Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
mühəndisi  olan  A.Q.  Əliyev  apardığı  geoloji  tədqiqatlar  nəticəsində  Abşeron  və 
Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji 
axtarış  və  kəşfiyyat  işlərinin  harada  aparılmasını  əsaslandırmışdır.  Əfsanəvi  Neft 
Daşlarının  kəşfçisi  Ağa  Qurban  oğlu  Əliyevin  rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə 
Xəzər  dənizində  bir  sıra  neft  və  qaz  yataqları  aşkar  edilmişdir  ki,  bunlardan  ''Neft 
Daşları'',  ''Gürgən-dəniz'',  ''Qum  adası'',  ''Bahar''  və  başqalarını  göstərmək  olar. 
Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'', ''Qalmas'', ''Qarabağlı'', ''Kürsəngə'', 
''Kəlaməddin''  və  Abşeron  yarımadasında  ''Şabandaq'',  ''Qaradaq'',  ''Qaraçuxur''  neft 
və  qaz  yataqları  kimi  20-yə  yaxın-zəngin  neft  və  qaz  yataqları  açılmışdır.  ''Neft 
Daşları''nın  kəşfindən  sonra  bu  böyük  antiklinal  xəttin  üstündəki  Neft  Daşlarının 
ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları 
aşkar olunmuşdur. Ağa Qurban oğlu Əliyev həqiqətən böyük müəllimdir və heç vaxt 
neft  geologiyası  sahəsində  təkcə  tədqiqatlar  aparmaqla  kifayətlənməmişdir.  O, 
istehsalatda  rəhbər  vəzifədə  çalışmaqla  bərabər  həm  də  neftçi  mütəxəssislərin 
hazırlanmasına qayğı göstərmişdir. Indiki Neft Akademiyasında düz 20 il pedaqoji 
fəaliyyətlə  məşğul  olması  neftimizin  sabahını  düşünməyin  məsuliyyətindən  irəli 
gəlmişdir. 1966-cı ildə professor A.Q. Əliyev Azərbaycan Dövlət Neft Sənaye Elmi 
Tədqiqat Layihə İnstitutuna baş geoloq-direktorun elmi işlər üzrə müavini vəzifəsinə 
təyin olunmuşdur. O zamanlar bu institut böyük nüfuza malik idi və onun direktoru 
akademik  Ə.Ə.  Əlizadə  idi.  Bu  iki  alimin  rəhbərliyi  altında  neft  yataqlarının 
kəşfiyyatı və işlənməsi üzrə böyük elmi əhəmiyyət kəsb edən bir sıra tədqiqat işləri 
aparılmışdır. A. Əliyevin şəxsən özünün neft və qaz yataqlarında flüidlərin yerləşmə 
qanuna uyğunluqlarına həsr etdiyi tədqiqatlar həm nəzəri, həm də təcrübə baxımdan 
görkəmli  neft  alimlərinin  böyük  marağına  səbəb  olmuşdur.  Ağa  Qurban  müəllimin 
150-dən  çox  elmi  əsəri  və 3  monoqrafiyası  çap  olunmuşdur. Görkəmli  alimin  səyi, 
bacarığı  və  böyük  xidmətləri  nəticəsində  çoxlu  gənc  elmi  kadrlar  hazırlanmışdır. 
Onun  rəhbərliyi  altında  15  nəfər  geologiya-mineralogiya  elmləri üzrə namizədlik  
104 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
dissertasiyası  müdafiə  etmişlər.  Zəngin  istehsalat  təcrübəsi,  təşkilatçılıq  bacarığı, 
elmi pedoqoji fəaliyyəti, geniş dünyagörüşü professor A.Q. Əliyevi böyük alimlərin 
və  geoloqların  sırasına  çıxartmışdır.  Alimin  neft  və  qaz  geologiyası  sahəsində  çox 
şaxəli elmi xidmətləri, habelə hərtərəfli içtimai fəaliyyəti iki Qırmızı Əmək Bayrağı, 
''Şərəf Nişanı'' ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR 
Ali  Sovetinin  fəxri  fərmanları  ilə  yüksək  qiymətləndirilmişdir.  A.Q.  Əliyev  iki 
çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyətinin üzvü olmuşdur. S. 
Orucov,  Y.  Səfərov  və  başqaları  ilə  birgə  Neft  Daşlarına  gələn  ''desant''lardan  olan 
Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə 
və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da gözəl insanın, peşəkar bir neftçinin, 
öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümunəsidir. 
 
 
Baba Qurbanqulu oğlu Babazadə 
(1911-1962) 
      Görkəmli  geoloq-neftçi,  Sosialist  Əməyi  Qəhrəmanı,  Azərbaycan  SSR  EA 
müxbir-üzvü  Babazadə  Baba  Qurbanqulu  oğlu,  1929-cu  ildə  Sənaye  texnikumunu, 
1934-cü ildə Azərbaycan Sənaye institutunu bitirərək geoloji-kəşfiyyat ixtisası üzrə 
dağ  mühəndisi  adı  almışdır.  ''Əzizbəyovneft''  neftçıxarma  trestinin  perspektivli 
yaradıldığı Qala kəşfiyyat meydançasında istehsalat məktəbi keçərək gənc mühəndis 
tezliklə  böyük  mütəxəssisə,  neft  işinin  rəhbərinə  çevrilmişdir.  1945-ci  ildə  B.Q. 
Babazadə ''Azneft'' birliyinin baş geoloqunun müavini, 1948-ci ildə isə baş geoloqu 
təyin  edilir,  daha  sonra  ''Azərneftkəşfiyyat''  birliyinə  baş  geoloq,  Azərbaycan  neft 
sənayesi nazirliyinin baş geoloqu vəzifəsində çalışmışdır. B.Q. Babazadənin adı ilə 
Azərbaycan  neft  tarixinin  Buzovna-Məştağa,  Zirə,  Qaradağ,  Əmirxanlı-Zığlı, 
Mişovdağ, Qalmaz yataqlarının, Neft Daşlarının şimal qanadının, Qum adası, Cənub 
və s.  Kəşfi sıx bağlıdır. O, Sovetlər  İttifaqının  ilk neftçiləri içərisində  Lenin ordeni  
105 
 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
və  ''Oraq  və  Çəkiç''  qızıl  medalı,  üç  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni  ilə  təltif 
edilmiş, ona Dövlət mükafatı laureatı adı verilmişdir. 
 
 
Bəxtiyar Məmməd Rza oğlu Məmmədov
 (1925-1989) 
         Uşaqlıqdan  zəhmətə  öyrənmiş  fəhlə  oğlu  Azərbaycan  Sənaye  İnstitutun  neft 
mədən  fakultəsində  oxumaqla  yanaşı  vışkalar  yanında  ağır  növbələrdə  işləmişdir. 
Mədən  şəraiti  və  neft  hasilatı  problemlərini  yaxşı  bilən  tələbə  kimi  müəllimləri 
heyran  edirdi.  Bir  fəhlə  kimi  nəzərriyyəni  təcrübədə  müvəffəqiyyətlə  tətbiq  edirdi. 
Qaraçuxurda  istismarçılar  briqadasında  operator  kimi  işə  başlamış,  tezliklə  usta 
köməkçisi  olmuşdur.  Institutu  qurtarandan  sonra  Qaraçuxurdakı  sahə  ona  etibar 
olunaraq  hasilat  üzrə  briqadaya  usta  təyin  edildi.  Qısa  müddət  ərzində  gənc 
mühəndis  Bəxtiyar  ''Umbakı''mədəninə  rəis  vəzifəsinə  irəli  çəkildi.  Bu  mədəndə  o, 
ümidləri  doğrultdu.  Lakin  Bəxtiyar  Məmmədov  hiss  edirdi  ki,  onun  yeri  dənizdəki 
neft mədənlərdir. Deyirlər, o şəxslərin arzusu həyata keçir ki, o öz əməyi və fikirləri 
ilə bu arzusunu qarşılayır. Məhz Bəxtiyar Məmmədova açıq dənizdə sürətlə böyüyən 
mədənə başçılıq etmək nəsib oldu. Xoşbəxt neftçinin yalnız 27 yaşı tamam olmuşdu. 
30  yaşında  Bəxtiyar  dənizdə  neft  mədən  idarəsinin  rəisi,  belə  demək  olarsa,  ''Neft 
Daşlarının meri'' olmuşdur. Xəzərdə sənaye şəhəri meri'' olmuşdur. Xəzərdə sənaye 
şəhəri  əfsanəvi  şöhrət  qazandı.  Bu  nəinki  iri  neft  mərkəzi,  həmçinin  yaşayış 
kvartalları, elektrik stansiyası, yaşıl massivi, klub, yeməkxana, müxtəlif kommunal 
və  məişət  xidmətləri  olan  şəhərə  çevrildi.  Bəxtiyar  Məmmədovun  qalxdığı  növbəti 
pillə  ''Başdənizneft''-in  rəisi,  daha  sonra  Azərbaycan  Neftçıxarma  Sənayesi  naziri 
olmuşdur.  Mətbuatda  onun  Azərbaycanda  ən  cavan  nazir  olmasını  sevinclə  qeyd 
edirdilər.  Xidməti  irəliləmədə  ən  yüksək  zirvəyə  çatmış  Bəxtiyar  öz  mənəvi 
keyfiyyətlərinə  sadiq  qalmışdır.  Lovğalıq  ondan  uzaq  olmuşdur.  Həmişə  insanlara 
yaxın olmuş, münasibətlərdə sadə olmuşdur. Məmmədov ciddi,  fevqəladə  vəziyyət  
106 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə