Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Bibiheybət  ərazisində  yaranacaq  "Neft  muzeyi",  əlbəttə,  Hyustondakı  "Okean 
ulduzları"ndan  çox  maraqlı  və  məzmunlu  olacaq.  Şübhəsiz  ki,  burada  neft 
sənayemizin tarixinin ən şanlı səhifələrini yazanlardan biri - Yusif Səfərovun mənalı 
həyat  yolu  da  öz  əksini  tapacaq.  Elə  yuxarıda  adıçəkilən  məqalə  də  ona  həsr 
olunmuşdu. Zemfira xanım atası haqqında yazmışdı. 
Çətin ki, kimsə ata haqqında onun övladından daha dəqiq və dolğun danışsın. 
Bununla belə, biz də Yusif Səfərovu anmağı, onun bir  mühəndis və alim, təşkilatçı 
və  istehsalat  rəhbəri  kimi  ağlı  və  istedadı,  gücü  və  hünəri  ilə  Azərbaycanın  neft 
sənayesinin  inkişafındakı  xidmətlərini  xatırlamağı  özümüzə  borc  bilirik.  İndi, onun 
cığır açdığı Neft Daşlarının 60 illiyinin tamam olduğu bir vaxtda bu, xüsusi önəm 
daşıyır.  
1948-ci  ildə  23  nəfərdən  ibarət  ilk  dəniz  neftçiləri  dəstəsi  birinci  quyunun 
kəşfiyyatına  başladı.  Böyük  neft  təşkilatçısı  Sabit  Orucovun,  tanınmış  geoloq 
Ağaqurban  Əliyevin  və  qazma  sahəsində  zəngin  təcrübəyə  malik  Yusif  Səfərovun 
təklifi  ilə  Bakının  gəmi  təmiri  zavodlarında  istifadədən  silinmiş  7  iritonnajlı  gəmi 
gələcəkdə  tarixə  Neft  Daşları  adı  ilə  düşəcək  yatağın  ərazisinə  gətirildi.  Bununla 
əlavə xərclərin qarşısı alındı və işçi qüvvəsinə qənaət edildi. Gəmilər Qara daşların 
yanında  basdırıldı.  Beləliklə,  süni  buxta  yaradıldı.  Qəhrəmanlıq  mücəssəməsi  olan 
"7  gəmi  adası"  Xəzərin  fatehlərini  fırtınalardan  qoruyan  bir  sığınacağa  və  onların 
dənizin dərin qatlarına nüfuz etməsi üçün istinad nöqtəsinə çevrildi.  
Neft  Daşlarına  gələn  "yol"  tarixin  yaddaşında  belə  həkk  olunub.  Bu  çətin 
yolun yolçuları - "Möcüzələr adası"nın fatehləri, təbii ki, bu ana qədər sınaqlardan 
keçmiş,  bərkimiş,  mətinləşmiş  insanlar  idi.  Onda  Yusif  Səfəroun  41  yaşı  vardı  və 
ona ayrılmış ömür payının bitməsinə isə vur-tut 15 il qalırdı.  
İndi  tərcümeyi-halını  vərəqlədikcə  və  gördüyü  işlərin  miqyasını  göz  önünə 
gətirdikcə,  bütün  bunların  cəmi  56  illik  bir  insan  ömrünə  necə  sığışdığına  məəttəl 
qalırsan.   Qısaca desək,  Yusif  Səfərov  Azərbaycanın   neft  sənayesinin  kompleks 
                                                     157 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
inkişafına  dəyərli  töhfələr  vermişdi.  O,  bir  çox  neft-qaz  yataqlarının  kəşfində  və 
işlənməsində  fəal  iştirak  etmiş,  Neft  Daşlarının  əsasını  qoyanlardan  biri,  dənizdə 
estakadaların, iribloklu özüllərin mühəndis-konstruktoru olmuşdu.  
Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft Akademiyası) 
məzunu olan gənc mühəndisə qazandığı biliklərdən əlavə tale tərəfindən fitri istedad 
da  verilmişdi.  Odur  ki,  24  yaşında  ikən  Puta  qəsəbəsində  kəşfiyyat  aparan  qrupun 
müdirinin  köməkçisi  işləmiş,  bir  neçə  aydan  sonra  baş  mühəndis  vəzifəsinə  irəli 
çəkilmişdi.  Bir  il  sonra  isə  Lökbatan  Qazma  Kəşfiyyat  İdarəsinə  rəhbərlik  etməyə 
başlamışdı.  Onun  rəis  olduğu  dövrdə  Lökbatanda  gündəlik  hasilatı  20  min  tondan 
çox təşkil edən 45 və 62 saylı quyular istismara verilmişdi. Bununla da Lökbatanda 
zəngin neft yatağının olduğu təsdiqlənmişdi. 
Sonralar  Y.Səfərova  daha  bir  neçə  rəhbər  vəzifə  etibar  edilir.  Ensiklopedik 
bilik və yüksək erudisiya göstərilən etimadı doğrultmağa imkan verir. Böyük Vətən 
müharibəsi illərində o, ikiqat səylə çalışır. Bu dövrdə kəşf olunan yataqlar və tətbiq 
edilən yeni qazma üsulları sayəsində cəbhəyə göndərilən yanacağın həcmi artır.  
1946-cı ilin əvvəlindən Yusif Səfərov təzəcə təşkil olunmuş Turbin Qazma Trestinin 
rəisi  təyin  olunur.  Trestin  səmərəli  fəaliyyəti  nəticəsində  turbin  qazması 
Azərbaycanın  neft  mədənlərində  yayılmağa  başlayır.  Hövsanda  qazılan  1308  saylı 
quyunun dərinliyi 4000 metrə çatır. O zaman bu, Avropada ən dərin quyu idi. 
1947-ci  ilin  əvvəlində  Y.Səfərov  "Azneft"  Birliyinin  Dəniz  Qazma  Trestinin 
müdiri  vəzifəsinə  irəli  çəkilir.  1948-ci  ilin  noyabrından  isə  sahildən  100  kilometr 
aralıda yerləşən Qara daşlara, indiki Neft Daşlarına gəlir və burada "cığıraçanlar"dan 
biri  olur.  1949-cu  il  noyabrın  7-də  qazma  işləri  başa  çatır  və  gündəlik  hasilatı  100 
tondan  çox  olan  ilk  quyu  istismara  verilir.  Bu  kəşf  Azərbaycanı  dünyada  açıq 
dənizdə  ilk  neft  istehsalçısı  kimi  tanıdır.  Neft  Daşları  ilə  birgə  onun  fatehlərinin 
şöhrəti hər tərəfə yayılır. 
Yusif Səfərovun qızı Zemfira xanım o illəri belə xatırlayır:  "Atam evdə  az-az  
158 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
olardı.  Ailəmiz  buna  öyrəncəli  idi.  O,  özünü  işinə,  dənizə  həsr  etmişdi.  İndi 
fikirləşirəm  ki,  atam  nə  nəqər  ağır  həyat  sürmüşdür...  Gecənin  müxtəlif  saatlarında 
onu  buruqlarda  baş  verən  hadisələrlə  əlaqədar  çağırardılar.  Nə  gecəsi,  nə  gündüzü 
olardı".  
Yusif  Səfərov  1946-cı  ildə  dəniz  qazması  üçün  stasionar  özüllərin 
hazırlanması  və  1951-ci  ildə  dəniz  neft  yataqlarının  kəşfinə  və  mənimsənilməsinə 
görə SSRİ dövlət mükafatlarına layiq görülmüş, müxtəlif illərdə orden və medallarla 
təltif olunmuşdu. Azərbaycanın əməkdar mühəndisi idi.  
Lakin  sovet  hakimiyyətinin  keşməkeşli  və  təzadlı  dövrləri  hətta  Vətəni  və 
xalqı  qarşısında  belə  böyük  xidmətləri  olan  bu  insandan  da  yan  keçmədi.  Zemfira 
xanım deyir: "1952-ci ildə atam "Azərdənizneft" Birliyinin baş direktorunun qazma 
işləri üzrə müavini işlədiyi vaxt vəzifəsindən kənarlaşdırılaraq Sibirə sürgün edildi. 
Yalnız ona görə ki, nahar edən vaxt (köhnə "İnturist"in restoranında) M.C.Bağırovun 
şərəfinə deyilən sağlığa içməmiş, badəni qırağa qoymuşdu. Maraqlıdır ki, Sibirdə də 
neft kəşfiyyat idarəsinin rəisi vəzifəsində işlərkən atam bir neçə neft yatağının kəşf 
edilməsinə nail olmuşdu". 
Yaxşı  deyiblər  ki,  haqq  nazilər,  üzülməz.  Ədalət  bərpa  olunur,  Y.Səfərov 
tezliklə Bakıya qayıdır və yenidən öz səmərəli fəaliyyətini davam etdirir.  
Uzun  illər  neft  sənayesində  müxtəlif  vəzifələrdə  çalışmış  Bayram  Bayramov 
yazır:  "Yusif  Səfərov  1953-1963-cü illərdə  Eksperimental  Elektroqazma  İdarəsinin 
rəisi,  Azərbaycan  Neft-Qazma  Elmi-Tədqiqat  İnstitutunda  yeni  qazma  üsulu 
laboratoriyasının  müdiri  işləmişdir.  Onun  yeni  turbin  qazmasının,  maili  və 
elektroqazma üsullarının tətbiq edilməsində böyük xidmətləri olmuşdur. İxtira etdiyi 
yeni  üsullar  müxtəlif  illərdə  həyata  keçirilərək  respublikanın  neft  sənayesini  xeyli 
zənginləşdirmişdir.  O,  özünün  fəal  istehsalat  təcrübəsini  elmi-tədqiqat  və  pedaqoji 
işi  ilə  üzvi  surətdə  birləşdirə  bilmişdir.  "Dənizdə  dərin  qazma"  mövzusunda 
dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır". 
                                                    159 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə