Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   55   56   57   58   59   60   61   62   ...   164

 
 
müsbət  perspektiv yaradır. Bundan əlavə,  duza davamlılığın hüceyrə səviyyəsində fundamental 
əsaslarını  öyrənmək  üçün  hüceyrə  kulturası  üsüllarının    istifadə    üstünlükləri  hec  bir  şübhə 
yaratmır. 
Aparılan  işlərdə,  məqsədlərdən  biri  bərk  buğdanın  (Triticum  durum)  somatik  hüceyrələri 
üçün  bənzər  bir  sistem  yaratmaq  idi.  Ədəbiyyat  məlumatları  bərk  buğda  sortlarının    kulturaya 
keçirilməsinin  yumşaq  buğda  sortlarına  nisbətən  daha  çox  çətin  olduğunu  göstərir.  Bizim 
tədqiqatların  nəticələri  göstərir  ki,  bərk  buğdanın  uzunmüddətli  becərilən  hüceyrə  kulturası 
texnologiyasını    yaratmaq    üçün  mövcud  olan  üsüllar  böyük  dəyişikliklər  tələb  etmir.  Qida 
mühitində  2,4  D  konsentrasiyasının  artırılması  somatik  embrioidlərin  vaxtından  əvvəl 
cücərməsinin qarşısını almağa  və  kallus toxumalarını  dedifferensasiya  vəziyyətində saxlamağa 
imkan verir.        
     Bu  müvəffəqiyyət  yaxşı  seçilmiş  genotiplərə  aid  edilə  bilər,  lakin  [8]  Bezençukskaya 
139 buğda sortunda aparılan  tədqiqatlarda bitki regenerantlarının yalnız  əsas kallusdan alınması 
bizi  inandırır  ki,  məsələ  təkcə    genotipdə    deyil,  həm  də  sistemdədir.  İşlədiyimiz  sistem  bizə 
hüceyrə  seleksiyasını  aparmaq    imkanı  verdi  və  bundan  əlavə,  buğdanın  iki  növü  Triticum 
aestivum  və  Triticum  durumda  hüceyrə  səviyyəsində  duz  stresinə  cavab  xüsusiyyətlərini 
öyrənmək  imkanı    yarandı.  Iş  üçün  müxtəlif    iqlim  şəraitində  yetişdirilən  bitkilərin  istifadə 
edilməsi  faktı  nəinki  donor  bitkilərin  fizioloji  vəziyyətinin  dedifferensasiya    prosesinə  təsirini, 
həm də dedifferensasiya ərzində duz və osmotik stresə cavab reaksiyalarını  müəyyən etməsinə  
imkan  verdi.  Yəqin  ki,  bəzi  genotiplərdə  yetişməmiş  rüşeymdə  endogen  hormonların  balansı 
ətraf mühitin təsirindən  xeyli dəyişə bilir və bu da becərilmə şəraitinə  reaksiyanın  dəyişməsinə 
gətirib çıxarır.  
Stres faktoruna genetik determinə olunmuş adaptivlik qabiliyyətini öyrənmək üçün bərk və 
yumşaq  buğda  genotipləri  toxumalarından  təcrid  edilmiş  kallus  hüceyrə  kulturası  alınmışdır. 
Belə  bir  model  sistemin  yaradılması  adaptivliyin  hüceyrə  səviyyəsində  təyin  edilməsinə  və 
genotipin potensial davamlılığını aşkar etməyə imkan verir. Bu məqsədlə 7 yerli buğda genotipi 
– üçü - Bərəkətli-95, Qarabag və Qaraqılcıq-2 bərk, dördü isə - Murov-2, Nurlu-95, Əzəmətli-95 
və Qobustan yumşaq buğda sortları götürülmüşdür. 
Tədric edilmiş kallus hüceyrə kulturasının alınması üçün yetişməmiş rüşeyimin müvəffəq 
eksplant  kimi  istifadəsi  ədəbiyyatlarda  gostərilir  [7,  15,  17].  Tədqiqatda  7  buğda  genotipinin 
yetişməmiş rüşeyimindən istifadə edərək təcrid edilmiş kallus hüceyrə kulturası alınmışdır.  
Kallus kulturasını almaq üçün buğda toxumları ardıcıl olaraq 5 saniyə müddətində 70% etil 
spirtində  və  15  dəqiqə  müddətində  1%  xlor  heksidinin  su  məhlulunda  steril  vəziyyətinə 
gətirilmiş,  sterilizənin  hər  mərhələsindən  sonra  toxumlar  3  qat  həcmli  steril  su  ilə  yuyulurdu. 
Steril vəziyyətə gətirilmiş toxumlardan təmiz qapalı şəraitdə rüşeym  ayrılmış və içərisində aqar 
mühiti olan bioloji sınaq şüşələrinə yerləşdirilmişdir [7]. 
Kallus  kulturası 260
0
C temperaturda və 70% rütubətdə  yetişdirilir. Kallusaəmələgəlmənin 
induksiyası    bir  qayda  olaraq  tam  qaranlıqda  daha  yaxşı  gedir  və  temperatur  faktoru  ilə 
rütübətdən  asılı  olur.  Rütübətin  az  olması    aqarın  və  eksplantın  qurumasına  gətirib  cıxarır  və 
nəticədə birləşmələrin toxumaya keçməsi çətinləşir. Bu zaman hüceyrənin böyüməsi dayanır və 
onlar məhv olur.   
Kallus  kulturasını  almaq  üçün  Murasige-Skuq  (MS)  qida  mühitindən  istifadə  olunmuş, 
[14]  kallusun induktoru kimi - 2,4 D auksini müxtəlif qatılıqlarda sınanmışdır. 
Kallusun artım intensivliyi yaş çəki artması dərəcəsinə görə müəyyən edilmişdir. Müxtəlif  
buğda sortlarından alınan kallus kulturasının inkişafina duzun  təsirinin öyrənilməsi və hüceyrə 
seleksiyası üçün morfogen və qarışıq kallus tiplərindən istifadə olunmuşdur.  
Seleksiya  yalnız birinci  passaja görə fərqlənən iki sxemlə aparılmışdır.  1.sxem:   birinci  
passajda duzun  konsentrasiyası adaptiv olub sonra  toxumanın  yüksək duz konsentrasiyalı qida 
mühitinə  köçürülməsi  izlənilir.  Duzun  konsentrasiya  diapozonu    0,2%  -  1%  mq  /  l    arasında 
dəyişdirilirdi. 


 
 
2 sxem: İkinci sxemə əsasən  seleksiya  duzun  çox yüksək konsentrasiyası ilə başlayırdı və 
onuncu  passaja  qədər  bu  şərtlər  altında  becərilirdi.    İkinci  sxemdə  duzun    konsentrasiya 
diapozonu  0,6% -1,7% mq / l  arasında dəyişdirilirdi. 
Kallusəmələgəlmənin  induksiyası  mühitin  tərkibindən  az,  əsasən  fitohormonların 
qatılığından  asılıdır.  Kallusəmələgəlmənin  induksiyası  üçün  2,4  dixlorfenol  turşusu 
fitohormonundan  istifadə  edilmişdir.  2,4  D  auksini  buğda  kulturasında  hüceyrələrin 
proliferasiyası  üçün  ən  effektiv  stimullaşdırıcı  kimi  istifadə  olunmuşdur.  Fitohormonların,  o 
cümlədən 2,4 D-nin  yuxarı qatılıqda  istifadəsi kallusəmələgəlməni yüksək dərəcədə induksiya 
etmək  ehtimalına  malikdir,  lakin  kallusəmələgəlmə  prosesi  genetik  müəyyən  olunur.  2,4  D 
qatılığından asılı olaraq kallusəmələgəlmənin induksiyası müxtəlif cür baş verir.  2,4 D qatılığı 
2-5  mq/l  arasında  olmuşdur.  Müşahidələr  həm  sort  arası  həmçinin  sort  daxilində  bitkilər  arası 
aparılmışdır. Kallusəmələgəlmə induksiyasının ilk günlərindən artıq fərqlər nəzərə çarpırdı, belə 
ki,  artıq  eksplantın  induksiyaya  qatılma  zamanı  və  kallusəmələgəlmə  prosesi  gedişində  də  
sortlar arası fərq aydın görünurdu ki, bu da eksplantın sort xüsusiyyətlərindən asılı idi.  
2-3  həftədən  sonra  vizual  müşahidələrlə  əmələ  gəlmiş  kallus  morfoloji  əlamətlərinə  görə  
bir  necə  tipə  ayrılırdı:  rüşeymin  üst    hissəsində  hüceyrələrin  subepidermal  qatında  əmələ  gələn  
qlobulyar quruluşa malik yığcam sıx, möhkəm, ag-sarı rəngə malik embriogen kallus və periferik 
hüceyrələrdə meristematik  mərkəz əmələ gətirən yumşaq, boş konsistensiyaya malik  amorf və 
sulu,  şəffaf  və  yalnız  rizogenezə  qabil  olan  kallus.  Kallus  kütləsində  üçüncü  tip  hüceyrələr 
mövcuddur  ki,  onlar  differensasiya  qabiliyyətinə  malik  deyildir  ki,  bunlar  da  bu  şəraitdə 
embriogen və qeyri embriogen kalluslara uyğun olaraq gövdəəmələgəlmə və rizogenezin əsasını 
qoyurlar [7]. 
 Toxuma  kulturası  sistemində  duz  stresinin  bitkinin    inkişaf  və  komponentlərinə  təsiri 
haqqında çox məlumatlar mövcuddur: Məsələn, Ömər və başqaları [15]  tərəfindən duza davamlı 
günəbaxan  istehsalı  texnologiyalarına  yardım  istiqamətində  ilk  addım  kimi  natrium  xlorid 
duzunun  günəbaxan  bitkisinin  kallus  kulturasına  təsirinin  öyrənilməsi  işləri  aparılmışdır. 
Natrium xlorid duzunun  istifadəsi  kallus kutləsinin çəkisinin  azalması ilə nəticələnmişdir. 
Onlar  kallus  kütləsi  çəkisinin  azalmasını  natrium  xlorid  duzunun  konsentrasiyasının  artması 
nəticəsində kallusun inkişaf etdiyi mühitdə su mövcudluğunun azalması ilə izah edirdilər. 
Rus və başqaları [17] tərəfindən pomidor bitkisinin yarpaq hissəsindən və   nisbətən duza 
davamlı yabanı formasından alınan kallus kulturasında NaCl duzunun təsiri öyrənilmişdir. Onlar 
belə nəticəyə gəlmişlər ki, duzun  təsiri kallusun  prioritetindən  asılı olaraq dəyişir (nəzarətdən  
şoran mühitə  qədər). 
Müxtəlif  buğda  sortlarında  aparılan  tədqiqatlar  gostərir  ki,  hüceyrə  seleksiyasının 
səmərəliliyi ilkin kallus kulturasında deyil, bir neçə passaj keçmiş kallus kulturasında artır.  
Məlumdur ki, duz stresinin əsas komponentləri ionların zəhərli təsiri və osmotik stresdir ki, 
bu da  su axınının bitkiyə daxil olması çətinlikləri  səbəbiylə baş verir. Müxtəlif duzların təsirinin  
müqayisəsi  zamanı  adətən  bu  duzların   ekvimolyar  və  ya  izoosmotik  konsentrasiyaları istifadə 
edilir.  Lakin  Torpa  laboratoriyasının  bir  nəşrində  (Kanada)  [16]  kallus  kulturasının  inkişafina 
xlorid  və  natrium  sulfat  duzlarının  təsiri  öyrənilən  zaman  və  qəbul  edildiyi  kimi    natrium 
ionlarının duz stresinin əsas komponenti  sayıldığından  tədqiqatcılar tərəfindən təklif olundu ki, 
stresdə  istirak  edən  duz  ionlarının  qatılığını  natrium  ionlarının  konsentrasiyasına  uyğun  
sıralamaq və müqayisə etmək lazımdır. 
Duz stresinin  toxumaların  inkişafina təsirini qiymətləndirən  belə bir üsul nəinki natrium 
ionlarının, həm də anionların zəhərli təsirini müqayisə etmək imkanı verir. 
Bizim  təcrübələrdə  NaCl  duzuna  davamlı  hüceyrə  seleksiyasının  əsas  prinsipi  buğda 
sortunun toxuma kulturasının stres şəraitində uzun müddətli passajı idi. 
Tədqiqatlarda    istifadə  edilən  sortlardan  alınan  kallus  kulturası  şoranlığa  fərqli  reaksiya 
ifadə  etdi.  20-50%  eksplant  seleksiya  sxemindən  asılı  olmayaraq,  seçmə  şəraitində  ikinci 
pasajdan  sonra  məhv  olurdu.  Lakin,  hətta  stres  şəraitində  beşinci  pasajdan  sonra  xüsusilə  də 
adaptiv  konsentrasiyalar  ilə  başlayan  hallarda,  kifayət  qədər  çox  sayda  artan  eksplant  görmək 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə