Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
geoloq,  1952-ci  ildən  1960-cı  ilədək  ''Neft  Daşları''  neft  mədən  idarəsinin  baş 
geoloqu  vəzifəsində  çalışmışdır.  1960-cı  ildə  F.İ.  Səmədov  Azərbaycan  E.A.Dərin 
neft  və  qaz  yataqlarının  problemləri  institutunda  direktor  müavini,  1961-1963-cü 
illərdə  ''Başdənizneft''  idarəsində  baş  geoloq  vəzifəsində  işləmişdir.  F.İ.  Səmədov 
''Neft Daşları''nın baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri 
- Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov 
isə  3-cü  mədənin  böyük  geoloqu  təyin  etdirmişdir.  F.İ.  Səmədovun  ''Səngəçal-
dəniz'',  ''Duvannı-dəniz'',  ''Bulla  adası''  və  ''Bahar''  qaz-kondensat  yataqlarının 
mənimsənilməsində  böyük  rolu  vardır.  O,  Lenin  Mükafatı  Laureatı  adına  layiq 
görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cıildə Lenin ordeni ilə 
təltif edilmişdir. 
 
 
Neftçi Qurban
 (1926-1994) 
          Xalq  arasında  ''Neftçi  Qurban''  adı  ilə  məşhur  olan  Qurban  Abbasqulu  oğlu 
Abbasov  1926-cı  ildə  Naxçıvan  Muxtar  Respublikası  Babək  rayonunun  Payız 
kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə ''Artyomneft'' trestində fəhlə 
kimi  başlayan  Qurban  Abbasov,  sonra  ''Azərneft''  Birliyinin  qazma  idarəsində 
qazmaçı,  buruq  ustası,  ''Gürgənneft''  NMİ-nin  şimal  qazma  sahəsi  idarəsinin  rəisi 
vəzifəsində  işləyib.  1951-ci  ildə  25  yaşlı  qazmaçı  usta  Qurban  Abbasov  alim, 
geoloq,  mühəndislərlə  birgə  Neft  Daşlarının  kəşfinə  görə  I  Dərəcəli  Stalin 
Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə 
hər  bir  dəzgahın  qazma  sürətini  1400  m-ə  çatdırmağa  nail  olub.  1958-ci  ildə  o, 
Sosialist  Əməyi  Qəhrəmanı  Qızıl  Ulduzu  ilə  təltif  edilib.  1967-1980-cı  illərdə- 
''Xəzərdənizneftkəşfiyyat''  trestinin  müdiri,  ''Xəzərdənizneft''  İB-nin  baş  direktor 
müavini, 
''Neft 
Daşları'' 
NQÇİ-nin 
rəisi, 
1980-1983-ci 
illərdə- 
''Xəzərdənizneftqazsənaye''   ÜİB  -  nin   baş   direktoru,    1988-1992-ci      illərdə  
110 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
''Xəzərdənizneft''  İB-nin  baş  direktoru,  1992-ci  ildən  ömrünün  sonunadək 
Azərbaycan  Dövlət  Neft  Şirkətinin  baş  müşaviri  vəzifələrində  çalışmışdır.  Q.A. 
Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-
1''  tipli  yarımdalma  Üzən  qazıma  qurğularının  Xəzər  dənizi  şəraitində 
mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz 
dərinliyində  işləyə  bilmiş,  Kaveroçkin  adına  (indiki  ''Çıraq''  yatağı)  yatağı  kəşf 
etməyə  və  yeni  dərin  perspektivli  strukturlarda  kəşfiyyat  işləri  aparmağa  imkan 
yaratmışdır.  Q.A.  Abbasovun  bilavasitə  rəhbərliyi  altında  dərin  dəniz  stasionar 
özüllərin  inşasının  istehsalat  bazası  yaradılmış,  Xəzər  dənizinin  dərin  sahələrində 
stasionar  özüllərin  quraşdırma  işlərinin  prinsipcə  yeni  üsulu  işlənib  hazırlanmışdır. 
''Günəşli'',  ''Çıraq'',  ''Azəri'',  ''Kəpəz''  və  s.  iri  yataqların  kəşf  edilməsində  onun 
xidmətləri  misilsiz  olmuşdur.  Ölkə  qarşısında  böyük  xidmətlərinə  görə  SSRİ-nin 
fəxri neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikası Dövlət 
mükafatları laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi adlarına layiq görülmüş, 
2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'', ''Oktyabr İnqilabı'' ordenləri və 
medalları  ilə  təltif  edilmişdir.  Neftçi  Qurban  özünün  dənizdəki  iş  fəaliyyətinin  50 
illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını - Şöhrət ordenini 
alan  ilk  neftçi  olmuşdur.  Azərbaycan  xalqı  öz  əfsanəvi  qəhrəmanın  adını 
əbədiləşdirmək  üçün  üzən  krana  ''Neftçi  Qurban''  adı  vermişdir,  Lökbatan 
qəsəbəsində  onun  adını  mədəniyyət  sarayı,  küçə,  məktəb,  körpü  daşıyır.  Tələbə  və 
aspirantlar üçün ''Neftçi Qurban'' təqaüdü təsis edilmişdir. 
 
 
Akif Allahyar oğlu Cəfərov
 (1930-1992) 
         1955-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  geoloji-coğrafiya  fakultəsini 
bitirdikdən sonra neft-qaz  yataqlarının  geologiyası üzrə geoloq  ixtisasına  yiyələnən 
Akif Cəfərov ''Gürgənneft''  NMİ-yə (indiki ''Neft Daşları'') laylara süni təsir sexinin  
111 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
su  təmizləyici  qurğusuna  operator  vəzifəsində  əmək  fəaliyyətinə  başlamışdır. 
Idarənin  rəhbərliyi  şəxsi  işküzarlığını  nəzərə  alaraq,  A.  Cəfərovu  neftçıxarma 
briqadasına  usta  köməkçisi  təyin  etdi.  Artıq  ''Neft  Daşları''nda  neftçıxarma  işi  ilə 
məşğul  olmağa  başlayan  A.  Cəfərov  bir  neçə  vaxtdan  sonra  həmin  briqadaya 
neftçıxarma  vəzifəsinə  irəli  çəkildi.  1959-cu  il  may  ayının  birində  ''Gürgənneft'' 
NMİ-də  usta  Akif  Cəfərovun briqadası  illik  sosialist  öhdəliyinin  yerinə  yetirilməsi 
haqda raport verdi. Ölkə Xəzər neftçilərindən əlavə olaraq 60000 ton neft qəbul etdi. 
Akif  Cəfərovun  adı  Azərbaycan  neftçiləri  arasında  geniş  şöhrət  tapdı.  O,  Sosialist 
Əməyi  Qəhrəmanı  adına  layiq  görüldü  və  Lenin  ordeni  ilə  təltif  edildi.  Tezliklə 
qabiliyyəti  və  istedadı  ilə  fərqlənərək  mədən  müdiri,  idarənin  baş  mühəndisi  kimi 
vəzifələrə irəli çəkildi. Mədən-mühəndis işlərinə rəhbərlik edən A. Cəfərov heç vaxt 
öz  ixtisasını-geoloq  sənətini  unutmurdu.  1967-ci  ildə  o,  Abşeron  arxipelaqının 
cənub-şərqində yerləşən ''Kamni Qriqorenko'' (''Xalı'') və ''Neft Daşları'' yataqlarında 
məhsuldar  qat  çöküntülərinin  geologiyası  və  neftliliyi  mövzusunda  dissertasiya 
müdafiə  edərək  geologiya-mineralogiya  elmləri  namizədi  adına  layiq  görülmüşdür. 
Işlədiyi  müddətdə kəşfiyyat,  yataqların işlənməsi, neftçıxarma  texnologiyasına dair 
bir  çox  elmi  məqalələrin  müəllifi  olmuşdur.  1967-ci  ildə  Akif  Cəfərod  yeni  təşkil 
olunmuş ''N. Nərimanov'' adına NQÇİ-nin rəisi vəzifəsinə təyin olunmuşdu. 1971-ci 
ilin  əvvələrində  Çilov  adasında  yeni  yaranmış  ''Cənub''  NQÇİ-nin  rəisi  vəzifəsinə 
göndərildi. A. Cəfərovun bilavasitə rəhbərliyi və gördüyü geoloji-texniki tədbirlərin 
sayəsində  ''Çilov''  neft  yatağı  üzrə  1971-ci  ildə  109  min  ton,  1972-ci  ildə  156  min 
ton, 1973-cü ildə isə 173 min ton neft çıxarılmışdı. Həmin vaxtlarda ''N. Nərimanov'' 
adına  neftqazçıxarma  idarəsində  isə  gündəlik  neft  hasilatı  9500  tondan  7000  tona 
düşmüşdü.  ''Xəzərdənizneftqazçıxarma''  Birliyinin  rəhbərliyi  A.  Cəfərovu  ''N. 
Nərimanov''  adına  NQÇİ-yə  vəziyyəti  düzəltmək  məqsədilə  rəis  təyin  etdi.  A. 
Cəfərov  1978-ci  ildən  1979-cu  ilə  kimi  ''Xəzərdənizneftqazçıxarma''  Birliyinin  baş 
direktorunun  müavini,  1979-cu ildən 1984-cü ilə kimi həmin birliyin baş mühəndisi  
112 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə