Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
trestinin  müdiri,  "Xəzərdənizneft"  İstehsalat  Birliyinin  baş  direktorunun  müavini, 
"Neft  Daşları"  NQÇİ-nin  rəisi,  "Xəzərdənizneftqazsənaye"  İstehsalat  Birliyinin  baş 
direktoru,  "Xəzərdənizneft"  İstehsalat  Birliyinin  baş  direktoru,  ARDNŞ-nin  baş 
müşaviri... Bu vəzifələrdə çalışarkən o, üzən yarımdalma qazma qurğularının Xəzər 
dənizində işləməyə uyğunlaşdırılması, "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" kimi iri 
yataqların kəşfi üçün çox iş görüb. 
O illərdə neftçi Qurban sanki əfsanəyə dönmüşdü. Bəlkə insanların ona bu cür 
baxması da təbii idi. Çünki Q.Abbasov hələ çox gənc ikən öz dövrünün bir çox ali 
mükafatına  layiq  görülmüşdü.  32  yaşında  onun  sinəsini  Sosialist  Əməyi 
Qəhrəmanının  "Qızıl  ulduz"u  bəzəmişdi.  Nəhayət,  ömrünün  ahıl  çağında  ona 
müstəqil Azərbaycan Respublikasının yüksək mükafatını - "Şöhrət" ordenini almaq 
da  qismət  olmuşdu...Azərbaycan  neftçiləri  Qurban  Abbasovun  hünərini,  əməllərini, 
təcrübəsini öyrənir, yaşadır və nəsildən-nəslə ötürürlər.  
Flora Sadıqlı 
  Azərbaycan.- 2009.- 20 avqust.- s. 5 
 
 
Dənizdə şəhər - həm möcüzə, həm həqiqət 
 
  
"Sabit  Orucov" gəmisi hər səhər alatoranda yüzlərlə sərnişinini öz qoynuna 
alaraq  Xəzərin  bəzən  mülayim  ləpələrini,  bəzən  də  dəli  dalğalarını  yara-yara  yola 
çıxır.  Digər  gəmilərdən  fərqli  olaraq  onun  sərnişinləri  eyni  peşə  sahibləri  - 
neftçilərdir.  Onları  iş  yerlərinə  çatdırmaq  üçün  gəmi  beş  saat  yol  gedir.  Neft 
Daşlarındakı yanalma körpüsündə isə həmin vaxta kimi onu geriyə - Bakıya, ən azı 
bir həftə çəkən əmək növbəsindən evinə-eşiyinə dönəcək insanlar gözləyir.  
Dəniz  şəhərinə  hər  gün  bir  neçə  reyslə  vertolyotlar  da  uçur.  Onlar  sərnişin, 
avadanlıq,  ərzaq daşıyır.  60 ildir belədir. Əlbəttə,  illər keçdikcə  köhnə  gəmiləri və 
vertolyotları  təzələri əvəz edir. Onların sərnişinləri də dəyişir. Amma Neft Daşlarına  
151 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
aparan  yollar  olduğu  kimi  qalır.  Yollar  deyəndə  təkcə  paytaxtla  dəniz  şəhərini 
birləşdirən  100  kilometrlik  məsafəni  nəzərdə  tutmuruq.  Bu,  həm  də  Neft  Daşlarını 
özünə iş yeri, hünər meydanı, çörək təhnəsi seçənlərin tutduğu mərdlik yoludur. Ulu 
öndər  Heydər  Əliyev  bu  insanların  əməyini  həmişə  yüksək  qiymətləndirirdi:  "Neft 
Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, 
oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".  
Neft Daşlarının 60 illik yubileyi ərəfəsində oraya getməyimizin məqsədi də bu 
insanlarla, onların işi-gücü, yaşayışı, nailiyyətləri ilə tanış olmaq idi.  
60 il əvvəl Neft Daşlarını "Möcüzələr adası" adlandırıblar. Yəqin ki, insan ağlının və 
əməyinin  yaratdıqlarından  vəcdə  gələrək  belə  deyiblər.  Əslində,  Neft  Daşları 
reallıqdır, möcüzəyə  bənzəsə də, həqiqətdir. Bu gün Neft Daşları işləyən, yaşayan, 
qurub-yaradan bir şəhərdir.  
Neft Daşları tükənməyən bir xəzinə - hələ də ehtiyatları bol olan "qara qızıl" 
yatağıdır.  Nəhayət,  Neft  Daşları  böyük  bir  müəssisədir,  neft  və  qazçıxarma 
idarəsidir.  
Hazırda  Neft  Daşları  NQÇİ  1999  nəfərin  iş  yeridir.  Bunlardan  əlavə,  dəniz 
şəhərində daha 20-dən çox təşkilat, yaxud onların sahələrinin nümayəndələri çalışır. 
Məsələn,  "Neftqaztikinti"  trestinin  6  və  7  saylı  tikinti-quraşdırma  idarələri, 
Kompleks  Qazma  İşləri  Trestinin  Neft  Daşları  Dəniz  Qazma  İşləri  İdarəsi,  Xəzər 
Dəniz Neft Donanmasının Dalğıc və Qəza-Xilasetmə İdarəsi Neft Daşları sahəsinin 
yüzlərlə əməkçisi, eləcə də geofiziklər, rabitəçilər, yanğınsöndürənlər, tibb, ictimai-
iaşə işçiləri əmək növbələrindədirlər.  
Neft  Daşları  NQÇİ-yə  il  yarımdır  peşəkar  neftçi  Balamirzə  Ağarəhimov 
başçılıq edir. Kollektivin öz yetirməsidir. Burada operatorluqdan idarə rəisliyinədək 
pillə-pillə  qalxıb.  Odur  ki,  Neft  Daşlarının  hər  qarışına  bələddir.  Deyirlər,  onu 
kabinetdə tapmaq çətin məsələdir. Xüsusilə indi, dəniz şəhərinin yubileyi ərəfəsində, 
tikinti-abadlıq işlərinin belə geniş vüsət aldığı bir vaxtda. Balamirzə müəllim bizə də 
                                                    152 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
yüz  dəfə  eşitməkdənsə,  bir  dəfə  görməyin  yaxşı  olduğunu  xatırladır.  Beləliklə, 
əfsanəvi şəhərin həyatı, neftçilərin işi ilə tanış olmaq üçün dirəklər üzərində salınmış 
yollara üz tuturuq. 
Estakadalar  sağa-sola  şaxələnib,  sanki  əl-ələ  veriblər.  Gah  paralel,  gah  da 
perpendikulyar  şəkildə  uzansalar  da,  bir-birinə  bitişikdirlər.  İndi  onların  ümumi 
uzunluğu  39,5  kilometrdir.  Neftçilər  polad  dirəklər  üstündə  qərar  tutan  bu  yollarla 
bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu asılıdır hər 
kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir də havadan...  
Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək qadağandır. Burada qayda-
qanun  belədir.  Yeri  gəlmişkən,  dənizin  qoynunda  hamı  biri-birindən  muğayat  olur. 
Əbəs yerə deməyiblər ki, neftçi dostluğu tufanlarda bərkiyir. Elə qazanılan uğurların, 
işin rəvan getməsinin başlıca səbəbi də bu birlik, səfərbərlik, mehribanlıqdır. 
Estakadalar boyu irəlilədikcə sağda, solda üstündə "Azneft", yaxud "SOCAR", 
"ARDNŞ"  yazılmış  dəbilqədə,  pencəkdə,  gödəkçədə  (neftçilərə  məxsus  xüsusi 
geyimdə)  olan  dəstə-dəstə  insanlara  rast  gəlirik.  Sürücü  Fərmayıl  belə  dəstələrin 
birinin yaxınlığında avtobusu saxlayır: 
Bura  2-ci  mədənin  ərazisidir,  -  deyir.  Qısaca  "2-ci  mədən"  deyilən  sahə 
əslində 2 saylı neft və qazçıxarma sexidir. Burada bizi qarşılayan gənc özünü təqdim 
edir: Azər Rüstəmov, sexin rəisi.  
Sonra da o, işlərindən-güclərindən danışır. Deyir ki, bura köhnə mədəndir, elə 
Neft Daşlarının yaşıdı olar. Buna baxmayaraq, hasilat sabitdir. Hətta ilin əvvəlindən 
nəzərdə  tutulduğundan  əlavə  200  ton  neft  çıxara  biliblər.  Bunun  üçün  səy  göstərir, 
zəhmət çəkir, müasir üsullardan istifadə edirlər. Hazırda sahədə 78 istismar quyusu 
var, 3 briqada çalışır. Quyuların hamısı işlək vəziyyətdədir. Lakin onlar uzun illərdir 
istismar  olunduğundan  74-ü  kompressor  (laylara  qazvurma),  4-ü  isə  elektrik 
diafraqmalı nasos üsulu ilə işləyir. 
 
                                                    153 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə