Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   20   21   22   23   24   25   26   27   ...   163

 
 
49 
 
Relikt  buğda  spelta  Şvabiya,  İsveçrədə,  nadir  hallarda  Urmiyada,  dağlıq  rayonlarda  adalar 
şəklində  yayılmışdır.  Misirdə  və  Kiçik  Asiyada  qazıntı  halında  tapılmamışdır.  Onun  mənşə 
mərkəzini  müəyyən  etmək  hələ  də  mümkün  olmamışdır.  Yumşaq  və  karlik  buğdalarla  genetik 
bağlı  olduğundan,  fərz  etmək  olar  ki,  Cənubi-Şərqi  Asiyanın  dağlıq  rayonları  da  onun 
müxtəliflik və formaəmələgəlmə mərkəzidir [1, s. 48]. 
Fərz  edilir  ki,  speltalar  yumşaq  və  ya  karlik  buğdanın  Dicoccoides  seksiyasına  daxil  olan 
tetraploid növlərlə spontan hibridləşməsinin məhsuludur. Başqa sözlə, spelta polifiletik mənşəli 
ikincili  növdür-əvvəlcə  yumşaq  buğda,  yaxud  T.compactum  Host.  yaranmış,  onların  tetraploid 
növlərlə  spontan  çarpazlaşması  nəticəsində,  müxtəlif  məkanlarda  spelta  meydana  gəlmişdir. 
Assuriya, Alp dağları, İran, Cənubi Qafqaz, Tacikistan və Türkmənistanın speltaları bir-birindən 
asılı  olmadan  yaranmışlar.  A.Q.  Xakimovaya  (1973)  görə  ispan  speltalarının  qliadinlərinin  α-
zonasının elektroforetik spektri yerli pərinclərin α-zonasının komponentlərinə identikdir. Bu isə 
birincilərin yaranmasında pərinclərin iştirakını bir daha sübut edir. Speltanın polifiletik mənşəli 
olması  fertilliyin  bərpa  olunması,  hibrid  xlorozu  və  nekrozu  genlərinin  coğrafi  yerləşməsinin 
müxtəlifliyi ilə bir daha təsdiq olunmuşdur [4, s.198 ]. 
Uzun müddət T.spelta Avropa mənşəli hesab edilmişdir-onun polimorfizmi yalnız İberiya və 
Bavariya ekotipləri hesab edilirdi. Sonralar İran, Cənubi Qafqaz, Orta Asiyadan tapılmış spelta 
numunələri bir sıra əlamətlərə görə fərqləndiyindən Türkiyəli tritikoloq Mirza Gökgöl (1961) H. 
Kuckuck-un  şərəfinə  onu  subsp.  kuckuckianum  Gökg.-Asiya  növaltısı  kimi  göstərmişdir  [4, 
s.198  ].  Bəzi  təyinedicilərdə  T.  spelta  növaltılarına  bölünmədən  verilmiş,  T.  vavilovii  Jakubz. 
onun  növaltısı  kimi  göstərilmişdir  (Dorofeev  V.F.,  1966;  Mustafaev  İ.D,  1973)  [6].  N.P. 
Qonçarov  (2008)  speltaları  2  növaltısına  bölmüşdür:  T.  spelta  L.  ssp.  tibetianum  (Shao)  N. 
Gontsch.və ssp. yunnanense (King ex Yen et J.L. Yang) N. Gontsch. [2]. 
Spelta növaltılarının təyinat açarı [4, s.198 ]: 
1.  Sünbülləri  seyrək  (D=13-22),  sınandır-spontan  və  ya  azacıq  əllə  sıxdıqda  sünbülcüklərə 
bölünür. Bu  zaman sünbül oxunun buğumunun aşağı hissəsi  sünbülcüklə birlikdə qalır (spelta 
tipli sınma); Sünbülcük pulcuqları kürəkvari-ovaldır, düz və ya yuxarıya yönəlmiş enli çiyinlidir; 
Sünbülcükdə  pulcuqlarla  sıx  birləşmiş  2,  nadir  hallarda  3  dən  olur,  dənlərin  döyülməsi 
çətindir...............................................................................................................................subsp. 
spelta 
+  Sünbülləri  seyrək  və  ya  sıxdır  (D=11-25),  subsp.  spelta-ya  nisbətən  az  sınandır.  Əllə 
sıxdıqda  və  ya  az  hallarda  öz-özünə,  əsasən  sünbülün  yuxarısından  sünbülcüklərə  bölünür.  Bu 
zaman sünbül oxunun buğumunun yuxarı hissəsi sünbülcüklə birlikdə qalır (pərinc tipli sınma), 
nadir hallarda buğumun aşağı hissəsi sünbülcüklə birlikdə qalır (spelta tipli sınma); Sünbülcük 
pulcuqları,  kürəkvari-ovaldır,  çiyni  yumşaq  buğda  üçün  xarakterik  ensiz  çəp,  nadir  hallarda 
enlidir; Sünbülcükdə 2-3 dən olur, dənlərin pulcuqlarla birləşməsi fərqlidir - dənlərin döyülməsi 
orta,  yaxud  çox  çətindir................................................................................................subsp
kuckuckianum Gökg. 
I. Avropa növaltısı-subsp. spelta müxtəlif təsnifatlarda T. spelta L., 1753; T. zea Host., 1805; 
T. vulgare var.-gr. spelta Alef., 1866; T. sativum spelta Hackel, 1887; T. aestivum subsp. spelta 
(L.) Thell, 1918; T. aestivum L. group spelta Bowden, 1959; T. spelta subsp. europeum Dorof., 
1966  kimi  göstərilmişdir.  Bitkilərin  hündürlüyü  60-120  sm-dir.  Yarpağın  ayasının  əsasında 
liqula inkişaf etmişdir.  Sünbülləri  uzundur  (10-20  sm),  çox  seyrək  və  ya  seyrəkdir  (D=13-22), 
spontan  və  ya  azacıq  əllə  sıxdıqda  sünbülcüklərə  bölünür.  Bu  zaman  sünbül  oxunun  buğumu 
aşağı hissəsi ilə birlikdə sünbülcüklə birlikdə qalır. Sünbülcük pulcuqları kürəkvari-oval, düz və 
ya yuxarı yönəlmiş enli çiyinlidir; Sünbülcükdə pulcuqlarla sıx birləşmiş 2, nadir hallarda 3 dən 
olur,  ona  görə  də  dənlərin  döyülməsi  çətindir.  Dəni  eninə  kəsikdə  yumru-üçbucaq  şəkillidir, 
şırım enlidir, əksərən şüşəvaridir [4, s.190]. 
Subsp.  spelta  Orta  Avropanın  -  Almaniya  (Bavariya),  İsveçrə,  Avstriya,  Fransa,  İspaniya, 
İtaliya və İsveçin dağlıq bölgələrində yayılmışdır, 2 ekotipə bölünmüşdür: İberiya və Bavariya. 


 
 
50 
 
İberiya speltası (T. spelta prol. ibericum Flaksb., 1935; T. spelta prol. asturicum Vav., 1964) 
cücərtilərinin  birinci  yarpağı  açıq  yaşıl,  tükcüklüdür.  Bitkilər  hündür  boyludur,  yarpaqlanması 
yaxşı,  samanı  möhkəm,  sünbülləri  iridir.  Qrup,  bütövlükdə  sarı  və  qonur  pas  xəstəliklərinə 
davamlıdır, yalnız yazlıq formaları məlumdur. İspaniyada (Asturiya) yayılmışdır. 
Bavariya  speltası  (T.  spelta  prol.  allemanum  Flaksb.,  1935;  T.spelta  prol.  bavaricum  Vav., 
1964)  cücərtilərinin  birinci  yarpağı  tünd  yaşıl,  adətən  antosianlı,  tükcüklüdür.  Bitkilər  orta  və 
hündür  boyludur,  yarpaqlanması  yaxşı,  samanı  möhkəm,  sünbülləri  nisbətən  xırdadır.  Qrup, 
bütövlükdə  göbələk  xəstəliklərinə  davamsızdır,  torpaq-iqlim  şəraitinə  tələbkar  deyil,  gec 
yetişəndir. Payızlıq formaları üstünlük təşkil edir [4, s.199]. 
 
Subsp. spelta – Speltanın Avropa növaltısının təyinat açarı 
 
Pulcuqları 
Qılçıqları 
Növmüхtəliflikləri 
Ağ 
Qırmızı 
Boz-tüstülü 
və ya qara 
Pulcuğun 
rəngində 
Qaradır 






Sünbülləri qılçıqsızdır, pulсuqları tükсüksüz, dənləri qırmızıdır 





 album 





 duhamelianum 





 amissum 
Sünbülləri qılçıqsızdır, pulсuqları tükсüksüz, dənləri yaşıldır 





viridalbispicatum 
Sünbülləri qılçıqsızdır, pulсuqları tükсüklü, dənləri qırmızıdır 





 recens 





 neglektum 





 alefeldii 
Sünbülləri qılçıqlıdır, pulсuqları tükсüksüz, dənləri qırmızıdır 





arduini 





vulpinum 





schrenkii 
Sünbülləri qılçıqlıdır, pulсuqları tükсüksüz, dənləri yaşıldır 





viridarduini 
Sünbülləri qılçıqlıdır, pulсuqları tükсüklüdür, dənləri qırmızıdır 





albivelutinum 





rubrivelutinum 





caeruleum 
*
Qeyd:  Pulcuqların  qara  rəngi  şəraitdən  asılı  olaraq  fərqli  olur:  qırmızı  fonda  boz-tüstülü, 
yaxud  qırmızı,  digərlərində  isə  qara  rəngdə  -  fərqlər  fenotipikdir.  Rənglərin  boz-tüstülüdən 
qaraya  belə  kəskin  keçidi  speltanın  Asiya  növaltısında  və  ümumiyyətlə  digər  növlərdə  nadir 
haldır. 
Avropa  və  asiya  speltalarının  qliadin  blok  komponentlərinin  irsən  nəslə  ötürülməsi 
öyrənilmiş,  1  və  6-cı  homoeloji  xromosom  qruplarının  qliadinkodlaşdıran  lokuslarının  86  yeni 
allel  variantları  tapılmışdır.  Bu  lokusların  müxtəlifliyinin  analizi  speltanın  2  növaltısına 
bölünməsini  təsdiq  etmiş,  ispan  speltalarının  digər  avropa  genotiplərindən  fərqləndiyini 
göstərmişdir [3]. 
VİR  dünya  buğda  kolleksiyasında  saxlanılan  spelta  genotiplərinin  hündürlüyü  110-160  sm 
arasında  olmuşdur.  Avropa  növaltısının  əksər  nümunələrində  (80  %)  boy  121-140  sm,  Asiya 
növaltısının  60  %-də  110-130  sm  olmuşdur.  Göründüyü  kimi,  birincilərdə  yüksək  boylu 
genotiplər daha çoxdur. Buna baxmayaraq, bu göstəriciyə görə Asiya növaltısına aid nümunə (k-
45366, Azərbaycan) maksimum göstəriciyə-160 sm malik olmuşdur [8, s.11]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə