olmalıdır.  Çünki  quraqlıq,  duzluluq,  yüksək  hərarət  kimi  qlobal  ekoloji  problemlərlə 
qarşılaşdığımız  bir  vaxtda  ancaq  stressə  davamlı  sort  və  formalardan  istifadə  etməklə  yüksək 
məhsuldarlıq əldə etmək mümkündür. Həm də ölkəmizdə şoran, quraq ərazilərin olması və son 
illərdə  qeydə  alınan  anomal  istilərin  olduğu  bir  faxtda  bu  cür  sort  və  formaların  yetişdirilməsi 
cox vacibdir. 
Kolleksiyaya  daxil  olan  nümunələrin  öyrənilməsi,  o  cümlədən  onların  kəmiyyət  və 
keyfiyyət  əlamətlərinə  görə  qiymətləndirilməsi  və  onların  potensial  imkanlarının 
müəyyənləşdirilməsi  gələcək  seleksiya  işlərində  bunlardan  istifadə  olunmasına  zəmin  yaradır.  
Beləliklə,  kolleksiyaya  daxil  olan  həm  yerli,  həm  də  introduksiya  olunmuş    (İСARDA) 
nümunələrdən  yüksək  göstəricilərə  malik,  stres  faktorlara  davamlı  formaların  seçilərək 
artırılması və seleksiya işlərində onlardan donor kimi istifadə olunması əsas məqsədimizdir. 
 
ƏDƏBİYYAT 
 
1.Əsədov Ş.İ., İbrahimov S.Ş., Əsədova P.Ş. Ətraf mühit və EKOLOGİYA. BAKI-" ELM"- 2012. 
2. Жуковский П.М. Культурные растения и их сородичи.1967. 
3.  A.I.Asadova  "Botanizing  and  study  of    Legumes".  INTERNATIONAL  CONFERENCE 
"Diversity, characterization and utilization of plant genetic resources for enhanced resilience to 
climate change". October 3-4. 2011, BAKU, AZERBAIJAN. 
4.  Babayeva  S.,  Akparov  Z.,  Shikhaliyeva  K.,  Abbasov  M.  "  Selection  for  drougnt  tolerance 
crireia  in  lentils  from  central  ASIA  and  the  Caucasus".  /  INTERNATIONAL  CONFERENCE 
"Diversity, characterization and utilization of plant genetic resources for enhanced resilience to 
climate change". October 3-4. BAKU, AZERBAIJAN. 
     
Bu  tədqiqat  işi  Azərbaycan  Respublikasi  Prezidenti  yaninda  yaradilmiş  "Elmin  inkişaf 
fondu"nun dəstəyi ilə aparılır (EİF-2011-1(3)-82/51/3 №-li). 
      
 
А.И.Асадова , К.Б.Шыхалиева, Л.А.Амиров 
 
ИССЛЕДОВАНИЕ ОБРАЗЦОВ ГЕНОФОНДА ЧЕЧЕВИЦЫ, ИХ ОЦЕНКА С 
ТОЧКИ ЗРЕНИЯ ПРОДОВОЛЬСТВЕННОЙ БЕЗОПАСНОСТИ 
                                                                                 
Институт Генетических Ресурсов НАНА 
 
          Всестороннее  иследование  потенциальных  возможностей  образцов  из  коллекции 
генофонда  чечевицы  дает возможность исползовать их в селекции как доноров. 
 
        Ключевые 
словa: 
чечевица, 
продовольственная 
безопасность, 
экология,  
морфология,  количество,  качество,  донор  
 
A.I.Asadova,  K.B.Shikhaliyeva, L.A.Amirov 


 
 
44 
 
THE STUDU OF LENTIL GENEPOOL AND ACCESSIONS THEIR ASSESSMENT 
FOR SECURITY IMPORTANCE 
 
Genetik Resources Institute of ANAS 
 
     Detail study of potential opportunities of a accessions of lentil genepool makes possible their 
use as donors in breeding. 
        Key words: quantity, quality, lentil, donor, morfology, ecology, food security 
 
 
UOT:633.1:631.55 
QURAQLIĞIN TƏSİRİNDƏN YERLİ VƏ İNTRODUKSİYA OLUNMUŞ 
BUĞDA GENOTIPLƏRİNİN MƏHSULDARLIQ GÖSTƏRİCİLƏRİNİN 
DƏYİŞMƏSİ 
 
T.H.TƏMRAZOV 
b.ü.f.d, dosent 
 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş.,Az1098 
Pirşağı q., Sovxoz-2 
 
Taxıl  bitkisinin  bioloji  xüsusiyyətlərinin  öyrənilməsi  uzun  bir  tarixi  yol  keçsə  də, 
yeni elmi nailiyyətlərin əldə olunması ilə əlaqədar onun daha da dərinləşdirilib bitkinin tam 
bioloji xarakterinin açılmasını tələb edir. 
Mürəkkəb  torpaq-iqlim  şəraitinə  malik  olan  Azərbaycanın  hər  bir  yerində  buğda 
bitkisi  becərildiyindən  müxtəlif  bölgələrin  xüsusiyyətlərinin  nəzərə  alınması  vacib 
məsələlərdən biridir [1;3;8]. Bu gün mövcud buğda sortlarından yüksək keyfiyyətli məhsul 
alınması  üçün  bu  bölgələrin  ekoloji  amilləri  nəzərə  alınmaqla  becərilməlidir  [3].  Son 
illərdə  respublikanın  müxtəlif  bölgələrində  kəskin  quraqlığın  tez-tez  baş  verməsi,  buğda 
sortlarında  xəstəliklərin  geniş  yayılması həm  məhsul itkisinə,  həm  də  onun  keyfiyyətinin 
pisləşməsinə güclü təsir etmişdir. 
Buğda  əsas  ərzaq  bitkisi  olmaqla,  qədim  zamanlardan  Azərbaycanın  bütün 
bölgələrində becərilir. Hazırda Azərbaycanın buğda əkin sahələrinin yarısı quraq dəmyə və 
qismən nəmliklə təmin olunmuş dəmyə regionlarına təsadüf edir [1;3]. Quraqlıq ekstremal 
faktor  kimi  buğda  bitkisinin  inkişaf  dinamikasına  təsir  edən  ən  güclü  mənfi  amillərdir 
[6;8]. Bu onunla əlaqədardır ki, əsas prioritet bitkilərdən olan buğda, xüsusən də payızlıq 
buğda,  uzun  müddətli  vegetasiya  dövrünə  malikdir  və  bu  müddət  də  əsasən  yaz-yay 
quraqlığı  dövrlərinə  təsadüf  edir  [5].  Buna  görə  də  tədqiqatçılar  tərəfindən  uzun  müddət 
quraqlıqla  mübarizə  üçün  aqrotexniki  tədbirlər  işlənib  hazırlanmış,  davamlı  buğda 
sortlarının yaradılması üçün seleksiya işləri aparmışlar. 
Quraqlığın  kənd  təsərrüfatı  bitkilərinə  təsirinin  tarixən  öyrənilməsi  göstərmişdir  ki, 
keçən əsrdə təxminən hər on ildən bir kəskin atmosfer quraqlığı yaransa da, son illərdə bu 
tendensiya qlobal iqlim dəyişkənlikləri ilə əlaqədar daha tez-tez təkrar olunur [1;2]. 
Tədqiqatın  məqsədi  tarla  şəraitində  becərilən  Yerli  və  Beynəlxalq  Seleksiya 
Mərkəzlərindən  introduksiya  olunmuş  bərk  və  yumşaq  buğda  genotiplərinin  böyümə  və 
inkişafında  fenoloji  müşahidələrin  aparılması,  məhsuldarlıq  elementlərinin  öyrənilməsi 
nəticəsində  yüksək  məhsuldar  və  ətraf  mühit  streslərinə  davamlı  genotiplərin 
müəyyənləşdirilməsi olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə