Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
         1975-ci  ildə  Azərbaycan  KP  MK  Neft  Daşlarının  25  illik  yubileyinin  qeyd 
olunması barədə qərar qəbul etdi. Bu yubiley yerlərdə ümumxalq bayramı kimi qeyd 
olunurdu.  Tədbirin  zirvəsi  isə  Neft  Daşlarında  keçirilən  unudulmaz  mərasim  idi. 
Yubiley  təntənələri  1975-ci  il  iyunun  17-də  keçirildi.  Ümummilli  lider  Heydər 
Əliyev  və  digər  nümayəndələr  "Möcüzələr  adası"na  gəmi  ilə  gəldilər.  Gəmi 
meydançasında neftçilər ulu öndəri böyük sevinclə, gül-çiçəklə qarşıladılar. Heydər 
Əliyevlə  birlikdə  SSRİ  neft  sənayesi  naziri  V.A.Şaşin,  Azərbaycan  dövlətinin 
nümayəndələri  və  incəsənət  ustalarından  ibarət  böyük  bir  dəstə  gəlmişdi. 
         Ulu öndər polad dirəklər üzərində qurulan şəhərə çatan kimi dərhal neftçilərin 
əhatəsinə  düşdü,  onlarla  çox  səmimi  söhbət  etdi,  işləri,  uğurları,  problemləri, 
qayğıları ilə maraqlandı. Sonda Çvanov adasında yubiley mitinqi və qəsəbədə, açıq 
meydançada böyük konsert oldu. 
         Mitinqdə  Heydər  Əliyev  çıxış  edərək  dəniz  neftinin  tarixindən,  neftçilərin 
uğurlarından ətraflı söhbət açdı, qabaqcılların təltifat mərasimini keçirdi. Ulu öndər 
elə  oradaca  yenicə  bünövrəsi  qoyulmuş  beşmərtəbəli  yaşayış  binalarının  inşasını 
sürətləndirmək  barədə  əlaqədar  təşkilatlara  göstəriş  verdi.  Qeyd  etdi  ki,  bunlar 
mümkün qədər tez tikilməli və neftçilər vaxtında etibarlı binalara köçürülməlidirlər. 
Bu göstəriş vaxtında yerinə yetirildi və açıq dəniz şəraitində qeyri-adi beşmərtəbəli 
yaşayış binaları respublika rəhbərinin neftçilərə hədiyyəsi oldu. 
         Bayram  konsertlərində  SSRİ  xalq  artistləri  Müslüm  Maqomayev,  Rəşid 
Behbudov,  Zeynəb  Xanlarova  və  digər  tanınmış  ifaçılar  çıxış  etdilər.  Məşhur 
"Uqryum  çay"  filminin  yaradıcı  qrupu  da  yubiley  iştirakçıları  arasında  idi.  
Yubiley tədbirləri ertəsi gün Heydər Əliyev sarayında davam etdirildi. Tədbirə Neft 
Daşlarının 50 nümayəndəsi dəvət olunmuşdu. Ulu öndərin məruzəsində və çıxışlarda 
dünyada  ilk  dəfə  olaraq  açıq  dənizdə  "qara  qızıl"  və  "mavi  yanacaq"  çıxaran  Neft 
Daşları  əməkçilərinə  yüksək  qiymət  verildi,  neft  sənayesinin  inkişaf  etdirilməsi 
yolları  barədə  danışıldı.  Moskva,  Həştərxan,  Ufa,  Kazan  şəhərlərindən,  Tümen,  
148 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Sibir,  Saxalin,  Qazaxıstan,  Türkmənistan  və  başqa  yerlərdən  gəlmiş  qonaqlar  Neft 
Daşlarının  böyük  təcrübə  məktəbi  olmasını,  onların  da  bu  təcrübədən 
bəhrələndiklərini  bildirdilər,  daim  Azərbaycanın,  onun  neftçi-mütəxəssislərinin 
köməyinə  ehtiyac  duyduqlarını  etiraf  etdilər.  Bu  tədbirlər  Heydər  Əliyev 
şəxsiyyətinin  neftçi  əməyinə  verdiyi  dəyərin,  neftçilərə  məhəbbətin  təcəssümü  idi. 
Neft  Daşlarında  söylənən  bütün  təklif  və  qeydlərə  həssaslıqla  yanaşan  ulu  öndər 
məsələlərin  həllinə  dair  konkret  tapşırıqlar  verdi.  O  cümlədən,  neftin  sahilə  boru 
xətti ilə nəql olunması, elektrik stansiyasının tikilməsi və sair əhəmyyətli məsələlər 
ümummilli  lider  Heydər  Əliyevin  köməyi  ilə  öz  müsbət  həllini  tapdı. 
          Hələ  Neft  Daşlarındakı  mitinqdə  çıxış  edərkən  ulu  öndər  "Möcüzələr 
adası"nın  zəngin  təcrübəsinə  əsaslanaraq  o  vaxt  kəşfiyyat  mərhələsində  olan 
"Günəşli"  yatağının  işlənməsi  perspektivlərindən  danışmış,  "Azəri"  yatağında 
qazmanın  başlanması  təşəbbüsünü  irəli  sürmüşdü.  Cəmi  dörd  ildən  sonra 
"Günəşli"dən ilk neft alındı.  
         Ulu  öndər  Heydər  Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  illərdə  dəniz 
şəhərində  tikinti-quruculuq  işləri  geniş  vüsət  almışdı.  Bu  gün  Neft  Daşlarının 
ahəngdar fəaliyyətini təmin edən bir çox sənaye, sosial əhəmiyyətli obyektlər məhz 
həmin illərdə tikilib. 
        1999-cu  ildə  müstəqil dövlətimizdə Neft  Daşlarının 50  illiyi  böyük təntənə ilə 
qeyd  olundu.  Hələ  iki  il  ondan  əvvəl  ulu  öndər  Heydər  Əliyevin  bu  yubileyə 
hazırlıqla  bağlı  sərəncam  verməsi  dəniz  neftçilərinə  sonsuz  hörmət  və  ehtiramın 
ifadəsi  idi. Yubiley  çox  yüksək  səviyyədə  keçdi. Tədbirlərin  zirvəsi  isə  ümummilli 
liderin  Neft  Daşları  əməkçilərinə  ünvanlıdığı  təbrik  idi.  Neft  Daşlarını  XX  əsrdən 
XXI əsrə atılmış bir körpü adlandıran ulu öndər bu dəniz şəhərinin böyük gələcəyinə 
inamını ifadə etmişdi. Neft Daşları hələ uzun müddət Azərbaycana xidmət edəcək. 
Flora Sadıqlı 
Azərbaycan.- 2009.- 5 noyabr.-. s. 9 
149 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neftçi Qurban
 
 
Neft Daşlarının tarixini vərəqlədikcə ən çox rast gəldiyimiz adlardan biri də 
Qurban Abbasovun adıdır. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb, sonralar bir sıra 
rəhbər vəzifələrdə çalışsa da, onu həmişə sadəcə "Neftçi Qurban" deyə çağırırdılar. 
Bu adı ona xalq vermişdi. 
Neftçi Qurban bir oğlandır şirindil, 
Gülər üzlü, saf ürəkli qəhrəman - sözləri ilə başlanan nəğməni yaşlı nəsil indi 
də yaxşı xatırlayır. 
Neftçi Qurban həqiqətən qəhrəman idi. Zaman və tale ona öz hünər və gücünü 
sınamaq və sübuta yetirmək üçün bu meydanı vermişdi - Neft Daşlarını. 
Qurban  Abbasov  usta  Mixail  Kaveroçkinlə  birlikdə  Neft  Daşlarında  ilk 
quyuları qazmışdı. Birinci quyunun neftvermə tarixi 1949-cu ilin noyabrına təsadüf 
edir.  1950-ci  ilin  sonundan  isə  quyulardan  artıq  mütəmadi  neft  hasilatına  başlanır. 
Neftçi Qurbanın şan-şöhrəti hər yana yayılır. 
Neftçi Qurban kim idi? Naxçıvanın Babək rayonunun Payız kəndində anadan 
olmuş sadə bir gənc. 1944-cü ildə, 18 yaşında ikən Bakıda, "Artyomneft" trestində 
fəhlə işləməyə başlamışdı. "Azərneft" Birliyinin qazma kontorunda qazmaçı, buruq 
ustası, Gürgənneft NMİ şimal qazma sahəsi kontorunun rəisi olmuşdu. Ancaq neftçi 
Qurbanı  məşhurlaşdıran,  xalqın  sevimlisinə  çevirən  Neft  Daşları  olub.  Burada  o, 
Xəzərdə  misli  görünməmiş  nəticələr qazanaraq  qazmanın sürətini  rekord səviyyəyə 
çatdırıb. 
Qurban Abbasov yarım əsrdən çox Azərbaycanın neft sənayesinə xidmət edib. 
Bu əlli ilin ilk dövrlərində, deyək ki, 5-10 ildə elə start götürüb, elə hünərlə çalışıb 
və  zəngin  təcrübə  toplayıb  ki,  sonralar  40  ildən  çox  bir  müddətdə  sahənin  sanballı 
müəssisələrinə,  böyük  neftçi  kollektivlərinə  rəhbərlik  edə  bilib.  Məsələn,  1967-ci 
ildən   başlayaraq  Q.Abbasov   bu   vəzifələrdə   çalışıb:   "Xəzərdənizneftkəşfiyyat"  
                                                       150 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə