Institute of Botany of ANAS
Malate dehydrogenase is represented in cells of various organisms in multiple molecular
forms, which number varies depending on the group affiliation of living beings, their lifestyle
and complexity of metabolism.
ORQANİZMLƏRDƏ MALAT DEHİDROGENAZA SİSTEMİ FERMENTLƏRİNİN
ÜMUMİ XARAKTERİSTİKASI
H.Q.BABAYEV, U.Ə.QURBANOVA, T.H.HÜSEYNOV
AMEA Botanika institutu
Malat dehidrogenaza müxtəlif orqanizmlərin hüceyrələrində çoxlu miqdarda molekulyar
formalarda olur və onun sayı canlı varlıqların hansı qrupa malik olmasından, həyat tərzindən və
metabolizmin mürəkkəbliyindən asılıdır.
UOT581.1:633/635;581.1/1
QURAQLIĞIN TƏSİRİNDƏN YETİŞMƏ MÜDDƏTLƏRİNƏ GÖRƏ FƏRQLƏNƏN
BUĞDA GENOTİPLƏRİNİN ASSİMİLYASİYA SƏTHİ SAHƏSİNİN DƏYİŞMƏSİ
T.H.TƏMRAZOV b.ü.f.d, dosent, A.A.ZAMANOV b.ü.f.d,
S.A.ABDULBAQIYEVA b.ü.f.d, dosent
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş.,
Az1098 Pirşağı q., Sovxoz № 2
Məqalədə yetişmə müddətinə görə fərqlənən müxtəlif bərk və yumşaq buğda genotiplərinin
assimiləedici orqanlarının assimilyasiya səthi sahəsinin quraqlığın təsirindən dəyişmə
dinamikasından bəhs edilir. Quraqlıq şəraitində öncə torpağın, sonra isə bitkinin su potensialı
azalır, daha sonrakı mərhələlərdə turqor təzyiqi aşağı düşür, ağızcıqlar qapanır və fotosintez
fəaliyyətində kəskin azalma baş verir ki, bu vəziyyət orqanizmlərdə stres əmələ gətirərək onu
aradan qaldırmaq, müdafiyə olunmaq üçün müxtəlif biokimyəvi, fizioloji və molekulyar
səviyyədə cavab reaksiyaları baş verir, nəticədə bitkilər xarici mühitə adaptasiya olunmağı
təmin edəcək tolerantlıq mexanizmləri inkişaf etdirə bilir.
Açar sözlər: buğda genotipləri, quraqlıq faktoru,
yetişmə müddəti, assimilyasiya sahəsi
Ключевые слова: генотипы пшеницы, фактор засухи, длительность созревания,
ассимиляционная площадь
Key words: wheat genotypes,
drought factor,
duration of ripening,
assimilation area
Respublikada əkinə yararlı torpaq sahələrinin yarıya qədəri məhz quraq və yarımquraq
ərazilərdən ibarətdir. Quraqlıq öz növbəsində torpaqların şoranlaşmasına da səbəb olur. Quraqlıq
və duzluluq kimi stres amillərin mövcud olduğu bir şəraitdə kənd təsərrüfatı bitkilərindən
keyfiyyətli və yüksək məhsulun əldə edilməsi üçün davamlı nümunələrin yaradılması vacibdir.
Stresə davamlılıq isə bitki hüceyrələrinin genetik sistemlərinin yenidən qurulması və
bunun nəticəsində də bəzi fizioloji və biokimyəvi proseslərdə meydana gələn dəyişmələrlə
əlaqədardır [2; 5]. Odur ki, Azərbaycanın çox zəngin bitki ehtiyatlarının, xüsusilə də kənd
təsərrüfatı bitkiləri və onların yabanı formalarının toplanması, onların morfoloji, genetik,
fizioloji və s.cəhətdən öyrənilməsi böyük elmi və təcrübi əhəmiyyət kəsb edir. Belə tədqiqatların
nəticəsində qiymətli gen mənbələri aşkar oluna bilər ki, onlardan da müxtəlif genetik
kombinasiyalarda bir donor kimi istifadə edilməklə davamlı və yüksək məhsuldarlığa malik bitki
formaları əldə oluna bilər [1; 2].
Bioloji baxımdan stres bitkinin normal inkişafını zəiflədən və ya mənfi istiqamətdə
dəyişən, xarici mühit şəraitindəki hər hansı bir dəyişiklik kimi qəbul edilir. Təbii şəraitdə bitən
və tarla şəraitində becərilən bitkilər hər zaman stres amillərin təsiri altında qala bilər [4; 5; 8].
Bəzi ətraf mühit amilləri (havanın kəskin dəyişməsi) bir neçə dəqiqə ərzində stres əmələ gətirdiyi
halda, digərləri üçün bu müddət uzun ola bilər. Hətta mineral qida maddələri kimi bəzi amillər
aylar, illər keçdikdən sonra stres əmələ gətirə bilir. Bitkilər bir və ya daha çox əlverişsiz şəraitə
qarşı məhdud çərçivədə rəqabət aparmaq qabiliyyətinə malikdirlər. Bu vəziyyət orqanizmlərdə
stres əmələ gətirir, bu stresi aradan qaldırmaq, müdafiə olunmaq və aşmaq üçün müxtəlif
biokimyəvi və fizioloji mexanizmlər fəaliyyətə başlayır. Buna görə də bitkilərin müxtəlif stres
amillərə qarşı müqavimətinin artırılma yollarının araşdırılması böyük elmi və təcrübi əhəmiyyət
kəsb edir [10; 11, 14; 15, 19].
Bitkilərin quraqlığa davamlılığı plastidlərin xlorofil – zülal kompleksinin vəziyyəti və
piqmentlərin miqdarı ilə müəyyən edilir. Quraqlığa davamlılığına görə fərqlənən bitkilərin su
rejimini öyrənən alimlər müəyyən etmişlər ki, bitkilərin quraqlığa qarşı adaptasiyası hüceyrə
səviyyəsində həyata keçir [8; 12]. Məhz quraqlığın təsirindən bitki xloroplastlarının piqment-
zülal kompleksinin xüsusiyyətlərinin təyini müəllif tərəfindən təklif edilmiş quraqlığa
davamlılığın diaqnostikası metodunun əsasını təşkil edir [2; 7; 8].
Kənd
təsərrüfatı
bitkilərinin
məhsuldarlığının
artırılması
və
keyfiyyətinin
yaxşılaşdırılmaşının nəzəri əsaslarını, eləcə də praktiki yollarını işləyib hazırlamaq üçün elmi-
tədqiqat işlərində müşahidə və təcrübələrdən istifadə olunur [1; 12; 15].
Tarla təcrübəsinin əsas vəzifəsi təcrübənin variantları arasındakı fərqi müəyyən etmək,
həyat amillərinin təsirini kəmiyyətcə qiymətləndirmək, bitkilərin becərilmə şəraiti və üsullarının
onun məhsuluna və keyfiyyətinə təsirini öyrənməkdən ibarətdir.Tarla şəraitində müxtəlif buğda
sortlarında apardığımız təcrübələrin nəticələrinə əsaslanaraq müəyyən etmişik ki, quraqlıq şəraiti
məhsuldarlıq elementlərinə- sünbülün boyuna, sünbülcüklərin və sünbüldə olan dənin sayına o
qədər
də güclü təsir etmədiyi halda,
dənin iriliyinə, bir sünbüldəki dənin ağırlığına və ümumi dən
məhsuldarlığının azalmasına çox ciddi təsir edir [11; 13].
Təcrübədə öyrənilən bitki və onların sortlarının məhsuldarlığına, həmçinin məhsulun
keyfiyyətinə bir çox amillər təsir göstərir [1; 2; 7]. Məsələn, sortun məhsuldarlığına aqrotexniki
tədbirlərlə yanaşı hava şəraiti, bitkinin inkişaf fazaları, hətta sortun özünün bioloji xüsusiyyətləri
(yerə yatmaya, xəstəliklərə, şaxtaya, duza və quraqlığa qarşı davamlılıq) və s. təsir göstərir. Ona
görə də seleksiya təcrübələrində bütün bu amillər üzərində diqqətlə müşahidələr aparılır və onlar
hökmən hesaba alınır [4; 6; 10; 15].
Başqa bir təcrübədə isə, quraqlıq şəraitində becərilən buğda bitkiləri xloroplastının
membran fraksiyalarında xlorofilin miqdarının yüksəldiyi, RNT və zülal miqdarının artdığı
görülmüş, quraqlıq şəraitinin davam etdiyi müddətdə bitkilərdə isə xloroplastlarda xlorofilin
miqdarının kəskin azaldığı, ancaq zülalın miqdarında bir dəyişmə olmadığı, RNT-nin miqdarının
isə artdığı müşahidə edilmişdir [3; 6].
Fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin, morfofizioloji və aqronomik
xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin faktorları ilə
birlikdə öyrənilməsi sayəsində ideal buğda tipinin yüksək məhsuldarlığını təyin edən prinsiplər
işlənilib hazırlanmışdır [1]. "İdeal" buğda tipi təsəvvürünün əsasını yarpağın parametrlərinin
sabit qalması təşkil edir ki, bu da gövdənin optimal hündürlüyü və yarpaqların şaquli
orientasiyası ilə yanaşı, yarpaqların fəzada əlverişli yerləşməsini təmin edir və əkin üçün əla
arxitektonika yaradır. Beləliklə, Günəş enerjisinin səmərəli mənimsənilməsi, vegetativ və
təsərrüfat əhəmiyyətli orqanların əmələ gəlməsi, hətta zəngin azot qidalanması zamanı və çoxlu
suvarılma aparıldıqda belə təmin olunur. Bu və ya digər faydalı əlamətlərin irsən keçməsinin
mümkünlüyü müəllifin həyata keçirdiyi seleksiya işlərinin elmi əsasını təşkil edir [1; 2; 8; 10].
Karbon qazı assimilyasiyasının genotiplərin morfofizioloji əlamətlərindən və donor-
akseptor
münasibətlərindən asılı olaraq, ontogenezdə geniş diapazonda dəyişməsi