Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli           
mərasim 
 
 
                Əfsanəvi  Neft  Daşlarının  60  illik  yubileyi  münasibətilə  noyabrın  5-də 
dünyanın  səkkizinci  möcüzəsi  adlandırılan  dəniz  şəhərində  təntənəli  mərasim 
keçirilmişdir.  
              Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  təntənəli  mərasimdə 
iştirak etmək üçün Neft Daşlarına gəldi.  
             Dövlətimizin başçısını dəniz neftçiləri hərarətlə qarşıladılar.  
             Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini 
ziyarət edərək gül dəstəsi qoydu.  
             Dövlətimizin  başçısı  Neft  Daşlarında  neftçilərin  mədəniyyət  və  istirahət 
parkı ilə tanış oldu. Müasir tələblər səviyyəsində qurulan parkda neftçilərin istirahəti 
üçün  bütün  infrastruktur  yaradılmış,  yaşıllaşdırma  işləri  aparılmış,  ərazinin 
landşaftında  yeni  dekorativ  bitkilərdən  istifadə  olunmuşdur.  Parkda  45  metr 
hündürlüyündə Dövlət bayrağı ucaldılmışdır.  
            Prezident İlham Əliyev Heydər Əliyev muzeyinin açılışında iştirak etdi.  
Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  muzey  ulu  öndərin  ictimai-siyasi  və 
dövlətçilik  fəaliyyəti  ilə  bağlı  eksponatlarla  zəngindir.  Burada  ümummilli  liderin 
büstü qoyulmuş, onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks 
etdirən  çoxsaylı  tarixi  fotolar,  ulu  öndərin  dövlətçilik  fəaliyyətinə  həsr  olunmuş 
kitablar  saxlanılır.  Muzeydə  ulu  öndər  Heydər  Əliyevin  neft  strategiyasının 
Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilməsini  əks  etdirən 
eksponatlara  da  geniş  yer  ayrılmışdır.  Muzeyin  ən  müasir  avadanlıqla  təmin 
olunmuş  konfrans  zalında  dahi  rəhbərin  irsinin  öyrənilməsi  ilə  bağlı  müxtəlif 
tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.  
           Prezident İlham Əliyev muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.  
117 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
ARDNŞ prezidenti Neft Daşlarına səfər etmişdir 
[05.10.2009] 
 
  
Oktyabrın  5-də  ARDNŞ  prezidenti  Rövnəq  Abdullayev  başda  olmaqla 
Şirkətin  və  onun  struktur  bölmələrinin  rəhbərləri  Neft  Daşlarında  olmuşlar.  R. 
Abdullayev  və  onu  müşayiət  edən  şəxslər  ilk  öncə  Neft  Daşlarındakı  sıxıcı 
kompressor stansiyasının (SKS) genişləndirilməsi istiqamətində görülən işlərlə tanış 
olmaq üçün stansiyanın ərazisinə gəlmişlər. Burada ARDNŞ prezidentinə görülmüş 
işlər barədə məlumat verilmişdir. Sıxıcı kompressor stansiyasından  Neft Daşlarının 
mərkəzindəki  parka  gələn  R.  Abdullayev  yol  boyu  estakadalara,  istehsal  və  sosial 
yönümlü  obyektlərə  baxış  keçirmiş,  şirkətin  müvafiq  idarələrinin  rəhbərlərinə 
tapşırıqlar vermişdir. Parkın yenidənqurma layihəsi və burada görülmüş işlərlə tanış 
olduqdan  sonra  Rövnəq  Abdullayev  Neft  Daşlarındakı  mədəniyyət  evində  aparılan 
əsaslı təmirlə maraqlanmışdır. Şirkət prezidenti yeni tikilmiş idman zalında və çay 
evində həyata keçirilən son tamamlama  işləri  ilə bağlı öz tövsiyyə  və  göstərişlərini 
əlaqədar  təşkilatların  rəhbərlərinə  çatdırmışdır.  Görülən  işlərin  nəticələrindən  razı 
qaldığını söyləyən ARDNŞ prezidenti Neft Daşlarının hələ bundan sonra uzun illər 
Azərbaycanın  iqtisadi  cəhətdən  qüdrətlənməsinə  xidmət  edəcəyinə  əmin  olduğunu 
bildirmiş, bunun üçün hazırlanmış xüsusi proqramda göstərilən vəzifələrin vaxtında 
yerinə  yetirilməsi  zərurətini  vurğulamışdır.  O,  həmçinin  Neft  Daşlarının  60  illik 
yubileyinin  təntənə  ilə  qeyd  olunacağını  söyləmiş,  bu  məqsədlə  yubiley 
komissiyasının  yaradıldığını  və  geniş  tədbirlər  planı  hazırlandığını  qeyd  etmişdir. 
Sonda ARDNŞ prezidenti şirkətin müvafiq strukturlarının rəhbərlərinə qarşıda duran 
işlərlə  bağlı  konkret  tapşırıqlar  vermişdir.  Səfər  zamanı  Rövnəq  Abdullayevi 
ARDNŞ-nin  birinci  vitse-prezidenti,  akademik  Xoşbəxt  Yusifzadə,  Ekologiya  üzrə 
vitse-prezident  Muxtar  Babayev,  Sosial  məsələlər  üzrə  vitse-prezident  Qorxmaz 
Hüseynov,  Kadr,  Rejim  və  İnformasiya  texnologiyaları üzrə vitse-prezident Xalik  
 
118 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Məmmədov,  ARDNŞ  Baş  ofisinin  idarə  rəhbərləri,  Ağasəf  Əliyev,  Rəhman 
Qurbanov,  Mehman  Əkbərov,  “Azneft”  İstehsalat  Birliyinin  baş  direktoru  Səbuhi 
Məmmədov və başqaları müşayiət etmişlər. 
 
                                                  Neft Daşları DQİİ 
 
 
           Neft  Daşları  DQİİ  hal-hazırda  dörd  yataqda  -  Neft  Daşları,  Palçıq  Pilpiləsi, 
Gürgan  dəniz  və  Pirallahı  şimal  qırışığı  sahələrində  qazma  işləri  aparır.  Bunlardan 
ən perspektivlisi Neft Daşları yatağıdır. Neft Daşları haqda ilk məlumat 1863-cü ildə 
Q.V.Abix  tərəfindən  verilmiş,  1945-ci  ildə  isə  Ağaqurban  Əliyevin  başçılığı  ilə 
ekspedisiya  Neft  Daşlarının  tədqiqinə  başlamış  və  bu  1948-ci  ilə  kimi  davam 
etdirilmişdir. Neft Daşları yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərb 
cənub-qərb istiqamətində uzanan asimmetrik braxiantiknal qırışıqlığa aid olub, çoxlu 
sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Böyük tektonik qırılmalara 
əsasən  Neft  Daşları  yatağını  5  tektonik  bloka  ayırırlar:  I,  II,  III,  IV,  V.  Sənaye 
əhəmiyyətli neft məhsuldar qat çöküntüləri ilə bağlıdır. Əsas məhsuldar horizontlar 
QaLD,  QD,  FLD,  QÜQ,  Balaxanı  lay  dəstəsinin  V,  VI,  VII,  VIII,  IX,  X 
horizontlarıdır. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 60 m-ə qədər çatır. Palçıq 
Pilpiləsi  yatağı  Xəzər  dənizinin  Abşeron  arxipelaqında  Bakı  şəhərindən  110  km 
şərqdə 
və 
50 
km 
Artyom 
adasından 
Cənubi-şərqdə 
yerləşir.                                                                                                           
Yatağın  yerləşdiyi  sahədə  dənizin  dərinliyi  10  m-dən  25  m-ə  qədər  dəyişir.  Yataq 
braxiantiknal  qırışıqlığa  aid  olub,  çoxlu  sayda  eninə  və  uzununa  qırılmalarla 
mürəkkəbləşmişdir. Qirməki lay dəstinin tavanına görə yatağın uzunluğu 9 km, eni 
isə  3  km-dir.  1949-cu  ilin  aprelində  ilk  dəfə  V.M.Roşinin  rəhbərliyi  ilə  dənizdə 
qazma vışkası quraşdırılmışdır. Damba KQİ-nin rəisi Nəsurulla Babayevin əmri ilə 
ilk qazma briqadası təşkil olunmuş və onun ustası M.P.Kaveroçkin təyin edilmişdir. 
1949-cu  ilin  iyunun  24-də  kəşfiyyat  quyusunun  qazılmasına başlanmışdır.  Neft  
119 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə