Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   18   19   20   21   22   23   24   25   ...   163

 
 
45 
 
Ölkəmizin torpaq və iqlim şəraiti olduqca müxtəlifdir. Bununla əlaqədar olaraq hər 
zonanın  iqlim  şəraitinə  cavab  verən  sortlar  yaratmaq  lazım  gəlir.  Qeyd  olunan  vəziyyəti 
nəzərə alaraq seleksiya materialına aşağıdakı istiqamətdə qiymət verilməsi tələb olunur: 
1.
 
Vegetasiya müddəti  
2.
 
Məhsuldarlıq 
3.
 
Şaxtaya  davamlılıq 
4.
 
Quraqlığa davamlılıq 
5.
 
Xəstəlik və ziyanvericilərə davamlılıq 
6.
 
Keyfiyyəti 
 
Tədqiqat  materialı  kimi  2011-2012-ci  tədqiqat  ilində  İnstitutun  Abşeron  təcrübə 
bazasında Beynəlxalq pitomnik və  yerli genofonddan seçilmiş əkin sahəsi 10m
2   
olmaqla 
“90”  nümunə  üzərində  təcrübə  aparılmışdır.  Vegetasiya  müddətində    mütəmadi  olaraq 
fenoloji müşahidələr aparılmışdır. 
“90”  nümunə    içərisində  Qiymətli  -2/17  standart  olmaqla  82  yumşaq  buğda, 
Bərəkətli-95  standart  olmaqla  6  bərk  buğda  sort  nümunələri  üzərində  tədqiqat  işləri  
aparılmışdır. 
Azərbaycanın  əksər  rayonlarında,  o  cümlədən  Abşeron  yarımadası  üçün  rütubətli, 
mülayim  qış  və  isti,  quru  yay  xarakterikdir.  Buğda  bitkisinin  inkişaf  fazaları  torpaqda 
kifayət  qədər  su  olması  şəraitində  baş  verir  [1;4].  Fenoloji  müşahidələr  zamanı  tədqiq 
edilən  sort  nümunələrinin  hamısında  həyat  tərzi  qeyd  olunmuş,  bununla  yanaşı  digər 
fenofazalar öyrənilmişdir [3;5;6]. 
Belə  ki,  vegetasiyanın  sonuna  doğru  hər  bir  nümunədə  müxtəlif  yerlərdən  beş 
təkrarda  bitkilərin  boyu  ölçülüb  qeyd  olunmuşdur.  Tarla  şəraitində  bitkilərin  hündürlüyü 
yetişmə  fazasında  təyin  edilir.  Bunun  üçün  ləkin  ortasında  torpaqdan  sünbülün 
qurtaracağına  qədər  (qılçıq  daxil  olmaqla)  1  sm  dəqiqliklə  aparılmış  beş  ölçünün  orta 
rəqəmi  götürülür.  Bitkilərin  hündürlüyünün  laboratoriya  şəraitində  təyin  edilməsi  daha 
dəqiq göstəricilərin əldə edilməsinə imkan verir. 
Perspektivli  bərk  və  yumşaq  buğda  genotiplərinin  morfofiozioloji  əlamətlərinin 
göstəriciləri cədvəl 1-də verilmişdir. Cədvəl göstəricilərinə görə hər bir sort üzrə bitkinin 
boyunu müqayisə etdikdə ən hündür boylu sort yumşaq buğda pitomnikindən №15-də (9
th
 
WON-SA(112 sm), ən alçaq boy isə yumşaq buğda genotipindən №32- D.D.08 N1(62sm) 
olmuşdur. Demək olar ki, öyrənilən sort nümunələrin əksəriyyətinin hündürlüyü 80-90 sm 
arasında  dəyişir.  Sort  nümunələrin  boylarını  müqayisə  etdikdə  belə  nəticəyə  gəlmək  olar 
ki, seçilən sort nümunələrin əksəriyyətini orta hündürlükdə olanlar təşkil edir . 
Bitkilərin  xəstəliklərə  qarşı  davamlılığı  həm  tarla  şəraitində  xəstəliklərin  yayıldığı 
təbii fonda və həm də xüsusi şəraitdə (laboratoriya) süni  yoluxdurmaqla qiymətləndirilir. 
Vegetasiya fazalarından asılı olaraq bitkilər müxtəlif xəstəliklərlə yoluxa bilərlər. Ona görə 
də bitkilərin xəstəliklərə qarşı davamlılığı xəstəliklərin daha çox yayıldığı fazalarda və ya 
təbii iqlim amillərindən asılı olaraq xəstəliklərin müşahidə ediidiyi dövrlərdə aparılmalıdır. 
Boruya  çıxma-sünbülləmə  fazasında  unlu  şehin,  sünbülləmə-yetişmə  fazalarında  pas 
xəstəliklərinin    müşahidəsi  aparılmalıdır  [7].  Tədqiqat  zamanı  öyrənilən  bərk  və  yumşaq 
buğda  sortlarının  xəstəliyə  yoluxma  dərəcələri  qeyd  olunmuşdur.  Xəstəliklərə  yoluxma 
dərəcələrinə  görə  müqayisə  olunan  sort  nümunələrdə,  vegetasiya  ilinin  əlverişli  iqlim 
şəraiti  ilə  müşaiyət  olunmasından  asılı  olaraq,  xəstəliyin  yoluxması  üçün  aktiv  fon 
olmadığına  görə  sarı  və  qonur  pas  xəstəliyi  demək  olar  ki,  yox  səviyyəsində  olmuşdur. 
Unlu  şeh  xəstəliyi  isə  bir  neçə  sortda  müşahidə  olunmuş,  bunun  da  içərisində  ən 
maksimum sirayətlənmə 8 bala bərabər olmuşdur.  
Həyat  tərzlərinin  göstəricilərinin  müqayisəsinə  görə  seçilən  nümunələr  içərisində 
yumşaq  buğda  sotnümunələrinin  əksəriyyətini  cədvəldən  göründüyü  kimi  payızlıq  bərk 
buğda  genotiplərinin  isə  payızlıq  və  yarımpayızlıq  formalar  təşkil  edir.  Bu  da  onu  qeyd 


 
 
46 
 
etməyə əsas verir ki, payızlıq və yarımpayızlıq formlar yazlıq formalara nisbətən quraqlığa 
və xəstəliyə davamlılıqla xarakterizə olunurlar. 
Qeyd  olunan  genotplərdə  fenofazaların  davametmə  müddətinə  nəzər  saldıqda, 
göstərmək  olar  ki,  seçilən  nümunələrdə  vegetasiyanın  əvvəlində  kəskin  fərq  olmasına 
baxmayaraq,  vegetasiyanın  sonunda  tam  yetişmə  müddətləri  bir-birinə  yaxın  olmuşdur. 
Nəticədə ən gec yetişən nümunə №53(42 IBWSN)-19.06-tarixində, ən tez yetişən nümunə 
isə  9.06  tarixində,  №  51,52(42  IBWSN,  30ESWYT)  olmuşdur.  Rəqəmlərdən  göründüyü 
kimi sonda sortlar arasında elə də kəskin fərq müşahidə olunmuşdur. 
Bir bitkinin orta çəkisi bitkinin məhsuldarlığını göstərir. Bitkinin məhsuldarlığı vahid 
sahədən,  iki  göstəricinin  bir-birinə  vurulması  nəticəsində  meydana  çıxır:  bir  bitkinin 
məhsuldarlığı  və  bitkilərin  vahid  sahədə  orta  sayı.  Seleksiya  prosesinin  ilkin 
mərhələlərində elit bitkiləri seçdikdə gələcək sortun məhsuldarlığı əsasında aparılır [3,4]. 
Nəhayət  vegetasiyanın  sonunda  hər  bir  nümunədən  struktur  analiz  aparılması  üçün 
xarakterik yerlərdən 5 sünbül götürülmüş məhsuldarlığı təyin etmək üçün isə seçilən sort 
nümunələrdən  3  təkrarda  olmaqla  dərzlər  götürülərək,  bunların  əsasında  məhsuldarlıq 
göstəriciləri təyin edilmişdir.  
Məhsuldarlığın yüksək olması məhsul elementlərinin yaxşı inkişafından asılıdır [3]. 
Məhsuldarlıq göstəriciləri cədvəl-2-də verilmişdir. 
Sünbülün struktur elementlərinin analizinin  əks olunduğu cədvəldən aydın  olur ki, 
sünbülün  kütləsi  ən  az    yumşaq  buğda  genotiplərində  1.42q  (№-30),  1.25q  (№-36),  ən 
yüksək  isə    bərk  buğda  genotiplərində  №-89,  №-90-da  (4.4q;  4.7q)  olmuşdur.  Digər 
göstəricilərdən sünbüldə dənin çəkisinə nəzər saldıqda aydın olur ki, ən yüksək çəki №-89-
(3,5q), ən aşağı çəki isə № -36 (0,25q), №-39-da isə (0,80q) olmuşdur.   
Rəqəmlərin müqayisəsinə əsasən qeyd etmək olar ki, bu göstəricilər arasında asılılıq 
mövcuddur.  
1000  dənin  kütləsinə  əsasən  qeyd  etmək  olar  ki,  ən  yüksək  göstərici  (№22-48.3q, 
№25-47.0q,  №68-50.3q,  №85-51.1q,  №88-51.4q,  №90-50.4q),  ən  aşağı  göstərici  isə 
(№27-25.5q)  olmuşdur.    Qeyd  etmək  olar  ki,  1000  dənin  kütləsinin  azalması  quraqlıq 
stresinə qarşı davamlılığın göstəricisi kimi qiymətləndirilə bilər. 
Nəhayət  sonda  məhsuldarlıq  göstəricilərinə  nəzərən  söyləmək  olar  ki,  seçilən 
nümunələrin bir çoxunda 600q/m
2
-dan yuxarı göstərici, 
 
№3-
 
də (
 
Fransa №1) isə 753q/m
2
 
olmuşdur,  ən  aşağı  məhsuldarlıq  göstərici  isə  cədvəldən  göründüyü  kimi  bir-neçə  sortda 
300-400q/m
2
  təşkil etmişdir. 
Hazırda  bitkilərdə  fotosintez  məhsulunun,  dən  və  küləş  arasında  nə  dərəcədə 
paylanması  problemi  dənli  bitkilərin  yeni  yaradılan  sortları  qarşısında  duran  mühüm 
tələblərdən  biridir.  Məsələn  qısa  boylu  sortlarda  həmin  göstərici  1:1  nisbətində  olur.  Bir 
hektardan 90-100 sentner məhsul verən məhsuldar sortların alınması məsələsi bir sünbülün 
məhsulunun 1,5-2 dəfə çoxalması ilə əlaqədardır. Onu da qeyd etmək vacibdir ki, öyrənilən 
bərk və yumşaq sort nümunələri içərisində xəstəliyə davamlığına, boyuna, məhsuldarlığına 
və arxitektonikasına görə fərqlənən bir neçə nümunə seçilmişdir.  
Aparılan tədqiqatlar nəticəsində müxtəlif morfofizioloji əlamətlərinə və xəstəliklərə 
qarşı  davamlılığına  görə  seçilmiş  yerli  və  introduksiya  olunmuş  sortnümunələrdən  yeni 
davamlı sortların yaradılması məqsədi ilə seleksiyada istifadə oluna bilər. 
                                              
ƏDƏBİYYAT 
 
1.
 
Bayramova  J.Ə.  Buğdanın  fotosintez  və  quraqlığa  davamlılıq  əlamətlərinin 
nəslə 
keçməsinin 
və 
onların 
donor 
qabiliyyətli 
genotiplərinin 
müəyyənləşdirilməsi. Biol. elm. nam. Diss-nın avtoreferatı. Bakı-2004, s.26 
2.
 
Həmidov  H.N.  Yeni  yüksək  məhsuldar  buğda  sortlarının  müxtəlif  ekoloji 
şəraitdə  fizioloji  xüsusiyyətləri.  Biol.elm.nam.  Diss-nın  avtoreferatı.  Bakı  – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə