Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   53   54   55   56   57   58   59   60   ...   164

 
 
Lolium  perenne  L.  genotypes  in  response  to  a  PEG  induced  water  stress.  /Poster 
presented in the XXVIIIth Meeting of the Fodder Crops and Amenity Grasses Section of 
EUCARPIA, La Rochelle, France. 
10.
 
Gholamin  R.,  Khayatnezhad  M.  (2010).  Study  of  some  physiological  responses  of 
drought stress in hexaploid and tetraploid wheat genotypes in  Iran.  //J. Sci. Res. 6:246-
250 
11.
 
Giuanta,  F.,  Mortzo  R.,  Deielda  M.  (1993).  Effect  of  drought  on  yield  and  yield 
components  of  durum  wheat  and  Triticale  in  Mediterranean  environment.  Field  Crops 
Res. 33:399-409 
12.
 
Guo  T.C.,  Feng  W.,  Zhao  H.J.  (2004).  Photosynthetic  characteristics  of  flag  leaves  and 
nitrogen effects in two winter wheat cultivars with different spike type. Act Agron. Sin. 
30:115-121 
13.
 
Mostafa  Ahmadizadeh,  Ali  Nori,  Hossein  Shahbaziand,  Saeed  Aharizad  (2011). 
Correlated response of morpho-physiological traits of grain yield in durum wheat under 
normal  irrigation  and  drought  stress  conditions  in  greenhouse.  //Afr.  J.  Biotechnol.  10 
(85):19771-19779. 
14.
 
Schonfeld M.A., Johnson R.C., Carver B.F., Mornhinweg D.W. (1988). Water relations 
in winter wheat as drought resistant indicator. //Crop Sci.28:526-531. 
15.
 
Zhan  H.X.,  Chang  Z.J.,  Wei  A.L.,  Zhang  X.J.,  Li  X.  (2011).  Impact  of  drought  analysis 
under normal irrigation and drought stress conditions. Afr. J. to wheat physiological index. 
39(10):1049-1051. Agric. Res  6(10):2294-2302.  
 
 
ИЗМЕНЕНИЯ АССИМИЛИРУЮЩЕЙ ПОВЕРХНОСТНОЙ ПЛОЩАДИ РАЗЛИЧАЮЩИХСЯ ПО 
ВРЕМЕНИ СОЗРЕВАНИЯ ГЕНОТИПОВ ПШЕНИЦЫ под ВЛИЯНИЯНИЕМ ЗАСУХИ 
 
T.Г.TАМРАЗОВ, A.A.ЗАМАНОВ, S.A.ABDULBAQIYEVA 
Научно-Исследовательский Институт Земледелия 
 
На основе полученных результатов исследований первичных процессов фотосинтеза 
был  определен  ряд  генотипов  с  высокой  ассимиляционной  поверхностью  и 
соответственно  этому  морфофизиологическими  свойствами.  Совместное  использование 
изучаемых  фотосинтетических  свойств,  связанных  ассимилирующей  интенсивностью 
листьев  и  биологической  продуктивностью  растений  дало  возможность  созданию  новых 
перспективных сортов.  
  
 
 CHANGING OF ASSIMILATION AREA OF WHEAT GENOTYPES DIFFERING ACCORDING TO 
THE RIPENING UNDER DROUGHT 
 
T.H.TAMRAZOV, A.A.ZAMANOV, 
S.A.ABDULBAQIYEVA
  
Research Institute of Crop Husbandry  
 
A  number  of  genotypes  with  high  assimilation  surface  and  morphophysiological 
characteristics  have  been  found  on  the  basis  of  the  results  of  a  preliminary  study  of  the 
photosynthesis.  Depending  on  the  assimilation  intensity  of  leaves  and  biological 
productivity  of  plants  associated  with  the  use  of  the  photosynthetic  features  learned  has 
allowed to the creation of new advanced varieties. 
 
 
UOT  
HÜCEYRƏ TEXNOLOGİYASI BUĞDA SELEKSİYASINDA 
 
M.H.MƏMMƏDOVA, T.H.QARAGÖZOV  


 
 
Biologiya elmləri  namizədləri 
Elmi-Tədqiqat Əkinçilik institutu, Sovxoz N2, Bakı, Azərbaycan  
 
Normal  və  stres  şəraitlərdə  buğdanıın  iki  növünün  yetişməmiş  embrionlarından  kallus 
toxumanın formalaşması mahiyyətcə sort və ilkin bitkinin fizioloji vəziyyətindən asılıdır. İstifadə 
edilən sistem buğdanın iki Triticum aestivum və Triticum durum növünün kallus hüceyrələrində 
duz  stresinə  cavabının  xüsusiyyətlərinin  öyrənilməsi  və  hüceyrə  seleksiyasının  aparılmasına 
imkan  vermişdir.  Dedifferentsasiya  edən  hüceyrələr  subkultivasiyanın  bir  neçə  mərhələsindən 
keçmiş  hüceyrələrə  nisbətən  duz  stresinə  daha  həssasdır.  Öyrənilən  sistem  müxtəlif  buğda 
sortlarının adaptivliyinin  hüceyrə səviyyəsində tədqiqi üçün  perspektivlərə malikdir. 
 
Açar  sözlər:  şoranlıq,  stres,  kallus,  dedifferensasiya,  natrium  ionları,  in  vitro,  hüceyrə 
seleksiyası 
Ключевые  слова:  засоление,  стресс,  каллус,  дедифференциация,    ионы  натрия,  in 
vitro, клеточная селекция 
Key  words:  salinization,  stress,  kallus,  dedifferentiation,  sodium  ions,  in  vitro,  cell 
selection 
        
Son 100 illikdə Yer kürəsinin əhalisi 1.5 milyarddan 5.5 milyarda qədər artmış və 2020-ci 
ilə  bu  rəqəmin  8  milyarda  çatacağı  qeyd  olunur.  Bu  sayda  əhalinin  qida  və  tibbi  təminatı 
bəşəriyyət qarşısında duran ən mühüm problemdir. Tərəvəz və bitki  məhsulları insan qidasının 
93%-ni,  digər  7%-ni  isə    heyvan  məhsulları  təşkil  edir  ki,  bu  da  bitki  qidasının  heyvanlar 
tərəfindən istehlakı nəticəsində alınır. 
Son  onilliklərdə  məhsuldan  əldə  edilən  gəlirin  əhəmiyyətli  artımı  əsasən  kənd 
təsərrüfatında kimylaşdırılma, mexanikləşdirilmə və suvarmanın tətbiqi nəticəsində əldə edilir ki, 
bu da enerji resurslarının tükənməsi, vahid  sahədən istehsal xərclərinin artması və ətraf mühitin 
çirklənməsi ilə əlaqədar ekoloji problemlərin ortaya çıxmasına səbəb olur.  Bu baxımdan xüsusi 
narahatçılıq  süni  suvarma  nəticəsində  torpaq  və  torpaq  səthində    ibtidai  və  orta  mənşəli 
duzlaşmanın baş verməsidir. Planetin ümumi torpaq sahəsinin təxminən 910 hektarı  yüksək duz 
tərkiblidir,  şoran  torpaqların  sahəsi  hər  il  artır.  Torpaqda    duzun  tərkibinin  artması  tədricən 
onların məhsuldarlığını  azaldır. Bu problemin həlli əsasən səmərəli aqronomik tədbirlərin tətbiqi 
və duza davamlı kənd təsərrüfatı bitkilərinin  istifadəsindən  asılıdır. 
Duzun təsirinə məruz qalan bitkilərin  davamlılıq dərəcəsinin  əsasını təşkil edən fizioloji 
proseslərin  mexanizmləri  haqda  anlayışlar  olmadan  belə  bitkilərin    yaradılması  və  istifadəsi  
mümkün  deyil.  Buna  görə  də,    duza  davamlılığın  fizioloji  əsaslarının  öyrənilməsi,  şoranlığa 
tolerant bitkilərin seleksiyası son dərəcə əhəmiyyətli istiqamətdir.  
Şoranlığın    zərərli  təsiri  kompleks  xarakter  daşıyır.  Belə  ki,  bu  həm  hüceyrənin  osmotik 
balansının  pozulması,  həm  də    Na  +,  SO4  2+,  CO3  2-  ionlarının  hüceyrədəki  fizioloji  və 
biokimyəvi  proseslərə  birbaşa  toksik  təsiri  ilə  bitkinin  su  rejiminə  mənfi  təsir  göstərir.  Bunun 
nəticəsində  hüceyrədə  turqorun  azalması,  membran  strukturunun  bütövlüyünün  pozulması  və 
membran  funksiyalarının  inhibə  edilməsi,  fermentlərin  aktivliyinin  dəyişilməsi,  fotosintezin 
inhibəsi,  seçmə  ion  nəqliyyatının  pozulması  nəticəsində  müəyyən  ionların  catişmamazlığı, 
tolerantlığı qorumaq üçün əhəmiyyətli miqdarda enerji sərfi baş verə bilər [13]. 
İnsan fəaliyyətinin təsiri nəticəsində planetin dəyişən iqlim şəraiti, seleksiyaçılar qarşısında 
ətraf  mühitin  ekstremal  amillərinə  (quraqlıq,  şoranlıq,  aşağı  temperatur)  davamlı  mədəni 
bitkilərin yeni formalarını yaratmaq kimi problemlər qoyur. Bundan əlavə, suvarma səbəbindən 
torpaqların  şoranlaşması    və  itkisi,  əhalinin  ərzağa  artan  tələbatı  becərilən  bitkilərin  yüksək 
məhsuldar və davamlı formalar olmasını  tələb edir. 
Qida məhsullarının emalı duza davamlı sortların seleksiyasına yüksək tələblər qoyur [11].   
Son  illərdə  dünyanın  Amerika  Birləşmiş  Ştatları,  Kanada,  İngiltərə,  Hindistan,  Meksika, 
Avstraliya,  Səudiyyə  Ərəbistanı,  Suriya  kimi  bir  çox  ölkələrində  duza  davamlılıq  sahəsində 
araşdırmalar  aparılır.  Dunya  toxum  kolleksiya  nümunələrindən  duza  davamlı  toxumlar  seçilir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə