------------------------------------------Neft Daşları-------------------------------------------
dissertasiyası müdafiə etmişlər. Zəngin istehsalat təcrübəsi, təşkilatçılıq bacarığı,
elmi pedoqoji fəaliyyəti, geniş dünyagörüşü professor A.Q. Əliyevi böyük alimlərin
və geoloqların sırasına çıxartmışdır. Alimin neft və qaz geologiyası sahəsində çox
şaxəli elmi xidmətləri, habelə hərtərəfli içtimai fəaliyyəti iki Qırmızı Əmək Bayrağı,
''Şərəf Nişanı'' ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR
Ali Sovetinin fəxri fərmanları ilə yüksək qiymətləndirilmişdir. A.Q. Əliyev iki
çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyətinin üzvü olmuşdur. S.
Orucov, Y. Səfərov və başqaları ilə birgə Neft Daşlarına gələn ''desant''lardan olan
Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə
və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da gözəl insanın, peşəkar bir neftçinin,
öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümunəsidir.
Baba Qurbanqulu oğlu Babazadə
(1911-1962)
Görkəmli geoloq-neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR EA
müxbir-üzvü Babazadə Baba Qurbanqulu oğlu, 1929-cu ildə Sənaye texnikumunu,
1934-cü ildə Azərbaycan Sənaye institutunu bitirərək geoloji-kəşfiyyat ixtisası üzrə
dağ mühəndisi adı almışdır. ''Əzizbəyovneft'' neftçıxarma trestinin perspektivli
yaradıldığı Qala kəşfiyyat meydançasında istehsalat məktəbi keçərək gənc mühəndis
tezliklə böyük mütəxəssisə, neft işinin rəhbərinə çevrilmişdir. 1945-ci ildə B.Q.
Babazadə ''Azneft'' birliyinin baş geoloqunun müavini, 1948-ci ildə isə baş geoloqu
təyin edilir, daha sonra ''Azərneftkəşfiyyat'' birliyinə baş geoloq, Azərbaycan neft
sənayesi nazirliyinin baş geoloqu vəzifəsində çalışmışdır. B.Q. Babazadənin adı ilə
Azərbaycan neft tarixinin Buzovna-Məştağa, Zirə, Qaradağ, Əmirxanlı-Zığlı,
Mişovdağ, Qalmaz yataqlarının, Neft Daşlarının şimal qanadının, Qum adası, Cənub
və s. Kəşfi sıx bağlıdır. O, Sovetlər İttifaqının ilk neftçiləri içərisində Lenin ordeni
105
------------------------------------------Neft Daşları-------------------------------------------
və ''Oraq və Çəkiç'' qızıl medalı, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif
edilmiş, ona Dövlət mükafatı laureatı adı verilmişdir.
Bəxtiyar Məmməd Rza oğlu Məmmədov
(1925-1989)
Uşaqlıqdan zəhmətə öyrənmiş fəhlə oğlu Azərbaycan Sənaye İnstitutun neft
mədən fakultəsində oxumaqla yanaşı vışkalar yanında ağır növbələrdə işləmişdir.
Mədən şəraiti və neft hasilatı problemlərini yaxşı bilən tələbə kimi müəllimləri
heyran edirdi. Bir fəhlə kimi nəzərriyyəni təcrübədə müvəffəqiyyətlə tətbiq edirdi.
Qaraçuxurda istismarçılar briqadasında operator kimi işə başlamış, tezliklə usta
köməkçisi olmuşdur. Institutu qurtarandan sonra Qaraçuxurdakı sahə ona etibar
olunaraq hasilat üzrə briqadaya usta təyin edildi. Qısa müddət ərzində gənc
mühəndis Bəxtiyar ''Umbakı''mədəninə rəis vəzifəsinə irəli çəkildi. Bu mədəndə o,
ümidləri doğrultdu. Lakin Bəxtiyar Məmmədov hiss edirdi ki, onun yeri dənizdəki
neft mədənlərdir. Deyirlər, o şəxslərin arzusu həyata keçir ki, o öz əməyi və fikirləri
ilə bu arzusunu qarşılayır. Məhz Bəxtiyar Məmmədova açıq dənizdə sürətlə böyüyən
mədənə başçılıq etmək nəsib oldu. Xoşbəxt neftçinin yalnız 27 yaşı tamam olmuşdu.
30 yaşında Bəxtiyar dənizdə neft mədən idarəsinin rəisi, belə demək olarsa, ''Neft
Daşlarının meri'' olmuşdur. Xəzərdə sənaye şəhəri meri'' olmuşdur. Xəzərdə sənaye
şəhəri əfsanəvi şöhrət qazandı. Bu nəinki iri neft mərkəzi, həmçinin yaşayış
kvartalları, elektrik stansiyası, yaşıl massivi, klub, yeməkxana, müxtəlif kommunal
və məişət xidmətləri olan şəhərə çevrildi. Bəxtiyar Məmmədovun qalxdığı növbəti
pillə ''Başdənizneft''-in rəisi, daha sonra Azərbaycan Neftçıxarma Sənayesi naziri
olmuşdur. Mətbuatda onun Azərbaycanda ən cavan nazir olmasını sevinclə qeyd
edirdilər. Xidməti irəliləmədə ən yüksək zirvəyə çatmış Bəxtiyar öz mənəvi
keyfiyyətlərinə sadiq qalmışdır. Lovğalıq ondan uzaq olmuşdur. Həmişə insanlara
yaxın olmuş, münasibətlərdə sadə olmuşdur. Məmmədov ciddi, fevqəladə vəziyyət
106