Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

 
------------------------------------------Neft Daşları------------------------------------------- 
 
8  quyuluq  1351  nömrəli  platformanın  layihəsidir.  Beləliklə,  Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin Neft Daşlarında hasilatı 1,2 milyon tona 
qaldırmaq  haqda  tapşırığını  yerinə  yetirmək  istiqamətində  inamlı  addımlar atılır.  
Təsdiq  olunmuş  proqramın  həyata  keçməsi  əfsanəvi  “Neft  Daşları”  yatağında 
hasilatın sabitləşməsi və artırılmasına kömək edəcəkdir. 
 
 
 
 
 
 
Neft Daşları yatağında tikilmiş platformada neft hasilatına başlandı 
 
[19.08.2009] 
 
 
               Cari ilin iyulunda Neft Daşları yatağında istismara verilmiş və dənizin 23 
metr  dərinliyində  quraşdıılmış  35  metr  hündürlüyə  malik  2  bloklu  yeni  neft-qaz 
platforması  12  quyunun  qazılması  üçün  nəzərdə  tutulmuşdur.  2415  saylı  bu 
platformada işlər uğurla aparılır. Bu günlərdə Kompleks Qazma İşləri Trestinin Neft 
Daşları Dəniz Qazma İşləri İdarəsi həmin platformada 2415 saylı ilk quyuda qazma 
işlərini  başa  çatdıraraq,  Neft  Daşları  NQÇİ-yə  təhvil  vermişdir.  Geoloqların  da 
əvvəlcədən  hesabladıqları  kimi,  quyu  1774  metr  dərinlikdən  sutkada  16  ton  neft 
hasilatı ilə işə salınmışdır. Hazırda Neft Daşlarında 2521 nömrəli daha bir 2 bloklu 
platforma  tikilir.  Hər  iki  blok  artıq  layihədə  nəzərdə  tutulan  dərinlikdə  qurulub  və 
möhkəmləndirilib. Hazırda burada qazma və elektrik avadanlıqlarının quraşdırılması 
işləri  aparılır.  Platformanın  2009-cu  ilin  sonuna  kimi  istifadəyə  verilməsi 
planlaşdırılır.  Qarşıdakı  illərdə  də  əfsanəvi  Neft  Daşlarında  yeni  platformaların 
tikilməsi  nəzərdə  tutulur.  Neftqazelmitədqiqatlayihə  İnstitutu  2585  nömrəli  yüksək 
perspektivli platformanın inşası üçün layihə sənədlərini sifarişçiyə  təqdim  edib.  Bu  
126 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
platforma  Günəşli  və  Neft  Daşları  yataqlarının  arasında,  dənizin  46  metr 
dərinliyində quraşdırılmalıdır. Qeyd edək ki, indiyədək dənizin bu hissəsindən hələ 
neft hasil olunmayıb. Yeni platformanın panellərinin yığılması işləri   Heydər Əliyev  
adına  Bakı  Dərin  Özüllər  Zavodunda  həyata  keçirilir.  Bundan  əlavə,  geoloqlar 
Palçıq   Pilpiləsi    yatağında  da  kifayət  qədər  çıxarılabilən  qalıq  neft   ehtiyatının 
olduğu    qənaətindədirlər.   Bununla   əlaqədar,    artıq      Neftqazelmitədqiqatlayihə   
İnstitutu  12  quyuluq  1351  nömrəli  platformanın  tikintisi  üçün  layihə  sənədlərini 
hazırlayaraq, sifarişçiyə təqdim edib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
127 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
DÖVRÜ MƏTBUATDAN SƏHİFƏLƏR 
 
 
Neft Daşları yatağının 60 illik yubileyi ilə əlaqədar Azərbaycan 
Respublikası Dövlət Neft Şirkəti işçilərinə «Əməkdar mühəndis» 
fəxri adının verilməsi haqqında 
 
           «Neft  Daşları»nın  60  illik  yubileyi  ilə  əlaqədar  yatağın  işlənilməsində 
xidmətlərinə  görə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  aşağıdakı 
işçilərinə «Əməkdar mühəndis» fəxri adı verilsin: 
          Əzizov Əziz Məmməd oğlu 
          Nəsibov Saday Mehdi oğlu 
                                                                                                          İlham Əliyev 
             Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il 
Azərbaycan.- 2009.- 5 noyabr 
 
 
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi 
haqqında
 
 
«Azərbaycan  Respublikası  Prezidentinin  fərdi  təqaüdünün  təsis  edilməsi 
haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  11  iyun  tarixli  715 
nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 
1.  "Neft  Daşları"nın  60  illik  yubileyi  ilə  əlaqədar  yatağın  işlənilməsində 
xidmətlərinə  görə  aşağıdakı  şəxslərə  AzərbaycanRespublikası  Prezidentinin  fərdi 
təqaüdləri verilsin: 
                                                      128 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
   İbrahimov Səyyad Cabbar oğlu 
   Nuriyev Nuru Bunyat oğlu 
   Tatlıyev Xaliddin Sadaddin oğlu 
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin. 
İlham Əliyev 
 Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il 
Azərbaycan.- 2009.- 5 noyabr 
 
 
Neft Daşları yatağının 60 illik yubileyi ilə əlaqədar Azərbaycan 
Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında 
 
           «Neft  Daşları»nın  60  illik  yubileyi  ilə  əlaqədar  yatağın  işlənilməsində 
xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri 
təltif edilsinlər: 
«Şöhrət» ordeni ilə    Məmmədov Ehtibar Şahmirzə oğlu  
«Tərəqqi» medalı ilə  Ağayev Bağış Ağaqulu oğlu 
                        Babayev Abdulla Balasadayoğlu 
                        Həmidov Meyxoş Abduləlioğlu 
                        Poladov Akif İbrahim oğlu 
                        Yarməmmədov Saleh Həzrətqulu oğlu 
                                                                                                                 İlham Əliyev 
             Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il 
Azərbaycan.- 2009.- 5 noyabr 
 
 
129 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə