Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
göstəricilərini geridə qoyaraq şərti yanacaq vahidi ilə 27,1 milyon tona çatdırıldı. 
            Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti 
İlham  Əliyevin  Neft  Daşlarının  daha  da  inkişaf  etdirilməsi  ilə  bağlı  tapşırıqlarına 
layiqincə əməl olunduğunu bildirərək dedi: 
             Ötən  dövrdə  Neft  Daşları  Neft  və  Qaz  Çıxarma  İdarəsi  üzrə  70  yeni  quyu 
qazılmış,  93  fəaliyyətsiz  quyu  bərpa  olunaraq  istismara  daxil  edilmiş,  387  quyuda 
geoloji-texniki  tədbirlər  aparılmışdır.  Bunun  da  nəticəsində  736  min  tona  yaxın 
əlavə  neft  hasil  edilmişdir.  Hazırda  bu  sahədə  gündəlik  neft  hasilatı  2450  tondan 
artıqdır.  Neft  Daşları  yatağının  geoloji  ehtiyatları  365  milyon  ton  həcmində 
qiymətləndirilir.  Bunun  182  milyon  tondan  çoxu  çıxarıla  bilən  ehtiyatlardır.  Artıq 
indiyədək  yataqdan  167  milyon  ton  neft  hasil  edilmişdir.  Mənimsənilmə  üzrə 
mövcud layihəyə  uyğun olaraq  Neft  Daşları  yatağının işlənilməsi  2035-ci ildə  başa 
çatmalıdır.  Amma  bu,  heç  də  son  hədd  deyildir.  Mütəxəssislərin  fikrincə,  Neft 
Daşları  yatağının  çıxarıla  bilən  qalıq  neft  ehtiyatı  bundan  sonra  da  əhəmiyyətli 
dərəcədə  artırıla bilər. Hazırda bu  istiqamətdə  perspektiv proqramlar  işlənib  həyata 
keçirilir.  Həmin  proqramlar  əsasında  əlavə  hidrotexniki  qurğular  tikilir,  texnoloji 
obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün 
elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır. 
            Rövnəq  Abdullayev  dövlətimizin  başçısının  tapşırığına müvafiq olaraq  Neft 
Daşlarında  da  silsilə  ekoloji  proqramların  həyata  keçirildiyini  dedi:  bu  baxımdan 
Neft  Daşlarında  da  müvafiq  tədbirlər  işlənib  həyata  keçirilir.  Gündəlik  gücü  500 
kubmetr  olan  bioloji  təmizləmə  qurğusu  yenidən  qurulmuşdur.  Neft  Daşlarında 
içməli  su  probleminin  birdəfəlik  həll  edilməsi  üçün  müasir  qurğunun  inşası  bu  il 
başa  çatdırılacaqdır.  Həmçinin  hazırda  lay  sularının  təmizlənməsi  məqsədilə 
müvafiq qurğuların tikilməsi üçün layihələr hazırlanır. Vaxtilə estakada variantında 
qurulmuş  hidrotexniki  qurğular  artıq  öz  tarixi  missiyasını  yerinə  yetirmişdir.  Son 
illərdə   fərdi   stasionar  dəniz   özüllərinin   layihələndirilməsinə   və   tikintisinə  
133 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
başlanılmışdır. Köhnə estakadaların sökülməsi prosesi uğurla davam etdirilir. Yeni 
tikilən  özüllərdən  qazma  işləri  ekoloji  baxımdan  daha  müasir  və  təhlükəsiz 
metodlarla,  o  cümlədən  eyni  bir  dəzgahla  maili  istiqamətləndirilmiş  bir  neçə 
quyunun  qazılması  üsulu  ilə  həyata  keçirilir.  Mövcud  maşın-mexanizmlərin 
yeniləşdirilməsi,  yeni  texnologiyaların  tətbiqi,  iş  şəraitinin  sağlamlaşdırılması 
məqsədilə  xüsusi  layihələr  hazırlanıb  həyata  keçirilir.  Əmtəə  çənləri  parkının 
modernləşdirilməsi, nasosxananın tikintisi başa çatmaq üzrədir. 
            Qaz  hasilatının  artırılması  məqsədilə  həyata  keçirilən  proqram  çərçivəsində 
Neft Daşlarındakı texnoloji obyektlərin, xüsusilə qaz-turbin elektrik stansiyasının və 
sıxıcı  qaz-kompressor  stansiyasının  müasir  səviyyədə  modernləşdirilməsi  və 
genişləndirilməsi  layihələri  üzrə  aparılan  işlər  artıq  ciddi  nəticələr  verməkdədir. 
Artıq  əvvəllər  atmosferə  atılan  aşağıtəzyiqli  qazlar  tam  həcmdə  yığılıb  lazımi 
istiqamətlərə yönəldilir. 
            Cənab  Prezident!  Bu  gün  Sizin  şəxsən  işə  saldığınız  yeni  blokla  sıxıcı  qaz-
kompressor  stansiyasında  qaz-turbin  aqreqatlarının  sayı  16-ya  çatdırıldı.  "Günəşli" 
yatağından hasil olunan təbii qaz burada sıxılaraq yüksək təzyiq altında daha böyük 
məhsuldarlıqla  sahilə  ötürüləcəkdir.  Artıq  stansiyanın  gücü  sutkada  11-12  milyon 
kubmetrə çatdırılmışdır. 
            Neft  Daşlarında  sosial  tədbirlərin  də  reallaşdırılmasının  diqqət  mərkəzində 
saxlandığını vurğulayan Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin beynəlxalq imicinin artırılması üçün görülən işləri də diqqətə çatdırdı. O, 
neftçilərin  bundan  sonra  da  üzərlərinə  düşən  vəzifələrin  öhdəsindən  layiqincə 
gələcəklərini vurğulayaraq bildirdi: 
            Cənab  Prezident!  Ötən  dəfə  buraya  səfəriniz  zamanı  Siz  əmin  olduğunuzu 
bildirmişdiniz  ki,  Neft  Daşları  hələ  uzun  illər  Azərbaycana  çox  ləyaqətlə  xidmət 
edəcəkdir.  Yaxın  zamanlarda  Xəzər  dənizindəki  "Babək",  "Naxçıvan",  "Zəfər-
Məşəl", "Şəfəq", "Asiman", "Əşrəfi", "Qarabağ" və  digər  perspektivli  strukturlarda  
134 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
kəşfiyyat-axtarış  işlərinə  başlamağı  planlaşdırırıq.  Doğrudan  da,  bütün  bu  işlərdə 
Neft  Daşlarının  infrastrukturu,  orada  toplanmış  zəngin  təcrübə  və  kadr  potensialı 
bizim  əsas  istinad  mərkəzimiz  olacaqdır.  Artıq  "Ümid"  strukturunda  başlanmış 
kəşfiyyat işləri bunu bir daha sübuta yetirir. 
            Cənab  Prezident!  Çıxışımın  sonunda  çoxsaylı  neftçilər  ordusu  adından  Sizi 
əmin  etmək  istəyirəm  ki,  doğma  Azərbaycanımızın  çiçəklənməsi  naminə  həmişə 
olduğu  kimi,  bundan  sonra  da  var  gücümüzlə  çalışacaq,  qarşımıza  qoyduğunuz 
tapşırıqları şərəflə yerinə yetirəcəyik. 
            Diqqətinizə görə sağ olun. 
 
                  SOCAR-ın  vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı 
 
          Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  birinci  vitse-prezidenti 
Xoşbəxt  Yusifzadə    Neft  Daşlarında  fəaliyyəti  illərini  xatırlayaraq  zəngin 
təəssüratını  bölüşdü.  O,  ulu  öndər  Heydər  Əliyevin  Azərbaycanın  neft-qaz 
sənayesinin  inkişafında  əvəzsiz  xidmətlərini  ətraflı  xarakterizə  etdi.  Xoşbəxt 
Yusifzadə  respublikamızın  neft-qaz  sənayesinin  inkişafında,  eləcə  də  "Əsrin 
müqaviləsi"nin  araya-ərsəyə  gətirilməsində  Prezident  İlham  Əliyevin  böyük 
xidmətləri  olduğunu  vurğuladı.  Natiq  dövlətimizin  başçısının  Azərbaycanın 
regionlarının  hərtərəfli  inkişafına  da  xüsusi  diqqət  yetirməsinin  böyük  razılıq 
doğurduğunu bildirərək dedi: 
          İlham  Əliyev  cənablarının  rayonlara,  regionlara  səfərlərini  görürsünüz.  Mən 
açıq deyə bilərəm ki, yaşım indi az deyildir, rayonları bu qədər gəzən dövlət başçısı 
görməmişəm.  Özü  də  cənab  Prezident  necə  gəzir:  2-3  il  əvvəlcədən  gedir, 
tapşırıqlarını verir, iki-üç ildən sonra təzədən bir də səfər edir, bizim Neft Daşlarına 
gəldiyi kimi. Beş il bundan qabaq gəlmişdi. Beş ildən sonra yenə də gəlib görsün ki, 
biz  nə iş  görmüşük. Bu, doğrudan da  adamlarda  bir  məsuliyyət  yaradır.  Adamlar  
135 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə