Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   44   45   46   47   48   49   50   51   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
də  məhz  orada  çalışan  gözəl  insanlar  idi.  Xəzərdən  də  ayrıla  bilmirdin,  oradakı 
dostlarından da. Qeyri-adi insanlar idi. Axı dənizlə heç də hər kəs "dostlaşa" bilmir. 
Yadımdadır ki, bu gün işə düzəlib sabah Neft Daşlarını tərk edənlər var idi. Elələri 
də  var  idi  ki,  yalnız  birinci  fırtınaya  qədər  duruş  gətirirdilər  -  üç  gün,  beş  gün,  bir 
həftə.  Dalğalar  şaxə  qalxıb  özlərini  estakadalara  çırpanda  belələri  sahilə  qayıdır  və 
bir  də  geriyə  dönmürdülər:  Lakin  dəniz  şəhərinə  həmişəlik  bağlanıb  quruda  təklif 
olunan  vəzifələrdən  imtina  edənlər  də  az  deyildi",  -  Z.Həmişəyev  o  illəri  belə 
xatırlayır.  Neft  Daşları  25 il  onun ikinci  evi olub.  Bakı  Neft  Texnikumunun orada 
fəaliyyət  göstərən  axşam  şöbəsini  bitirib.  Bir  həftə  dənizdə  -  əmək  növbəsində, 
növbəti həftə isə şəhərdə, evində olub. Deyir ki, dəniz neftçisinin özü kimi ailəsi də 
fədakar,  dözümlü-dəyanətli  olmalıdır.  Dənizdə  işləyənin  mənəvi  dayağı  ailəsidir. 
İndi Zaməddin müəllim bunları gənclərə, böyüməkdə olan nəvələrinə qürurla, bəzən 
də  kövrəldiyini  gizlətməyə  çalışaraq  danışır.  Uzun  illər  boyu  çiyin-çiyinə  çalışdığı, 
ictimai  işlərdə  birgə  iştirak  etdiyi  mətin  insanların  -  Bəxtiyar  Məmmədovun, 
Bəhmən Hacıyevin, Mübarək Məmmədovun, Fərhad Həmzəyevin, Neftçi Qurbanın 
(Q.Abbasovun),  Akif  Cəfərovun,  Səyyad  İbrahimovun,  Xoşbəxt  Yusifzadənin 
adlarını iftixarla çəkir. Bu korifeylərlə yanaşı, yüzlərlə fədakar neftçini - sadə əmək 
adamını  ehtiramla  yada  salır.  Söhbət  əsnasında  rabitəçi  Zeynəbi  xatırladı.  Demə, 
Neft Daşlarında ilk quyunun fontan vurması barədə sahilə telefon açan bu qız olub. 
Sonralar  da  uzun  illər,  ahıl  yaşlarınadək  orada  çalışıb.  Zaməddin  Həmişəyev  bir 
nüansı da açıqlayır: 
Dəniz  neftçisi  adı  altında  bir  çox  peşə  sahibləri  birləşir.  Geoloqlar  neft  olan 
nöqtəni  göstərirlər.  Dalğıclar  relyefi  öyrənir,  suyun  altında  qumluqları,  qayalıqları, 
uçurumları müəyyənləşdirirlər. İnşaatçılar desantla gedib sahədə özül tikir, estakada 
qururlar. Sonra oraya qazmaçılar gəlirlər. Onlar estafeti neftçıxaranlara, operatorlara 
verirlər.  Burada  rabitəçilər,  dənizçilər,  xidmət  sahəsinin  işçiləri  də  çalışırlar. 
Z.Həmişəyev  Neft  daşlarında  çilingər,  usta,  iş icraçısı,  təchizat  bazasının  müdiri 
                                                    163 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
vəzifələrində çalışıb. 17 il fasiləsiz olaraq idarə həmkarlar ittifaqı komitəsinin sədri 
seçilib. Qiyabi yolla Moskvadakı M.N.Şvernik adına Hüquq və Sosial Münasibətlər 
Akademiyasını  bitirib.  Neft  Daşlarında  dünyanın  məşhur  şəxsiyyətləri  -  alimlər, 
yazıçılar, diplomatlar, kosmonavtlar və başqaları ilə görüşləri yaddaşında dərin izlər 
buraxıb. Görüşlərdən biri isə hər an yadında, xatirindədir. 1975-ci ilin iyun ayında 
ulu öndər Heydər Əliyev Neft Daşlarına gəlmişdi. Neft Daşlarının 25 illik yubileyi 
münasibətilə  keçirilən  silsilə  tədbirlər  bu  vaxt  yekunlaşırdı.  Respublikanın  rəhbəri 
ilə "Möcüzələr şəhəri"nə SSRİ-nin neft sənayesi naziri, bir sıra digər vəzifəli şəxslər, 
ədəbiyyat  və  incəsənət  xadimləri  gəlmişdilər.  Ümummilli  lider  Heydər  Əliyev 
həmişə  olduğu  kimi,  neftçilərlə  səmimi  görüşür,  hal-əhval  tutur,  onların  işi, 
dolanışığı ilə maraqlanırdı. Xeyli söhbətdən sonra ulu öndər birdən dənizə, uzaqlara 
baxdı. Sonra da əlini uzadıb üfüqü göstərdi: İrəliyə getmək, bax, artıq o yanlarda iş 
aparmaq,  daha  dərin  sahələri  fəth  etmək  lazımdır.  Z.Həmişəyev  deyir  ki,  sonralar, 
Heydər  Əliyevin  ölkəyə  rəhbərliyinin  ikinci  dövründə  də  ona  ümummilli  liderlə 
dəfələrlə  görüşmək  qismət  olub.  Bu  zaman  Zaməddin  müəllim  artıq  Azərbaycan 
Neft  və  Qaz  Sənayesi  İşçiləri  Həmkarlar  İttifaqı  Respublika  Komitəsinin  sədri 
vəzifəsində çalışırdı. O deyir:  
           Ulu  öndər  Azərbaycan  neftinin  sabahını  dənizdə  neftçıxarmanın  inkişafında 
görürdü.  Neft  Daşlarına  göstərdiyi  qayğı,  sonralar  yeni  yataqların  aşkar  olunması, 
neft  infrastrukturunun  yaradılması  üçün  gördüyü  böyük  işlər  və  nəhayət,  "Əsrin 
müqaviləsi"nin  imzalanması  bunu  əyani  təsdiqlədi.  Z.Həmişəyev  istər  dənizdə, 
istərsə  də  quruda  çalışdığı  dövrdə  bu  işlərə  var  qüvvəsi  ilə  dəstək  verib.  Yaxşı 
işlərin,  xeyirxah  əməllərin  ona  bəxş  etdiyi  xoş  duyğuları,  məmnunluq  və  sevinc 
hissləri isə gözəl-gözəl şeirlərə çevrilib. Şair kimi oxucular onu Zaməddin Ziyadoğlu 
imzası  ilə  tanıyır.  Elə  ilk  şeiri  də  "Neft Daşları" qəzetində dərc  edilib.  Qəzetin ilk 
müxbirlərindən biri Zaməddin müəllimin özü olub. 
           Hazırda  Z.Həmişəyev  YAP  Qaradağ  rayon  təşkilatının  müşaviridir.  Neft  
                                                               164 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
daşlarından  xeyli  müddətdir  ayrılsa  da,  orada  işlədiyi  illəri  bir  an  belə  unutmur. 
Dəniz  şəhəri  onun  həyatından  -  qəlbindən,  yaddaşından,  yaradıcılığından  qırmızı 
xətlə keçir: 
Neft Daşları - ürəyimin parası, 
Qara qızıl-səltənətim, sərvətim, 
Qara daşlar gözlərimin qarası, 
Neft Daşlari-şeiriyyətim, söhbətim. 
                                                         Flora Sadıqlı 
 Azərbaycan.- 2009.- 12 sentyabr      
                                                                                                                          
Neft Daşlarındakı yataqxanalar təmir edilir 
 
           Neft  Daşlarında  sayca  dördüncü  beşmərtəbəli  kişi  yataqxanasının  əsaslı 
təmiri  başa  çatdırılmışdır.  Ümumi  sahəsi  3143  kvadratmetr  olan  244  otaqlı 
yataqxanada  432  neftçi  yaşayacaq.  Gələn  ilin  noyabrında  "Neft  Daşları"  mədən-
şəhərinin  60  illiyi  qeyd  ediləcək.  Hələ  3  il  bundan  öncə  ARDNŞ-nin  rəhbərliyi 
yubiley  ərəfəsində  şəhərdəki  bütün  yataqxanaların  təmir  edilməsi  barədə  göstəriş 
vermişdi.  Təmir  işlərini  həyata  keçirmək  "Neftqaztikint"  trestinin  "Neft 
Daşları"ndakı  7  saylı  Tikinti-Quraşdırma  İdarəsinə  və  Bakıdakı  6  saylı  TQİ-yə 
tapşırılmışdır.  "Neftqaztikinti"  tresti  keyfiyyət,  ekologiya  və  əməyin  təhlükəsizliyi 
üzrə  3  beynəlxalq  sertifikata  malikdir.  Trest  tərəfindən  inşa  edilən  bütün,  ilk 
növbədə,  sosialyönümlü  obyektlər  beynəlxalq  standartlara  uyğun,  ən  müasir  üzlük 
materiallarla,  insanların  yaşaması  üçün  yüksək  rahatlığın  təmin  olunması  şərti  ilə 
tikilir. İki il qabaq birinci təmir edilmiş 412 yerlik kişi yataqxanasında inşaatçıların 
gördüyü iş yüksək qiymətləndirilmişdir. İndiyədək kişi yataqxanasından 4-də əsaslı 
təmir  işləri  aparılıb.  128  yerlik  sonuncu  kişi  yataqxanasının  hazırda  dam  örtüyü 
təmir  edilir.  Açıq  dənizdə ən hündür tikili olan doqquzmərtəbəli 300 nəfərlik qadın 
165 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə