Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   16   17   18   19   20   21   22   23   ...   163

 
 
41 
 
Institute of Genetic Resources, ANAS 
 
Variety samples of Chick pea collected from different regions of republic and introduced 
from  ICARDA  have  planted  at  Apsheron  Experimental  Base  field  and  evaluated  on 
biomorphological, economic valuable features. More advanced forms of chick pea have selected 
for use in breeding. 
 
Key words: genofund, chick pea, selection, yield, variety, form, diversity 
 
UOT 635.658 
 
MƏRCİMƏK GENOFONDU  NÜMUNƏLƏRİNİN TƏDQİQİ VƏ ONLARIN  ƏRZAQ   
TƏHLÜKƏSİZLİYİ  BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ 
     
A.İ.ƏSƏDOVA b.ü.f.d., K.B.ŞIXƏLİYEVA b.ü.f.d., L.Ə.ƏMİROV k.t.ü.f.d. 
 
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı,  Azadlıq pr. 155.  e-mail:
 almas58@box.az
 
 
 XX  əsrdə  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsində  mineral  gübrələrin,  heyvan 
məhsulları  tulantılarının,  kimyəvi  pereparatların  və  pestidlərin  həddindən  çox  istifadəsi  ətraf 
mühitin  çirklənməsinə  səbəb  oldu  və  70-ci  illərdən  kənd  təsərrüfatının  ətraf  mühiti 
çirkləndirməsi  dünyəvi  hadisəyə çevrildi. BMT kənd təsərrüfatının atmosferi çirkləndirməsinin 
qarşısını  almaq  məqsədi  ilə  konfrans    və    simpoziumlar  keçirərək  bu  məsələni  geniş  müzakirə 
obyektinə  çevirdi.  Bu  səbəbdən  də  əhalinin  ekoloji  təmiz  qida  ilə  təmin  olunması  2001-ci  ildə 
qəbul olunmuş Ərzaq Təhlükəsizliyi  proqramında irəli sürülmüş əsas müddəlardandır. 
Məqalədə  "ELMİN  İNKİŞAF  FONDU"nun  elmin  inkişafında  alimlərin  apardıqları  elmi 
tədqiqat  işlərinə  köməkliyindən,  ərzaq  proqramı  və  ərzaq  təhlükəsizliyi  baxımından  əhalinin 
ekoloji  təmiz  qida  ilə  təmin  olunması  üçün  yerli  məhsullara  üstünlük  verilməsindən,  yerli  və 
introduksiya olunmuş mərcimək nümunələrindən yeni sort və formaların yaradılmasından bəhs 
edilir. 
        
         Açar  sözlər:  mərcimək,  ərzaq  təhlükəsizliyi,  ekologiya,  morfologiya,  kəmiyyət,  kefiyyət, 
donor 
     
 Son vaxtlar dövlətimizin digər sahələrə olduğu kimi elmə də qayğısı xeyli artmışdır. Bu 
baxımdan  2010-cu  ildə  Azərbaycan  Respublikası  Prezidenti  yanında  "ELMİN  İNKİŞAF 
FONDU" yaradılmışdır ki, bu fonddan da səmərəli, mühüm layihələrin həyata keçirilməsi üçün 
müəyyən  miqdarda  qrantlar  verilir.  Belə  layihələrdə  müasir,  beynəlxalq  standartlara  cavab 
verəcək  tədqiqatlar  apararaq  elmi inkişaf  etdirməklə  yanaşı  ərzaq  təhlükəsizliyi  baxımından  da 
əhalinin  ekoloji  təmiz  qida  ilə  təmin  olunması  nəzərdə  tutulur.  Hazırda  geni  dəyişdirilmiş 
(GMO) meyvə və tərəvəzlərin ölkə bazarlarında geniş yayıldığı bir zamanda bu cür layihələrin 
həyata  keçirilməsi  də  çox  vacibdir.  Eyni  zamanda  da  günün  tələblərinə  cavab  verəcək  sort  və 
formaların  yaradılması  çox  mühümdür.  Yaradılacaq  bu  sortlar  həm  keyfiyyətinə,  həm  də 
görünüşünə görə xaricdən alınan məhsulları üstələyərsə istər-istəməz xarici məhsullar özlüyündə 
sıxışdırılaraq bazardan çıxacaqdır.  
          Belə  bir  layihə  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  "Dənli  taxıl  və  paxlalı  bitkilər" 
laboratoriyasında həyata keçirilir. Bu qrantın əhəmiyyəti həm tədqiqat işlərinin aparılması, həm 
də beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqların  alınmasıdır. Bu laborator cihaz 
və preparatların köməyi ilə mərciməyin biotexnologiyasında bir sıra prosseslərin, o cümlədən də 
dənin üst qabığının təmizlənməsi kimi bir prosesin həyata keçirilməsinə nail olunacaqdır. Bu da 
ərzaq  təhlükəsizliyi  və  ərzaq  proqramında  nəzərdə  tutulduğu  kimi  əhalinin  ekoloji  təmiz,  yerli 


 
 
42 
 
qida  ilə  təmin  olunmasına  xidmət edəcək.  Çünki  hazırda  bazarlarda  satılan  qabığı  təmizlənmiş 
qırmızı  mərcilər  xaricdən  idxal  edilən    məhsullardır.  Eyni  zamanda  bu  həm  də  fermerlərin 
diqqətini  cəlb  edərsə  onları  məhsulu  xaricdən  deyil  ölkə  daxilindən  həm  də  yerli  məhsulların 
hesabına əldə edəcəklərinə görə onlar əlavə xərclərdən azad olarlar . 
Eyni  zamanda  geni  dəyişdirilmiş  meyvə  və  tərəvəzlərin  ölkəyə  gətirilməsinin  qarşısının 
alınması  ölkə  prezidentinin  də  diqqətindədir.  Bu  səbəbdən  də  Azərbaycan  Respublikası 
Prezidenti  2015-çi  ilə  kimi  ölkəyə  bu  cür  məhsulları  gətirənlərə  qarşı  xüsusi  cəza  tədbirlərinin 
görülməsi barədə göstərişlər vermişdir. 
Mərcimək  qida  məhsulları  içərisində  mühüm  yerlərdən  birini  tutur.  O  Avropada,  Şimalı 
Afrika, Kanada, ABŞ, Avstraliya  və  Latın Amerikasında geniş becərilir. Mərciməyin dənində 
23.8-32.0%  zülal,  47.3-60.27%  azotsuz  ekstiraktiv  maddələr  və  0,63-2,1%  piy  yağları  vardır. 
Bişməsinə  görə  digər  paxlalıları  qabaqlayır.  Həzmə  mənfi  təsir  edən  heç  bir  maddə  (ingibitor, 
oliqosaxaridlər  və  s.)  yoxdur.  Stres  faktorlara  davamlı  radionuklidləri  özündə  toplamır.  Qışa 
davamlığı ilə seçilir. 
          Mərcimək cinsi 5 növü əhatə etsə də onlardan yalnəz bir növ becərilir. Bütün növlər 
birillikdir. 
          Ərzaq  mərcisi-Lens  culinaris  Medik.    20-75  sm  hündürlüyündə  olan  birillik  bitkidir. 
Yarpaqları  2-8  cüt  oval  yarpaqcıqdan  ibarət  olan  mürəkkəb  yarpaqdır.  Yuxarı  yarpağı 
metamorfoza  uğramış  bığcıqdır.  Çiçək  saplağı  1-4  çiçəkli  olmaqla  bığıcıqla  qurtarır.  Çiçəkləri 
müxtəlif  rənglidir.  Əyilmiş  paxlaları  1-3  toxumludur.  Toxumları  linza  və  diskşəkilli  olmaqla 
müxtəlif  sortlarda  müxtəlif  rəngdə  olur.  İlkin  fazalarda  yavaş  böyüsə  də  sonradan  əsas  gövdə 
sürətlə  böyüyür,  çiçəkləmədən  sonra  isə  güclü  şaxələnir.  Bitki  özünü  tozlayandır.  İnkişafının 
birinci fazasında mezofit olsada sonrakı mərhələlərdə isə isti və quraqlığa davamlıdırlar.  
Bitki uzun  gün bitkisidir. Mərci iri və xırda toxumlu olmaqla iki  yarım növə ayrılır. İri 
toxumlular əsasən Orta Asiya və Avropanın, xırda toxumlular isə cənubi- qərbi və Ön Asiyanın 
ekologiya və geocoğrafiyasına uyğun gəlir. Mərcimək növmüxtəlifliyinə görə çox rəngarəngdir. 
Bu  bitki  hələ  qədimdən  becərilən  bitkilərdəndir.  Onun  qədim  Pəncab  və  Misirdə  becərilməsi 
məlumdur.  Qədim  xalqlardan  olan  ərəblər,  udinlər  mərcidən  gündəlik  qida  tələbatını  ödəyən 
bitki kimi istifadə edirdilər. Qədim Yunan və Rumda belə bu bitkini yüksək qiymətləndirirdilər. 
Rusiyada isə XIV əsirdən məlumdur. 
         Hazırda  becərilən  mərciməyin  ana  vətəni  Ön  Asiya  regionu  olmaqla,  o,    quraq  bölgə 
bitkisidir. Mərci yetişdiriləcək torpaq isti və havalana biləcək torpaq olmalıdır. Qida maddəsi ilə 
zəngin,  ağır  torpaqlarda  yaşıl  kütlə  çox  olsa  da  dən  məhsulu  aşağı  olur.  Yazlıq  və  payızlıq 
olmaqla  müxtəlif  vaxtlarda  əkilir.  Payızlıq      noyabr,  yazlıq  isə  fevral  və  mart  aylarında  əkilir. 
Cərgə  ilə əkildikdə   hektara  6-9,  səpmə üsulu  ilə  əkildikdə  isə  9-15  kq  toxum  götürülür.  Bitki 
alaq otlarına həssas olduğu üçün sahə alaqlardan  təmizlənməlidir. 
            Digər  paxlalılar  kimi  mərcimək  bitkisi  də  kökləri  vastəsi  ilə  havanın  sərbəst  azotunu 
mənimsəyərək torpağı azotla zənginləşdirir. Bu bitkilərdən sonra sahəyə əkiləcək başqa bitkilər 
təbii  azotla  təmin  olunmuş  olur  ki,  bu  da  ekologiyanın  çirkləndiyi  bir  vaxtda  kimyəvi 
gübrələrdən az istifadə olunmasına səbəb olmuş olur.                                                               
Tədqiqat materialı olaraq yerli və introduksiya (İСARDA) olunmuş 40 mərci nümunəsi 
götürülmüşdür. Bu nümunələr AETB-da 30.11.11-ci ildə əkilmişlər. Səpin metodikaya uyğun 
olaraq 5x5m ləklərdə cərgəarası 30sm, bitkilər arası məsafə isə 5-7sm olmaqla aparılmışdır. 
Çıxışdan sonra bitkilər üzərində biomorfoloji müşahidələr aparılmışdır. 
          İlk  növbədə  toxumların  cücərmə  faizi,  şaxtalı  qışdan  sonra  isə  bitkilərin  həyatiliyi 
öyrınilmişdir.  Bizim  təcrübəmizdə  toxumların  cücərmə  faizi  22-100%,  bitkilərin  həyatiliyi  isə 
şaxtaya davamlı kimi qiymətləndirilmişdir. 
         Mərcimək  bitkisinin  anatomiyasında  mühüm  olan  pigmentasiyaya  görə    bitkilər 
öyrənilərkən  19-da  gövdə,  10-da  həm  yarpaq,  həm  də  gövdə  piqmentasiyalı,  qalanlarının  isə 
piqmentasiyasız olduğu müəyyən edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə