Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılışında 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi 
 
07.06.2011 
Hörmətli xanımlar və cənablar! Əziz dostlar!  
Mən  sizi  Xəzər  neft,  qaz  sərgi  və  konfransının  açılışı  münasibətilə  təbrik 
edirəm. Ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram.  
Bu  sərgi  və  konfrans  artıq  ənənəvi  xarakter  daşıyır.  On  səkkizinci  ildir  ki,  Bakıda 
belə mötəbər tədbir keçirilir. Mən çox şadam ki, ildən-ilə bu sərgiyə maraq artır. Bu, 
çox gözəl göstəricidir və onu göstərir ki, baxmayaraq Azərbaycanda əvvəlki illərdə 
böyük  investisiya  layihələri  həyata  keçirilib,  yenə  də  ölkəmizin  neft-qaz  sektoruna 
xarici investorlar tərəfindən maraq azalmır. Bunun səbəbi ondan ibarətdir ki, bizim 
neft  strategiyamız  uzunmüddətli  strategiyadır.  Bu  strategiyanın  uğurlu  icrası 
nəticəsində neft-qaz sektorunda ölkə qarşısında duran əsas vəzifələr yerinə yetirildi. 
Ancaq  biz  yenə  də  gələcəyə  baxırıq  və  əminəm  ki,  bu  günlərdə  burada  gələcək 
planlarımız haqqında çox geniş müzakirələr aparılacaqdır.  
Bildiyiniz  kimi,  Azərbaycan  qədim  neft  ölkəsidir.  Sənaye  üsulu  ilə  dünyada 
ilk  dəfə  neft  XIX  əsrdə  məhz  Azərbaycanda  hasil  edilmişdir.  XX  əsrdə  dəniz 
yataqlarından  dünyada  yenə  də  ilk  dəfə  neft  Azərbaycanda  hasil  edilmişdir.  Yəni, 
bizim  böyük  ənənələrimiz  vardır,  Azərbaycanın  bu  sahədəki  nailiyyətləri  dünya 
ictimaiyyəti üçün real bir faktdır və bu barədə bəlkə geniş danışmağa da dəyməz. 
Bir  məsələyə  toxunmaq  istəyirəm  ki,  II  dünya  müharibəsi  zamanı  faşizm  üzərində 
Qələbənin  qazanılmasında  Azərbaycan  neftçilərinin  çox  böyük  rolu  və  payı 
olmuşdur.  O  vaxt  Sovet  İttifaqının  yanacağının  90  faizi  Bakıda  Azərbaycan 
neftçiləri tərəfindən istehsal edilmişdir.  
Müstəqilliyə  qovuşanda  ölkəmiz  əlbəttə  ki,  yeni  çağırışlarla  üzləşmişdir. 
Müstəqilliyimizin  ilk  illəri  ölkəmiz  üçün  çox  ağır  keçmişdir.  Ölkədə  qeyri-sabit 
vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsinin başlandığı, total böhranın hökm 
sürdüyü  bir  zamanda  Azərbaycan  müstəqil  ölkə  kimi  ilk  addımlarını  atmağa 
başlamışdır. Əlbəttə ki, ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük 
bir  zərurət  idi.  Azərbaycanın  bəxti  gətirmişdir  ki,  ölkəmiz  üçün  həlledici  anlarda 
böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmişdir. 
Dövlətimizin  və  dövlətçiliyimizin  əsasları  məhz  onun  siyasəti  nəticəsində 
formalaşmışdır.  Azərbaycanda  dövlətçiliyin  əsasları  qoyulmuş,  hüquqi  dövlət 
quruculuğu  prosesi  başlanmışdır.  Ölkədə  siyasi  və  iqtisadi  islahatlar  aparılmağa 
başlanmışdır.  Ölkəmizin  iqtisadi  müstəqilliyinin  əldə  edilməsi  üçün  konkret 
addımlar  atılmağa  başlanmışdır.  Onların  içində  ən  mühüm  və  tarixi  əhəmiyyətə 
malik olan hadisə 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması idi. Bu kontraktın 
imzalanması  nəticəsində  Azərbaycan  ilk  dəfə  olaraq  xarici  investorları  Xəzər 
dənizinə  dəvət  etmişdir.  İlk  dəfə  olaraq  Xəzər  dənizində  xarici  neft  şirkətləri 
fəaliyyətə başlamışlar. Ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmağa  
87 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
başlanmışdır. Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara 
da  investisiyaların  cəlb  edilməsinə  çox  müsbət  xidmət  göstərmişdir.  Bütövlükdə, 
1995-ci  ildən  bu  günə  qədər  ölkə  iqtisadiyyatına  97  milyard  dollar  sərmayə 
qoyulmuşdur  ki,  onların  42  milyardı  neft-qaz  sektoruna  qoyulan  sərmayədir  və 
mütləq əksəriyyəti xarici sərmayədir.  
Azərbaycan  baxmayaraq  ki,  1994-cü  ildə  çox  riskli  bir  dövlət  kimi  tanınırdı, 
xarici  böyük  neft  şirkətlərinin  Azərbaycana  dəvət  edilməsi,  onlar  üçün  şərait 
yaradılması, onların investisiyalarının qorunması üçün lazımi tədbirlərin görülməsi, 
o  cümlədən  qanunvericilik  sahəsində  lazımi  addımların  atılması  sayəsində  bu  gün 
Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və digər ölkələrin enerji 
təhlükəsizliyinin təmin edilməsində öz rolunu artırır.  
"Əsrin  kontraktı"  tarixi  hadisə  idi  və  eyni  zamanda,  ona  görə  ki,  xarici 
şirkətlərlə  əməkdaşlığımızın  ilk  təcrübəsi  uğurlu  olmuşdur.  Birinci  kontraktdan 
sonra Azərbaycana maraq artdı. Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə 
hörmət edən ölkə kimi tanıda bilmişdir. 1994-cü ildən bu günə qədər Azərbaycan ilə 
xarici  neft  şirkətləri  arasında  heç  bir  ciddi  mübahisə,  heç  bir  qarşıdurma, 
kontraktlara yenidən baxılmaq arzuları olmamışdır. Mən bunu ona görə deyirəm ki, 
bəzi  ölkələrdə  vaxtilə  imzalanmış  kontraktlara  yenidən  baxılır,  onların 
dəyişdirilməsi  üçün  addımlar  atılır.  Bizdə  isə  yanaşma  tam  fərqlidir.  Biz  etimadı 
qazanmışıq və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün ən vacib 
amil  ondan  ibarətdir  ki,  onlar  tam  əmin  olmalıdırlar,  onların  investisiyaları  dövlət 
tərəfindən lazımi səviyyədə qorunur və bu siyasət dəyişməz olaraq qalır.  
"Əsrin  kontraktı"nın  imzalanması  nəticəsində  investisiyaların  cəlb  edilməsi 
əlbəttə  ki,  işimizə  birinci  təkan  vermişdir.  Ondan  sonra  nefti  xarici  bazarlara 
çıxarmaq  üçün  böyük  addımlar  atılmağa  başlanmışdır.  Görülən  çox  vacib  işlərin 
arasında  mən  neft  kəmərlərinin  tikintisini  xüsusi  qeyd  etmək  istəyirəm.  Hazırda 
Azərbaycan  nefti  dünya  bazarlarına  üç  istiqamətlə  nəql  edilir.  Biz  bu  sahədə 
şaxələndirmə  məqsədlərimizə  tam  çatmışıq.  Bu  gün  üç  istiqamətdə  nəql  edilən 
neftimiz dünya bazarlarına çox etibarlı yollarla çıxarılır.  
Neft  kəmərinin,  xüsusilə,  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  tikintisi  də  tarixi 
hadisə  idi.  Təkcə  ona  görə  yox  ki,  ilk  dəfə  olaraq  Xəzər  dənizinin  nefti  Aralıq 
dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, 
yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. 
Buna  baxmayaraq,  xarici  investorlar  böyük  vəsait  cəlb  etdilər,  beynəlxalq  maliyyə 
qurumları  öz  dəstəyini  göstərdilər.  Azərbaycan  tərəfi  də  öz  üzərinə  düşən  bütün 
vəzifələri ləyaqətlə və uğurla icra etmişdir.  
Beləliklə,  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  istismara  verilməsi  nəticəsində  biz 
nəinki  həm  yeni  bazara  çıxa  bilmişik  və  dəhlizi  açmışıq,  eyni  zamanda,  ölkə 
iqtisadiyyatına  böyük  həcmdə  vəsait  gəlməyə  başlamışdır.  Biz  bu  vəsaitdən  çox 
səmərəli  şəkildə  istifadə  etdik.  1999-cu  ilin  sonunda  Azərbaycanda  yaradılmış 
Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun  
 
                                                               88 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə