Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
silinmiş  7  iritonnajlı  gəmi  gətirilərək  Qara  Daşların  yanında  basdırıldı.  Süni  buxta 
yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fədailərinin 
isti ocağına və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. 
Batırılmış  gəmilərdən  istehsal  avadanlıqları,  mağaza,  yaşayış  otaqları,  anbar,  klub 
kimi  istifadə  olunurdu.  1949-cu  ilin  martında  sərt  qayaların  üstündə  dirəklər 
üzərində  inşa  edilmiş  ilk  evcik  o  illərin  qəhrəmanlığının  nişanəsi  kimi  bu  gün  də 
qorunub saxlanılır. 
Usta  M.Kaveroçkinin  başçılıq  etdiyi  qazmaçılar  briqadasının  qazdığı  1  saylı 
quyudan  götürülən  nümunə  100  tona  yaxın  ilk  neft  fontanının  yaxınlaşmasından 
xəbər  verirdi.  1949-cu  il  noyabrın  7-də  quyu  fontan  vurdu.  Dəniz  neftinin  erası 
başlandı.  Həmin  gün  unikallığına,  insan  cəsarətinin  və  mətinliyinin  misilsizliyinə 
görə  "möcüzələr  adası",  "dünyanın  səkkizinci  möcüzəsi"  adlandırılan  Neft 
Daşlarının  doğum  günüdür.  Xəbər  ildırım  sürətilə  bütün  dünyaya  yayıldı,  yerli  və 
xarici  mətbuat  bu  barədə  geniş  məlumatlar  verərək  Azərbaycan  alim  və 
mütəxəssislərinin yaratdığı möcüzəyə heyrəti ifadə etdi. 
İlk fontandan dərhal sonra - noyabrın 8-də respublika rəhbərləri, mütəxəssislər 
ora  gedib  neftin  gələcəyi  üçün  tədbirlər  müəyyənləşdirdilər.  Respublika  rəhbərliyi 
tərəfindən  N.Heydərova,  S.Orucova,  İ.Məlikpaşayevə,  S.Çeplakova,  B.Babazadəyə 
bu  rayonda  kəşfiyyat  və  qazma  işlərinin  aparılması  üçün  təşkilati-texniki  tədbirlər 
planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və 
tikinti ilə məşğul olacaq "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla 
"Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə işləri operativ həll etmək üçün 
SSRİ  Neft  Sənayesi  Nazirliyi  nəzdində  "Başdənizneft"  Ümumittifaq  İstehsalat 
Birliyi yaradıldı və görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi, 
eyni  zamanda  SSRİ  neft  sənayesi  nazirinin  müavini  təyin  edildi.  Bu,  təbii  ki, 
bütövlükdə  Azərbaycan  mütəxəssislərinin  istedad  və  qabiliyyətinin  SSRİ 
səviyyəsində etirafı idi. 
                                                   142 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Bundan  sonra  Neft  Daşlarında  kəşfiyyat-qazma  və  tikinti  işləri  geniş  vüsət 
aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı 
quyuların  neft  verməsi,  1951-ci  ilin  fevralında  neftlə  dolu  ilk  tankerin  Neft 
Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi.  
1951-ci ildən estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, 
kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. 
Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi...  
Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz 
kompleksi  və  yaşayış  şəhəri  yaradılıb.  Bu,  Neft  Daşlarında  çalışan  böyük  neftçi 
ailəsinin  -  kəşfiyyatçıların,  geoloqların,  qazmaçıların,  hasilatçıların,  inşaatçıların, 
nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.  
Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının 
və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında 
infrastrukturun  daim  təzələnməsi,  iş  prosesində  ən  müasir  avadanlıqlardan  istifadə 
olunması onun tükənməyən ehtiyatlarını üzə çıxarmağa imkan verir.  
Bu  gün  Xəzərdə  digər  layihələr  çərçivəsində  görülən  işlər  bütün  dünyanın 
diqqət  mərkəzindədir.  Təkcə  "Şahdəniz"i  xatırlatmaq  kifayətdir.  Bu  zəngin  qaz-
kondensat  yatağında  qurulan  nadir  platformaya  Şimal  dənizindən  başqa  heç  yerdə 
rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycanın neft sənayesi irəli getdikcə Neft 
Daşları  unudulmur.  Əksinə,  o  daha  mühüm  məna  və  əhəmiyyət  kəsb  edir. 
Ümummilli lider Heydər Əliyev bu barədə uzaqgörənliklə demişdir: "Vaxt gələcək, 
yataqlarda  böyük  platformalar  tikiləcək  və  biz  hamımız  böyük  bir  gəmiyə  toplaşıb 
Neft  Daşlarına,  "Azəri",  "Çıraq",  "Günəşli"  və  digər  yataqlara  yollanacayıq.  O 
günlər uzaqda deyil..." 
Flora Sadıqlı 
Azərbaycan.- 2009.- 10 iyul 
 
143 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Əsrdən əsrə atılmış körpü 
 
60  il  əvvəl  Neft  Daşlarında  ilk  quyu  fontan  vurdu  –  dünyada  dəniz  neftinin      
ereası başlandı. Neft Daşlarının bir yataq kimi kəşfi və dənizin bu ərazisində polad 
dirəklər  üstündə  şəhərin  salınması  təkcə  neftimizin,  iqtisadiyyatımızın  deyil, 
ümumiyyətlə,  xalqımızın  tarixinin  şanlı  səhifələrindən  biridir.  İnsan  əqlinin, 
zəkasının  və  əməyinin  məhsulu  olsa  da,  Neft  Daşlarını  dünyanın  səkkizinci 
mözücəsi adlandıranları qınamaq olmaz.  
Bir  şəhərin,  yaxud  nəhəng  bir  sənaye  müəssisəsinin,  istehsalat  ocağının 
tarixindən  söhbət  gedəndə,  60  il  o  qədər  də  uzun  vaxt  deyil.  Neft  Daşlarının  60  il 
əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr 
ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik. 
Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik, 
həm  də  qaz  ixrac  edən  ölkəyə  çevrilməsində  Neft  Daşları  böyük  rol  oynayıb. 
Hazırda Xəzərdə gedən nəhəng işlərin təməl daşları da məhz  Neft Daşlarıdır. Neft 
Daşları olmasaydı, nə "Günəşli" olardı, nə "Çıraq", nə də "Azəri". 
Tarixin yaddaşında qalan illər.  
Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin 
varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX 
əsrin  birinci  yarısında  tədqiqatlar  davam  edib.  Lakin  rayonun  mütəmadi  geoloji 
tədqiqatlarına  1945-ci  ildə  məşhur  Azərbaycan  geoloqu  Ağaqurban  Əliyevin 
rəhbərliyi  ilə  keçmiş  SSRİ  Elmlər  Akademiyasının  xüsusi  ekspedisiyası  tərəfindən 
başlanıb.  Xəzərin  tufanları  qoynunda  mürəkkəb  və  gərgin  axtarışlar  davam  edib. 
Nəticədə  rayonun  geoloji  xəritəsi  hazırlanıb,  sənaye  üsulu  ilə  kəşfiyyatı 
planlaşdırılıb. 
 
 
                                                      144 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə