Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   50   51   52   53   54   55   56   57   ...   164

 
 
Institute of Botany of ANAS 
 
 
Malate dehydrogenase is represented in cells of various organisms in multiple molecular 
forms,  which  number  varies  depending  on  the  group  affiliation  of  living  beings,  their  lifestyle 
and complexity of metabolism. 
 
 
ORQANİZMLƏRDƏ MALAT DEHİDROGENAZA SİSTEMİ FERMENTLƏRİNİN 
ÜMUMİ XARAKTERİSTİKASI 
 
H.Q.BABAYEV, U.Ə.QURBANOVA, T.H.HÜSEYNOV 
AMEA Botanika institutu 
 
Malat  dehidrogenaza  müxtəlif  orqanizmlərin  hüceyrələrində  çoxlu  miqdarda  molekulyar 
formalarda olur və onun sayı canlı varlıqların hansı qrupa malik olmasından, həyat tərzindən və 
metabolizmin mürəkkəbliyindən asılıdır. 
 
 
UOT581.1:633/635;581.1/1  
 
QURAQLIĞIN TƏSİRİNDƏN YETİŞMƏ MÜDDƏTLƏRİNƏ GÖRƏ FƏRQLƏNƏN 
BUĞDA GENOTİPLƏRİNİN ASSİMİLYASİYA SƏTHİ SAHƏSİNİN DƏYİŞMƏSİ  
 
T.H.TƏMRAZOV  b.ü.f.d, dosent, A.A.ZAMANOV b.ü.f.d
S.A.ABDULBAQIYEVA b.ü.f.d, dosent 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş., 
Az1098 Pirşağı q., Sovxoz № 2  
Məqalədə yetişmə müddətinə görə fərqlənən müxtəlif bərk və yumşaq buğda genotiplərinin 
assimiləedici  orqanlarının  assimilyasiya  səthi  sahəsinin  quraqlığın  təsirindən  dəyişmə 
dinamikasından bəhs edilir. Quraqlıq şəraitində öncə torpağın, sonra isə bitkinin su potensialı 
azalır,  daha  sonrakı  mərhələlərdə  turqor  təzyiqi  aşağı  düşür,  ağızcıqlar  qapanır  və  fotosintez 
fəaliyyətində  kəskin  azalma  baş  verir  ki,  bu  vəziyyət  orqanizmlərdə  stres  əmələ  gətirərək  onu 
aradan  qaldırmaq,  müdafiyə  olunmaq  üçün  müxtəlif  biokimyəvi,  fizioloji  və  molekulyar 
səviyyədə  cavab  reaksiyaları  baş  verir,  nəticədə  bitkilər  xarici  mühitə  adaptasiya  olunmağı 
təmin edəcək tolerantlıq mexanizmləri inkişaf etdirə bilir. 
 
Açar sözlər: buğda genotipləri, quraqlıq faktoru, yetişmə müddəti, assimilyasiya sahəsi  
Ключевые  слова:  генотипы  пшеницы,  фактор  засухи,  длительность  созревания, 
ассимиляционная площадь 
Key words: wheat genotypes, drought factor, duration of ripening,
 
assimilation area 
 
Respublikada  əkinə  yararlı  torpaq  sahələrinin  yarıya  qədəri  məhz  quraq  və  yarımquraq 
ərazilərdən ibarətdir. Quraqlıq öz növbəsində torpaqların şoranlaşmasına da səbəb olur. Quraqlıq 
və  duzluluq  kimi  stres  amillərin  mövcud  olduğu  bir  şəraitdə  kənd  təsərrüfatı  bitkilərindən 
keyfiyyətli və yüksək məhsulun əldə edilməsi üçün davamlı nümunələrin yaradılması vacibdir. 
Stresə  davamlılıq  isə  bitki  hüceyrələrinin  genetik  sistemlərinin  yenidən  qurulması  və 
bunun  nəticəsində  də  bəzi  fizioloji  və  biokimyəvi  proseslərdə  meydana  gələn  dəyişmələrlə 
əlaqədardır  [2;  5].  Odur  ki,  Azərbaycanın  çox  zəngin  bitki  ehtiyatlarının,  xüsusilə  də  kənd 
təsərrüfatı  bitkiləri  və  onların  yabanı  formalarının  toplanması,  onların  morfoloji,  genetik, 
fizioloji və s.cəhətdən öyrənilməsi böyük elmi və təcrübi əhəmiyyət kəsb edir. Belə tədqiqatların 
nəticəsində  qiymətli  gen  mənbələri  aşkar  oluna  bilər  ki,  onlardan  da  müxtəlif  genetik 


 
 
kombinasiyalarda bir donor kimi istifadə edilməklə davamlı və yüksək məhsuldarlığa malik bitki 
formaları əldə oluna bilər [1; 2].  
Bioloji  baxımdan  stres  bitkinin  normal  inkişafını  zəiflədən  və  ya  mənfi  istiqamətdə 
dəyişən, xarici mühit şəraitindəki hər hansı bir dəyişiklik kimi qəbul edilir. Təbii şəraitdə bitən 
və tarla şəraitində becərilən bitkilər hər zaman stres amillərin təsiri altında qala bilər [4; 5; 8]. 
Bəzi ətraf mühit amilləri (havanın kəskin dəyişməsi) bir neçə dəqiqə ərzində stres əmələ gətirdiyi 
halda, digərləri üçün bu müddət uzun ola bilər. Hətta mineral qida maddələri kimi bəzi amillər 
aylar, illər keçdikdən sonra stres əmələ gətirə bilir. Bitkilər bir və ya daha çox əlverişsiz şəraitə 
qarşı  məhdud  çərçivədə  rəqabət  aparmaq  qabiliyyətinə  malikdirlər.  Bu  vəziyyət  orqanizmlərdə 
stres  əmələ  gətirir,  bu  stresi  aradan  qaldırmaq,  müdafiə  olunmaq  və  aşmaq  üçün  müxtəlif 
biokimyəvi  və  fizioloji  mexanizmlər  fəaliyyətə  başlayır.  Buna  görə  də  bitkilərin müxtəlif  stres 
amillərə qarşı müqavimətinin artırılma yollarının araşdırılması böyük elmi və təcrübi əhəmiyyət 
kəsb edir [10; 11, 14; 15, 19]. 
Bitkilərin  quraqlığa  davamlılığı  plastidlərin  xlorofil  –  zülal  kompleksinin  vəziyyəti  və 
piqmentlərin  miqdarı  ilə  müəyyən  edilir.  Quraqlığa  davamlılığına  görə  fərqlənən  bitkilərin  su 
rejimini  öyrənən  alimlər  müəyyən  etmişlər  ki,  bitkilərin  quraqlığa  qarşı  adaptasiyası  hüceyrə 
səviyyəsində  həyata  keçir  [8;  12].  Məhz  quraqlığın  təsirindən  bitki  xloroplastlarının  piqment-
zülal  kompleksinin  xüsusiyyətlərinin  təyini  müəllif  tərəfindən  təklif  edilmiş  quraqlığa 
davamlılığın diaqnostikası metodunun əsasını təşkil edir [2; 7; 8]. 
Kənd 
təsərrüfatı 
bitkilərinin 
məhsuldarlığının 
artırılması 
və 
keyfiyyətinin 
yaxşılaşdırılmaşının nəzəri əsaslarını, eləcə də praktiki  yollarını işləyib hazırlamaq üçün elmi-
tədqiqat işlərində müşahidə və təcrübələrdən istifadə olunur [1; 12; 15]. 
 Tarla  təcrübəsinin  əsas  vəzifəsi  təcrübənin  variantları  arasındakı  fərqi  müəyyən  etmək, 
həyat amillərinin təsirini kəmiyyətcə qiymətləndirmək, bitkilərin becərilmə şəraiti və üsullarının 
onun məhsuluna və keyfiyyətinə təsirini öyrənməkdən ibarətdir.Tarla şəraitində müxtəlif buğda 
sortlarında apardığımız təcrübələrin nəticələrinə əsaslanaraq müəyyən etmişik ki, quraqlıq şəraiti 
məhsuldarlıq  elementlərinə-  sünbülün  boyuna,  sünbülcüklərin  və  sünbüldə  olan  dənin  sayına  o 
qədər də güclü təsir etmədiyi halda, dənin iriliyinə, bir sünbüldəki dənin ağırlığına və ümumi dən 
məhsuldarlığının azalmasına çox ciddi təsir edir [11; 13].  
Təcrübədə  öyrənilən  bitki  və  onların  sortlarının  məhsuldarlığına,  həmçinin  məhsulun 
keyfiyyətinə bir çox amillər təsir göstərir [1; 2; 7].  Məsələn, sortun məhsuldarlığına aqrotexniki 
tədbirlərlə yanaşı hava şəraiti, bitkinin inkişaf fazaları, hətta sortun özünün bioloji xüsusiyyətləri 
(yerə yatmaya, xəstəliklərə, şaxtaya, duza və quraqlığa qarşı davamlılıq) və s. təsir göstərir. Ona 
görə də seleksiya təcrübələrində bütün bu amillər üzərində diqqətlə müşahidələr aparılır və onlar 
hökmən hesaba alınır [4; 6; 10; 15]. 
Başqa  bir  təcrübədə  isə,  quraqlıq  şəraitində  becərilən  buğda  bitkiləri  xloroplastının 
membran  fraksiyalarında  xlorofilin  miqdarının  yüksəldiyi,  RNT  və  zülal  miqdarının  artdığı 
görülmüş,  quraqlıq  şəraitinin  davam  etdiyi  müddətdə  bitkilərdə  isə  xloroplastlarda  xlorofilin 
miqdarının kəskin azaldığı, ancaq zülalın miqdarında bir dəyişmə olmadığı, RNT-nin miqdarının 
isə artdığı müşahidə edilmişdir [3; 6].  
Fotosintetik  fəaliyyətin  göstəricilərinin  və  əlamətlərinin,  morfofizioloji  və  aqronomik 
xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin faktorları ilə 
birlikdə  öyrənilməsi  sayəsində  ideal  buğda  tipinin  yüksək  məhsuldarlığını  təyin  edən  prinsiplər 
işlənilib  hazırlanmışdır  [1].  "İdeal"  buğda  tipi  təsəvvürünün  əsasını  yarpağın  parametrlərinin 
sabit  qalması  təşkil  edir  ki,  bu  da  gövdənin  optimal  hündürlüyü  və  yarpaqların  şaquli 
orientasiyası  ilə  yanaşı,  yarpaqların  fəzada  əlverişli  yerləşməsini  təmin  edir  və  əkin  üçün  əla 
arxitektonika  yaradır.  Beləliklə,  Günəş  enerjisinin  səmərəli  mənimsənilməsi,  vegetativ  və 
təsərrüfat əhəmiyyətli orqanların əmələ gəlməsi, hətta zəngin azot qidalanması zamanı və çoxlu 
suvarılma  aparıldıqda  belə  təmin  olunur.  Bu  və  ya  digər  faydalı  əlamətlərin  irsən  keçməsinin 
mümkünlüyü müəllifin həyata keçirdiyi seleksiya işlərinin elmi əsasını təşkil edir [1; 2; 8; 10]. 
Karbon  qazı  assimilyasiyasının  genotiplərin  morfofizioloji  əlamətlərindən  və  donor-
akseptor 
münasibətlərindən  asılı  olaraq,  ontogenezdə  geniş  diapazonda  dəyişməsi 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə