Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
fəaliyyəti  beynəlxalq  təşkilatlar,  Birləşmiş  Millətlər  Təşkilatı  və  digər  təşkilatlar 
tərəfindən  yüksək  qiymətləndirilib.  Neft  Fondu  tam  şəffaf  bir  qurumdur.  Bu,  bizə 
imkan  verdi  ki,  əldə  olunmuş gəlirlərdən  səmərəli  və ədalətli istifadə edək. Məhz 
bunun  nəticəsində  Azərbaycanda  yoxsulluq  şəraitində  yaşayanların  sayı  son  7  il 
ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və 
müasir  qurum  olmasaydı,  biz  bu  nailiyyətlərə  çata  bilməzdik.  Bu,  onu  göstərir  ki, 
Azərbaycana  gələn  vəsait  ədalətli  bölünür,  vəsaitin  toplanması  və  xərclənməsi  çox 
şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, bu, Azərbaycanın dünyadakı imicinə 
də çox müsbət təsir göstərir.  
Müəyyən  mərhələdə,  xüsusilə,  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  istismarından 
sonra belə bir fikir oyana bilərdi ki, artıq biz qarşımızda duran bütün vəzifələri icra 
etdik.  Bundan  sonra  ancaq  əldə  edilmiş  gəlirlərin  idarə  edilməsi  ilə  məşğul 
olmalıyıq. Beləliklə, Azərbaycan şaxələndirmə siyasətini reallaşdıra bilmişdir və biz 
artıq,  necə  deyərlər,  əldə  edilmiş  uğurlarla  kifayətlənə  bilərik.  Ancaq  bizim 
yanaşmamız tam fərqlidir, nəinki bu sahədə, bütün başqa sahələrdə də. Əldə edilmiş 
nailiyyətlər bizim üçün bir mərhələdir, bir addımdır, bir pillədir. Biz daim gələcəyə 
baxırıq  və  ölkəmizin  uğurlu  və  dayanıqlı  inkişafı  üçün  uzunmüddətli  proqram 
çərçivəsində addımlarımızı planlaşdırırıq.  
Beləliklə,  qarşımızda  duran  ikinci  vacib  məsələ  ondan  ibarət  idi  ki,  Azərbaycanı 
dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanıdaq. Xüsusilə nəzərə alsaq 
ki, o  vaxta  qədər  1996-cı ildə imzalanmış  "Şahdəniz"  qaz  yatağı üzrə  kontrakt  icra 
edilməyə  başlamışdır  və  Azərbaycanda  çox  böyük  qaz  yataqları  aşkarlanmışdır. 
Deyə bilərəm ki, "Şahdəniz" qaz yatağının kəşfi o dövrdə o qədər də böyük diqqət 
cəlb  etməmişdi. Çünki  o vaxt  dünyada, xüsusilə, Avropada  qaz  amilinə  o  qədər də 
böyük  diqqət  göstərilmirdi.  Ondan  sonrakı  dövrdə  -  bir  neçə  il  bundan  əvvəl  qaz 
amilinin  ölkələrin  enerji  təhlükəsizliyinə  nə  qədər  təsir  edən  məsələ  olduğunu 
hamımız daha da yaxşı başa düşdük. Ancaq Azərbaycan öz tərəfindən bütün lazımi 
tədbirləri  görmüşdür  və  "Şahdəniz"  qaz  yatağının  aşkarlanması  deyə  bilərəm  ki, 
dünya  enerji  bazarında  çox  təsirli  bir  hadisə  olmuşdur.  Biz  hazırda  enerji 
siyasətimizi  daha  çox  qaz  amili  üzərində  qururuq.  Çünki  neft  sahəsində,  dediyim 
kimi, bütün layihələr icra edilib. Bundan sonra biz yalnız hasilatı sabit saxlamaqla öz 
siyasətimizi davam etdirəcəyik.  
Qaz  bazarı  istiqamətində  çalışmalarımız  çox  məqsədyönlü  xarakter  daşıyır. 
Yaradılmış,  şaxələndirilmiş  ixrac  infrastrukturumuz  bu  gün  həm  Azərbaycanın 
maraqlarına xidmət edir, həm də qonşu bazarlara da dəstəkdir. Bakı-Tbilisi-Ərzurum 
qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Əvvəlki fikrə qayıtmaq istəyirəm ki, əgər 
Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  tikilməsəydi  və  bu  dəhliz  açılmasaydı,  sınaqdan 
keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi.  
Yəni,  biz  artıq  mövcud  dəhliz  üzərindən  qaz  kəmərini  də  çəkdik  və  Bakı-
Tbilisi-Ərzurum  qaz  kəməri  bu gün böyük  bir  amildir, regional  və  qitə  miqyasında 
ciddi   bir   amildir.  Ondan   sonra   əvvəlki   dövrdə   mövcud   olan   qaz    kəməri  
 
                                                                89 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
infrastrukturu  təmir  edildi.  Bu  gün  Azərbaycan  qazı  dörd  istiqamətdə  dünya 
bazarlarına  çıxarılır.  Biz  qonşu  dövlətlərə  qazı  ixrac  edirik  və  artıq  neft-qaz 
kəmərlərimizin sayı yeddiyə çatmışdır.  
Əlbəttə, zəngin qaz yataqlarımızdan səmərəli şəkildə istifadə etmək üçün bizə 
böyük, etibarlı bazarlar lazımdır. O bazarlar ki, qanunlarla tənzimlənir, o bazarlar ki, 
bizim  qazımıza  orada  ehtiyac  vardır.  Azərbaycan  bu  istiqamətdə  ardıcıl  siyasət 
aparır. Bir neçə ildir ki, biz "Cənub" qaz dəhlizi ilə əlaqədar çox fəal siyasət aparırıq. 
Bir  neçə  ildir  ki,  həm  ciddi  müzakirələr  aparılır,  eyni  zamanda,  konkret  addımlar 
atılır.  Hələ  2006-cı  ildə  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  enerji  sahəsində 
əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu, birinci addım idi. Bu, daha çox 
hər  iki  tərəfin  niyyətini  ifadə  edirdi.  Ondan  sonrakı  dövrdə  müxtəlif  beynəlxalq 
forumlarda  Azərbaycan  öz  qaz  resurslarını  təqdim  edə  bilmişdir.  Bu  gün  bizim 
təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə bərabərdir. 
 
Bu  ilin  yanvarında  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  yeni  vacib 
sənəd"Cənub  qaz  dəhlizi  haqqında  Birgə  Bəyannamə"  imzalanmışdır.  Bu 
bəyannamə sadəcə olaraq niyyətin ifadəsi deyildir. Bu, konkret sənəddir.  
Biz  bu  sənəd  üzərində  işləyirik.  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  işçi  qrupu 
yaradılmışdır.  Bu  işçi  qrupu  çox  səmərəli  işləyir.  Ümid  edirəm  ki,  bütün  lazımi 
sənədlər  yaxın  zamanlarda  imzalanacaqdır.  Beləliklə,  "Şahdəniz"  layihəsinin  ikinci 
mərhələsinin işlənməsi üçün bizdə əsas olacaqdır.  
Mən şübhə  etmirəm  ki, qarşıda  duran bütün vəzifələr icra  ediləcəkdir. Bizim 
keçmişimiz, tariximiz, əldə edilmiş təcrübə və siyasi iradə onu göstərir ki, biz daha 
da çətin vəziyyətdə daha da mürəkkəb layihələri uğurla icra edə bilmişik. Ona görə, 
hesab edirəm ki, "Cənub" qaz dəhlizinin gələcəyi çox gözəl olacaqdır.  
Hazırda bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasında tranzit məsələlərinin həlli 
üçün danışıqlar aparılır. Bu danışıqlar son mərhələdədir. Düz bir il bundan  əvvəl - 
keçən  ilin  iyun  ayında  Türkiyə  ilə  Azərbaycan  arasında  qaz  tranziti  haqqında 
protokol  imzalanmışdır.  O  protokolda  bütün  lazımi  məsələlər  öz  əksini  tapmışdır. 
Sadəcə  olaraq,  biz  ümid  edirik  ki,  yaxın  zamanlarda  o  protokolda  göstərilən  və 
sadalanan  maddələr  son  sənədə  çevriləcəkdir.  Beləliklə,  tranzit  sazişinin 
imzalanmasından  sonra  artıq  böyük  Azərbaycan  qazı  üçün  bütün  maneələr  aradan 
qaldırılacaqdır. 
Bizim  qaz  ehtiyatlarımız,  bir  daha  demək  istəyirəm  ki,  kifayət  qədərdir.  Ən 
azı, yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir. 
Neft sahəsində ilkin proqnozlardan bu gün bəlkə də iki dəfə çox neft əldə etdiyimizi 
nəzərə  alsaq,  mən  tam  əminliklə  deyə  bilərəm  ki,  2,2  trilyon  kubmetr  qaz 
ehtiyatlarımız, necə deyərlər, təvazökar bir rəqəmdir. Proqnozlar daha da çoxdur və 
əminəm ki, qazma işlərinin nəticəsində daha da böyük həcmdə qaz aşkarlanacaqdır.  
Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində bir neçə vacib 
hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə vurğulamaq istəyirəm. Birincisi, 
dediyim  kimi,  yanvar  ayında  Avropa  İttifaqı ilə  Azərbaycan  arasında  "Cənub" qaz 
dəhlizi    haqqında   imzalanmış   bəyannamə,   ikincisi   isə   Azərbaycan    neftçiləri  
                                                                 90 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə