Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana 
çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazımaçıları qorxudurdu. Dənizi 
sonsuz  məhəbbətlə  sevən,  qazma  texnologiyasına  yaxşı  bələd  olan,  Kaveroçkin 
briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı. Şərait çətinləşdikcə, onun da işə 
marağı bir o qədər artırdı. Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına 
birinci  kəşfiyyat  quyusuna  usta  təyin  olunması  haqda  əmr  verildi.  1949-cu  ilin  ilk 
günlərində  tanınmış  usta  Kaveroçkinin  briqadası  adaya  yaxınlaşdı  və  qayalar  evdə 
məskunlaşdı.  Ağır, gərgin  əməklə  dolu  bir  neçə  ay  keçdi.  Quyunun  qazılması  başa 
çatmaq  üzrə  idi.  Quyunun  dibindən  götürülmüş  süxur  nümunələri  briqadanı, 
geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan 
götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı 
hazırlanır,  bu  zəngin  sahənin  işlənmə  planı  qurulurdu.  Gərgin  əmək,  böyük  iradə 
qüvvəsi  hesabına  başa  gələn  qələbə  axır  ki  əldə  olundu.  1  quyu  güclü  neft  fontanı 
vurdu.  Ilk  quyunun  qazılmasından  8  il  sonra  1957-ci  ilin  yaddaşlara  həkk  olunan 
qışına  qədər  briqada  çoxlu  kəşfiyyat  quyusu  qazmışdır.  1957-ci  il  noyabrın  22-də 
fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng 
metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını - Süleyman Bağırovu, 
Nikolay  Duplixini,  İbrahim  Sadıqovu,  Məmməd  Muradovu,  Bala  Mirzəyevi  və 
başqalarını  əbədi  sükuta  qərq  etdi.  O  vaxt  Mixail  Pavloviç  Kaveroçkinin  53  yaşı 
vardı. 
 
 
 
Yusif Əliqulu oğlu Səfərov 
(1907-1963) 
          1945-ci  qələbə  ilindən  sonra  Azərbaycan  neft  istehsalının  inkişafı  texniki 
elmlər namizədi, Dövlət mükafatı laureatı, 38 yaşlı Yusif Əliqulu oğlu Səfərovun adı 
ilə  bağlıdır.  SSRİ  Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  Xəzərdə  kəşfiyyat-qazma 
işlərinin  genişləndirilməsi  məqsədilə  Bakıda  dəniz  qazması  üzrə  xüsusi  trest 
yaradılır ki,  bu trestə  də  rəhbərlik  etmək  Y. Ə. Səfərova tapşırılır.  Xəzərdə  dəniz 
101 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
qazımasının  ilk  illərində  qazıma  kontorunun  direktoru,  dəniz  qazıma  trestinin  baş 
mühəndisi  və  rəisi,  ''Azərdənizneft''  birliyinin  rəis  müavini  vəzifələrində  çalışaraq 
Səfərov Neft Daşları neftqaz kəşf edilməsi və işlənməsinin pioneri olmuşdur. 1944-
cü ildə o ''Dənizdə dərin qazıma'' mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə 
edib. 1946-cı ildə dəniz qazılması üçün stasionar özüllərə və 1951-ci ildə dəniz neft 
yataqlarının  kəşfinə  və  mənimsənilməsinə  ğörə  Y.Ə.  Səfərov  SSRİ  Dövlət 
mükafatları ilə təltif olunmuşdur. 
 
 
Süleyman Azad oğlu Vəzirov
 (Azərbaycan neft sənayesinin ilk naziri) (1910-1973) 
         Ölkənin  qocaman  neftçisi,  Sosialist  Əməyi  Qəhrəmanı,  Azərbaycan  SSR 
Əməkdar  elm  və  texnika  xadimi.  SSRİ  Dövlət  mükafatı  laureatı  Süleyman  Azad 
oğlu Vəzirov 1928-ci ildə Azərbaycan Politexnik institutuna dağ-mədən fakultəsinə 
daxil  olmuşdur.  Onun  bu  ixtisası  seçməsinə  ''Azneft''  birliyinin  baş  mühəndisi 
Fətullabəy Rüstəmbəyovun böyük təsiri olmuşdur. 1932-ci ildə institutu bitirdikdən 
sonra  S.A.  Vəzirov  ''Artyom''  adasına  göndərilmiş,  burada  o,  əvvəl  istismar  üzrə 
mühəndis,  daha  sonra  iriləşdirilmiş  grupun  müdiri  işləmişdir.  1935-1937-ci  illərdə 
''Molotovneft''  trestində  mədən  müdirinin  müavini,  1937-1940-cı  illərdə 
''Kaganoviçneft''  trestinin  baş  mühəndisi  vəzifəsində  çalışmışdır.  Özünə  və 
tabeliyində olanlara qarşı tələbkarlıq, əməksevərlik, insanlarla iş görmək qabiliyyəti 
onun 1940-cı ildə o vaxt bütün geoloji kəşfiyyat işləri, gazıma, neftçıxarma və emal, 
habelə  iri  tikinti  təşkilatlarını  özündə  birləşdirən  ''Azneftkombinat''a  baş  mühəndis 
vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. O zaman çıxarılan bütün neftin və hasil 
olunan  neft  məhsullarının  verən  neft  kombinatının  texniki  rəhbəri  olmaqla  S.A. 
Vəzirov  öz  biliyini,  enerjisini  və  təcrübəsini  Azərbaycan  neft  sənayesinin  daha  da 
inkişafına,  neft  elmi  və  nailiyyətlərinin,  əməyin  və  istehsalatın  yeni  formalarının 
istehsalata tətbiq edilməsinə yönəldirdi. O, 1948-1949-cu illərdə SSRİ Neft sənayesi 
nazirliyində texniki idarənin rəis müavini vəzifəsində çalışmışdır. Müharibə illərində  
102 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Azərbaycanda  neft  cıxarılması  əhəmiyyətli  dərəcədə  aşağı  düşdüyündən,  kaşfiyyat 
qazımalarının həcmi azaldığından neft hasilatının səviyyəsini yüksəltmək zəruri idi. 
Respublika hökümətini zəmanəti ilə SSRİ Nazirlər Soveti 1954-cü ildə Azərbaycan 
SSR Neft sənayesi nazirliyi yaratdı. Neft naziri S.A. Vəzirov təyin edildi. Görülmüş 
tədbirlər sayasində Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz, Qum Adası, Palçıq 
təpəsi  neft  və  qaz  kondensat  yataqları  aşkar  edildi,  Neft  Daşları  yatağı  əhəmiyyətli 
dərəcədə genişləndirildi. Quruda və dənizdə kəşfiyyat işlərinin həcmi artırıldı. S.A. 
Vəzirov  geniş  dünyagörüşə  və  ensiklopedik  birliyə  malik  idi.  1958-ci  ildə 
Azərbaycan  SSR  Nazirlər  Soveti  sədri  vəzifəsinə  irəli  çəkilmiş,  1959-cu  ildə 
Azərbaycan  SSR  Xalq  təsərrüfatı  Şurasının  sədri  olarkən  o  respublika  sənayesinə 
rəhbərlik  etmiş, sənaye  istehsalı  həcminin  artması  kömək  etmişdir. S.A. Vəzirovun 
xidmətləri  hökümət  tərəfindən  də  yüksək  qiymətləndirmişdir.  O,  5  dəfə  Lenin,  6 
dəfə Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunmuşdur. 
 
 
Ağa Qurban oğlu Əliyev
 (1911-1997) 
       Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar 
mühəndisi,  SSRİ-nin  Fəxri  neftçisi,  SSRİ  dövlət  mükafatı  laureatı,  geologiya-
mineralogiya  elmləri  doktoru,  professor  Ağa  Qurban  oğlu  Əliyev  1936-cı  ildə 
Azərbaycan  Sənaye  institutunu  bitirmiş,  neft  və  qaz  yataqları  geologiyası  və 
kəşfiyyatı  üzrə  mühəndis-geoloq  ixtisasına  yiyələnmişdir.  Gənc  geoloqun  təyinatı 
Suraxanı  rayonundakı  ''Kaqanoviç''  NMİ-yə  verilmiş  və  tezliklə  baş  geoloq 
vəzifəsinə  təyin  olunmuşdur.  Az  müddətdə  böyük  bacarığa,  güclü  daxili  enerjiyə 
malik olan Ağa Qurban oğlu Əliyev özünün təşəbbüskarlığı ilə hər yerdə tanınmağa 
başlanmışdır.  1945-ci  ildə  dəniz  kəşfiyyatının  xüsusi  tresti  yaradılarkən  dənizdə 
geoloji  kəşfiyat  işlərinə  rəhbərlik  Ağa  Qurban  oğlu  Əliyevə  tapşırılmışdır. 
Geologiya-mineralogiya elmləri doktoru  və  Azərbaycan  Respublikasının  əməkdar 
103 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə