Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
Maraqlı faktlar 
 
 
*  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Neft  Daşlarında 
hasilatı  1,2  milyon  tona  qaldırmaq  haqda  tapşırığını  yerinə  yetirmək  istiqamətində 
inamlı addımlar atılır. 
*  Hələ  XVIII  əsrdə  Bakıda  çıxan  “ağ  neft”  I  Pyotru  çox  maraqlandırırdı.  O 
Bakı rayonunu Rusiyanı Şərqlə bağlayan ticarət dayağı kimi görürdü. 
* Abix Qerman Vilhelm (1806-1886) - görkəmli qeoloq və səyahətçi ilk dəfə 
Neft Daşlarındakı dənizin dibində olan daşların düzülüş sxemini vermişdir. 
*  1881-ci  ildə  isə  Vyetnamın  “Ağ  pələng”  neft  yatağında  Neft  Daşlarında 
mütəxəssislər çalışmışlar. 
*  Neft Daşları rayonunu hələ 1859-cu ildən öyrənməyə başlamışlar. 
*    “Neft  Daşları”  yatağında  1  saylı  ilk  quyu  7  noyabr  1949-cu  ildə  100  t/sut 
debit,  6  mm-lik  stutser  ilə  istismara  verilib  və  1950-ci  ildə  yatağın  işlənməsinə 
başlanıb. 
Kaveroçkin Mixail Pavloviç (20.11.1957). Sosialist Əməyi Qəhrəmanı Neft 
Daşlarında  ilk  quyunu  qazan  7  noyabr  1949-cu  ildə  təbii  fəlakət  nəticəsində  iş 
başında həlak olmuşdur.     
1945-1948-ci illərdə geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər 
Akademiyasının  xüsusi  ekspedisiyası  Neft  Daşlarının  geoloji  xəritəsini  işləyib 
hazırlamış və yatağın sənaye üsulu ilə işlənməsini planlaşdırmışdır. 
 
1948-ci ilin noyabr ayında Sabit Orucov, Yusif Səfərov və V.M.Roşin Qara 
daşlara gələrək qazılacaq quyunun yerini müəyyənləşdirmişlər. 
*  1948-ci  ilin  dekabr  ayında  inşaatçılar  sərt  qayaların  üstündə,  dirəklər 
üzərində  ilk  taxta  evcik  inşa  etməyə  başlamışlar  və  bu  1949-cu  il  mart  ayının 3-də 
istifadəyə verilmişdir. Həmin ev indi də qorunub saxlanılır. 
                                                    94 
 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
*  1949-cu ildə artıq Azərbaycanda ilk neft quyusundan neft çıxdığı vaxt hələ 
heç ABŞ-da belə bir dəniz kəşfiyyatı yox idi. 1954-cu ildə Meksika körfəzində dəniz 
qazmaları üçün buruq quraşdırılmağa başlanmışdır. 
1949-cu ilin aprel ayında V.Roşinin rəhbərliyi ilə ilk buruq quraşdırılmışdır. 
 
*  1949-cu  ilin  iyun  ayının  24-də  1  №li  kəşfiyyat  quyusunun  qazılmasına 
başlanmışdır. 
7 noyabr 1949-cu il tarixində ilk quyu neft fontanı vurmuş və bununla dünya 
nefti  tarixində  açıq  dənizdə  çıxarılmasının  əsası  qoyulmuş,  Qara  Daşlar  Neft 
Daşlarına çevrimişdir. Bu Neft Daşlarının ad günüdür. 
Neft Daşlarının cəsarətli neftçilərini ilk dəfə 1951-ci ildə Dövlət mükafatı ilə 
təltif etmişlər. 
*  Neft  Daşlarında  neftin  cıxarılmasında  Azərbaycan  qeoloqu  Fuad  Səmədov 
Dövlət mükafatına layiq görülmüşdür. 
*  1960-cı  ildə  Sovet  İttifaqı  Kommunist  Partiyasının  birinci  katibi  H.  C. 
Xruşov  Neft  Daşlarına  gəlmişdir.  Onun  gəlişi  ilə  2  problem  həll  edilmişdir  ki, 
bunlardan  biri,  işçilərin sahildən dənizə  - iş  yerinə  vertalyotla  aparmaq, ikincisi  isə 
5-9 mərtəbəli evlərin tikintisinə başlanmışdır.  
1967-ci ildə “Neft Daşları” qəzeti təsis olundu və bu mətbu orqanı indiyədək 
fəaliyyət göstərir. 
*  Neft  Daşları  Azərbaycan  neftçilərinin  Akademiyası  olmuşdur.  Neft 
Daşlarının  mütəxəssisləri  sonradan  Qazaxneftin,  Türkmənneftin,  Dağıstanneftin, 
Tatarıstanneftin, Başqırdıstanneftin neft yataqlarında işləmişlər. 
 
*  Neft  Daşlarında  100  yerlik  stadion,  şaşki,  şahmat,  bilyard,  stolüstü  tennis 
oynamaq üçün yer, futbol, voleybol meydançaları var.  
 
*  Qara Daşların bu günki kommunikasiya sistemi  müxtəlif rənglərdədir. Qaz 
xətləri – sarı, su xətləri – göy.  
 
95 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
*  Neft  Daşlarında  mədəniyyət  evi,  480  nəfərlik  klub,  istirahət  üçün  Heydər 
Əliyev adına park vardır. 
 
Neft Daşlarının zəngin fondu olan kitabxanası fəaliyyət göstərir.  
*  Neft Daşları və Xəzərin Azərbaycan sektorundakı başqa dəniz yataqlarında 
tikilmiş bütün obyektlər “Neftqazelmitədqiqatlayihə” institutunun layihələri əsasında 
inşa olunmuşdur. 
 
Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şərqdə yerləşir. 
 
*  Sabit  Orucov,  Yusif  Səfərov  və  Ağaqurban  Əliyevin  təklifi  ilə  Bakı  gəmi 
təmiri  zavodlarından  istifadədən  silinmiş  7  iri  gəmi  gətirilərək  Qara  daşların  
yanında batırılmış və əfsanəvi “Yeddi gəmi adası” yaradılmışdır.  
 
*  Xəzərdə  işləri  operativ  həll  etmək  üçün  SSRİ  Neft  Sənayesi  Nazirliyinin 
nəzdində  “Başdənizneft”  Ümumittifaq  İstehsalat  Birliyi  yaradılıb.  Sabit  Orucov 
onun ilk rəisi və eyni zamanda SSRİ Neft sənayesi nazirinin müavini təyin edilib. 
 
Neftçi Qurbanın və Mixail Kaveroçkinin briqalarının qazdığı quyular 1950-
ci ilin dekabrında neft vermişdir. 
 
1951-ci ilin fevral ayının 18-də neftlə dolu ilk tanker Neft Daşlarından yola 
salınmışdır. 
 
Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisi 1951-
ci ildən başlanmışdır. 
          *  1951-ci  ildə  A.Q.Əliyev,  Q.Abbasov,  M.Kaveroçkin,  N.Babayev, 
A.Kamladze,  S.Qrobşteyn,  V.Noqayev,  L.Meclumov,  S.Orucov,  Y.Səfərov, 
Ə.Yaqubov SSRİ Dövlət mükafatına layiq görülmüşlər. 
*  1950-54-cü  illərdə  Neft  Daşlarında  2  neftyığma  məntəqəsi,  1  №li 
sutəmizləyici qurğu, 16 ikimərtəbəli, yaşayış evi olan qəsəbə, idarə binası, xəstəxana, 
aptek,  dizel  elektrik  stansiyası,  qazanxana,  hamam,  mağaza,  yanğınsöndürən  nasos 
stansiyası, 2 №li əmtəə çənləri parkı və s. tikilmişdir. 
 
                                                     96 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə