Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  -  Neft  Daşlarını  işləməyə  başlamaq 
üçün  A.Əliyev  böyük  əmək  və  dözüm  nümayiş  etdirib.  O,  sübut  edə  bilib  ki, 
Xəzərdə neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür! 
1948-ci  ildə  23  nəfərdən  ibarət  ilk  dəniz  neftçiləri  dəstəsi  birinci  quyunun 
kəşfiyyatına  başladı.  Böyük  neft  təşkilatçısı  Sabit  Orucovun,  geoloq  Ağaqurban 
Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik olan Yusif Səfərovun təklifi ilə 
əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi 
təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara daşların 
yanında basdırıldı. Süni buxta yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 
gəmi  adası"  Xəzər  fatehlərini  fırtınalardan  qoruyan  sığınacağa  və  dənizin  dərin 
qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal 
avadanlıqları, mağaza, yaşayış otaqları, anbar, klub kimi istifadə olunurdu. 1949-cu 
ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik o illərin 
qəhrəmanlığının nişanəsi kimi bu gün də qorunub saxlanılır. 
Usta  Mixail  Kaveroçkinin  başçılıq  etdiyi  qazmaçılar  briqadasının  qazdığı  1 
saylı  quyudan  götürülən  nümunə  100  tona  yaxın  ilk  neft  fontanının 
yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz 
neftinin  erası başlandı.  Həmin gün unikallığına, onu  yaradan insanların  cəsarətinin 
və  mətinliyinin  misilsizliyinə  görə  "Möcüzələr  adası",  "dünyanın  səkkizinci 
mözücəsi" adlandırılan Neft Daşlarının doğum günüdür. Xəbər ildırım sürətilə bütün 
dünyaya  yayıldı,  yerli  və  xarici  mətbuat  bu  barədə  geniş  məlumatlar  verərək 
Azərbaycan alim və mütəxəssislərinin yaratdığı mözücəyə heyrət ifadə etdi. 
İlk  fontandan  dərhal  sonra  -  noyabrın  8-də  Azərbaycanın  rəhbərləri, 
mütəxəssislər  buraya  gəlib  neftin  gələcəyi  üçün  tədbirlər  müəyyənləşdirdilər. 
Respublika  rəhbərliyi  tərəfindən  N.Heydərova,  S.Orucova,  İ.Məlikpaşayevə, 
S.Çeplakova,  B.Babazadəyə  bu  rayonda  kəşfiyyat  və  qazma  işlərinin  aparılması 
üçun   təşkilati-texniki tədbirlər planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də 
                                                    145 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
dənizdə  qazma,  neftçıxarma  və  tikinti  ilə  məşğul  olacaq  "Azərdənizneft"  İstehsalat 
Birliyi yaradıldı. Həmin qərarla "Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə 
işləri  operativ  həll  etmək  üçün  SSRİ  Neft  Sənayesi  Nazirliyi  nəzdində 
"Başdənizneft" Ümumittifaq İstehsalat Birliyi yaradıldı və görkəmli neft mütəxəssisi 
S.Orucov  onun  ilk  rəisi, eyni  zamanda, SSRİ neft  sənayesi  nazirinin  müavini  təyin 
edildi.  Bu,  təbii  ki,  bütövlükdə  Azərbaycan  mütəxəssislərinin  istedad  və 
qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.  
Bundan  sonra  Neft  Daşlarında  kəşfiyyat-qazma  və  tikinti  işləri  geniş  vüsət 
aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı 
quyuların  neft  verməsi,  1951-ci  ilin  fevralında  neftlə  dolu  ilk  tankerin  Neft 
Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi. 1951-ci 
ildən 
estakada 
və 
meydançaların  tikilməsinə,  hidrotexniki  qurğuların, 
kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. 
Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi. 
Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz 
kompleksi  və  yaşayış  şəhəri  yaradılıb.  Bu,  Neft  Daşlarında  çalışan  böyük  neftçi 
ailəsinin  -  kəşfiyyatçıların,  geoloqların,  qazmaçıların,  hasilatçıların,  inşaatçıların, 
nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir. 
Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının 
və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında 
infrastrukturun  daim  təzələnməsi,  iş  prosesində  ən  müasir  avadanlıqlardan  istifadə 
olunması  onun  tükənməyən  ehtiyatlarını  üzə  çıxarmağa  imkan  verir.  
Unudulmaz görüşlər. 
        
Ulu  öndər  Heydər  Əliyev  dəniz  neftçilərinə  həmişə  qayğı  göstərirdi.  "Neft 
Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, 
oranı  görməyən,  oranı  ziyarət  etməyən  insan  bunu  təsəvvür  edə  bilməz"  deyən 
ümummilli   lider   dəniz   şəhərinin   inkişafı,   əməkçilərin  iş  və  məişət  şəraitinin 
146 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
yaxşılaşdırılması üçün çox işlər görmüşdür.  
          Hələ  1967-ci  ildə,  təhlükəsizlik  orqanlarında  rəhbər  vəzifədə  işləyərkən 
Heydər  Əliyev  Neft  Daşlarına  gəlmiş,  müdafiə,  təhlükəsizlik  məsələləri  ilə  bağlı 
mühazirələr oxumuş, fərdi söhbətlər aparmışdı. Neft Daşları rəhbərlyi ilə görüşərək 
klubda, kitabxanada,  yaşayış  evlərində  olmuş,  neftçilərin  şəraiti,  məişəti,  istirahəti, 
asudə  vaxtının  təşkili  ilə  maraqlanmış,  gecə  saat  2-yə  qədər  qəsəbəni,  mədənləri 
gəzmiş,  səhərəcən  neftçilərin  qonağı  olmuşdu.  1969-cu  il  avqust  plenumunda 
Heydər  Əliyevin  təklifi  ilə  Azərbaycan  KP  MK-nın  neft  sənayesinin  inkişafını 
sürətləndirmək  tədbirləri  barədə  qəbul  etdiyi  qərar  respublikada  "qara  qızıl" 
hasilatının  enmə  tempinin  qarşısını  almaq  üçün  geniş  proqram  müəyyənləşdirdi. 
Geoloqlar,  geofiziklər,  qazmaçılar,  mədənçilər  qarşısında  məsul  vəzifələr  qoyuldu, 
dəniz  neft  donanmasının  genişləndirilməsi  və  gücləndirilməsi  nəzərdə  tutuldu. 
Neftçilər  qürurla  qeyd  edirlər  ki,  bütün  bu  vəzifələr  Heydər  Əliyevin  rəhbərliyi  və 
iştirakı ilə tam həyata keçirildi, neft sənayesi, o cümlədən Neft Daşları yeni inkişaf 
mərhələsinə qədəm  qoydu. O  zaman  "Neft  Daşları"  Neft  və  Qazçıxarma  İdarəsinin 
tərkibində  istismar  olunan  "Günəşli"  yatağında  ilk  quyuların  qazılması,  ilk 
platformanın qoyulması, daha dərin yerlərdə özüllərin qurulmağa başlaması və digər 
çox  önəmli  işlər  dəniz  neftində inqilab  yaratdı. Bu  işlərin  ilhamvericisi, bayraqdarı 
və 
əsas  hərəkətverici  qüvvəsi  ümummilli  lider  Heydər  Əliyev  idi. 
1972-ci  ildə  respublikanın  rəhbəri  Heydər  Əliyev  başda  olmaqla  böyük  bir 
nümayəndə  heyəti  Neft  Daşlarına  gəldi.  Kiyev  Şəhər  Partiya  Komitəsinin  birinci 
katibinin  rəhbərlik  etdiyi  heyət  də  bu  tərkibdə  idi.  Neft  Daşlarında  gözəl  tədbir 
düzənləndi.  Bu  görüşə  nümayəndə  heyətindəki  şəxslər  ailə  üzvləri  ilə  gəlmişdilər. 
Ulu öndərin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə görüşlər, səmimi 
söhbətlər neftçilərin ürəyincə oldu, uzun müddət xatirələrdən silinmədi. Görüşlərdə 
Zərifə  xanım  böyük  həssaslıqla  neftçi  qadınların  problemləri,  qayğıları  ilə 
maraqlanırdı. 
147 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə